II Qaregin və Petrosyan Paşinyanın hədəfində .....                     Ağdaşda sakinləri TÜSTÜYƏ KİM(LƏR) BOĞUR? .....                     "Sosial şəbəkədə aktiv deyiləm" .....                     "İranın vurulmasının konkret iki səbəbi var" .....                     İranın kamikadze dronları İsraildəki hədəfləri vurub .....                     Bakıya “dostcasına” təzyiq: AŞ ünvanı yenə səhv saldı .....                     İsrail Tehranda ZRK infrastrukturunun məhv edildiyini açıqlayıb .....                     Dollarla bağlı GÖZLƏNİLMƏZ ADDIM: Manat UCUZLAŞACAQ? .....                     Ağdamda ACINACAQLI DURUM .....                     İran-İsrail toqquşması: Kim kimin TƏRƏFİNDƏDİR.... .....                     Bakıda kollec direktoru vəzifədən GETDİ .....                     Azərbaycan xalqının Qurtuluş Günü .....                     38 nəfər "qanuni oğru" məhkum edildi: Aralarında azərbaycanlı da var .....                     Neft-qaz sektorunda MAAŞ PARADOKSU .....                     İranda Mossad casuslarının maşınları ələ keçirildi .....                     Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu .....                     Aİ missiyasının regiondakı varlığı Kremlin Cənubi Qafqaz planlarını pozur .....                     İsrail İranın zərbələrindən dəyən ziyan barədə məlumat yayıb .....                     “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR .....                     "Axı bu nə məsuliyyətsizlikdir?" .....                     Bakının mərkəzi ÜFUNƏT İÇİNDƏ: Xəstəlik yayıla bilər... .....                     AZERCELL sanki ölkəni qarışdırmağı QƏSD EDİB... .....                     İran şahının törəmələri əl-ayağa NİYƏ DÜŞÜB Kİ? .....                     Hər an risq altında olan neftçilər üçün MÜHÜM BİLGİ .....                     Revanşistlər son oyunlarını oynayır .....                     Bu vurhavurda Zəngəzur YADA DÜŞƏR?.. .....                     SOS: İrəvan süni intellekt fabriki yaradır .....                     İran-İsrail gərginliyində BİZİ HƏDƏFƏ GƏTİRƏN KİM(LƏR)DİR? .....                     İranın İsrailə dördüncü dalğa hücumları nəticəsində .....                     Ağ ev “SpaceX” şirkəti ilə dövlət müqavilələrini yenidən nəzərdən keçirir .....                     “Muğan Bank” jurnalisti soymaq fikrinə düşüb .....                     Ermənistan hələ də Rusiyanın qucağından düşməyib .....                     Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir .....                     Energetika sanatoriyasında enerji problemi .....                     Ağdam Azərbaycanın yeni paytaxtı OLACAQ? .....                     “Aparıcı da onların səviyyəsindədir” .....                     Burada baş həkim QOÇULUQ EDİR .....                     İran İsraili müdafiə edəcək ölkələrin bazalarına hücum edəcək .....                     "Krımla Qarabağı müqayisə etmək uğursuz cəhddir" .....                     Rusiya qoşunlarından imtina etmək niyyətində deyilik .....                 

Azərbaycanlı aktrisa: "Öpüş səhnəsinə çəkilərəm, amma..."
Tarix: 24-09-2014, 09:06 | Çap et
Azərbaycanlı aktrisa: "Öpüş səhnəsinə çəkilərəm, amma..."
Aktrisa Flora Hüseynovanın Milli.Az-a müsahibəsi.

- Flora xanım, yaradıcılığınızda hansı yeniliklər var?

- Nüşabə rolunu oynadığım “Sonuncu fəsil” serialı tətildədir, təkrarı gedir və yəqin ki, davamı da çəkiləcək. Hazırda isə gənc rejissorlar Elvin Rüstəmzadə və Anar Məmmədəliyevin işi olan “Səadət” serialında məktəb direktoru Gülşən xanım roluna çəkilirəm.

- Zamanında Naxçıvan Musiqili Teatrında çalışmısınız və indi heç bir teatrda işləmirsiniz. Amma adətən aktyorlar deyirlər ki, sənətkar teatrda yetişir. Nə əcəb indi teatrda çalışmırsınız?

- Mən teatrda işləyəndə övladlarım kiçik idi. Digər aktyor və aktrisaların övladlarının yaşadığı məhrumiyyətləri gördüm və teatrdan uzaqlaşdım. Övladlarımı teatra qurban vermək istəmədim. Amma düşünmürəm ki, teatrdan uzaqlaşmaq yaradıcılığıma təsir edib. Çünki mədəniyyət mərkəzində işləmişəm və orada da teatr olub. Özümü bu sahədən uzaqlaşmış kimi saymıram.

- Övladlarınız böyüyüblər. Bəs indi niyə teatra getmirsiniz?

- Teatr mənim həyatımdır və indi mənimçün daha məsuliyyətlidir. Səhnəyə çıxmaq, tamaşaçıyla canlı ünsiyyət çox maraqlıdır. Razıyam ki, teatr aktyoru formalaşdırır, yetişdirir. Amma yəqin, siz də razı olarsınız ki, çəkiliş vaxtı bəzi həmkarlarımız teatral, pafoslu oynayırlar. Bunu rejissorlar da dəfələrlə deyiblər. Belə çıxır ki, bəzən teatr kino sahəsindəki yaradıcılığa mane olur.

- Amma etiraf edək ki, teatrdakı məvacibin azlığı da öz sözünü deyir. Məsələn, siz min manat əməkhaqqı alsaydınız, teatrdan uzaq düşməzdiniz və indi belə deməzdiniz.

- Bu barədə mübahisə etməyəcəyəm və sizin dediyinizdə həqiqət var. Bizim nə qədər aktyorumuz maddi təminatsızlığa görə teatrdan uzaqlaşıb. Sənət gözəldir, vacibdir, amma insanın yaşamağı da lazımdır.

- Teatrda yetişmədən davamlı olaraq filmə, seriala çəkilmək aktyorun bazasının tükənməyinə gətirib çıxarmır ki?

- Əsla. İşlədiyim mədəniyyət evində xalq teatrı var və bu dediklərinizi özümə aid etmirəm. Mən teatrın sırf içindəyəm. İnsan öz üzərində işləyirsə, heç vaxt tükənmir.

- Sizin içərisində olduğunuz teatr əsl teatrla müqayisədə dərnək, yaxud özfəaliyyət səviyyəsində deyilmi?

- Özfəaliyyət səviyyəsində ola bilər, amma mənim ona yanaşmam özfəaliyyət səviyyəsində deyil.

- Niyə hər zaman sizə varlı, vəzifəli kişilərin xanımı obrazları həvalə olunur?

- (gülür) Təzəlikcə yeni bir serial haqda söhbət gedirdi. Dedim, xahiş edirəm, mənə daha belə bir obraz verməyin. Mən özüm də bundan narahatam. Hər bir aktrisa istəyər ki, oynadığı obrazın daha geniş əhatəsi olsun, müxtəlif xarakterləri oynasın. Təvazökarlıqdan uzaq olmasın, amma hərdən deyirlər ki, siz biçimdə, siz intellektdə aktrisalarımız azdır.

- Kənardan belə təəssürat yaranır ki, hər dəfə özünüzü oynayırsınız...

- Belə deməzdim. Bu fikirlər o vaxt dağılacaq ki, mənə tamam başqa ampluada olan obraz həvalə edəcəklər.

- Məsələn?

- Mənfi, əks xarakterli, pislik edə bilən bir insanı oynamaq istərdim.

- Çətin olmaz?

- Əsla çətin olmaz və çox gözəl alınar. Daxilimdə o potensialı hiss edirəm.

- Sizi şəxsən tanıyan biri kimi düşünürəm ki, bəlkə də çətin olar.

- Hər birimizin içində mənfilik də var, pislik də. Yetər ki, ona zəmin yaransın. Hərdən elə bir insandan elə hərəkət görürük ki, özümüz məəttəl qalırıq. Heç birimiz ideal deyilik. Mənə qarşı kimsə pislik edirsə, mənim də cavab verə biləcəyim pislik var.

- Oynamaq istəmədiyiniz, imtina edəcəyiniz, oynaya bilməyəcəyiniz rol var?

- Oynaya bilməyəcəyim rol yoxdur.

- Hansısa gənc insanın sevgilisi olan, komplekslərdən uzaq qadın obrazını qəbul edərsiniz?

- Bu barədə düşünmək gərəkdir. Oynaya bilməyəcəyim yox, özümə rəva görəcəyim, yaxud görə bilməyəcəyim obrazlar, rollar ola bilər.

- Bu tip rolları oynayan aktrisalarımız var. Onlar deyirlər ki, rolun fərqi yoxdur.

- Çünki aktyor özünü oynamır. Belə bir rol oynasam da, özüm deyiləm və sadəcə göstərirəm.

- Şablon da səslənsə, soruşmaq istərdim ki, açıq-saçıq hesab olunan rolları qəbul edərsinizmi?

- Hansısa sənət əsərini tamaşaçıya çatdırmaq üçün açıq-saçıq səhnə olmasa belə, gözəl sənət əsəri tamaşaçını özünə çəkir. Təbii ki, zəmanə dəyişib: hər şey oynanılır, göstərilir. Yataq səhnəsi oynamaram.

- Nəyə görə?

- Yalandan deyə bilmərəm ki, oynayaram. Amma hansısa ştrixlərlə çatdırmaq lazım olarsa, qəbul edərəm. Yetərincə müasir insan olsam da, bunu nə dünya kinosunda, nə də Azərbaycan kinosunda qəbul eləmirəm. Belə bir anlayış yoxdur ki, həmin yataq səhnəsi olmasa, bu film batdı. Bu, müəyyən kütlənin diqqətini cəlb etmək məqsədi daşıyır.

- Tutaq ki, tərəf-müqabiliniz sizi öpməlidir. Belə olarsa, yenə imtina edəcəksiniz?

- (gülür) Yəqin ki, olar. Öpüş səhnəsinə çəkilərəm.

- Yataq səhnəsini qəbul etmirsiniz, amma öpüş səhnəsini qəbul edirsiniz. Niyə bu olar, digəri yox?

- Çünki özüm də baxanda sevmirəm. Yataq səhnəsi heç bir sənət əsərinin pik nöqtəsi deyil.

- Geyimlə bağlı düşüncəniz necədir? Bu barədə kompleksiniz var?

- Qətiyyən kompleksim yoxdur və şükür ki, kompleksin olmağına da bir səbəb görmürəm. Həyatda da çox müasir geyinən insanam.

- Bildirdiniz ki, geyim kompleksiniz yoxdur. Yəni bu qədər güvənməyin səbəbi nədir?

- Bizim Azərbaycan qadınlarında mənfi bir xüsusiyyət var ki, öz qüsurlarını ört-basdır etməyi bacarmırlar. Bu, mənim subyektiv fikrimdir. Həyatda da, səhnədə də belə qadınlar var.

- Yəni qüsurlarınız var, gizlədə bilirsiniz, yoxsa qüsursuzsunuz?

- Özümə fikir verən xanımam və aktrisa kimi də bunu özümə borc bilirəm. Hara gedirsənsə, özünə, xarici görünüşünə diqqət etməlisən. Ona görə də hansı tipdə geyinsəm, məndə qüsur şəklində görünməyəcək. Amma bəzi şeylər var ki, yaraşmadığına görə geyinmək istəməzdim.

- Məsələn?

- (gülür) O mənim sirlərimdir.

- Bilmək maraqlıdır...

- Dekolte geyinmirəm. Qüsurum yoxdur, geyinə bilərəm. Amma elə şeylər var ki, onu 18-19 yaşlı qız geyinəndə tamam başqa cür görünür, mən geyinəndə başqa. Düzdür, dekolte də geyinə bilərəm. Sadəcə geyinməyəcəyim geyimlər var. Sabah hansısa qüsurum olsa, buna ciddi nəzarət edəcəyəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
II Qaregin və Petrosyan Paşinyanın hədəfində - Seçkilərə qədər hər ikisi zərərsizləşdiriləcək
Bu gün, 10:55
Ağdaşda sakinləri TÜSTÜYƏ KİM(LƏR) BOĞUR? - NARAZILIQ VAR...
Bu gün, 10:50
"Sosial şəbəkədə aktiv deyiləm" - Nanə Ağamalıyeva
Bu gün, 10:38
"İranın vurulmasının konkret iki səbəbi var" - Sərdar Cəlaloğlu
Bu gün, 10:33
İranın kamikadze dronları İsraildəki hədəfləri vurub - KİV
Bu gün, 10:30
Bakıya “dostcasına” təzyiq: AŞ ünvanı yenə səhv saldı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:29
İsrail Tehranda ZRK infrastrukturunun məhv edildiyini açıqlayıb
Bu gün, 10:23
Dollarla bağlı GÖZLƏNİLMƏZ ADDIM: Manat UCUZLAŞACAQ? - AKTUAL
Bu gün, 10:18
Ağdamda ACINACAQLI DURUM - vətəndaş HARAY ÇƏKDİ
Bu gün, 10:16
İran-İsrail toqquşması: Kim kimin TƏRƏFİNDƏDİR.... - SİYAHI
Bu gün, 10:07
Bakıda kollec direktoru vəzifədən GETDİ - AÇIQLAMA
Bu gün, 10:05
Azərbaycan xalqının Qurtuluş Günü - MƏQALƏ
Bu gün, 10:01
38 nəfər "qanuni oğru" məhkum edildi: Aralarında azərbaycanlı da var - FOTO
Bu gün, 09:51
Neft-qaz sektorunda MAAŞ PARADOKSU - ÖZƏL ŞİRKƏTLƏR AZALDIR, DÖVLƏT İSƏ ARTIRIR
Bu gün, 09:47
İranda Mossad casuslarının maşınları ələ keçirildi - İçindən nələr çıxdı?
Bu gün, 09:41
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
Bu gün, 09:39
Aİ missiyasının regiondakı varlığı Kremlin Cənubi Qafqaz planlarını pozur - FAKT BUDUR!
Bu gün, 09:36
İsrail İranın zərbələrindən dəyən ziyan barədə məlumat yayıb - TASS
Bu gün, 09:33
“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
Bu gün, 09:31
"Axı bu nə məsuliyyətsizlikdir?" - ETİRAZ VAR...
Bu gün, 09:24
Bakının mərkəzi ÜFUNƏT İÇİNDƏ: Xəstəlik yayıla bilər... - NARAZILIQ VAR...
Bu gün, 09:16
AZERCELL sanki ölkəni qarışdırmağı QƏSD EDİB... - BU NƏDİ BELƏ?
Bu gün, 09:07
İran şahının törəmələri əl-ayağa NİYƏ DÜŞÜB Kİ? - Görünəni odur ki...
Bu gün, 08:54
Hər an risq altında olan neftçilər üçün MÜHÜM BİLGİ - Ekspert danışır...
Bu gün, 08:51
Revanşistlər son oyunlarını oynayır - Paşinyan onları bitirməkdə qərarlıdırmı...
Bu gün, 08:48
Bu vurhavurda Zəngəzur YADA DÜŞƏR?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47
SOS: İrəvan süni intellekt fabriki yaradır - Azərbaycana TƏHDİD
Bu gün, 08:43
İran-İsrail gərginliyində BİZİ HƏDƏFƏ GƏTİRƏN KİM(LƏR)DİR? - NƏ ETMƏLİ?
Bu gün, 08:41
İranın İsrailə dördüncü dalğa hücumları nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb
Bu gün, 08:37
Ağ ev “SpaceX” şirkəti ilə dövlət müqavilələrini yenidən nəzərdən keçirir - Reuters
Bu gün, 07:50
“Muğan Bank” jurnalisti soymaq fikrinə düşüb - “Sələmçilər belə etmirlər”
Bu gün, 07:48
Ermənistan hələ də Rusiyanın qucağından düşməyib - FAKT BUDUR!
Bu gün, 07:09
Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir
Bu gün, 07:03
Energetika sanatoriyasında enerji problemi - MÜRACİƏT
Bu gün, 07:02
Ağdam Azərbaycanın yeni paytaxtı OLACAQ? - TƏKLİF VAR, AMMA...
Bu gün, 06:51
“Aparıcı da onların səviyyəsindədir” - VİDEO
Bu gün, 06:48
Burada baş həkim QOÇULUQ EDİR - İTTİHAM VAR...
Bu gün, 06:43
İran İsraili müdafiə edəcək ölkələrin bazalarına hücum edəcək - CNN
Bu gün, 06:34
"Krımla Qarabağı müqayisə etmək uğursuz cəhddir" - partiya sədri
Bu gün, 06:32
Rusiya qoşunlarından imtina etmək niyyətində deyilik - Paşinyan indi də BELƏ DEYİR
Bu gün, 06:27
Putin İsrailin İrana hücumunu şərh edib - "Kreml News"
Bu gün, 06:24
İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər - ƏGƏR...
Bu gün, 06:18
Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurma gözlənilmir - Fitch
Bu gün, 06:12
Xalq artistindən rep deyən Alim Qasımova - “Yersiz hərəkət...”
Dünən, 23:41
Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik rütbəsi verilib? - AÇIQLAMA
Dünən, 23:34
Azərbaycan İrandan təxliyələrə KÖMƏK EDİR
Dünən, 18:06
Quyruğu tapdanmış İran: İndi Zəngəzur yadına düşürmü? - AKTUAL
Dünən, 18:00
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub - “New York Times”
Dünən, 17:57
Kəlbəcər Rayon və Laçın Rayon Mərkəzi Xəstəxanası tikilir, layihə işləri 1.2 milyon manata başa gələcək
Dünən, 17:54
Rusiyanın 90 nəfərə yaxın aktyor və incəsənət heyəti quru yolla İrandan Azərbaycana gətiriləcək
Dünən, 17:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru