“BİZ QORXURUQ! İSLAMÇILAR İRANDAN PUL ALIRLAR”
Tarix: 4-11-2012, 12:38 | Çap et
HÜQUQ-MÜDAFİƏÇİLƏRİNİN ŞOK DİALOQU
Bir neçə gün əvvəl Avropa Şurasının (AŞ) Bakıdakı nümayəndəliyində Konstitusiya Fondunun prezidenti Əliməmməd Nuriyev, Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Eldar Zeynalov, SDİ direktoru Leyla Yunus AŞ baş katibinin müavini Qabriela Battaini-Draqonini və AŞ-nin siyasi məsələlər üzrə direktoru Aleksandr Qussellə görüşüblər. Görüş Monitorinq Qrupunun üzvləri ilə Leyla Yunus arasında yaranmış fikir ayrılığına görə gərgin keçib. Leyla Yunus gərginliyin həbsdə olan islamçılara görə yarandığını bildirsə də, Novella Cəfəroğlu və Səidə Qocamanlı bu fikirləri təkzib edib. Amma Leyla xanım məsələyə bir qədər də aydınlıq gətirmək üçün həmin görüşün stenoqramından ibarət məqalə hazırlayıb. Həmin məqaləni ixtisarla təqdim edirik.
“2011-ci ilin martın 2-də Hacıbala Abutalıbovla 2 saatlıq dialoqdan sonra yazdığım «Dialoq QA+LYU» qeydiyyatımdan bu cür məntiq, qanun və hüquq çərçivəsinə sığmayan son dərəcə dolaşıq iddiaları bir daha özlərini hüquq müdafiəçiləri adlandıran şəxslərin ağzından eşidəcəyimi düşünmürdüm.
Cari ilin oktyabrın 31-də Avropa Birliyinin ofisində saat 10,30-dan 12,10-a kimi görüşdən sonra məndə Abutalıbovla olan görüşün təəssüratları yenidən təkrarlandı.
Həm Abutalıbovla, həm də 31 oktyabr görüşündən sonra mən ilk öncə reallaşan görüşlər haqqında danışmaq istəyirdim. Lakin günün sonunda anladım ki, yaxşı olar ki, bu barədə yazım. Heç olmasa gələcək üçün. Axı mən dostum Hikmətdən fərqli olaraq gündəlik yazmıram. Həmişə də düşünürəm ki, birdən bütün bu illər ərzində müşahidə elədiyim kabusları qeydə almağa imkan tapmadım.
Bu səbəbdən 31 oktyabr görüşünü təsvir edirəm. Demək sırasıyla başlayaq.
Qədim şəhərdə Avropa Birliyinin konfrans zalında görüş keçirilir. Masanın bir tərəfində Əliməmməd Nuriyev, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Eldar Zeynalov, digər tərəfdə isə bu sətirlərin müəllifi əyləşib. Masanın başında AB-nin baş katibinin müavini Qabriella Bəttaini-Draqoni, həmçinin AB-nin siyasi məsələlər üzrə direktoru Aleksandr Qussel, onun köməkçisi və tərcüməçisi əyləşib.
10:38-də Avropa Birliyinin baş katibinin müavini Qabrielda Bəttaini Draqoni açır.
Qabriella Bəttaini-Draqoni: Dünən biz bir sıra görüşlər keçirdik. Onların sadalayarkən, siz özünüz də hansı problemlərin və məsələlərin müzakirə olunduğunu anlayacaqsınız. Biz Ombudsmanla, parlamentin deputatlarıyla, ədliyyə naziri, XİN rəhbərinin müavini və mədəniyyət naziri ilə görüşdük.
Çox tezliklə Azərbaycan Avropa Birliyinin Nazirlər Kabinetində sədrlik edəcək. Mən sizdən eşitmək istəyərdim ki, siz Azərbaycanın AB-nin Nazirlər Kabinetində sədrliyini nəzərə alaraq hansı problemlərdən danışmaq istərdiniz?
Leyla Yunus: Sizin diqqətinizi AŞPA-nın hesabatçılarının işinə yönəltmək istəyərdim. AŞPA-nın siyasi məhbuslar üzrə xüsusi hesabatçısı Almaniyanın deputatı cənab Kristofer Ştrasser 2009-cu ilin mart ayında hesabatçı təyin olunub. O zamandan bu günə kimi hesabatçı kimi Azərbaycana gələ bilməyib. Ona viza verilməyib!!! Nə üçün Avropa Birliyi Azərbaycan hökumətinin bu davranışına etiraz etmir? Necə ola bilərdi ki, hesabatçı Kristofer Ştrasserə viza verilməsin? Diqqət edin - bizim hökumətin «siyasi məhbus» anlayışı müəyyən etmək tələbi - tam spekulyasiya idi. Avropa Birliyində çıxış edərkən Azərbaycan könüllü surətdə siyasi məhbuslarla bağlı problemi həll edəcəyi vəzifəsini götürdü və respublikanı üç hüquqşünas – Avropa Birliyi Baş Katibi cənab Şvimmerin ekspertləri ziyarət etdi. Onlar «siyasi məhbus» anlayışını dəqiq müəyyənləşdirən və Azərbaycanda onun mövcudluğunu göstərən hesabat hazırladılar. Bu işlərin təkrarlanmasına heç bir ehtiyac yox idi. Bununla belə cənab Ştrasser hesabat hazırladı və onun əsasında AŞ PA «siyasi məhbus» anlayışı barədə xüsusi qətnamə qəbul elədi. Cənab Ştrasser çox sağ olsun, bu arqument də Azərbaycan hökumətindən çıxarılıb. Lakin, yenə deyirəm, bu, Avropa Birliyinin ikili standartları barədə təmiz spekulyasiya idi.
Cənab Ştrasser həmçinin Azərbaycanda siyasi məhbuslar barədə hesabatın layihəsini hazırlayıb. Biz də cənab Ştrasser tərəfindən dərc olunan siyasi məhbuslar barədə siyahını və onun böyük işini tam dəstəkləyirik.
Cənab Ştrasser praktiki olaraq Azərbaycanın bütün siyasi məhbuslarını işarə edərək böyük iş görüb. Diqqət edin: bu gün siyasi məhbusların siyahısında 60 nəfərin adı var. Azərbaycanda Siyasi məhbusları şərti olmayaraq 3 qrupa bölmək olar. – Birincisi vətəndaş ictimaiyyətinin fəalları, jurnalistlər, hüquq müdafiəçiləri, gənc fəallar, liberal-demokratik müxalifətin üzvləridir. Onlara uydurma ittihamlarla 2-5 il arası həbs verilir. İkinci qrupa dindarlar və İslam Partiyasının üzvləri daxildir. Onlar üçün ağır cinayətlər uydurulur və 8-15-il arası azadlıqdan məhrum edilirlər (Masanın qarşı tərəfində Novella Cəfəroğlunun səsi eşidilir. deyir ki, "o, nə qədər danışacaq").
Və nəhayət üçüncü qrup – əsirlər. Hökumət müxalifətə təzyiq etmək üçün ailə üzvlərini həbs edirlər. Hazırda Müsavat Partiyasının sədr müavininin gənc qızı Nigar Yaqublu və AXCP sədrinin qardaşı arvadı həbsdədir.
Cənab Ştrasserin siyahısı və fəaliyyəti Azərbaycan üçün çox vacibdir.
Həmçinin Monitorinq Komitəsinin ikinci məruzəçisi də var. Onlar viza almaq və Azərbaycana gəlmək barədə heç bir problemlə üzləşmirlər. Bu səbəbdən onların hesabat layihəsi təəssürat yaradır ki, məruzə Azərbaycan Respublikasının Prezident Aparatında hazırlanıb.
Xahiş edirəm əlavə məruzəçilərin işinə diqqət yetirəsiz (qarşı tərəfdən mənim çıxışımın sona çatması üçün çox narazı sözlər eşidilir). Əlavə məruzəçiləri dəyişdirmək yaxşı olardı, onların işi etimadları doğrultmur.
Səidə Qocamanlı: Mən ilk növbədə bu görüşə və çıxış üçün imkan verdiyinizə görə sizlərə təşəkkür edirəm. Cənab Ştrasserin işi ilə bağlı. İndi onun siyasi məhbuslar haqqında hazırladığı hesabat Avropa Birliyinin bütün üzv ölkələrinə aiddir. Ancaq belə görünür ki, AB Azərbaycanla əlaqədar ikili standartlar yürüdür. Axı Ermənistanda, Rusiyada və Ukraynada da siyasi məhbuslar var. (Deyəsən bu mahnını mən haradasa eşitmişəm. Hə, yadıma düşdü – sözbəsöz bu Əli Həsənovun Avropa Şurasının ikili standartlar barədə dediyinin təkrarıdır)
Biz Hüquqşünasların Monitorinq qrupunun üzvləri həmçinin onu bildirmək istəyirik ki, cənab Ştrasserin siyahısında çoxdan azadlıqda olan insanların adları var (Onlar ona görə azadlıqdadırlar ki, Ştrasser onları öz siyahısına salmışdı. Məhz bu səbəbdən onlar Şahin Həsənli və Vidadi İsgəndərlini həbsxanada saxlamaqla geri çəkildilər).
İndi isə mən öz siyahımı sizlərə təqdim etmək istəyirəm. Bu insanları siyasi məhbus hesab etmək olar (Qalxır və siyahını təqdim edir. Xanım Qabriella Battaini Dragoni bənövşəyi rəngin və digərlərinin nə məna daşıdığını soruşur. Cavab anlaşılmazdır).
Onu da bildirmək istəyirəm ki, Səid Dadaşbəylinin işi ilə əlaqədar məhbuslar siyasi məhbus sayılmamalıdır. Hesab edirik ki, bu qrup insanlarla əlaqədar yeni məhkəmə dinləmələri keçirilməlidir. Məhz o zaman aydın olacaq ki, məhkəmə açıq və düzgündür, yoxsa pozuntular var (Bu çox hiyləgərcəsinə düşünülüb: insanlar artıq 6 ildir ki, həbsxanadadırlar, MTN-də dəhşətli işgəncələrdən keçiblər, onların iddiaları artıq Strasburqda İnsan Haqları üzrə Avropa Məhkəməsində növbədədir. Ştrasserin siyahısı və Strasburq məhkəməsi onların son ümididir, Ancaq hökumət bildirsə ki, yeni məhkəmə olacaq, Strasburqa iddialar sadəcə növbədən çıxarılacaq!!! Deyəcəklər ki, Azərbaycanda bütün imkanlar tükənməyib və Monitorinq Qrupunun tələbi ilə yeni məhkəmə olacaq!! Dəhşətdir, canıma vicvicə düşdü. Bu qadınlar onların analarının gözlərinə necə baxırlar?)
Ümumiyyətlə Ştrasserin Azərbaycanı ziyarət etmədən, məhbuslarla görüşmədən siyahı hazırlamaq hüququ (!!??) yox idi… (Super! Bu məhz onların müəllimi Fuad Ələsgərovun həvalə etdiyi müdafiədir. Mən gülümsəməyimi saxlaya bilmirəm, geniş gülümsəməm Novellanı özündən çıxardır).
Novella Cəfəroğlu: Bəli, Ştrasserin siyahısında islamçıların adının olması ilə də razı deyilik. Siz bilirsiniz onlar kimdir? Onlar Amerikanın bayrağını yandırırlar, İrandan pul alırlar. Biz bir neçədə dəfə İslam Partiyasından öz proqramlarını bizə verməsini istəmişik, onlar isə vermirlər. Çünki onlar Azərbaycanda da İrandakı kimi İslam yaratmaq istədiklərini proqramlarında qeyd ediblər. Biz qorxuruq! İslamçılar İrandan pul alırlar.
(Mən etiraz etməyə çalışıram – bunlar hökumətin əsassız ittihamlarıdır. Siz onlara pul verildiyini görmüsünüz? Qanun və hüquq normalarının pozulduğu barədə sübutları təqdim etmək vacibdir. İnsanları onlardan yalnız xoşunuz gəlmədiyiniz üçün həbs etmək düzgün deyil).
Yox islamçılar çox qorxulu qüvvədir. Onlar İrandan xeyli miqdarda pul alırlar. Onların çoxsaylı mitinqləri olur. Bəli, biz özümüz də onlardan bərk qorxuruq.
(Bu nifrət haradandır. Bu hayqırtılara qarşı daxili etirazım mənə hətta şiə əslimi xatırlatdı… Dindarların radikallaşması belə baş verir: təzyiqlər, ittihamlar, böhtanlar. Səni küncə sıxışdıranda müdafiə olunmağa məcbursan. Mənim ulu babam Əli Hüseyn kimi şiələr, ötən əsrin əvvəllərində müdafiədən hücuma keçmişdilər… Təzyiq etməyin!)
Səidə Qocamanlı: Mən həmçinin onu da bildirmək istəyirəm ki, Ştrasser təyin olunana kimi bizim hüquq müdafiəçilərdən və hökumət nümayəndələrindən təşkil olunmuş Xüsusi İşçi Qrupumuz var idi. Biz çox gözəl işləyirdik və 17 məhbusun azadlığa çıxmasına nail olmuşduq.
Ştrasser təyin olunduqdan sonra Qrup buraxıldı. Biz işləmirik və bu, fəaliyyətimizə mənfi təsir göstərir.
(Fuad Ələsgərovdan daha bir mesaj – Ştrasserə təzyiq etmək, onun mandatının ləğvini tələb etmək və Hökumətin özünün idarə etdiyi əldəqayırma İşçi Qrupunun bərpasına cəhd etmək. Ələsgərovun ən yaxşı tələbələri, əlaçıları və ancaq bu.)
Eldar Zeynalov: Bəli, Bizim İşçi Qrupunun işi çox məhsuldar idi. Ancaq prinsipcə İşçi Qrupu ilə Ştrasseri birləşdirmək olar. Əsas odur ki, İnsan Haqları üzrə Avropa Məhkəməsində prioritet qaydada siyasi məhbusların işinə baxılsın. Hüquq mühafizə orqanlarında işgəncə eləyən əməkdaşların AB İnsan Haqları məhkəməsində cəzalandırılmasına diqqət yönəltmək vacibdir. İşgəncələrə məruz qalan 100 nəfərdən ikisinin işi Avropa Məhkəməsinə gedə bilər. Sonra İnsan Haqları üzrə Avropa Məhkəməsi bir neçə on min avro ödənilməsi barədə qərar çıxardacaq, bizim hökumət də ödədikdən sonra məsələ bununla bitəcək. İşgəncə verənlərdən heç kim cəzalandırılmır və işgəncələr hələ də davam edir (Ümumilikdə çıxış konkret və mühüm idi).
Novella Cəfəroğlu: Bəli, mən demək istəyirəm ki, polislərlə fəal işləmək lazımdır. Biz dəfələrlə Akademiyanın kursantları, ümumiyyətlə gənc polislərlə görüşmüşük. Deməliyəm ki, onlar çox yaxşı, düzgün və vicdanlı uşaqlardır. Onlar bizə dedilər: «Bəs biz nə etməliyik? Əgər döyməsək, işdən qovularıq!» Axı onlar nə etməlidirlər? («Yaxşı» uşaqlardan sonra insan hüquqlarının müdafiəçisi Novella Xanım bunu soruşur. On illərdir ki, ürəyimdə saxladığım ölümcül döyülmələr, işgəncələrdən sonra əlil olanlar haqqında məlumatlar, mitinqlərdə və piketlər gənc, qoca, kişi və qadınların döyülməsinin videoyazıları gözlərimi doldurur, boğazımı yandırır. Hiss edirəm ki, indi partlayacam… Lakin insan haqlarının müdafiəçisinin növbəti cümləsi mənim tamamilə yıxdı…)
Biz oktyabr ayında baş verən mitinq və piketlərdən sonra 13 məhbusun saxlanıldığı bütün polis məntəqələrini gəzdik. Biz hər zaman informasiyaları KİV-dən götürmürük, özümüz piket və mitinqlərdə iştirak edirik,. Bu gün nəinki döymürlər, hətta onlara su və çay verilir, onlara yaxşı münasibət göstərilir. Biz özümüz onlardan soruşmuşuq (Gözlərimdə demək olar ki, mütəəssir göz yaşları göründü. Lakin Novella xanımın dodaqlarından bal tökülməyə davam edirdi…)
İşləmək lazımdır! Məsələn biz, Monitorinq Qrupu, təkcə polislərlə deyil, həm də hökumət nümayəndələri ilə işləyirik… (İnsan Hüquqlarının müdafiəçi stilini qorumağa səy edirəm). Bizim Parlamentdə çox yaxşı deputatlar var. Onlar bizim işimizi dəstəkləyir, bizim təkliflərimizi parlamentdə səsləndirirlər (Maraqlıdır, görəsən kimin siyahısı və hansı valyuta ilə bu möcüzə deputatlar parlamentdə yer ala biliblər?)
Hazırda Parlamentdə seçki kodeksinə dəyişiklik edilməsi vacibdir. Təkcə majoritar deyil, həm də proporsional sistemdə seçkilər keçirilməlidir. Biz bununla ciddi surətdə məşğul oluruq. Həmçinin partiyaların maliyyələşdirilməsi məsələsi müzakirə olunub və qəbul edirdi. Bizim deputatlar parlamentin mövqeyinə görə maliyyələşdirilməyə narazı idilər. Ümumilikdə əməkdaşlıq və dialoq var. Siz deputatlarla görüşmüsünüz. Görürsünüz ki, onlarla işləmək lazımdır və biz də işləyirik. (Burda artıq dözə bilmirəm)
Leyla Yunus: Azərbaycanda mafiya rejimi qurulub, buranı bir klan idarə edir. Hər şeyi bir nəfər qərarlaşdırır, iki də ola bilər, amma bundan artıq mümkün deyil. Parlament heç nəyə qərar vermir. Nə seçki, nə də hakimiyyət bölgüsü var.
Qabriela Battaini-Draqoni: Ümid etmək lazımdır. Görək hadisələr hansı yöndə cərəyan edir.
Novella Cəfəroğlu: Bəli, bəli. Hər şeyi qara görmək lazım deyil. Vəziyyət gözlərimiz qarşısında yaxşıya doğru dəyişir. Mən həmçinin Ədliyyə Nazirliyi ilə olan əməkdaşlığımızdan danışmaq istərdim. Biz istədiyimiz zaman, istədiyimiz həbsxanaya gedə bilərik. Biz görürük ki, məhbusların saxlanma şəraiti necə də müsbət yöndə dəyişib.
(Əminəm ki, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə nazirliklərinin və daxili qoşunların bütün əməkdaşları monitorinq qrupunun üzvünün bu açıqlamalarını oxuyub onu ayaq üstə salamlayacaq, çes verəcək və əlindən öpəcəklər.)
Düzdür, bəzi yerlər də var ki, onları ümumiyyətlə bağlamaq lazımdır. Bu həbsxanaların yaxınlığında daş karxanası var, qışı soyuq, yayı isə isti olur. Bu həbsxanaların (nömrələrini deyir) biz bağlanılmasını təklif edirik. Ümumiyyətlə bu gün Ədliyyə Nazirliyi HAMIYA məhbuslara baş çəkməyə icazə verir! Heç bir qadağa yoxdur!
Qabriela Battaini-Draqoni: Doğrudan? Sizin hamınıza məhbuslara baş çəkməyə icazə verilir? (O, mənə doğru baxır.)
Leyla Yunus: Mənə icazə vermirlər və heç bir dəfə də icazə verməyiblər. (əks tərəfdən hamısı xorla deyirlər: ona görə ki, o heç bir dəfə də müraciət etməyib! Məktubla müraciət etməyib! O, Azərbaycanı sevmir!!!)
Leyla Yunus: Mən dəfələrlə müraciət etmişəm. Hələ keçmiş nazir müavinini vaxtında müraciət etmişəm. Mənə konkret cavab verdilər: “Biz sizi heç vaxt ora buraxmayacağıq!” Mən də eyni ahənglə dedim: “Sizə qismət olsun!” Bundan əlavə, məni təkcə məhbuslarla görüşə deyil, qanunları pozaraq vicdan məhbusu Adnan Hacızadənin saxlanıldığı yerə də buraxmadılar. Mən rəsmi şəkildə məktubla müraciət etdim, onun vəkili İsaxan Aşurov da bu yöndə çalışdı. Mən gəldim, ancaq görüşə buraxmadılar.
Novella Cəfəroğlu: Çünki o, Azərbaycanı sevmir. Bu ki aydındır, o, Azərbaycanı sevmir!!!
(Mən bu sözləri haradasa eşirmişəm. Bəli, əlbəttə, Vəzirov 1989-cu ildə bu sözləri üzümə qışqırmışdı. Sonra Nemət Pənahov, Fəzail Ağamalı və Becan Fərzəliyev 1989-cu il AXC-nin məclisində mənim qanımı yoxladaraq, milli mənsubiyyətimi öyrənmək istəyirdilər ki, sübut etsinlər, nəyə görə mən Azərbaycanı sevmirəm. Və əlbəttə ki, Hacıbala Abutalıbov 2011-ci ilin martındakı görüşdə məni ittiham etdi ki, mən Bakını sevmirəm...)
Əliməmməd Nuriyev: Mən korrupsiya ilə mübarizə planı barədə danışmaq istərdim. Bizim təşkilat korrupsiya ilə mübarizə sahəsində daha aktiv şəkildə iştirak edir. İndi yeni proqram hazırlanır və biz öz təkliflərimizi vermişik...
Səadət Bənənyarlı: Bilirəm ki, çox az bir müddət qalıb. Əvvəla, burada haqqında danışılan Hilal Məmmədov Talış separatçı partiyasının üzvüdür.
(Mən dözə bilmədim)
Leyla Yunus: Kəsin yalan danışmağı!
Səadət Bənənyarlı: Mən bunu internetdən oxumuşam. (Avropa Parlamentinin nümayəndəsinə müraciət edir) Siz də bu barədə internetdə oxuya bilərsiniz.
Aleksandr Qussel: Hansı partiyanın üzvü?
Eldar Zeynalov: Talış partiyasının.
Səadət Bənənyarlı: Bu faktdır...
Novella Cəfəroğlu: Qeyd etmək yerinə düşərdi ki, Azərbaycanda heç vaxt etnik zəmində təqib olmayıb. Və onun həbsinin talış olması ilə əlaqəsi yoxdur.
Biz hamımız istəyirik ki, onu buraxsınlar.
Səadət Bənənyarlı: Amma yada salmaq lazımdır ki, o kimdir …
(Mən qışqırmaq həddinə çatmışam)
Leyla Yunus: Novruzəli Məmmədovu və iki oğlunu öldürdülər. İndi eyni vəziyyət Hilal üçün də ola bilər!!!
(Avropa Parlamentinin nümayəndəsi mənə tərəf çevrilir)
Leyla Yunus: 2007-ci ildə filologiya üzrə professor, Talış dilində dərc olunan yeganə qəzetin baş redaktoru Novruzəli Məmmədov həbs edildi. Onu İrana qarşı casusluqda ittiham edirdilər. Bu ittiham üzrə heç bir sübut yox idi. Ancaq ona 10 il həbs cəzası verdilər. 2009-cu ildə həbsxanada dünyasını dəyişdi. Onu iki oğlu da 2007-2011-ci illərdə dünyasını dəyişib. Hazırda Novruzəli Məmmədovun hüquqlarını qoruyan və onun baş redaktor vəzifəsini həyata keçirən, bizim institutun məsləhətçisi Hilal Məmmədov da eyni maddə ilə ittiham olunur. Ona işgəncə olunub! Bütün məhkəmə qapalı keçirilir, vəkillərin vəsatətləri qəbul edilmir! (mən demək olar ki, qışqırıram). Ona ola bilər ki, 15 il və ya ömürlük versinlər. Azərbaycan azsaylı xalqların hüquqları barədə Konvensiyanı pozur...
Novella Cəfəroğlu: O, ona görə belə qışqırır ki, bunun arxasında pul var!
(Bu ki, “Səs” qəzetinin yazdıqlarıdır)
Əliməmməd Nuriyev: Əliməmməd Nuriyev: Mən həbsdə Hilal Məmmədova baş çəkmişəm. O, saxlanma şəraitindən narazı deyil.
Leyla Yunus: Bəlkə siz deyəcəksiniz ki, onu heç döyməyiblər də?
Əliməmməd Nuriyev: Səbirli olun Leyla xanım. Mən dedim ki, Hilal özü təsdiq etdi ki, onun həbsxanada problemi yoxdur, onunla yaxşı rəftar edirlər. (Mənim artıq həbsdə olan sanatoriya şəraiti ilə bağlı mahnılardan beynim partlayır). Ancaq o dedi ki, saxlanılarkən, onu döyüblər.
Leyla Yunus: Onun astması var. O həbsxanadakı saxlanılma şəraitindən necə razı ola bilər?
Əliməmməd Nuriyev: Onu həbsxanada müalicə edirlər.
Novella Cəfəroğlu: İndi siz gördünüz ki, o, Azərbaycanı sevmir!
Kim pisdir? Kim qorxuludur? Kim daha çox zərərlidir? Öz işlərini itirmək qorxusu ilə insanları döyən polislərmi? Yoxsa günahsız insanlara qarşı uydurma ittiham hazırlayan prokurorlar? Bəlkə də bu uydurma ittihamlarla qərar çıxaran hakimlər? Və ya bu cinayətləri ört-basdır edən belə “hüquq müdafiəçiləri”, hansı ki, artıq neçə illərdir onlar həqiqətləri gizlətməklə məşğuldurlar və sözdə Azərbaycanda demokratik islahatlar üçün çalışırlar.
Onlardan kim daha çox xalqı orta əsrlərin quldarlıq dövründə saxlayan mafia-klan rejiminin Azərbaycanda qalmasına yardım edir?!
2 noyabr 2012-ci il.
* Mötərizədəki seçmələr görüşdəki fikirlərimdir."
Tərcümə FaktXeber.com-a məxsusdur
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əgər Azərbaycana ərazi iddiamız olsaydı… - Paşinyan
Bu gün, 21:40 |
|
|
|
• BDU -da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib - FOTO
Bu gün, 21:38 |
|
|
|
• Şirvanda vəzifəli şəxs cərimələndi - Qərardan narazı qaldı
Bu gün, 19:23 |
|
|
|
• AVROSƏRSƏMLİK... və Bakıdan REAKSİYA
Bu gün, 19:21 |
|
|
|
• Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri - İNCƏLƏMƏ
Bu gün, 19:00 |
|
|
|
• Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq – SİFARİŞ
Bu gün, 18:58 |
|
|
|
• Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”
Bu gün, 18:52 |
|
|
|
• Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - AÇIQLAMA
Bu gün, 18:06 |
|
|
|
• İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
Bu gün, 18:05 |
|
|
|
• Sülh prosesini pozan addım: - Ermənistan revanş istəyir
Bu gün, 18:02 |
|
|
|
• Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Bu gün, 17:56 |
|
|
|
• Daha bir məhkum həbsdə ölüb
Bu gün, 17:52 |
|
|
|
• Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Bu gün, 17:49 |
|
|
|
• Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Bu gün, 17:47 |
|
|
|
• Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Bu gün, 17:43 |
|
|
|
• Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Bu gün, 17:41 |
|
|
|
• Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Bu gün, 17:34 |
|
|
|
• “Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Bu gün, 17:25 |
|
|
|
• Putindən Vaşinqtona “duel” təklifi
Bu gün, 17:16 |
|
|
|
• İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Bu gün, 17:14 |
|
|
|
• Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Bu gün, 17:06 |
|
|
|
• Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 17:05 |
|
|
|
• “Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Bu gün, 17:00 |
|
|
|
• DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Bu gün, 17:00 |
|
|
|
• Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 16:42 |
|
|
|
• Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Bu gün, 16:39 |
|
|
|
• Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Bu gün, 16:30 |
|
|
|
• Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Bu gün, 16:27 |
|
|
|
• Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Bu gün, 16:24 |
|
|
|
• Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Bu gün, 16:23 |
|
|
|
• Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Bu gün, 16:18 |
|
|
|
• Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Bu gün, 16:16 |
|
|
|
• Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Bu gün, 16:07 |
|
|
|
• TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Bu gün, 16:06 |
|
|
|
• "Dünya hamıya çatacaq qədər böyükdür"
Bu gün, 16:03 |
|
|
|
• Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Bu gün, 16:01 |
|
|
|
• "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Bu gün, 15:55 |
|
|
|
• Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Bu gün, 15:48 |
|
|
|
• "Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Bu gün, 15:38 |
|
|
|
• Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:34 |
|
|
|
• Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Bu gün, 15:33 |
|
|
|
• 2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Bu gün, 15:07 |
|
|
|
• “Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Bu gün, 15:04 |
|
|
|
• Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Bu gün, 15:00 |
|
|
|
• Rusiya Suriyada məqsədinə nail olub - Putin
Bu gün, 14:55 |
|
|
|
• AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... - NƏ BAŞ VERİR?
Bu gün, 14:53 |
|
|
|
• 2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10 |
|
|
|
• İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
|