Tramp Putinlə razılığa gəlsə, ona Nobel Sülh Mükafatını təqdim edəcəyəm .....                     "Ermənistan vaxtilə bu dövlətlərin təsir dairəsində olub" .....                     Rəqsanə İsmayılovanın vəkili DANIŞDI .....                     AzTV Rəqsanə ilə bağlı süjet hazırladı .....                     Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... .....                     İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... .....                     Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir .....                     Tramp bu ittifaqı dağıda biləcəkmi? .....                     Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu .....                     Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib .....                     DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib .....                     Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin .....                     Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU .....                     Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... .....                     Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb .....                     Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi .....                     AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib .....                     Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib .....                     Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək .....                     “CDC Klinik”də işçilərin hüququ POZULUR .....                     İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? .....                     Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... .....                     Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? .....                     "Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" .....                     Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: .....                     Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: .....                     Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! .....                     Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... .....                     “Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” .....                     Bakıya xalasıgilə gələn qız itkin düşdü .....                     Putinin adamının müəmmalı İran səfəri .....                     Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ .....                     “Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” .....                     Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? .....                     Başçını ittiham edən qohumu barədə qərar verildi .....                     “Azərbaycanlı ana kimi düşməni bağışlamıram” .....                     Barışıq tələskənliyi... .....                     Ayvazyanın GERİ ZƏKASI... .....                     Su həmişə təmizlik mənbəyi deyil... .....                     “Rusiya Güney Qafqaza girəcək...” .....                 

"Çox xoşbəxtəm ki, bir yerdə dayana bilmirəm"
Tarix: 14-07-2022, 10:03 | Çap et
"Çox xoşbəxtəm ki, bir yerdə dayana bilmirəm"
Əməkdar artist Şövqi Hüseynovla Azərbaycan Dövlət Akademik Musiqili Teatrın ənənəvi mükafanlandırma mərasimində qarşılaşdıq. Yola saldığımız teatr mövsümü onun üçün uğurlu keçib. Əməkdar artistlə ayaqüstü söhbətimizdə həm yeni tamaşaları, həm arzuları, həm də teatrımızın bu gününə nəzər saldıq.

DİA.AZ teleqraf.com-a istinadla Şövqi Hüseynovla müsahibəni təqdim edir:

- Şövqi bəy, həm Gənc Tamaşaçılar Teatrında, həm də Akademik Musiqili Teatrda çalışırsınız...

- Eyni zamanda Mədəniyyət və İncəsənət Universitetində kursum var, dərs deyirəm.

- Bir yerdə dayanan aktyor deyilsiniz. Sizin haqqınızda həmişə bu fikirdə olmuşam.

- Çox xoşbəxtəm ki, bir yerdə dayana bilmirəm.

- Pandemiyadan sonra teatra qayıdıb, yaradıcılıq baxımından istədiyiniz nəticəni bu mövsümdə əldə edə bildinizmi?

- Pandemiya dönəmində bacardığımız qədər dayanmamağa çalışdıq. Doğrudur, səhnəmiz, tamaşaçımız olmadı, amma müəyyən layihələrdə onlayn formada iştirak edib yaradıcılığımızı davam etdirdik. Çünki dayanmaq aktyor üçün yox olmaq deməkdir. Biz mütləq hərəkətdə olub, işləməliyik.

Gənc Tamaşaçılar Teatrında Çexovun “Qağayı” əsərinə Nicat Kazımov quruluş verdi. Uşaq və böyüklər üçün tamaşalar təhvil verildi. Hazırda bizim teatr təmirdədir, ona görə pandemiyadan sonra öz səhnəmizdə deyil, başqa səhnələrdə tamaşalarımızı təqdim etdik.

Güman edirəm ki, yeni mövsümdə öz doğma səhnəmizə qayıdacağıq.

Akademik Musiqili Teatrda bu mövsüm ərzində yeddi tamaşa təhvil verildi. Teatrda 3-10 iyulda “Premyeralar paradı” adlı festival keçirildi, bütün yeni tamaşalar orada nümayiş olundu. Gələcəkdə bu festivalı teatrlararası, daha sonra beynəlxalq səviyyədə həyata keçirə bilsək, çox yaxşı olar. Bunlar hamısı teatrın, aktyorların inkişafına xidmət edir. Təhvil verilən 7 tamaşanın ikisində - “Utancaq qız” və “Bəxtiyar”da mən oynayıram. Hamısı gözəl tamaşalardır.

- Musiqili Teatrda ilk monotamaşa sizə məxsusdur. Hətta buna görə mükafata da layiq görüldünüz. Mükafatlandırma mərasimində teatrın direktoru dedi ki, Belarusda 7 min tamaşaçını ayağa qaldırmısınız.

- “Utancaq qız” monotamaşası ilə Belarusda keçirilən Beynəlxalq Teatr Festivalına qatılmışdıq. Amma festivalın açılışı və bağlanışı 7 min nəfərlik buz zalında keçirildi. Orada mən “O olmasın, bu olsun” tamaşasından Məşədi İbadın mahnısını təqdim elədim. Orada Azərbaycanın görməli, gəzməli yerləri- Qarabağımızı əks etdirən video-çarxımız nümayiş olundu. Bu bir fürsət idi, məncə yaxşı da dəyərləndirdik. Möhtəşəm anlar yaşadıq.

- “Kontrabas”la başlanan monotamaşalar silsələnizə “Utancaq qız”–ı daxil etdiniz. Ölkəmizdə sizin qədər monotamaşa oynayan ikinci aktyor tanımıram.

- “Kontrabas” tamaşasının rejissoru İrina Aleksandrovna idi. “Dəlinin qeydləri”, “Utancaq qız”-ı Cənnət Səlimova hazırlayıb. İndiyə qədər dörd monotamaşam olub. Yeni bir tamaşada da hazırlanır.

Monotamaşanı rolumun olmadığına görə oynamıram. Sadəcə monotamaşa mənim içimi rahatladır, yaradıcı baxımdan daha rahat, səliqəli oluram.

- Bir az aça bilərsinizmi?

- Mənim evdə böyük kitab şkafım var. O şkafda kitablar hamısı yerində olmalıdır. Neçənçi sırada hansı kitabın olduğunu əzbər bilirəm və həmişə də qaydaya salıram. Məndən kitab istəyəndə sıra və nömrəsinə qədər deyirəm.

Mənim daxili balansımı, daxili səliqəmi o monotamaşalar saxlayır. Kitab şkafı kimi...Baxmayaraq ki, hər iki teatrda da digər tamaşalarda rol alıram. “Şeyx Sənan”, “Aydın”, “Qağayı”, “Bəxtiyar” və digərləri...

Tamaşalar çoxdur, amma monotamaşalara daxili ehtiyacım var. Onları hazırlayanda mütləq repertuara daxil olacaq deyə qarşıma məqsəd qoymuram. Mən sadəcə o tamaşaları işləyirəm. Bəyənilir, qəbul olunur və repertuara salınır.

- Təklif sizdənmi, yoxsa rejissorlardan gəlir?

- Hər ikimizdən. Hər il monotamaşa hazırlamaq istəyirəm. Ukraynada dünyada analoqu olmayan mono teatr fəaliyyət göstərir. Çox istəyirəm bizdə də mono teatr yaransın. Orada yalnız mono tamaşalar göstərilsin.

- Bu teatrın yaranmasına nə mane olur?

Ətraflı
- Mane olan nəsə yoxdur. Sadəcə mən bu barədə təklif etməmişəm. Sadəcə arzumu səsləndirdim. Monotamaşalar repertuarımı genişləndirəndən sonra bu təklifi lazimi qurumlara vermək barədə düşünürəm.

- Azərbaycan teatrının indiki mənzərəsi necədir? Biz dünya teatrları ilə ayaqlaşa bilirikmi?

- Bunu tamaşaçıdan soruşsanız daha dəqiq olar. Amma cəhdlər var. Biz dünya ilə ayaqlaşmağa cəhd edirik. İrəli getmək, inkişaf etmək üçün səy göstəririk. Yerimizdə saymaq niyyətimiz, məqsədimiz yoxdur. Hansı dərəcədə buna nail olduğumuzu zaman göstərəcək və tamaşaçılar onu daha dəqiq deyəcək. Amma təkrar edirəm ki, biz cəhd edirik, çalışırıq və buna dəstək də var. Teatrlar, nazirlik tərəfindən istənilən layihə təklifimizə heç bir zaman yox deyilməyib. 30 ildir mən Azərbaycan mədəniyyəti ilə dünyanı gəzirəm. Mədəniyyəti təbliğ etmək üçün həmişə şərait yaradılıb.

- Teatr sahəsində gənclərin fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Bütün teatrlarımıza gənclərin axını var. Bəzən yer, ştat da çatmır. Teatrda işləmək istəklərinin olması çox sevindiricidir. Onların da gələcək inkişafını zaman həll edəcək. Hər bir teatrda gənclərin özünü göstərmək üçün meydanı var. Heç bir direktor, heç bir baş rejissor işləmək istəyən bir gəncin qarşısını kəsməz. Bəlkə də bu var, amma mən bunun şahidi olmamışam.

- Hansı rejissorla işləmək daha rahatdır?

- Mən ümumiyyətlə aktyor olmağı çox sevirəm. Sevimli rejissor anlayışı var, amma hər halda aktyor olmaq gözəl hisdir. Mən Cənnət Səlimova ilə Kamera Teatrından başlamışam. Cənnət xanım mənim ilk rejissorumdur. Teatr sahəsində demək olar bütün rejissorlarla işləmişəm və hər birindən nələrsə götürə bilmişəm. Çünki hər biri ilə yeni forma axtarışında olursan.

Hazırda Mehriban Ələkbərzadə ilə işləyirəm. Bilirsiniz ki, Mehriban xanım Gənc Tamaşaçılar Teatrının baş rejissorudur. Mehriban xanımla Akademik Milli Dram Teatrında “İsgərdərə yeni namə”də, Musiqili Teatrda isə “Nuri- didə Ceyhun”da işbirliyimiz olub.

- İndi arzunuz nədir?

- Aktyorun arzusu nə ola bilər? Aktyoru xoşbəxt eləmək çox asandır. Ona səhnə və gözəl materiallı rol ver. Görün, ondan xoşbəxt adam tapa bilərsiniz? Arzum yeni rollar oynamaq, yeni dramaturgiya ilə məşğul olmaqdır.

Həmçinin universitetdə tələbələrlə daha ciddi işləmək istəyirəm.

- Arzusunda olduğunuz rol var?

- Yoxdur. Mən hesab edirəm ki, aktyorlar bundan sonra hansı rolu oynayacağını düşünməməlidir. Rejissor düşünməlidir ki, bu aktyor filan rolu oynayıb, sabah ona hansı rol verək? Rejissor aktyorun inkişaf xəttini təyin etməlidir.

- Bir rolla ulduzu parlayıb amma çox tez sönən aktyor taleləri var. O insanlar sizin ətrafınızdadırlar. Sizcə, niyə belə uğursuz karyera ilə üz-üzə qalırlar?

- Heç bir rejissor öz tamaşaçısının düşməni deyil. Hamı istəyər ki, gözəl tamaşa alınsın, yaxşı aktyorlarla işləsin. Əgər rejissor hansısa tamaşasında mənə rol vermirsə bunun günahkarı mən özüməm. Əgər mən hansısa rolda uğur qazana bilmirəmsə bunun günahkarı mənəm. Nə dramaturgiyadır, hərçənd bəzən zəif dramaturgiya da olur. Deməli mən özüm boşluq yaratmışam. Rejissor mənə rol vermirsə günahkarı özüməm.

- Niyə sizi seriallarda görmürük?

- Təvazökarlıqdan uzaq olsa da deyəcəm inanın, vaxtım qalmır. Amma kinoda ara-sıra çəkilirəm. Rejissor Yavər Rzayev Mehmandarovlara həsr olunmuş bədii-sənədli filmin hazırlıq prosesinə başlayıb. Baş qəhrəmanı mən canlandıracam.

Kinoda çox peşəkar rejissorlarla çalışmışam: Eldar Quliyev, Ayaz Salayev, Yavər Rzayev, Rövşən İsax, Oktay Mir Qasım.

Amma mən özümü teatr aktyoru hesab edirəm. Dədə evim teatrdır. Mən səhnədə xoşbəxtəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Putinlə razılığa gəlsə, ona Nobel Sülh Mükafatını təqdim edəcəyəm - Klinton
Bu gün, 02:53
"Ermənistan vaxtilə bu dövlətlərin təsir dairəsində olub" - ONA GÖRƏ DƏ...
Bu gün, 02:51
Rəqsanə İsmayılovanın vəkili DANIŞDI - "Əhvalı əladır"
Bu gün, 02:49
AzTV Rəqsanə ilə bağlı süjet hazırladı - VİDEO
Bu gün, 02:45
Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... - ŞƏRH
Dünən, 13:17
İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... - “Qarabağın ermənilərdə qalması üçün heç nə etmədik”
Dünən, 13:12
Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir
Dünən, 13:03
Tramp bu ittifaqı dağıda biləcəkmi? - İNCƏLƏMƏ
Dünən, 13:00
Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu - KİV
Dünən, 12:41
Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib - SİYAHI
Dünən, 12:38
DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib - SƏRƏNCAM
Dünən, 12:37
Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Dünən, 12:26
Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU - VİDEO
Dünən, 12:17
Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... - BU NƏDİ BELƏ?
Dünən, 12:13
Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb
Dünən, 12:00
Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi - TƏFƏRRÜAT
Dünən, 11:57
AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib
Dünən, 11:53
Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib - VİDEO
Dünən, 11:51
Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək
Dünən, 11:48
“CDC Klinik”də işçilərin hüququ POZULUR - NARAZILIQ VAR
Dünən, 11:43
İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? - AKTUAL
Dünən, 11:33
Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 11:29
Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 11:25
"Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" - Qulamhüseyn Əlibəyli
Dünən, 11:23
Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: - “Bunu edib getdi”
Dünən, 11:17
Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: - Azərbaycana qarşı bu taktikanı seçib
Dünən, 11:14
Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! - FÜRSƏTDİR...
Dünən, 11:08
Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... - TƏFƏRRÜAT
Dünən, 11:03
“Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” - PROBLEM
Dünən, 10:56
Bakıya xalasıgilə gələn qız itkin düşdü - FOTO
Dünən, 10:43
Putinin adamının müəmmalı İran səfəri - Bakıya qarşı oyun?
Dünən, 10:36
Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ - MÜRACİƏT
Dünən, 10:01
“Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” - “Həkimə pul verirlər ki, məni o ifritəyə bənzət”
Dünən, 09:59
Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? - AKTUAL
Dünən, 09:47
Başçını ittiham edən qohumu barədə qərar verildi - TƏFƏRRÜAT
Dünən, 09:33
“Azərbaycanlı ana kimi düşməni bağışlamıram” - Xalq artisti
Dünən, 09:30
Barışıq tələskənliyi... - NƏ BAŞ VERİR?
Dünən, 09:27
Ayvazyanın GERİ ZƏKASI...
Dünən, 09:19
Su həmişə təmizlik mənbəyi deyil... - NƏ ETMƏLİ?
Dünən, 09:13
“Rusiya Güney Qafqaza girəcək...” - Sensasion iddia
Dünən, 09:02
Paşinyan “ev tapşırığı”nın icrasına başladı - Əliyevin o tələbi...
Dünən, 08:48
Trampın uduzmadığı, Putininsə qalib gəldiyi ALYASKA GÖRÜŞÜ... - GƏLİŞMƏ
Dünən, 08:39
Dövlət Departamentinin hesabatı: faktlar, düşüncələr, proqnozlar - İNCƏLƏMƏ
Dünən, 07:09
Tramp-Putin görüşü nəyi sübut etdi? - FƏRİD ŞAHBAZLI YAZIR
Dünən, 07:04
Bələdiyyənin vergi borcuna görə bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyuldu - İLGİNC
Dünən, 06:59
Təhsil nazirliyi milyonluq TENDERİ kimə həvalə etdi? - TƏFƏRRÜAT
Dünən, 06:54
İcra başçıları kütləvi şəkildə İSTEFAYA GÖNDƏRİLİR - səlahiyyətləri isə...
Dünən, 06:50
Korrupsioner direktoru nazir HİMAYƏ EDİR - İTTİHAM VAR...
Dünən, 06:46
Zəngəzur dəhlizi Naxçıvan sakinləri üçün AÇIQ OLACAQ? - deputat ŞƏRH EDİR
Dünən, 06:30
Trampla Putin yenidən görüşə bilər - bu dəfə Moskvada...
Dünən, 06:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru