Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... .....                     İcra başçısının iyun ayı üzrə ilk səyyar görüşü Orta Salahlı kəndində baş tutdu .....                     Vaqif Bayatlı Odərin kitabları təqdim olunacaq .....                     Azərbaycan dövlətçiliyinin xilas günü .....                     Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası .....                     Şəkidə Qarabağ qazisini SAYA SALAN YOXDUR... .....                     İcra başçısı HƏBS OLUNDU .....                     Paşinyanın yerinə sürpriz isim .....                     Rusiyanın bir sıra hava limanları fəaliyyətlərini dayandırıb .....                     Bu şəxslərə ildə 1440 manat verilir: Bir şərtlə .....                     'Bolt'dan taksi sifariş etdik və... .....                     Müəllim dövlət qulluqçusu deyil AXI... .....                     Paşinyanın bayram təbrikinin PƏRDƏARXASI .....                     Rusiyaya gedərkən yüz ölçüb bir biçin... .....                     Vətəndaş 'Şirvanşah'ın umrunda da deyil .....                     "Abituriyentlər artıq imtahanlara yox, öz güclərinə yox, DİM-in səhv etməyəcəyinə dua edirlər" .....                     Ələtdə şəhid ruhuna SAYĞISIZLIQ .....                     "Sonra ərə getdim... .....                     “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin 24 milyon manatdan çox vergi borcu... .....                     Tramp ABŞ -a nəzarəti itirib? .....                     Daha bir saxta diplomlu həkim... .....                     Putin Ermənistana “daha ağır top”la girir .....                     İlon Mask - Tramp qarşıdurması dünyaya ciddi təlatümlər gətirəcək .....                     Paşinyan Laçınla qonşu şəhərə gəldi... .....                     "İnsanlar burada həqiqətən yavaş yaşamağı bilirlər" .....                     Bakıda falçı 74 min manatı necə alıb? .....                     "Onunla bir ömür yaşayaram, amma evlənmərəm" .....                     Azərbaycanda qırıcıların sayı Ermənistandan 10 dəfə çoxdur .....                     Dolların kursu dəyişəcək? .....                     Kilsəni xalqımıza qaytarmalıyıq .....                     Rus ordusu Zaryanı ələ keçirdi .....                     Qızını görmək istəyən Aytac parkda bıçaqlanmışdı: Cəza ağırlaşdırıldı .....                     Tehranın Zəngəzur XOFU .....                     Muzdlular ölkəni tərk edirlər, amma... .....                     Paşinyanın arvadı və qızları şərab toqquşdurur .....                     Azərbaycanda metro işçiləri nə qədər qazanır? .....                     Simonyan Ter-Petrosyanı sərt tənqid etdi .....                     Petrosyan saxtakarlığın banisidir, fırıldaqçı... .....                     DSX-nin hərbi qulluqçusu müalicə aldığı xəstəxanada vəfat edib .....                     "Bu zəfər və xoşbəxtlik hissini yaşamaq çox bənzərsiz duyğudur" .....                 

“Paşinyanın yallı getdiyi yerdə oynayacağıq” - Şuşa Teatrının direktoru
Tarix: 29-06-2022, 09:05 | Çap et
“Paşinyanın yallı getdiyi yerdə oynayacağıq”
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov Teleqraf.com-un suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Yadigar bəy, bu gün Şuşada Şuşa Teatrının kollektivi olaraq ilk tamaşanızı nümayiş etdirəcəksiniz. Həyəcanınızı sözlərlə ifadə etmək mümkündürmü?

- Arzu edirdim ki, Şuşaya qayıdıb, illər öncə hazırlayıb, amma Şuşada oynaya bilmədiyimiz Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını təqdim edək. O tamaşanı teatrımızın bərpasından sonra ilk açılışında oynamalı idik. Amma qismət olmadı.

Bilirsiniz ki, teatr 1938-ci ildə Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı adı ilə yaranıb. 1943-cü ildə Üzeyir Hacıbəylinin adını daşıyan Şuşa Dövlət Musiqili Dram Teatrı adlanmağa başlayıb. Amma 1949-cu ildə mənfur düşmənlərimizin səyi nəticəsində teatrın fəaliyyəti dayanıb.

Doğrudur, dram dərnəyi, xalq teatrı formasında yenə də nələrsə olunurdu. 1990-cı ildə Həsən Həsənov və Polad Bülbüloğlunun sayəsində Üzeyir bəyin vəfatından 41 il sonra yenidən dövlət teatrı bərpa olundu. O vaxt Mədəniyyət Nazirliyi bizə altı ay vaxt verdi. Tamaşalar hazırlayıb təqdim etməli idik. Tamaşa hazırlandı, amma biz onu Şuşada oynaya bilmədik. Hər gün xoşagəlməz hadisələr baş verirdi, acı xəbərlər alırdıq. Bir sözlə, Şuşada o ab-hava qalmamışdı. Ona görə teatrın açılışını edə bilmədik. Halbuki, biz o vaxt “Arşın mal alan” operettasını təqdim etməyə hazırlaşırdıq. Qismət olmadı. Köçkün düşəndən sonra ilk tamaşamızı - “Arşın mal alan”ı 1993-cü ildə Gənc Tamaşaçılar Teatrının səhnəsində oynadıq.

Üzeyir bəyin vəfatından bir il sonra 1949-cu ildə Şuşada teatr bağlanandan bu günə qədər 73 il keçib. Və 73 ildən sonra Şuşada Şuşa Teatrı tamaşa oynayır. Bu tarixi andır.

- Amma “Arşın mal alan”ı deyil, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”ı təqdim edirsiniz.

- Bu yaxınlarda bizim teatr haqqında sənədli film çəkdilər. İki aktyorumuz bizim teatrın dağılmış yerində salınan parkda Telli ilə Vəlinin duetini oynadı. Bu arzumuzu belə reallaşdıra bildik.

Bu gün isə bəli, siz dediyiniz kimi Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasını səhnəyə qoyacağıq. Tamaşa on ildir ki, teatrın repertuarındadır. Əsərə rejissor Loğman Kərimov quruluş verib.

Yaxın günlərdə Loğman müəllimin hazırladığı digər – “Müsyö Jordan və Dərviş Məstəli Şah” tamaşasını Şuşaya gətirib, gözəl bir konsert proqramı hazırlayıb bu ilki teatr mövsümünü ilk dəfə olaraq Şuşada yekunlaşdırmaq istəyirik.

- Bu günki tamaşanı hansı ərazidə oynayacaqsınız?

- Paşinyanın yallı getdiyi yerdə...

- Yadigar bəy, ilk sualıma hələ də cavab ala bilmədim. O vaxt Şuşadan çətinliklə ayrılan teatrın kollektivi bu gün azad olunmuş Şuşada hansı hisləri keçirir?

- Mən bir nümunəni deyəcəm. Teatrımızın aktyoru, əməkdar artist Azad Məmmədovu gərək görəydiniz. Onun halı çox pis oldu. Azad şuşalıdır, aktyorluqdan əlavə həm də musiqiçidir. O çox pərişan idi, dəva-dərmandan sonra özünə gəldi. Onu başa düşürəm, çox çətindir. Böyüdüyün, havasını udduğun torpağı özün istəmədən tərk edirsən. Və bir gün geri dönürsən...

Dünən səhər 5:30- da teatra yığışıb, Şuşaya gəlməyə hazırlaşırdıq. İçimdə bir arzu yarandı və bunu teatrın kollektivi ilə bölüşdüm. Dedim, Allah bizə qismət eləsin, bir gün bura yığışıb Şuşaya köç edək.

- Şuşa azad olunandan bəri teatr olaraq ilk dəfədir o torpaqlardasınız. Nə əcəb bu qədər səbr edə bilmisiniz?

- Bu, bizdən asılı olmayan səbəbdən baş verib. Şuşada elə bir şərait yaradılmamışdı. Keçən il biz ilk dəfə “Xarıbülbül” festivalına qatıldıq. Sadəcə seyrçi kimi gəlmişdik, festivalda bizim iştirakımız olmadı.

Hazırda Şuşada abadlıq işləri gedir, biz arzulayırıq ki, günlərin bir günü teatrın binası yenidən tikilsin və orada tamaşa oynayaq. Yəqin o gün də gələcək.

- Yadigar bəy, bildiyim qədər Şuşa Teatrının Bakıda formalaşmasında Həsən Əblucun da böyük xidmətləri var idi.

- Şuşa təzə işğal olunmuşdu. Bir gün Gənc Tamaşaçılar Teatrının qarşısındakı çayxanada oturmuşuq, Həsən Əbluc gəldi, dedi Yadigar, Bakının küçələrində çox avaralanacaqsınız? Bu söz mənə çox pis təsir etdi. Onsuz da qəlbim sınıqdır. Dedi, çox ciddiyəm, teatr açmaq çətindir, amma açılıbsa onu yaşatmaq lazımdır. Çağırış et. Hamını çağır gəlsin, biz də kömək edək teatr yaşasın. Həsən müəllimin bu sözü mənə cəsarət verdi.

O vaxt Azərbaycan Televiziyasında aparıcı Hicran Hüseynov bir veriliş hazırladı: “Hardasan, Şuşa Teatrı”? Biz həmin verilişdə çağırış etdik. Azad Şükürovla qapı-qapı düşüb məkan axtardıq. Heç kim bizə yer vermədi. Həsən müəllim dedi, biz niyə Kamala (Kamal Əzizov- Gənc Tamaşaçılar Teatrının o vaxtki direktoru – red) demirik ki...Beləcə, Kamal müəllimlə danışdıq, razılaşdı.

Kamal müəllim bizə Gənc Tamaşaçılar Teatrında sığınacaq verdi: artıq teatrın otaqlarından, sexlərindən istifadə üçün icazəmiz var idi.

Kamal müəllim bizə kiçik, böyük zallarda məşqlərimizi aparmağa şərait yaratdı. Həftənin bir günü- onlar istirahət edəndə biz tamaşa oynayırdıq. Gənc Tamaşaçılar Teatrının kollektivi o mənada bizə əzizdir. Onlar bizə qucaq açdılar, sığınacaq verdilər. Bu günə qədər də dostluğumuz davam edir.

Allah Həsən Əbluca da Kamal Əzizova da rəhmət eləsin. Mən Həsən Əblucu teatrımızda işə götürdüm. “Müsyo Jordan”ı teatrda ilk dəfə Həsən Əbluc hazırladı. Çox maraqlı və fərqli quruluş idi.

Həsən müəllim deyirdi, elə bilirsiniz ki, sabaha birigünə Şuşaya qayıdacaqsınız. Yox, biz də Cənubi Azərbaycandan gələndə elə bilirdik. 30 il keçdi. Ali baş komandanın, igid ordumuzun sayəsində biz öz doğma torpaqlarımıza, evimizə qayıtdıq.

Biz çətinliklə də olsa Şuşa Teatrını yaşatdıq, yaşadırıq. O məqsədlə ki, bir gün teatrı Şuşaya gətirək və ömrünü burada davam etdirsin.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
Bu gün, 09:03
İcra başçısının iyun ayı üzrə ilk səyyar görüşü Orta Salahlı kəndində baş tutdu - FOTO
Bu gün, 08:47
Vaqif Bayatlı Odərin kitabları təqdim olunacaq - FOTO
Bu gün, 08:42
Azərbaycan dövlətçiliyinin xilas günü - MƏQALƏ
Bu gün, 08:37
Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası - İsrafil Kərimovun yazısı
Bu gün, 08:35
Şəkidə Qarabağ qazisini SAYA SALAN YOXDUR... - Prezidentə MÜRACİƏT
Bu gün, 07:48
İcra başçısı HƏBS OLUNDU - Rusiyada...
Bu gün, 07:41
Paşinyanın yerinə sürpriz isim – Qarabağ qatili hakimiyyətə gətirilir?
Bu gün, 07:37
Rusiyanın bir sıra hava limanları fəaliyyətlərini dayandırıb - SİYAHI
Bu gün, 06:34
Bu şəxslərə ildə 1440 manat verilir: Bir şərtlə - TƏFƏRRÜAT
Bu gün, 06:31
'Bolt'dan taksi sifariş etdik və... - GİLEY
Bu gün, 06:26
Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:17
Paşinyanın bayram təbrikinin PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 06:14
Rusiyaya gedərkən yüz ölçüb bir biçin... - deputat ŞƏRH EDİR
Bu gün, 06:12
Vətəndaş 'Şirvanşah'ın umrunda da deyil - BU NƏDİ BELƏ?
Bu gün, 05:50
"Abituriyentlər artıq imtahanlara yox, öz güclərinə yox, DİM-in səhv etməyəcəyinə dua edirlər" - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:38
Ələtdə şəhid ruhuna SAYĞISIZLIQ - AXI NİYƏ?..
Bu gün, 05:33
"Sonra ərə getdim... - İnsanlar mənim üstümə gəlirdi"
Bu gün, 05:19
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin 24 milyon manatdan çox vergi borcu... VAR İMİŞ...
Bu gün, 05:13
Tramp ABŞ -a nəzarəti itirib? - AKTUAL
Bu gün, 05:07
Daha bir saxta diplomlu həkim... - ağzımızın içi qədər yaxın...
Bu gün, 05:04
Putin Ermənistana “daha ağır top”la girir - GƏLİŞMƏ
Bu gün, 04:55
İlon Mask - Tramp qarşıdurması dünyaya ciddi təlatümlər gətirəcək - İNCƏLƏMƏ
Bu gün, 04:53
Paşinyan Laçınla qonşu şəhərə gəldi... - FOTO
Bu gün, 04:46
"İnsanlar burada həqiqətən yavaş yaşamağı bilirlər"
Bu gün, 04:42
Bakıda falçı 74 min manatı necə alıb? - “7 yumurtaya 200 manat verdim”
Dünən, 23:51
"Onunla bir ömür yaşayaram, amma evlənmərəm"
Dünən, 23:47
Azərbaycanda qırıcıların sayı Ermənistandan 10 dəfə çoxdur - Forbes
Dünən, 23:45
Dolların kursu dəyişəcək? - ekspert açıqladı
Dünən, 23:41
Kilsəni xalqımıza qaytarmalıyıq - Paşinyan
Dünən, 23:38
Rus ordusu Zaryanı ələ keçirdi
Dünən, 13:00
Qızını görmək istəyən Aytac parkda bıçaqlanmışdı: Cəza ağırlaşdırıldı - TƏFƏRRÜAT
Dünən, 12:58
Tehranın Zəngəzur XOFU - FAKT BUDUR!
Dünən, 12:32
Muzdlular ölkəni tərk edirlər, amma... - Mali Rusiyadan hərbi yardım almağa davam edəcək
Dünən, 12:31
Paşinyanın arvadı və qızları şərab toqquşdurur - FOTO
Dünən, 12:28
Azərbaycanda metro işçiləri nə qədər qazanır? - MƏBLƏĞ
Dünən, 12:01
Simonyan Ter-Petrosyanı sərt tənqid etdi - Sən məğlubiyyətin simvolusan
Dünən, 11:58
Petrosyan saxtakarlığın banisidir, fırıldaqçı... - Paşinyan
Dünən, 11:55
DSX-nin hərbi qulluqçusu müalicə aldığı xəstəxanada vəfat edib
Dünən, 11:52
"Bu zəfər və xoşbəxtlik hissini yaşamaq çox bənzərsiz duyğudur" - partiya sədri
Dünən, 11:06
Rusiya sülh danışıqlarına maraq göstərmir - ISW
Dünən, 10:59
"Qadağan edilsə, nəziri kartdan-karta atacaqlar" - NƏ ETMƏLİ?
Dünən, 10:01
Ter-Petrosyan Qaregini dəstəklədi - Paşinyana qarşı birlik
Dünən, 09:57
Rusiya ABŞ və İranı barışdırmaq İSTƏYİR - TASS
Dünən, 09:36
Aydın Abbasov oğluna Türkiyədə toy etdi - VİDEO
Dünən, 09:31
Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... - İcazə verin şübhələnək...
Dünən, 09:26
"Rüşvət verən valideyn HƏBS olunmalıdır – müəllimlər susmasın!"
Dünən, 09:18
Əmrullayevin anasını ağlatdığı Azərbaycan təhsili - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 06:03
Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF - vasitəçi kimi...
Dünən, 05:57
Paşinyanın kilsə ilə savaşı... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 05:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru