“Təəssüf ki, o çox gənc yaşında şəhidlik zirvəsinə ucaldı, hazırda da əsgər olan tələbələrim var”
Tarix: 30-09-2023, 10:51 | Çap et
 “Tələbəm Zəbiyulla Məmmədov 2020-ci ildə Ağdərə-Tərtər istiqamətindəki döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Xalq bütün şəhidlərini tanımalıdır. Mən də səhifəmdə öz tələbəmi, şəhidimi paylaşdım. Musiqiçi idi, tar alətində ifa edirdi. Mənim sinfimdə dərs alıb. Bilirsiniz ki, mən Asəf Zeynallı adına musiqi məktəbində muğam dərsini tədris edirəm. Çox sakit, tərbiyəli uşaq idi. Başqa tələbələrimdən çox fərqlənirdi. Mənim ümumiyyətlə tələbələrim hər zaman çox seçilib. Bunu bilənlər bilir. Zəbiyulla isə tam başqa bir övlad idi. Hətta gəlirdi, deyirdi ki, müəllim mən tez gəlmişəm, olarmı dərsimi keçəsiz, o biri dərslərə də getməliyəm. Çox məsuliyyətli uşaq idi. Təəssüf edirəm ki, o gənc yaşında şəhidlik zirvəsinə ucaldı. Allah bütün şəhidlərimizə rəhmət etsin. Hal-hazırda da əsgər olan tələbələrim var. Tez-tez mənimlə əlaqə saxlayırlar. 2020-ci ildə Şuşa uğrunda döyüşlərdə iştirak edən bir tələbəm də var. O hazırda Mədəniyyət və İncəsənət universitetində təhsil alır. Lokal antiterror əməliyyatlarında iştirak edən tələbələrim də var idi. Narahat idim, valideynləri ilə tez-tez əlaqə saxlayırdım. Sonda özü mənə zəng edib dedi ki, müəllim hər şey yaxşıdır. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə isə şəfa diləyirəm”
DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış tarzən Humay Qədimova deyib. O daha sonra tələbələrindən danışıb. “Mən özüm də tələbə olmuşam. Çalışmışam ki, müəllimimin öyrətdiyi muğamlardan kənara çıxmayım. Bu gün elə tələbələrim var ki, mənimlə çiyin-çiyinə müəllim kimi çalışırlar. Müəyyən bir yaşdan sonra insanın öz dəst-xətti, yaradıcılığı olur. Əsas odur ki, muğamın sütununu dəqiq bilib, öyrənsinlər. Onlar məndən öyrəndikləri muğamı o tərzdə də öz tələbələrinə aşılayırlar. Heç vaxt bayağılığa qaçmırlar. Bayağılıqla qabağa getmək uzunömürlü olmaz. Adlarından da məlumdur ki, bayağı müğənnilər. Mən düşünmürəm ki, onlar Azərbaycan mədəniyyətinə dərindən xidmət edirlər” deyə sənətçi bildirib.
Humay Qədimova məşhur türk sənətçiləri ilə tərəf müqabili olmasından da danışıb. “İstər Tarkanla, istər Rafet el Romanla, istər Sərdar Ortacla, istərsə də Kibariyə ilə o qədər gözəl, isti münasibətimiz olub ki. Hətta konsertdən sonra onlarla birlikdə şam yeməyinə də dəvət almışam. Biz qardaş ölkəyik. Onlardan özümə qarşı qeyri-səmimi münasibət görməmişəm. Heç biri çətin adam deyil. Əgər yaxşı münasibət olmasaydı hər kəs çıxıb öz işinin arxasınca gedərdi, şam yeməyinə gəlməzdilər. Deməyiblər ki, mən meqastaram, mən ulduzam. Səhnədə yaxud məşq prossesində ulduzluq olmamalıdır. Söhbət əsl musiqiçidən gedir. Yeni layihələrim olacaq, sadəcə indiki durumda zamanı gözləmək lazımdır. Çünki yeni şəhidlər vermişik” deyə Humay Qədimova deyib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanda respondentlərin 12%-i Paşinyana səs verməyə hazırdır - KİV
Bu gün, 13:39 |
|
|
|
• Bakı Moskvaya yenə “yox” dedi - bu məsələdə...
Bu gün, 13:25 |
|
|
|
• Paşinyan Trampın Ermənistanı Albaniya ilə səhv salmasından narahat deyil - "Sputnik Armenia"
Bu gün, 13:22 |
|
|
|
• Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya DAVASI – Dövlət hansı qərarı VERƏCƏK?
Bu gün, 13:13 |
|
|
|
• 10 GÜNDÜR ÖLÜB, YAXINLARININ XƏBƏRİ YOXDUR – Rusiyada rəhmətə gedən azərbaycanlının ailə üzvləri axtarılır
Bu gün, 13:09 |
|
|
|
• Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? – Vüqar Qurbanova sual olunur
Bu gün, 13:03 |
|
|
|
• Kişi geyimində evdən 45 min manat oğurlayan qadın saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:00 |
|
|
|
• Amal Qrup MMC-nin özbaşnalığı…. - Təhçizatçılar Qubadlıda gördükləri işin ödənişini almaq üçün rəsmi qurumlardan imdad diləyirlər….
Bu gün, 12:58 |
|
|
|
• Paşinyan yolların açılmasından danışdı
Bu gün, 12:47 |
|
|
|
• Müdafiə naziri Çin Xalq Respublikasına işgüzar səfər edib
Bu gün, 12:44 |
|
|
|
• Mollayevi cəzalandıran olacaqmı? - NARAZILIQ VAR...
Bu gün, 12:42 |
|
|
|
• ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - BU NƏDİ BELƏ?
Bu gün, 12:34 |
|
|
|
• Sabiq qərargah rəisi vəfat etdi
Bu gün, 12:31 |
|
|
|
• Hadrutda binalarının təmirinə 4.6 milyon manat xərclənəcək
Bu gün, 12:29 |
|
|
|
• İrəvanda təşviş: - bu sahələr Azərbaycanın nəzarətinə keçəcək
Bu gün, 12:24 |
|
|
|
• “Qala Həyat”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:22 |
|
|
|
• Dövlət qurumu veb sayt yaratmaq üçün yetərli şirkət tapmadı - TENDER LƏĞV OLUNDU
Bu gün, 12:20 |
|
|
|
• Gecə 3-də maşınını “ştrafnoy”dan qaçırmaq istədi - Həbs olundu
Bu gün, 12:16 |
|
|
|
• Bu gün Oleq Bakinskinin məhkəməsidir - bəraət istəyir
Bu gün, 12:11 |
|
|
|
• Bu gün “Şərurlu İsfəndiyar”ın məhkəməsidir - həbs oluna bilər
Bu gün, 12:10 |
|
|
|
• Məhkəməyə versə də... FAİZ YÜKÜ DURMADAN ARTIR... - BU NƏDİ BELƏ?
Bu gün, 12:02 |
|
|
|
• Həkim səhvlərindən ölüm faktlarına görə məsuliyyətə cəlb edilən tibb işçiləri var - Baş Prokurorluq
Bu gün, 11:51 |
|
|
|
• “Almet Baku” kiçilib - HESABAT
Bu gün, 11:49 |
|
|
|
• "Cənab Eşqi Bağırov, siz bilirsiniz, odun peçinə uzbe qoşsaq, printer işləyər?" - ETİRAZ VAR!
Bu gün, 11:41 |
|
|
|
• İsrailin 5 dollarlıq yeni silahı - “Dəmir günbəz”i geridə qoydu
Bu gün, 11:37 |
|
|
|
• "Harda yazılıb ki, xanəndə botoks etdirməz və ya dırnaq qoydurmaz?" - Xalq artisti
Bu gün, 11:31 |
|
|
|
• Rəqəmsal qiyamət: apokalipsis ilə reallıq arasında - AKTUAL
Bu gün, 11:28 |
|
|
|
• “Sülh müqaviləsi 2026-ya qalmayacaq...” - sensasion gəlişmə
Bu gün, 11:16 |
|
|
|
• Rusiyada Nəsimi Məmmədovu niyə həbs etmək istəyirlər? - Üç dəfə bəraət alıb
Bu gün, 11:13 |
|
|
|
• 3 100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”nun MİLYONLUQ gəlirləri - ARAŞDIRMA
Bu gün, 11:08 |
|
|
|
• Sərhədlər yalnız sülh sazişindən sonra açıla bilər - ŞƏRH
Bu gün, 11:06 |
|
|
|
• Cənubi Qafqazda sülh prosesi: strateji nəticələr və yeni regional sistem - İNCƏLƏMƏ
Bu gün, 11:03 |
|
|
|
• `Paşa Sığorta` şəhid ailəsini bir il süründürsə də... - AXI NİYƏ?
Bu gün, 11:00 |
|
|
|
• Dələduzluq edən qadınla bağlı qərar açıqlandı
Bu gün, 10:52 |
|
|
|
• Dolların məzənnəsi ilə bağlı son qərar MANATA NƏ VƏD EDİ? - AKTUAL
Bu gün, 10:49 |
|
|
|
• Naxçıvanlı taksi sürücüləri Türkiyənin yol polisindən şikayətçidir - "Yoxsa, onlarla ailə çörəksiz qalacaqdı..."
Bu gün, 10:37 |
|
|
|
• Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq
Bu gün, 10:33 |
|
|
|
• Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi - MƏQALƏ
Bu gün, 10:30 |
|
|
|
• Lənkəranda 39 milyon manata kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• Rusiyada Azərbaycan məhsullarına “stop”: - 220 kq yük məhv edildi
Bu gün, 10:23 |
|
|
|
• Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub - TƏFƏRRÜAT
Bu gün, 10:17 |
|
|
|
• Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Ağdama gedir
Bu gün, 10:15 |
|
|
|
• Anri “Qarabağ”a niyə inanırdı? - Səbəb heyrətamizdir
Bu gün, 10:14 |
|
|
|
• Eldar Mahmudovu hər gün lənətləyir, Pərviz Həşimlidən üzrxahlıq diləyir – Elçin Quliyevin zindan gündəliyi
Bu gün, 10:05 |
|
|
|
• "Çox cılız bir adam gəlib, çox möhtəşəm, əzəmətli bir rol oynaya bilməz"
Bu gün, 09:54 |
|
|
|
• Vətən müharibəsi iştirakçısını bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 09:52 |
|
|
|
• Bu ölkə Qarabağ ermənilərinə 14 milyon ayırdı
Bu gün, 09:44 |
|
|
|
• Astarada icra hakimiyyətinin çətiri altında YAŞIL TERROR - İş araşdırılır, amma...
Bu gün, 09:36 |
|
|
|
• “Araz Supermarket”də təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:22 |
|
|
|
• Məmurlar deputatlara cavab vermir, vətəndaşlar neyləsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:20 |
|
|
|
|