Agenlik icarə sahəsi tapmaq üçün yetərli sayda iştirakçı tapmadı .....                     Eldar İbrahimov, Mixail Zabelin, Ziyafət Əsgərov, Siyavuş Novruzov... .....                     Azərbaycanda 31 min manat aliment borcu olan ata HƏBS OLUNDU .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA .....                     Axtarışa verilən meyxanaçı Rusiyada qadına 18 bıçaq zərbəsi vurub? .....                     “Hansı vəzifəlini, bir az üzdə olan alimini, məmurunu qaldırırlar, altından milyonlar çıxır...” .....                     Onu bir kadr kimi Ramiz Mehdiyev YETİŞDİRİB... .....                     “Gecə saat 3-də evə gələn kişi nəyimə lazımdır?” .....                     Maşın bazarında qiymətlər QALXACAQ .....                     Eyyub Hüseynovdan etiraz: AQTA nəyi gizlədir? .....                     “Rheinmetall” satışlarını 50 milyard avroya çatdırmağı hədəfləyir .....                     2-ci əl telefon satan türk şirkəti bağlanır .....                     Vəhdət Partiyasının rayon təşkilatının sədri həbs edilib .....                     "Bakı yoltikintiservis"in səhmdarları toplanır .....                     Bu bir LEOBANK keyfiyyətidir: Pullar havada uçuşur... .....                     Rusiya 3+3 formatını anti-ABŞ formatına çevirmək istəyir .....                     “Ağciyər Xəstəlikləri Mərkəzi”ndən 110 min manatlıq "alış-veriş" .....                     Mehdiyev müxalifəti niyə və necə ələ alıb? .....                     Hacı Surxaydan Prezidentə MÜRACİƏT .....                     Dövlətin əsas qanunu: Konstitusiya... .....                     Müstəqil dövlətin Konstitusiya günü .....                     Pensiyalarla bağlı gözlənilən anons verildi .....                     Gəncə Regional Kollecdə müəllimlərə təzyiq: Dərs yükünə imza atmayanlara maaş verilməyəcək .....                     Müəllimlər susdurulub, maaşlar yoxa çıxır... .....                     Keçmiş icra başçısı Rauf Həbibovun yeni qalmaqalı .....                     Nigarı komaya salan “MedAura”nın həkimləri İŞ BAŞINDA .....                     Babayevin yerinə ƏN ŞANSLI NAMİZƏD... .....                     "900 məktəbdə bu fənn üzrə kadr yoxdur" .....                     Taksi sürücüsü AYNA-dan ŞİKAYƏTÇİDİR .....                     "Bu da imtina verməyin bir yoludur" .....                     "Artıq Türkiyə səfirliyi də işə qarışıb..." .....                     Ağ Evdə üçtərəfli danışıqlar: Qazaxıstan "İbrahim sazişi"nə qoşuldu .....                     Türk xalqları cəmiyyətlərini öz dillərində maarifləndirməlidir .....                     Almanların 75%-dən çoxu hökumətin fəaliyyətindən narazıdır .....                     "Bu söhbətdən sonra anan sənin evinə necə gəlsin?" .....                     Ramiz Mehdiyev ətrafında gərginlik artır: siyahı yayıldı .....                     Paşinyan erməni cəmiyyətinə Azərbaycanla əməkdaşlığı uğur kimi göstərir .....                     Azərbaycan pərakəndə satış sektorunda ilk .....                     Azərbaycanda tibbi səhvlərə yol verən həkimlər niyə toxunulmazdır? .....                     COP30-la əlaqədar ezamiyyə normaları dəyişib .....                 

"Bir bədbəxtlik də odur ki, efirlərimiz də sosial şəbəkələrlə işləyir..." - ETİRAZ
Tarix: 9-07-2024, 07:12 | Çap et
"Bir bədbəxtlik də odur ki, efirlərimiz də sosial şəbəkələrlə işləyir..."
Aşıq Əlinin Kult.az-a müsahibəsi:

- Aşıq, sizə elə gəlmir ki, aşıq sənəti aktuallığını itirib? Aşıqlıq indi daha çox köhnə estetika kimi qəbul olunur, yeni tendesiyalar yaranıb...

- Razılaşmıram bu fikirlə. Əvvəla, müasirlik-zad yoxdur, axı. Siz müasirlik nəyə deyirsiniz? Təzə oxuyanlar çıxır e, inkubator kimi. Onlardır müasir?!

- Bir növ həm də onlardır kimi görsənir. Qarşılarını necə almaq olar ki?

- Heç cür. Sosial şəbəkələr varsa, onların da qarşısını olmaq mümkün deyil. Gərək ki, birinci elə sosial şəbəkələri tamamilə bağlasınlar. Onlar güclü reklam olunur, hərəsinin 10 işçisi var, təbliğ edirlər. Bir də görürsən, məsələn, hansısa sayt yazır ki, bəs, filan müğənniyə ev sahibi etiraz etdi, geyimində narazılıq yarandı. Amma ortada fakt yox. Bir bədbəxtlik də odur ki, efirlərimiz də sosial şəbəkələrlə işləyir.

- Aşıqları da efirlərdə az-az görürük…

- Şəxsən mən çıxmıram.

- Niyə? Sizi əvvəllər tez-tez görürdük, axı.

- Əvvəllər yaxşı idi, belə deyildi verilişlər. İndi bərbad vəziyyətdədir. Mən o inkubator müğənnilərlə bir yerdə olmaq istəmirəm, ona görə də dəvət olunsam belə, getmirəm.

- Saz niyə müqəddəsdir? Onu müqəddəs edən nədir?

- Bu, bir az fərqli məsələdir. “Müqəddəs” sözünün mənası çox yerə gedib çıxır. Mən “toxunulmazdır” deyərdim. Çünki bu, sənin milli sərvətin, dəyərin, kimliyindir. Hər bir xalq öz milli sənəti, sənətkarı, geyimi, kulinariyası və s. ilə tanınır. Azərbaycan musiqinin kökü sazdır, həm də bununla tanıyırlar. Sazı qorumaq borcumuzdur.

- Cəmiyyətdə aşıq sənətini tənqid edən adamlar da çoxdur.

- Baxmaq lazımdır ki, kim və niyə edir? Kimlər ki, tənqid edir, onlara elmlə cavab vermək lazımdır, hay-küylə yox.

- Restoranlarda saz çalan adamlara münasibətiniz necədir? Aşığı el dolandırar, yoxsa deyilən iradlarda haqlıdırlar?

- Bu sual çox verilib mənə və cavablandırmışam. Bilirsiniz, deyə bilərəm ki, onlar çox nahaq edirlər, amma onda da cavab verəcəklər ki, Aşıq Əlinin “ağzı isti yerdədir”. Bax bu sözün deyilməməsi üçün belə məsələlərə qarışmıram. Taleyin qisməti də var. Adam var, yaxşı idmançıdır, amma nəticəsi yoxdur. Adam var, sənəti yoxdur, amma hər yerdə onlardan danışırlar.

- Sənəti olanlar da olmayanların kölgəsində qalır?

- Yox. İstedadı ört-basdır etmək, qabağını almaq olmur. Bircə məsələ odur ki, şəxsiyyətini alçatmayasan, gərək. Maddiyyat bir gün var, bir gün yox.

- Hər sənətin yeniliyi olur. Aşıqlar nə yenilik edir bəs?

- Aşığın yeniliyi sənəti yaşatması, müasir dövrdə onu qoruyub saxlaması və təqdim etməsidir. Sazın ağırlığını saxlamaq lazımdır, ana xəttə toxunmaq olmaz.

- Aşıq Ədaləti necə xatırlayırsınız? Ustadınız olub, deyilənə görə, ən yaxın münasibəti də sizinlə olub.

- Ustad məcazi mənada olub. Aşıqlıq sənətində belə bir xüsusiyyət var ki, özündən böyüklərə, statuslu sənətkarlara “ustad” deyilir. Mən o adamları özümə ustad bilirəm. Fərqi yoxdur ki, hansı aşıq məktəbini təmsil edir. Mən özümü Azərbaycan aşığı hesab edirəm. Düzdür, Şirvan Aşıq Məktəbinin təmsilçisiyəm, amma ölkənin hər yerində şənliklərə gedirəm. Ədalət Nəsibovla yaxşı münasibətim olub, mahir saz ifaçısı idi, ustad idi. Baməzə, güclü yumoru, yaxşı nəsihətləri var idi. Həm həyat, həm də sənət baxımından. Yaş da önəmlidir, “çox gəzən, çox bilər” deyiblər.

- Çox gəzmək demişkən, bizim aşıqların xaricdəki fəaliyyəti ilə bağlı nə demək olar? Sanki, xaricdə də çox görünmürsünüz…

- Həm razıyam, həm də narazı. Fransadan üzü belə çox ölkədə olmuşam,. Elə bu yaxınlarda həm Qətərdə, həm də Özbəkistanda Azərbaycan mədəniyyət günləri oldu. Qətərdə tək iştirak etdim, Özbəkistanda da Aşıq Samirə ilə. Məsələn, orada rok ifa etdik.

- Onda bunu yenilik hesab edə bilərik?

- Bəli, yaxşı da qarşılandı. Ana xəttə dəymədən “Cəngi”dən “Misri”yə ifa etdik. Xeyli izlədilər.

- Aşıq məktəbi, sizcə, hansı bölgəmizdə daha yaxşıdır?

- Tam səmimi deyirəm, hamısında. Hamısı biri-birinə bağlıdır. Belə ayrımçılıq etmək doğru deyil. Hər yerin mahir ifaçıları var. Belə deyək, kamanın öz yeri, tarın öz yeri. Məsələn, deyə bilərəm ki, Şirvan Aşıq Məktəbində son dönəmlər səngimə var və mən bundan narahatam. Yaxşı, mən ifa elədim, bir neçə gəncimiz var, onlar da etdi, sonra nə olacaq? Ona görə də təbliğat aparmaq lazımdır.

- Gənc aşıqlardan razısınız?

- Gənclərdən narazılığım var. Hamısı solo-saz ifasına qaçır və düzgün ifa etmir.

- Ustadları elə öyrədir?

- Yox. Şüurlarında problem var. Gözlərini açıb, çox yerdə o cür uyğunsuz ifalar görürlər, ona görə.

- Bədii ədəbiyyatla aranız necədir? Roman, hekayə oxuyursunuz, yoxsa ancaq aşıq şeirləri?

- Aşıqlıq sənətində dastançılığı bilməlisən. Düzdür, indi buna da maraq azalıb, amma bilməlisən. Müasir Azərbaycan ədəbiyyatını az oxuyuram, o da vaxta görə. İşim çoxdur. Qobustan Mədəniyyət Evinin direktoruyam, yaradıcılığım, konsertlər, el şənlikləri - buna görə də vaxt az qalır. Amma yenə də bacardıqca oxuyuram ki, elmim artsın, nitqim formalaşsın.

- Əsl aşıq necə olmalıdır? Məsələn, elə aşıqlar var, rəqs də edir, aktyorluğu bacarır, muğam oxuyur - hamısı da eyni anda!

- Əsl aşıqda bunların hamısı olmalıdır, bacarmalıdır. Əksər aşıqlar isə bacarmır. Eləsi var, saz çala bilir, oxuya bilmir. Eləsi var, qoy, ancaq müğənni kimi oxusun, eləsi var, dastan bilmir. Aşıq meydangir olmalıdır. Onun yaxşı və pis olması meydanda bilinir.

- Sənətin digər növlərində davalar gedir. Məsələn, kişi yazıçı-şairlər daha yaxşıdır, nəinki qadınlar. Aşıqlıqda necə, qadınları daha öndə görürsünüz, ya kişiləri?

- Bilirsiniz, xislət məsələsi var. Bəzən deyirlər ki, filan xanım kişi kimidir. Mən bunu qəbul etmirəm. Qadın qadındır, xanımın dünyaya baxışı ayrıdır, kişinin ayrı; qadının yazdığı ayrıdır, kişinin yazdığı ayrı. Mən deyə bilmərəm ki, qadın yaxşıdır, ya kişi. Hərəsinin öz rolu, yolu var.

- Tarixi ardıcıllıqla götürsək, aşıq adı ilə ümumtürk şerinin ən görkəmli simaları var. Aşıq Paşa, Aşıq Çələbi, Aşıq Əhməd, Aşıq Abbas Tufarqanlı. Müasir zəmanədə siz bu ardıcıllığı necə qurardınız?

- Aşıq Şakir, Aşıq Xanmusa, Aşıq Məmmədağa, Aşıq İmran, Aşıq Kamandar, Aşıq Əkbər və s. Bunlar dünənimizin-bugünümüzün aşıqlarıdır.

- Sizlərdə ustadlıq necə olur? Yaşa görə?

- Bədbəxtçilik ondadır elə. Gözləyirlər, 60 yaşı olsun, sonra dədə, ustad deyilsin.

- Siz gəncsiniz, özünüzü ustad hesab edirsiniz?

- Mən heç nə deyə bilmərəm. Heç kimə də demirəm ki, mənə “ustad” de. Özümə yaraşdırmaram. Özümün özümə deyəcəyim söz deyil, axı.

- Bəs narahat da olmursunuz kimsə belə deməsə? Aşıqlıq sənətində xidmətləriniz var axı.

- Narahat deyiləm.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Agenlik icarə sahəsi tapmaq üçün yetərli sayda iştirakçı tapmadı - TENDER LƏĞV OLUNDU
Bu gün, 10:17
Eldar İbrahimov, Mixail Zabelin, Ziyafət Əsgərov, Siyavuş Novruzov... - SİYAHIDA DAHA KİMLƏR VAR?
Bu gün, 10:12
Azərbaycanda 31 min manat aliment borcu olan ata HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:07
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA - Nədən Əli Quluzadə?!
Bu gün, 10:03
Axtarışa verilən meyxanaçı Rusiyada qadına 18 bıçaq zərbəsi vurub? - “Özünə yazdıq, deyir ki...”
Bu gün, 09:58
“Hansı vəzifəlini, bir az üzdə olan alimini, məmurunu qaldırırlar, altından milyonlar çıxır...” - İdris Abbasov
Bu gün, 09:56
Onu bir kadr kimi Ramiz Mehdiyev YETİŞDİRİB... - FOTO
Bu gün, 09:47
“Gecə saat 3-də evə gələn kişi nəyimə lazımdır?” - Cəmilədən QALMAQALLI VİDEOMÜSAHİBƏ
Bu gün, 09:40
Maşın bazarında qiymətlər QALXACAQ - GÖZLƏNTİ
Bu gün, 09:37
Eyyub Hüseynovdan etiraz: AQTA nəyi gizlədir? - AKTUAL
Bu gün, 09:32
“Rheinmetall” satışlarını 50 milyard avroya çatdırmağı hədəfləyir
Bu gün, 09:28
2-ci əl telefon satan türk şirkəti bağlanır
Bu gün, 09:26
Vəhdət Partiyasının rayon təşkilatının sədri həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23
"Bakı yoltikintiservis"in səhmdarları toplanır
Bu gün, 09:20
Bu bir LEOBANK keyfiyyətidir: Pullar havada uçuşur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:18
Rusiya 3+3 formatını anti-ABŞ formatına çevirmək istəyir - NƏ ETMƏLİ?
Bu gün, 09:05
“Ağciyər Xəstəlikləri Mərkəzi”ndən 110 min manatlıq "alış-veriş" - TƏFƏRRÜAT
Bu gün, 08:55
Mehdiyev müxalifəti niyə və necə ələ alıb? - İLGİNC
Bu gün, 08:50
Hacı Surxaydan Prezidentə MÜRACİƏT - "Vətənimizin rifahı..."
Bu gün, 07:59
Dövlətin əsas qanunu: Konstitusiya... - MƏQALƏ
Bu gün, 07:51
Müstəqil dövlətin Konstitusiya günü - İsrafil Kərimovun yazısı
Bu gün, 07:49
Pensiyalarla bağlı gözlənilən anons verildi – Mühüm detallar
Bu gün, 07:44
Gəncə Regional Kollecdə müəllimlərə təzyiq: Dərs yükünə imza atmayanlara maaş verilməyəcək – rəhbərlikdən susdurma cəhdləri
Bu gün, 07:39
Müəllimlər susdurulub, maaşlar yoxa çıxır... - İTTİHAM VAR...
Bu gün, 07:18
Keçmiş icra başçısı Rauf Həbibovun yeni qalmaqalı - “53 min manatımı vermir, üstəlik məni məhkəməyə verməklə hədələyirlər”
Bu gün, 07:14
Nigarı komaya salan “MedAura”nın həkimləri İŞ BAŞINDA - “Təqsirləri sübut edilib, amma həbs olunmurlar”
Bu gün, 07:07
Babayevin yerinə ƏN ŞANSLI NAMİZƏD... - belə deyirlər...
Bu gün, 06:59
"900 məktəbdə bu fənn üzrə kadr yoxdur" - BU NƏDİ BELƏ?
Bu gün, 06:54
Taksi sürücüsü AYNA-dan ŞİKAYƏTÇİDİR - “Mənim xəbərim olmadan adıma buraxılış kartı və vəsiqə verilib”
Bu gün, 06:48
"Bu da imtina verməyin bir yoludur" - GİLEY
Bu gün, 06:46
"Artıq Türkiyə səfirliyi də işə qarışıb..." - NARAZILIQ VAR...
Bu gün, 06:42
Ağ Evdə üçtərəfli danışıqlar: Qazaxıstan "İbrahim sazişi"nə qoşuldu - "Kazinform"
Bu gün, 06:34
Türk xalqları cəmiyyətlərini öz dillərində maarifləndirməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:30
Almanların 75%-dən çoxu hökumətin fəaliyyətindən narazıdır - SORĞU
Bu gün, 06:28
"Bu söhbətdən sonra anan sənin evinə necə gəlsin?"
Bu gün, 06:27
Ramiz Mehdiyev ətrafında gərginlik artır: siyahı yayıldı – Dövlətin böyük planı
Bu gün, 06:25
Paşinyan erməni cəmiyyətinə Azərbaycanla əməkdaşlığı uğur kimi göstərir - ONA GÖRƏ DƏ...
Bu gün, 06:22
Azərbaycan pərakəndə satış sektorunda ilk - OBA marketlər şəbəkəsi startap ekosisteminə dəstək proqramına start verib
Dünən, 19:58
Azərbaycanda tibbi səhvlərə yol verən həkimlər niyə toxunulmazdır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
COP30-la əlaqədar ezamiyyə normaları dəyişib - QƏRAR
Dünən, 17:57
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Dünən, 17:37
Regional Təhsil İdarəsinin müdir müavini öz ərizəsi ilə işdən çıxdı - FOTO
Dünən, 17:35
Əfvlə bağlı mühüm addım: tezliklə… – Açıqlama
Dünən, 17:28
Yeqoyandan müxalifətə təpki - Ermənistan-Azərbaycan dəmir yolunu mən yeməmişəm
Dünən, 17:26
"Böyük sənəti var, amma özünü idarə edə bilmir"
Dünən, 17:21
"Qəzet düşüncə gündəminin ədəbiyyatıdır" - Bahəddin Həzi
Dünən, 17:08
NATO-nun problemi ondadır ki, bizi dinləmir - Peskov
Dünən, 17:05
Mərkəzi Bankın yeni inzibati binasında girişə nəzarət sistemi 2 mln. manata başa gələcək
Dünən, 16:57
İcra hakimiyyətinin yarısı türmədədir... BƏS LÖKBATANI KİM SATIR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:54
Moskvada qətl törədən Şahin Abbasova HÖKM OXUNDU - HADİSƏ ANI
Dünən, 16:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru