Ələtdə şəhid ruhuna SAYĞISIZLIQ .....                     "Sonra ərə getdim... .....                     “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin 24 milyon manatdan çox vergi borcu... .....                     Tramp ABŞ -a nəzarəti itirib? .....                     Daha bir saxta diplomlu həkim... .....                     Putin Ermənistana “daha ağır top”la girir .....                     İlon Mask - Tramp qarşıdurması dünyaya ciddi təlatümlər gətirəcək .....                     Paşinyan Laçınla qonşu şəhərə gəldi... .....                     "İnsanlar burada həqiqətən yavaş yaşamağı bilirlər" .....                     Bakıda falçı 74 min manatı necə alıb? .....                     "Onunla bir ömür yaşayaram, amma evlənmərəm" .....                     Azərbaycanda qırıcıların sayı Ermənistandan 10 dəfə çoxdur .....                     Dolların kursu dəyişəcək? .....                     Kilsəni xalqımıza qaytarmalıyıq .....                     Rus ordusu Zaryanı ələ keçirdi .....                     Qızını görmək istəyən Aytac parkda bıçaqlanmışdı: Cəza ağırlaşdırıldı .....                     Tehranın Zəngəzur XOFU .....                     Muzdlular ölkəni tərk edirlər, amma... .....                     Paşinyanın arvadı və qızları şərab toqquşdurur .....                     Azərbaycanda metro işçiləri nə qədər qazanır? .....                     Simonyan Ter-Petrosyanı sərt tənqid etdi .....                     Petrosyan saxtakarlığın banisidir, fırıldaqçı... .....                     DSX-nin hərbi qulluqçusu müalicə aldığı xəstəxanada vəfat edib .....                     "Bu zəfər və xoşbəxtlik hissini yaşamaq çox bənzərsiz duyğudur" .....                     Rusiya sülh danışıqlarına maraq göstərmir .....                     "Qadağan edilsə, nəziri kartdan-karta atacaqlar" .....                     Ter-Petrosyan Qaregini dəstəklədi .....                     Rusiya ABŞ və İranı barışdırmaq İSTƏYİR .....                     Aydın Abbasov oğluna Türkiyədə toy etdi .....                     Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... .....                     "Rüşvət verən valideyn HƏBS olunmalıdır .....                     Əmrullayevin anasını ağlatdığı Azərbaycan təhsili .....                     Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF .....                     Paşinyanın kilsə ilə savaşı... .....                     Paşinyanın Türkiyə və Azərbaycana təbriki bizi təəccübləndirməməlidir .....                     Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər .....                     "Müəllim nüfuzu zinət əşyası ilə ölçülməməlidir..." .....                     "Məqsəd nədir, təbii ki, pul silməkdir" .....                     "Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir" .....                     "Gətirib qoydular qucağıma ki, sənin qızındır" .....                 

“Kişi idilər Ramiz Mehdiyev vəzifədə olanda bu sözü deyərdilər” - Şeyx Əbdül Mahmudbəyov
Tarix: 17-06-2022, 08:35 | Çap et
“Kişi idilər Ramiz Mehdiyev vəzifədə olanda bu sözü deyərdilər”
Əməkdar incəsənət xadimi, Rasim Balayevin sədrlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, şair Baba Vəziroğlu maraqlı iddia ilə çıxış edib. O deyib ki, kino ittifaqlarının parçalanmasında əsas rolu Prezident Administrasiyasının və AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyev oynayıb.

“Hər şey gözümüzün qarşısında oldu. Hamımız bilirik ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı necə yarandı... Daha doğrusu, onu necə yaratdılar. Onlar deyirlər ki, biz yaratdıq. Amma o ittifaqı Ramiz Mehdiyevin başçılıq etdiyi bir qrup - Rüstəmi düşmən elan etmək, Prezidentin ətrafını zəiflətmək istəyən və bu gün ifşa olunub hərəsi bir dərədə gizlənən korrupsiyaçı, düşmənin lehinə işləyənlər yaratdı. Rüstəm müəllimin başçılıq etdiyi ittifaqı gözdən salmaq, dağıtmaq üçün... Qeydiyyata alınmadığına görə ”respublika" sözünü də əlavə etdilər. Beləcə, gözümüzün qabağında yaranan bir ittifaq oldu. Ona görə də heç kim onu yaratmaqla kinoya böyük xidmətlər göstərməsi adı ilə qürrələnməsin. Onu da deyim ki, çox vicdanlı kinematoqrafçılar, ölkə kinosu üçün böyük xidmətləri olan insanların heç biri Ramiz Mehdiyev dəstəsinin onlara göstərdiyi konfetə aldanmadı. Kinematoqrafçılar arasında vicdanlı, sədaqətli insanlar da var. Onların böyük əksəriyyəti Kinematoqrafçılar İttifaqının krizis dövrlərini şükranlıqla keçdilər. Bir gün gələr haqq-ədalət yerini tapar deyərək... Doğrudan da bir gün gəldi. Rüstəm müəllim ali səviyyədə dəvət olundu. Kinematoqrafçılar İttifaqı yenidən öz məcrasına qayıtdı. Bunu oradakı bir çoxları - vaxtilə onunla çörək kəsmiş, birlikdə kinoya xidmət etmiş, evində olan və nəhayət, dost sanılan bir çox xəyanətkar insanlar bunu həzm edə bilmədilər. Ona görə stəkanda tufan qoparmağa çalışdılar", deyə Teleqraf.com-a müsahibəsində deyib.

B.Vəziroğlu deyib ki, sonradan süni şəkildə yaradılmış ittifaq çox yaşaya bilməz: “1963-cü ildə təməli qoyulmuş əzəli, əbədi Kinematoqrafçılar İttifaqı var və Azərbaycan kinematoqrafçılarının qaymağı orada cəm olub. Gec-tez o biriləri də məşhur filmdəki sözdən sitat gətirərək cavab verəcəm: səhv eləmisən, götür tüfəngi keç bizim tərəfə. Yəqin ki, onlar da bir gün səhv etdiklərini anlayacaqlar. Və ”çörəyə xəyanət", “dosta xəyanət” damğasından qurtulmaq üçün haqq yoluna qayıdacaqlar".

Xatırladaq ki, hazırda xalq artisti Rasim Balayevin rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqı 1963-cü il yanvarın 13-də yaradılıb. Rüstəm İbrahimbəyov 1981-ci ilin mayında təşkilatın idarə heyətinin birinci katibi, 2003-cü ilin yanvarından 2022-ci ilin martına qədər sədri vəzifəsində çalışıb. İttifaqın idarə heyətinin üzvləri aşağıdakılardır:

Xalq yazıçısı Anar, şair Baba Bəziroğlu, Həmidə Ömərova, Firəngiz Qurbanova, Cavid İmamverdiyev, Oleq Səfərəliyev, Cəmil Fərəcov, Qulu Məhərrəmli və digərləri.

Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci il 21 iyunda təsis edilib. İttifaqın təşəbbüs qrupunun və idarə heyətinin üzvləri aşağıdakılardır: Şəfiqə Məmmədova, Mais Ağabəyov, Ramiz Fətəliyev, Müşfiq Hətəmov, Səyavuş Kərimi, Cəmil Quliyev, Yusif Quliyev, Vaqif Mustafayev, Nəriman Məmmədov, Oqtay Mirqasımov, Ayaz Salayev.

“Kino ittifaqını iki yerə Ramiz Mehdiyev parçalayıb” ittihamına gəldikdə isə son vaxtlar bu barədə bir sıra tanınmışlar üstüörtülü də olsa fikirlər səsləndirirlər. Belə ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Qulu Məhərrəmli “Yeni Müsavat”a ötən müsahibəsində kinematoqrafçılar ittifaqının fəal məmur müdaxiləsi ilə iki yerə parçalandığını demişdi: “Əsas ittifaq Rüstəm İbrahimbəyovun zamanında fəal məmur müdaxiləsi ilə iki yerə parçalandı. Hazırda Şəfiqə Məmmədovanın rəhbəri olduğu qurum Rüstəm İbrahimbəyova qarşı yaradılmışdı... ”

Məsələ ilə bağlı xalq artisti Şəfiqə Məmmədovanın rəyini almağa çalışsaq da, hər zamankı kimi cəhdlərimiz alınmadı.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, xalq artisti Şeyx Əbdül Mahmudbəyov isə səslənən ittihama bu cür cavab verdi: “Mən zamanında sözümü Rüstəm İbrahmbəyova da demişdim. Onda heç Rasim Balayev ortalıqda yox idi, qaçıb gizlənmişdi. Deyirdi ki, ”mən yalnız kinoda qəhrəmanam, uşaqlarım var işləyirlər, işdən çıxararlar". İndi bəs nə oldu, niyə birdən-birə kişi olub bu cür ifadələr səsləndirir? Nə tez hər şeyi unutdu?

Qulu Məhərrəmli də deyir ki, “nə olsun, iki ittifaq olanda nə olar”. Bəyəm kolxoz bazarıdır? Bir arvadın bir əri olar, iki deyil. Baba Vəziroğlu da kinoçu çıxıb, kinonun tarixindən danışır. Onun, ümumiyyətlə, ittifaqda nə işi var, anlaya bilmirəm. O vaxt törətdiyi əməllərə görə Baba Vəziroğlu ittifaqın katiblərinin imzası ilə qurumdan qovulmuşdu. Şəfiqə Məmmədova o vaxt yüz kişidən qeyrətli çıxaraq sinəsini qabağa verdi və bu ittifaqı dövlət səviyyəsində təşkil edib, onu xilas etdi. Belə ki, “Nizami evi”ndə qurultay səviyyəsində konfrans keçirdilər. Konfransda Fatma xanım Abdullazadə, Əli Həsənov və digərləri iştirak etmişdi. Onların iştirakı rəsmi, protokola uyğun idi. Şəfiqə xanım həmin vaxt quruma rəhbər təyin olundu və beləliklə, Rüstəm İbrahimbəyovun dağıtdığı kino ittifaqı bərpa olundu. Burada Ramiz Mehdiyevin niyə adı çəkilir ki? Gedənin arxasına bu cür mövqe tutmaq doğru deyil. Kişi idilər Ramiz Mehdiyev vəzifədə olanda bu sözü deyərdilər. Bir daha qeyd edirəm ki, Kinematoqrafçılar İttifaqında müəyyən şəxslərə Rasim Balayevin, sadəcə, adı lazımdır. Həmin qurumda Rasim Balayevə yaxın olan bir neçə şəxslə söhbətdə demişdim ki, gəlin birləşək, barışaq, kino haqqında danışaq. Mənə dedilər ki “Rasim Balayevin bizə, sadəcə, adı lazımdır ki, məktublarımıza cavab verilsin”. Bəs Rasim Balayevin öz ağlına nə gəlib? Kino, milli barışıq qalıb kənarda, ona çörək verən adam haqqında hədyanlı sözlər deyir. Sən heç Şəfiqə Məmmədovanın dırnağı qədər də kişi deyilsən. Çünki o ittifaqda yeganə adam idi ki, sona qədər əli-ayağı təmiz oturdu, sonda da ittifaqı qoruyub saxladı. Rüstəm İbrahimbəyov barəsində nə sözüm olubsa, onun sağlığında demişəm, bunu mətbuatdan görə bilərsiniz. Hətta İbrahimbəyov dediyim fikirlərə görə dəfələrlə mənimlə əlaqə saxlayıb, danışmışıq. Biz onunla Moskvada bir yerdə oxumuşuq. İndi Rasim Balayev deyir ki “Əbdül Mahmudbəyovun kinodan xəbəri yoxdur”. Məgər Balayev, sənə mükafatı verən mən deyildim? “Nəsimi” filminə görə onu xəstəxanadan çıxardıb gətirmişdim".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ələtdə şəhid ruhuna SAYĞISIZLIQ - AXI NİYƏ?..
Bu gün, 05:33
"Sonra ərə getdim... - İnsanlar mənim üstümə gəlirdi"
Bu gün, 05:19
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin 24 milyon manatdan çox vergi borcu... VAR İMİŞ...
Bu gün, 05:13
Tramp ABŞ -a nəzarəti itirib? - AKTUAL
Bu gün, 05:07
Daha bir saxta diplomlu həkim... - ağzımızın içi qədər yaxın...
Bu gün, 05:04
Putin Ermənistana “daha ağır top”la girir - GƏLİŞMƏ
Bu gün, 04:55
İlon Mask - Tramp qarşıdurması dünyaya ciddi təlatümlər gətirəcək - İNCƏLƏMƏ
Bu gün, 04:53
Paşinyan Laçınla qonşu şəhərə gəldi... - FOTO
Bu gün, 04:46
"İnsanlar burada həqiqətən yavaş yaşamağı bilirlər"
Bu gün, 04:42
Bakıda falçı 74 min manatı necə alıb? - “7 yumurtaya 200 manat verdim”
Dünən, 23:51
"Onunla bir ömür yaşayaram, amma evlənmərəm"
Dünən, 23:47
Azərbaycanda qırıcıların sayı Ermənistandan 10 dəfə çoxdur - Forbes
Dünən, 23:45
Dolların kursu dəyişəcək? - ekspert açıqladı
Dünən, 23:41
Kilsəni xalqımıza qaytarmalıyıq - Paşinyan
Dünən, 23:38
Rus ordusu Zaryanı ələ keçirdi
Dünən, 13:00
Qızını görmək istəyən Aytac parkda bıçaqlanmışdı: Cəza ağırlaşdırıldı - TƏFƏRRÜAT
Dünən, 12:58
Tehranın Zəngəzur XOFU - FAKT BUDUR!
Dünən, 12:32
Muzdlular ölkəni tərk edirlər, amma... - Mali Rusiyadan hərbi yardım almağa davam edəcək
Dünən, 12:31
Paşinyanın arvadı və qızları şərab toqquşdurur - FOTO
Dünən, 12:28
Azərbaycanda metro işçiləri nə qədər qazanır? - MƏBLƏĞ
Dünən, 12:01
Simonyan Ter-Petrosyanı sərt tənqid etdi - Sən məğlubiyyətin simvolusan
Dünən, 11:58
Petrosyan saxtakarlığın banisidir, fırıldaqçı... - Paşinyan
Dünən, 11:55
DSX-nin hərbi qulluqçusu müalicə aldığı xəstəxanada vəfat edib
Dünən, 11:52
"Bu zəfər və xoşbəxtlik hissini yaşamaq çox bənzərsiz duyğudur" - partiya sədri
Dünən, 11:06
Rusiya sülh danışıqlarına maraq göstərmir - ISW
Dünən, 10:59
"Qadağan edilsə, nəziri kartdan-karta atacaqlar" - NƏ ETMƏLİ?
Dünən, 10:01
Ter-Petrosyan Qaregini dəstəklədi - Paşinyana qarşı birlik
Dünən, 09:57
Rusiya ABŞ və İranı barışdırmaq İSTƏYİR - TASS
Dünən, 09:36
Aydın Abbasov oğluna Türkiyədə toy etdi - VİDEO
Dünən, 09:31
Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... - İcazə verin şübhələnək...
Dünən, 09:26
"Rüşvət verən valideyn HƏBS olunmalıdır – müəllimlər susmasın!"
Dünən, 09:18
Əmrullayevin anasını ağlatdığı Azərbaycan təhsili - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 06:03
Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF - vasitəçi kimi...
Dünən, 05:57
Paşinyanın kilsə ilə savaşı... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 05:54
Paşinyanın Türkiyə və Azərbaycana təbriki bizi təəccübləndirməməlidir - Andranik Tevanyan
Dünən, 05:52
Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər - TƏFƏRRÜAT
Dünən, 05:41
"Müəllim nüfuzu zinət əşyası ilə ölçülməməlidir..." - VİDEO
Dünən, 02:48
"Məqsəd nədir, təbii ki, pul silməkdir" - ETİRAZ
Dünən, 02:45
"Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir" - ŞƏRH
Dünən, 02:31
"Gətirib qoydular qucağıma ki, sənin qızındır"
Dünən, 02:26
Mal bazarı müdirinin SİFTƏSİ 'KOR ÇIXDI ' - VİDEO
Dünən, 02:20
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
7-06-2025, 15:09
“Paşinyan Azərbaycanı Qarabağa görə də təbrik edəcək” – Aslanyan
7-06-2025, 13:05
Mask Trampa qarşı müharibəni uduzdu: - bundan sonra nə olacaq?
7-06-2025, 13:03
Türkeşin qızından Baxçalıya sərt təpki: - Bunu atamın üzünə deyə bilərdiniz?
7-06-2025, 12:55
Nazirin səfəri ləğv edildi, güllər qaytarıldı – İrəvan-Tiflis gərginliyi
7-06-2025, 12:53
"İş günləri ilə bağlı son anda verilən qərar ölkə iqtisadiyyatı üçün zərərlidir" - ÇÜNKİ...
7-06-2025, 12:43
Patlamağa hazır sədaqət böhranı: Trampla Mask arasında qalan qadın - Keti Miller kimdir?
7-06-2025, 12:37
Orta məktəblərdə erkən nikahın zərərləri barədə şagirdlərə nə ÖYRƏDİLİR?
7-06-2025, 12:25
Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu - FOTO
7-06-2025, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru