Dövlət Gömrük Komitəsində yeni təyinat olub .....                     Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb .....                     Sülh sazişi İrəvanın İrana yolunu açır .....                     Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi .....                     Rusiya Ukraynada ABŞ zavoduna hücum edib .....                     Rusiyadan sərhədimizdə sensasion əməliyyat: .....                     Paris buna məcburdur... .....                     SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ .....                     Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ .....                     İranla Ermənistan arasında SENSASİON ANLAŞMA .....                     Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi .....                     BRAVO ZAUR... nə dövlət umrundadır... nə də millət... .....                     Erməni nəşri Paşinyanın Türkiyə və Azərbaycandan maliyyə yardımı aldığını iddia etdi... .....                     Təhsil sistemində tenderi də özgəsinə vermirlər... .....                     Putinin planına sərt reaksiya: .....                     Nazirlik qonaqları üçün bilet və otel xidmətini .....                     Əməyin ödənilməsinin hansı təminatları var? .....                     Bakının bu ərazisində torpağın 1 sotu 97 min manata yaxın bahalaşıb .....                     "Daltonlar"- gəncləri tələyə salancinayət təşkilatı .....                     Pezeşkianın Paşinyana xəbərdarlığı: İrəvan eşidəcəkmi? .....                     İlkin Süleymanovun kassasiya şikayəti icraata götürüldü .....                     Paşinyan açıqladı: Bu ərazilər Bakıya qaytarılacaq .....                     Qazilər arasında dava: Tüfənglə “Prado”nu yararsız hala saldı... .....                     Azərbaycanda şirkətlər qrupuna yeni direktor təyin edilib .....                     SOCAR "RabitəBank"dan imtina etdi .....                     10 manatlıq şirkətin 655 min manatdan çox vergi borcu var .....                     "İcra şöbəsi hansısa maraqlarına görə şikayətə baxmır..." .....                     Sabunçuda televizor pultu silaha çevrildi .....                     Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi .....                     Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq .....                     Dostu tərəfindən döyülən şəxs məhkəmədə onu bağışladı .....                     Azərbaycanda sabiq rektor vəfat etdi .....                     Dövlət qurumu 3,4 milyonluq elektrik mallarını .....                     Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                     Diasporumuza qarşı “xüsusi əməliyyat” .....                     Bu şirkət müştəri ilə işləməyi hələ öyrənməyib... .....                     Rusiyanın ölkəmizə qarşı daha bir absurd addımı .....                     “Ulduz”u sönən məşhurlar .....                     Rusiya 10 noyabr 2020-ci il sənədinə qayıtmaq üçün fürsət gözləyir .....                     ABŞ NATO-ya Ukrayna üçün təhlükəsizlik zəmanətlərində minimal rol oynayacağını bildirib .....                 

“Nənəm ölən günə qədər Nəcibə Məlikovanı qəbul etmədi...”
Tarix: 2-03-2022, 09:05 | Çap et
“Nənəm ölən günə qədər Nəcibə Məlikovanı qəbul etmədi...”
Sevilən aktrisa Nəcibə Məlikovanın oğulluğu, AFFA-nın keçmiş baş katibi Fuad Əsədov Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Fuad müəllim, siz uzun illər AFFA-nın baş katibi çalışmısınız. Bu vəzifəyə sizi kim təyin etmişdi?

- Mən yol mühəndisi işləməklə əmək fəaliyyətimə başlamışam, sonra Avtomobil Yolları nazirinin birinci müavini olmuşam. 11 ay da da naziri əvəz etmişəm. Nazirliklər ləğv ediləndən sonra mən Kənd Yolları üzrə birliyin rəhbəri oldum. 50 rayonda mənim yol tikinti idarəm var idi. Məni Fuad Musayev AFFA-ya baş katib dəvət etdi. 13 il baş katib işlədim.

- Fuad müəllim, sevilən aktrisa Nəcibə Məlikova sizə sözün əsl mənasında analıq edib. İstərdim Nəcibə xanımın atanızla tanışlığından danışasınız.

- 1943-cü ildə Nəcibə xanım teatr texnikomunu bitirən kimi təyinatla Gəncə Dövlət Dram Teatrına gəlib. Elə orada işləyən dövrdə də mənim atamla tanış olub, 1943-cü ilin axırında ailə həyatı qurublar. 1945-ci ildə Nəcibə xanımın övladı Saqib anadan olub. Atam 3-cü dəfə Leyla xanımla ailə həyatı qurandan sonra Nəcibə xanım 1948-ci ildə Saqibi də götürüb Bakıya qayıdıb. Atamın 3-cü nigahından iki bacım dünyaya gəlib. Nəcibə xanım atamın iki evliliyindən olan uşaqlarla çox gözəl ünsiyyəti var idi. Saqiblə biz ögey qardaş sayılırdıq.

- Bəs Nəcibə xanımla necə tanış oldunuz?

- Mən Nəcibə xanımla 1949-cu ildə tanış olmuşam. Nəcibə xanım bu vaxt Bakıdan Gəncəyə qastrol səfərinə gəlmişdi. Oğlu Saqib də onunla bir yerdə idi. Baxmayaraq ki, mən Gəncədə anadan olmuşdum, amma Tovuzda yaşayırdıq. Ana nənəm Tovuzlu idi. Atam Nəcibə xanımla evlənəndən sonra nənəm məni də, anamı da atamdan ayırıb, özü ilə Tovuza apardı. 11 yaşım olanda ana nənəm məni Gəncəyə, digər nənəmin yanına gətirib, məni onlarla tanış etdi. Heç atamın özü də mənim yadıma gəlmir. Nəcibə xanım da məni görməyə can atırdı. Tovuzda dost-tanışı çox idi, deyirdi ki, mən gələcəm, qatar Tovuza çatanda Fuadı gətirib mənə göstərərsiniz. Nənəm, babam ona da imkan vermirdi. Nənəm ölən gününə qədər Nəcibəni qəbul etmədi. Mən artıq Saqiblə də tanış olmuşdum. Daha sonralar Nəcibə xanım hər yay Saqibi tez-tez Gəncəyə istirahətə göndərirdi. İllər keçdi, tələbə adını qazanıb universitetə daxil oldum. Bu illər bizim Nəcibə xanımla münasibətimizin ən parlaq dövrü oldu. Çünki mən Bakıda oxuyurdum və yaşayırdım. Nəcibə xanım mənə dedi ki, sən də mənim oğlumsan, qətiyyən yad deyilsən. Universitetdə oxuduğum 5 il ərzində Nəcibə xanım hara gedərdisə özü ilə məni də aparardı. Saqib ağlayırdı ki, məni niyə aparmırsan? Deyirdi ki, Fuad sənin böyük qardaşındır, sən hələ kiçiksən! Nəcibə xanım o vaxt Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Nəsibə Zeynalova və s. sənətkarlarla yaxın rəfiqəlik edirdi. Hamısı da məni görən kimi deyirdi ki, ay Nəcibə, Fuad ərinə necə də oxşayır!

- Nəcibə xanımdan heç ögey münasibət görmüsünüz?

- Xeyr! Nəcibə xanım mənə əsl ana olub! O mənə elə analıq edib ki, bəlkə heç doğma ana balasına elə analıq etmir. Aramızda daim hörmət, izzət var idi. Daha sonra mən evləndim, Nəcibə xanım mənim toyumda da çox böyük həvəslə iştirak etdi. Mənim uşaqlarım Nəcibə xanıma nənə deyirdilər. Hər yay onları özü ilə istirahətə aparardı.

- Deyilənə görə Nəcibə xanımın da baş rolda oynadığı “Ögey ana” filmi sizin həyatınızdan bəhs edir. Bu doğrudur?

- “Ögey ana” filminin həm ssenaristi, həm də rejissoru Həbib İsmayılov idi. O ssenarini yazandan sonra Nəcibə xanıma verdi ki, tanış olsun. Çünki onu artıq Dilarə obrazına seçmişdilər. Ssenarini oxuyanda məni yanına çağırıb gülərək dedi ki, bu elə bil bizim həyatımızdandır. O ssenarinin bəzi yerlərində dəyişiklik etdi, öz həyatını ora yazdı. Nəcibə xanımın həyatda oğlu var idi, filmdə göstərdilər ki, guya qızı var. Ələxsus da nənəmlə olan münasibətlərini filmdə önə çıxarmışdılar. Bu filmdən sonra bizim evə nə qədər məktublar gəlirdi. Hər bir uşaq öz ögey anasından yazırdı. Nəcibə xanım deyirdi ki, həmin məktubları bir-bir oxu, cavab yaz. Nəcibə xanımın ana obrazı hamıda böyük təşviş yaratmışdı! Hamı düşünürdü ki, belə analıq olar?!

- Ona nə deyə müraciət edirdiniz?

- Mən hər zaman Nəcibə xanım deyə müraciət etmişəm. Özü də mənə deyirdi ki, sənin kimi mənə Nəcibə xanım deyən yoxdur (gülür). Mən bəzən düşünürəm ki, Nəcibə xanım niyə mənə bu qədər isinib?! Çünki o məni atama oxşadırdı, elə zənn edirdi ki, atam onun yanındadır. Mən əməliyyat olunmuşdum, xəstəxanada yatırdım. Nəcibə xanım gündə yanıma gəlib-gedirdi.

- Nəcibə xanım atanızdan sonra ailə həyatı qurdu?

- Xeyr! O atamdan başqa heç kimi sevə bilməzdi! Meylini oğluna və nəvəsi Simaya salmışdı. Atam dünyasını dəyişəndə mənim 12 yaşım var idi.

- Nəcibə xanımdan atanızı xəbər almışdınız?

- Bəli, soruşurdum. Atamdan söz düşəndə Nəcibə xanım ancaq gülürdü. Səbəbini soruşanda, başını yelləyib deyirdi ki, oooohooo! (gülür) Başa düşdüm ki, atam çox cavanlıq edib.

- Nəcibə xanımın son günlərini necə xatırlayırsınız?

- Son günlərini demək olar ki, xəstəxanada keçirirdi. Nəvəsi Sima onun yanında qalırdı. Ona “Ciba” deyirdi. Oyananda ondan soruşub ki, nənə, sən bir də həyata gəlsəydin, kiminlə ailə həyatı qurardın? Kimi sevərdin? Deyib ki, yalnız onu! Yəni mənim atamı! 1992-ci ildə Nəcibə xanım dünyasını dəyişdi. O rəhmətə gedəndə mən xarici ölkədə idim.

- Deyilənə görə meymun Nəcibə xanımın üstünə tullanandan sonra şəkər xəstəliyinə tutulub, bu xəstəlik də onun ölümünü tezləşdirib. Bu həqiqətdir?

- Xeyr, yalan söhbətdir! O Afrikaya getməmişdi ki, üstünə meymun da tullansın. Şəkər xəstəliyi hamıda ola bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Bu gün, 12:00
Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Bu gün, 11:58
Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Bu gün, 11:54
Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Bu gün, 11:53
Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Bu gün, 11:44
Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Bu gün, 11:27
Paris buna məcburdur... - ŞƏRH
Bu gün, 11:23
SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Bu gün, 11:16
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:13
İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Bu gün, 11:04
Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi - Kiviryan
Bu gün, 11:02
BRAVO ZAUR... nə dövlət umrundadır... nə də millət... - MALƏSƏF...
Bu gün, 11:00
Erməni nəşri Paşinyanın Türkiyə və Azərbaycandan maliyyə yardımı aldığını iddia etdi... - İLGİNC
Bu gün, 10:57
Təhsil sistemində tenderi də özgəsinə vermirlər... - DAHA BİR FAKT...
Bu gün, 10:53
Putinin planına sərt reaksiya: - Zəngəzur və Qarabağda...
Bu gün, 10:44
Nazirlik qonaqları üçün bilet və otel xidmətini - BU ŞİRKƏTLƏRDƏN ALDI
Bu gün, 10:40
Əməyin ödənilməsinin hansı təminatları var? - Ekspert danışır...
Bu gün, 10:35
Bakının bu ərazisində torpağın 1 sotu 97 min manata yaxın bahalaşıb
Bu gün, 10:16
"Daltonlar"- gəncləri tələyə salancinayət təşkilatı - TikTokda təhlükə
Bu gün, 10:12
Pezeşkianın Paşinyana xəbərdarlığı: İrəvan eşidəcəkmi? - GƏLİŞMƏ
Bu gün, 10:02
İlkin Süleymanovun kassasiya şikayəti icraata götürüldü
Bu gün, 09:49
Paşinyan açıqladı: Bu ərazilər Bakıya qaytarılacaq - “Respublika Meydanı”
Bu gün, 09:47
Qazilər arasında dava: Tüfənglə “Prado”nu yararsız hala saldı... - TƏFƏRRÜAT
Bu gün, 09:44
Azərbaycanda şirkətlər qrupuna yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 09:43
SOCAR "RabitəBank"dan imtina etdi
Bu gün, 09:40
10 manatlıq şirkətin 655 min manatdan çox vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 09:37
"İcra şöbəsi hansısa maraqlarına görə şikayətə baxmır..." - NARAZILIQ VAR...
Bu gün, 09:30
Sabunçuda televizor pultu silaha çevrildi – ailə qalmaqalının sonu həbs oldu
Bu gün, 09:24
Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə
Bu gün, 09:21
Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq - sensasion iddia
Bu gün, 09:15
Dostu tərəfindən döyülən şəxs məhkəmədə onu bağışladı - “Şikayətçi deyiləm”
Bu gün, 09:08
Azərbaycanda sabiq rektor vəfat etdi - FOTO
Bu gün, 08:54
Dövlət qurumu 3,4 milyonluq elektrik mallarını - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 08:52
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Bu gün, 08:49
Diasporumuza qarşı “xüsusi əməliyyat” - Bakıdan reaksiya
Bu gün, 08:47
Bu şirkət müştəri ilə işləməyi hələ öyrənməyib... - NƏ VAXTA QƏDƏR...
Bu gün, 08:38
Rusiyanın ölkəmizə qarşı daha bir absurd addımı - BAŞLARI QAÇIB...
Bu gün, 08:26
“Ulduz”u sönən məşhurlar - Qətl, şantaj, dələduzluq...
Bu gün, 08:24
Rusiya 10 noyabr 2020-ci il sənədinə qayıtmaq üçün fürsət gözləyir - Bakıdan reaksiyalar
Bu gün, 08:14
ABŞ NATO-ya Ukrayna üçün təhlükəsizlik zəmanətlərində minimal rol oynayacağını bildirib - "Politico" nəşri
Bu gün, 07:24
"1 ildir ki, bu iki qurumun arasında qalmışam" - GİLEY
Bu gün, 07:22
"Bazarstore" mağazalarında 1 milyondan çox vergi borcu - FOTO
Bu gün, 07:16
Rayon bazarlarında qiymət paradoksu: Göy-göyərti baha, lobya isə lüks qiymətdə - NƏ ETMƏLİ?
Bu gün, 07:03
İFŞA: “Poz-Qazan” BİZİ BELƏ QARƏT EDİR... - BU DA FAKT...
Bu gün, 07:01
Möhtəşəm cütlüyün NÖVBƏTİ MƏZƏSİ - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
"Azərbaycanla sülh pozularsa, bu, Ermənistan dövlətinin sonunu gətirə bilər" - FAKT BUDUR!
Bu gün, 06:44
Başçının Baş məsləhətçisi əgər oliqarxdırsa... - BU NƏDİ BELƏ?
Bu gün, 06:40
Kino Agentliyi “Quşlar susanda” filminin çəkilişi üçün 459 min manat xərcləyəcək
Bu gün, 06:35
Teymur Musayevin ölüvay susqunluğu və ya xəstənin üstündə “qılınc-qılınc” oynadanlar
Bu gün, 06:34
Abituriyent sayı niyə plan yerlərini üstələdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru