"Bu kafe haqqında tədbir görülsün" - ETİRAZ
Tarix: 30-09-2024, 11:14 |
Çap et
Aparıcı Aytəkin Mərdanova "Port Baku"da yerləşən məşhur "The house cafe"dən şikayət edib.
diaaz.space axşam.az-a istinadən xəbər verir ki, o, getdiyi məkanda xoşagəlməz halla rastlaşdığını bildirib.
Bununla bağlı sosial şəbəkədə paylaşım edən Aytəkin yazııb: "Deməli, bu kafe insanları boğaza yığıb. Aşağı səviyyədə xidmət, səristəsizlikləri və insanların əsəbləri ilə oynamaqları ilə...Ancaq vəzifəli şəxslərə və onların övladlarına xidmət etmək istəyirlər. Siravi vətəndaşa burada istirahət etmək olmaz. Xahiş edirəm, bu kafe haqqında tədbir görülsün".