HEYDƏR ƏSƏDOV NÖQSANLARDAN DANIŞDI
Tarix: 2-11-2011, 16:17 | Çap et
“ARTIQ ÖDƏNİŞLƏRİN QARŞISI ALINIB”
Hesablama Palatası tərəfindən nəzarət tədbirlərinin nəticələrinə uyğun olaraq yoxlanılan qurumlara, onların tabe olduqları nazirlik, komitə və baş idarələrə, habelə digər əlaqədar orqanlara 2008-ci ildə 41, 2009-cu ildə 57 və 2010-cu ildə isə 83 təqdimat göndərilib. Palata yalnız nöqsan, çatışmazlıq və maliyyə pozuntularının aşkar edilməsi ilə kifayətlənməyib, onların aradan qaldırılması, artıq və əsassız ödənilmiş büdcə vəsaitlərinin bərpa edilməsi, günahkar şəxslərin müvafiq qaydada cəzalandırılması üçün müvafiq tədbirlər həyata keçirib. Bu barədə Hesablama Palatasının sədri Heydər Əsədov məlumat verib.
H.Əsədov deyib ki, Hesablama Palatası son üç ildə milyonlarla manat məbləğində büdcə vəsaitlərinin nağd qaydada müvafiq hesablara bərpa edilməsinə, dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə ödənilməsinə, habelə böyük həcmlərdə iş və xidmət, inventar və avadanlıq şəklində bərpasına nail olub:
“Yəni keyfiyyətsiz və ya müqavilədə nəzərdə tutulduğundan az yerinə yetirilmə müqabilində əlavə iş və xidmətlərin görülməsini, müqavilədə nəzərdə tutulduğundan az verilmə müqabilində çatışmayan inventar və avadanlıqların, dərman vasitələrinin büdcə təşkilatlarına təhvil verilməsini, habelə böyük məbləğlərdə debitor və kreditor borcların uçota götürülməsini, lüzumsuz kreditor borcların ləğv edilməsini, dövlət büdcəsinə ödəniləcək vergi və digər icbari ödənişlər üzrə vəsaitlərin hesablanmasını, dövlət büdcəsinə artıq ödəmə kimi qeydə alınmış vəsaitlərin ləğv olunmasını təmin etmişdir”.
H.Əsədovun sözlərinə görə, Hesablama Palatasının nəzarət tədbirləri nəticəsində çoxlu sayda ştat vahidi və qruplar ləğv edilib, zəruri ştat vahidi üzrə əvəzləşdirmə aparılıb, çarpayı fondunun sayı azaldılıb, başqa sözlə gələcəkdə büdcə vəsaitlərinin əsassız xərclənməsinə səbəb olacaq ödənişlərin qarşısı nəzarət tədbirləri ilə əvvəlcədən alınıb.
Heydər Əsədov deyib ki, Həyata keçirilən nəzarət tədbirləri zamanı bir sıra ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə dövlətə külli miqdarda zərər vurulması nəzərə alınaraq 4 yoxlama materialları müvafiq qaydada araşdırılmaq üçün Baş Prokurorluğu göndərilib, habelə dövlət büdcəsinə külli miqdarda borcu olan vergi ödəyicilərindən 11 vergi ödəyicisi barədə Vergilər Nazirliyi tərəfindən cinayət işinə başlanılıb, nöqsan və çatışmazlıqlara yol verən yüzlərlə məsul şəxs barəsində aidiyyəti orqanlar tərəfindən ciddi intizam tənbehi tədbirlərinin görülməsinə nail olunub.
Palata sədri bildidb ki, görülən tədbirlər hesabına milyonlarla manat məbləğində artıq və əsassız ödənişlərin və səmərəsiz xərclərin qarşısı alınıb, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilib ki, onların ümumi məbləği Hesablama Palatasının saxlanılmasına sərf edilmiş büdcə vəsaitləri ilə müqayisədə dəfələrlə çoxdur.
H.Əsədov xüsusi vurğulayıb ki, hazırda nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar büdcədən maliyyələşən təşkilatların çox az hissəsini əhatə edir. Bu isə yoxlama aparılmayan təşkilatlarda maliyyə intizamının pozulması riskini artırır, büdcə vəsaitlərinin təyinatından kənar və səmərəsiz xərc olunmasını istisna etmir. Bütün bunlar nəzarət tədbirlərinin sayının əhəmiyyətli dərəcədə artırılmasını və bu zaman daha çox funksional fəaliyyətin bütövlükdə əhatə olunmasını şərtləndirir ki, Palata bu istiqamətdə öz fəaliyyətini daha da gücləndirib.
“Palatanın fəaliyyətində aşkarlığın, şəffaflığın və hesabatlılığın təmin edilməsi Palatanın cari fəaliyyətinin əsas prinsiplərindən birini təşkil etmiş və bu istiqamətdə fəaliyyət qabaqcıl beynəlxalq təcrübəyə və qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq tənzimlənmişdir”-deyə H.Əsədov qeyd edib.
O, bildirib ki, Hesablama Palatası bu gün büdcə idarəçiliyində, icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın və səmərəliliyin təmin edilməsi sahəsində mühüm rol oynayan dövlət qurumu kimi çıxış edir.
Qeyd edək ki, noyabr ayının 2-3-də Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunur. Yubiley münasibəti ilə noyabrın 2-də Palatada Azərbaycan Milli Məclisinin, bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının, beynəlxalq təşkilatların və xarici dövlətlərin Ali Audit Qurumlarının rəhbərləri və nümayəndələrinin iştirakı ilə təntənəli iclas keçirilib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin Azərbaycana heyət göndərir - Kremlin şərti var, Bakı isə...
Bu gün, 11:07 |
|
|
|
• “Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin - Qiymətini açıqladı
Bu gün, 11:05 |
|
|
|
• AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? - AKTUAL
Bu gün, 10:59 |
|
|
|
• Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı
Bu gün, 10:53 |
|
|
|
• Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... - ETİRAZ VAR...
Bu gün, 10:39 |
|
|
|
• Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... - Övladdan nəvə...
Bu gün, 10:30 |
|
|
|
• HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib - VİDEO
Bu gün, 10:16 |
|
|
|
• Şadlıq sarayları əhaliyə “toy tutur” - məcburi menyu problemi
Bu gün, 10:14 |
|
|
|
• Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gözləməlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:11 |
|
|
|
• Rasim Balayevin səhhətində problem yarandı
Bu gün, 10:05 |
|
|
|
• Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib - KİV
Bu gün, 09:56 |
|
|
|
• Əməkdar artistdən həmkarlarına İRAD - "Muğamı regionlara, bölgələrə bölməyin"
Bu gün, 09:55 |
|
|
|
• Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur - ÇÜNKİ...
Bu gün, 09:53 |
|
|
|
• Azərbaycan Dövlət Rəssamlıq Akademiyası abituriyentlərin qeydiyyatını niyə təsdiqləmir? - rektordan AÇIQLAMA
Bu gün, 09:47 |
|
|
|
• Azərbaycanla normal iqtisadi münasibətlərimiz var - Rusiya Baş nazirinin müavini
Bu gün, 09:41 |
|
|
|
• Rusiya narazı qaldığını gizlədə bilmir - NECƏ OLMALI İDİ Kİ...
Bu gün, 09:36 |
|
|
|
• Rusiyanın kompensasiya yalanı ifşa olundu - sərt reaksiyalar
Bu gün, 09:24 |
|
|
|
• Dollarla bağlı mühüm proqnoz – Dəyişiklik ola bilər
Bu gün, 09:22 |
|
|
|
• Ata qızının videolarını TikTok-da paylaşan kürəkənini öldürdü - Şəmkirdə ŞOK CİNAYƏT
Bu gün, 09:15 |
|
|
|
• İran Zəngəzur dəhlizində “payçı” olacaq? - görünəni odur ki...
Bu gün, 09:10 |
|
|
|
• Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar... - Nə vəzifə... nə də pul...
Bu gün, 09:07 |
|
|
|
• ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycan ərazisində radioloji vəziyyət necədir? - ARAŞDIRMA
Bu gün, 09:03 |
|
|
|
• Paşinyandan böyük erməni yalanına zərbə - GƏLİŞMƏ
Bu gün, 09:00 |
|
|
|
• "Guya müalicəyə getmişdim... əsəb keçirib ger döndüm..." - NARAZILIQ VAR...
Bu gün, 08:56 |
|
|
|
• Satdıqları məhsula sahiblənmirlər... - AXI NİYƏ?
Bu gün, 08:40 |
|
|
|
• Şəmkirdə törədilmiş qətlin təfərrüatları məlum oldu - Mərhumun da əlində bıçaq olub
Bu gün, 07:33 |
|
|
|
• Mehdiyevdən qalma LİMİT OYUNU - və ya ABSURD QADAĞA
Bu gün, 07:25 |
|
|
|
• Beyləqan sakini ölümlə hədələnir - Vətəndaş hüquq mühafizə orqanlarından yardım istəyir
Bu gün, 07:17 |
|
|
|
• Yeni tikililər bahalaşıb, sakinlər "şəhər"dən qaçır , Bakı ətrafında da infrastruktur böhranı davam edir
Bu gün, 07:14 |
|
|
|
• Rusiya bizə NƏ EDƏ BİLƏR? - İNCƏLƏMƏ
Bu gün, 07:05 |
|
|
|
• Müəllimlərdən Emin Əmrullayevə şikayət - Bakı məktəbində qalmaqal
Bu gün, 07:02 |
|
|
|
• Vəfat etmiş qazinin anasına “Bank of Baku”dan BİABIRÇI TƏLƏB – “Borcu ödəyin, oğlunuz rahat yatsın”
Bu gün, 06:59 |
|
|
|
• Mingəçevirdə MİSTİK TENDER - FOTO
Bu gün, 06:54 |
|
|
|
• Avropa dövlətləri Şimali Koreya qədər ola bilmədilər - Partiya sədri Qərb liderlərini "qorxaq" adlandırdı
Bu gün, 06:50 |
|
|
|
• Bu iki qurumun taleyi sual altında - AKTUAL
Bu gün, 06:46 |
|
|
|
• Şəmkirdə qayınata kürəkənini bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 06:34 |
|
|
|
• "Siz bir yerdə oturmusuz, amma mən o restorandan bu restorana qaçıram"
Bu gün, 06:30 |
|
|
|
• "Məhkəmə məhdudiyyətlərinin qoyulması doğru qərar deyil" - deputat
Bu gün, 06:27 |
|
|
|
• ABŞ Rusiya və Çini cilovlamaq strategiyasından özünümüdafiəyə keçid etmək istəyir - "Politico":
Bu gün, 06:23 |
|
|
|
• Zakir Fərəcov universitetə qəbul olan şəhid övladları ilə görüşüb - FOTO
Dünən, 21:21 |
|
|
|
• Hindistan Azərbaycanla bağlı geri addım atdı - “News18”-
Dünən, 18:12 |
|
|
|
• Rusiya yaxşı olar ki, itməkdə olan etimad mühitinin bərpasına fokuslansın - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:10 |
|
|
|
• İrəvan Ermənistana necə verildi? – Kuba jurnalı
Dünən, 17:56 |
|
|
|
• Süleyman Mikayılov Ələt sakinləri ilə görüşdü - FOTOLAR
Dünən, 17:55 |
|
|
|
• “İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər” - Rektor
Dünən, 17:47 |
|
|
|
• Hüquqşünasdan sensasion açıqlama: - “İndiki gəncləri tərbiyələndirmək...”
Dünən, 17:44 |
|
|
|
• Sakinlərlə "Pilot Residence” arasında qalmaqal - NARAZILIQ VAR...
Dünən, 17:41 |
|
|
|
• “Uğur-2”də yarım milyonluq borc qalmaqalı - sakinlər müqavimət göstərir
Dünən, 17:33 |
|
|
|
• Qızıl bazarında kimlər hökmranlıq edir? - ARAŞDIRMA
Dünən, 17:25 |
|
|
|
|