Ermənistan Konstitusiyası dəyişir .....                     Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı .....                     Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur .....                     FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı .....                     "Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" .....                     "Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" .....                     Vüqar Qurbanov direktoru işdən çıxardı .....                     “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” .....                     Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq .....                     TƏBİB qripə qarşı peyvənd alır: .....                     Dövlət Gömrük Komitəsində yeni təyinat olub .....                     Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb .....                     Sülh sazişi İrəvanın İrana yolunu açır .....                     Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi .....                     Rusiya Ukraynada ABŞ zavoduna hücum edib .....                     Rusiyadan sərhədimizdə sensasion əməliyyat: .....                     Paris buna məcburdur... .....                     SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ .....                     Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ .....                     İranla Ermənistan arasında SENSASİON ANLAŞMA .....                     Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi .....                     BRAVO ZAUR... nə dövlət umrundadır... nə də millət... .....                     Erməni nəşri Paşinyanın Türkiyə və Azərbaycandan maliyyə yardımı aldığını iddia etdi... .....                     Təhsil sistemində tenderi də özgəsinə vermirlər... .....                     Putinin planına sərt reaksiya: .....                     Nazirlik qonaqları üçün bilet və otel xidmətini .....                     Əməyin ödənilməsinin hansı təminatları var? .....                     Bakının bu ərazisində torpağın 1 sotu 97 min manata yaxın bahalaşıb .....                     "Daltonlar"- gəncləri tələyə salancinayət təşkilatı .....                     Pezeşkianın Paşinyana xəbərdarlığı: İrəvan eşidəcəkmi? .....                     İlkin Süleymanovun kassasiya şikayəti icraata götürüldü .....                     Paşinyan açıqladı: Bu ərazilər Bakıya qaytarılacaq .....                     Qazilər arasında dava: Tüfənglə “Prado”nu yararsız hala saldı... .....                     Azərbaycanda şirkətlər qrupuna yeni direktor təyin edilib .....                     SOCAR "RabitəBank"dan imtina etdi .....                     10 manatlıq şirkətin 655 min manatdan çox vergi borcu var .....                     "İcra şöbəsi hansısa maraqlarına görə şikayətə baxmır..." .....                     Sabunçuda televizor pultu silaha çevrildi .....                     Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi .....                     Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq .....                 

"Əgər insan kimi yaşamaq istəyirsinizsə, özünüzü insan kimi aparacaqsınız..."
Tarix: 24-02-2022, 16:17 | Çap et
"Əgər insan kimi yaşamaq istəyirsinizsə, özünüzü insan kimi aparacaqsınız..."
“Biz artıq bu gün tarixdən, baş vermiş hadisədən, keçmişimizlə bağlı böyük faciədən, dünyanın 32-yə yaxın Parlamentinin Xocalı faciəsini soyqırım kimi qəbul etməsindən danışırıq. Bu ondan ötrü olmalıdır ki, bizim bundan sonrakı fəaliyyətimiz bütün sahələrdə: ədəbiyyatda, musiqidə, teatrda, kinoda, siyasətdə, jurnalistikada, dövlət siyasətində bir sözlə, hər şey ona xidmət etməlidir ki, o tarix unudulmasın. Başımıza gətirilən faciələr və onun səbəbkarları daim diqqət mərkəzində saxlanılsın”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nürəddin Mehdixanlı Xocalı faciəsinin otuzuncu ildönümü haqqında danışarkən deyib. Xalq artisti dünyanın gözü qarşısında soydaşlarımızın Xocalıda amansızcasına qətlə yetirildiyini bildirib:

“Dünyanın gözü qarşısında, iyirminci əsrin sonunda böyük bir faciə baş verir və bütün dünya susur. Məhz azərbaycanlı olduqlarına görə başları kəsilir, yandırılır, öldürülür, əzaları doğranır, təcavüzə məruz qalırlar. Yəni bu gün inkişaf eləmiş, özünü mədəni adlandıran və qloballaşan bu dünya çox təəssüflər olsun ki, təcavüzkara yerini göstərmədi, onun cəzasını vermədi və indiyə qədər də Xocalı faciəsinin səbəbkarları azadlıqda gəzirlər. Düşünürəm ki, mütləq o zaman gəlməlidir ki, o faciənin səbəbkarları haqq-ədalət məhkəməsi qarşısında dayansınlar. Çünki orda qadınlar, uşaqlar, qocalar, ahıllar, gənclər öldürülüb. Xocalı faciəsi ümumiyyətlə, türk dünyasının tarixində heç bir zaman unudulmayacaq, insanlığa, bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir. Düşünürəm ki, bütün bu baş verənlər, otuz il işğal altında qalan torpaqlarımız və bu illər ərzində viranə qoyulmuş kəndlərimiz, şəhərlərimiz, yandırıldı, amma viran qoyulan Xocalı bizi millət olaraq qəddarlaşdırmadı, zalıma çevirmədi. Biz haqq uğrunda savaşa qalxdıq, torpaqlarımızı azad elədik, amma bizim başımıza insanlıq adına ləkə olan faciələri gətirən o toplumun nə qadınına, nə uşağına, nə körpəsinə, nə də qocasına toxunduq. Biz dünyaya böyük bir hərb mədəniyyəti göstərdik. Həm də göstərdik ki, türk milləti başına gətirilənlərdən, faciələrdən nəticə çıxarmağı öyrənən, o zalımların dərsini verməyi bacaran, amma eyni zamanda, qəddarlaşmayan, insanlığını, əxlaqını, mənəviyyatını, qoruyub, saxlayan bir xalqdır.

Bu gün bizim torpağımızı işğal edən, kəndimizi, şəhərimizi xaraba qoyan, meşələrimizi qıran, sularımızı zəhərləyən, indiyə qədər birinci Qarabağ savaşında üç mindən çox insanın taleyi haqqında bizə heç bir məlumat verməyən, dünyanın gözü qarşısında vəhşilik göstərən bu ermənilər, bu da bizik, Azərbaycan xalqı. Bu gün Azərbaycanda otuz minə yaxın erməni yaşayır, amma kimsə onları barmaqla göstərmir, deyirik ki, Azərbaycan vətəndaşıdır. Lakin bizim iki millət vəkilimiz Avropa Təşkilatının İrəvanda keçirilən tədbirinə gedir, bütün Ermənistan ayağa qalxır, yolları bağlayırlar, mehmanxananın qarşısına gəlirlər, “Türklərə ölüm!”, “Öldürün bunları!”, “Türksüz Ermənistan!” şüarlarıyla etiraz aksiyaları keçirirlər. Bizim millət vəkillərimiz İrəvanda olduğu müddətdə ermənilər bir daha özlərinin vəhşiliyini, barbarlıqlarını və qeyri-insaniliklərini göstərdilər və neyləməli ki, bizim torpağımıza kənardan bu vəhşiləri gətirib yerləşdirdilər və onlarla bu gün qonşu olmaq məcburiyyətindəyik.

Ona görə demək istədiyim odur ki, güclü, soyuqqanlı olmalıyıq, ağıllı hərəkət etməliyik, tariximizi unutmamalıyıq. Bircə Leyla xanım Əliyevanın “Xocalıya ədalət!” çağırışı altında dünyaya biz Xocalı faciəsini tanıtmasaydıq, dünyanın 32 ölkəsinin Parlamenti soyqırım kimi onu tanımazdı. Kinolarda, tamaşalarda, televiziyalarda, festivallarda indi bu daha güclü şəkildə davam etməlidir. Təbliğat daha güclü şəkildə getməlidir. Biz indiyə qədər dünyanın eşitmədiyi, amma başımıza gələn bütün faciələri dünyaya göstərməliyik. Artıq qalib, güclü ölkə kimi, ağlayıb, zılayaraq yox. Bu gün bizim millət vəkillərimiz İrəvanda cəsarətlə böyük mədəniyyət, siyasi əxlaq nümayiş etdirdilər və deyirik ki, biz bu millətik. Bəli, biz türkük, amma siz “hay” olaraq qalmısınız, siz hələ dəyişməmisiniz, hələ orta əsrlərdə feodalizm dövrünün təfəkkürüylə yaşayırsınız. Əgər insan kimi yaşamaq istəyirsinizsə, siz özünüzü insan kimi aparacaqsınız, elədiyiniz cinayətlərin məsuliyyətini daşıyacaqsınız və unutmayın ki, bir gün hər şeyə görə həm də haqq-ədalət məhkəməsi qarşısında cavab verəcəksiniz. Hər bir azərbaycanlı buna çalışmalıdır. Kimliyindən, peşəsindən, məşğul olduğu sənətindən asılı olmayaraq hər kəs Azərbaycan həqiqətlərinin dünyada yayılması, təbliği və qəbul olunmasıyla məşğul olmalıdır. Bu hər kəsin borcudur. Kimliyindən, cinsindən, işindən, peşəsindən asılı olmayaraq hər bir azərbaycanlının müqəddəs borcudur. Biz yalnız o halda var ola bilərik, güclü ola bilərik, o vaxt dünyanın böyük və ciddi şəkildə bir parçasına çevrilə bilərik”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan Konstitusiyası dəyişir - Paşinyan vaxtı elan etdi
Bu gün, 13:33
Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı - Axtarış davam edir
Bu gün, 13:02
Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur - “Axios”
Bu gün, 13:00
FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Bu gün, 12:50
"Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" - ÇÜNKİ...
Bu gün, 12:44
"Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 12:36
Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
Bu gün, 12:14
“Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” - deputat
Bu gün, 12:11
Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq - Paşinyan
Bu gün, 12:08
TƏBİB qripə qarşı peyvənd alır: - 1 milyon manat xərclənəcək
Bu gün, 12:02
Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Bu gün, 12:00
Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Bu gün, 11:58
Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Bu gün, 11:54
Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Bu gün, 11:53
Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Bu gün, 11:44
Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Bu gün, 11:27
Paris buna məcburdur... - ŞƏRH
Bu gün, 11:23
SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Bu gün, 11:16
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:13
İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Bu gün, 11:04
Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi - Kiviryan
Bu gün, 11:02
BRAVO ZAUR... nə dövlət umrundadır... nə də millət... - MALƏSƏF...
Bu gün, 11:00
Erməni nəşri Paşinyanın Türkiyə və Azərbaycandan maliyyə yardımı aldığını iddia etdi... - İLGİNC
Bu gün, 10:57
Təhsil sistemində tenderi də özgəsinə vermirlər... - DAHA BİR FAKT...
Bu gün, 10:53
Putinin planına sərt reaksiya: - Zəngəzur və Qarabağda...
Bu gün, 10:44
Nazirlik qonaqları üçün bilet və otel xidmətini - BU ŞİRKƏTLƏRDƏN ALDI
Bu gün, 10:40
Əməyin ödənilməsinin hansı təminatları var? - Ekspert danışır...
Bu gün, 10:35
Bakının bu ərazisində torpağın 1 sotu 97 min manata yaxın bahalaşıb
Bu gün, 10:16
"Daltonlar"- gəncləri tələyə salancinayət təşkilatı - TikTokda təhlükə
Bu gün, 10:12
Pezeşkianın Paşinyana xəbərdarlığı: İrəvan eşidəcəkmi? - GƏLİŞMƏ
Bu gün, 10:02
İlkin Süleymanovun kassasiya şikayəti icraata götürüldü
Bu gün, 09:49
Paşinyan açıqladı: Bu ərazilər Bakıya qaytarılacaq - “Respublika Meydanı”
Bu gün, 09:47
Qazilər arasında dava: Tüfənglə “Prado”nu yararsız hala saldı... - TƏFƏRRÜAT
Bu gün, 09:44
Azərbaycanda şirkətlər qrupuna yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 09:43
SOCAR "RabitəBank"dan imtina etdi
Bu gün, 09:40
10 manatlıq şirkətin 655 min manatdan çox vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 09:37
"İcra şöbəsi hansısa maraqlarına görə şikayətə baxmır..." - NARAZILIQ VAR...
Bu gün, 09:30
Sabunçuda televizor pultu silaha çevrildi – ailə qalmaqalının sonu həbs oldu
Bu gün, 09:24
Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə
Bu gün, 09:21
Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq - sensasion iddia
Bu gün, 09:15
Dostu tərəfindən döyülən şəxs məhkəmədə onu bağışladı - “Şikayətçi deyiləm”
Bu gün, 09:08
Azərbaycanda sabiq rektor vəfat etdi - FOTO
Bu gün, 08:54
Dövlət qurumu 3,4 milyonluq elektrik mallarını - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 08:52
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Bu gün, 08:49
Diasporumuza qarşı “xüsusi əməliyyat” - Bakıdan reaksiya
Bu gün, 08:47
Bu şirkət müştəri ilə işləməyi hələ öyrənməyib... - NƏ VAXTA QƏDƏR...
Bu gün, 08:38
Rusiyanın ölkəmizə qarşı daha bir absurd addımı - BAŞLARI QAÇIB...
Bu gün, 08:26
“Ulduz”u sönən məşhurlar - Qətl, şantaj, dələduzluq...
Bu gün, 08:24
Rusiya 10 noyabr 2020-ci il sənədinə qayıtmaq üçün fürsət gözləyir - Bakıdan reaksiyalar
Bu gün, 08:14
ABŞ NATO-ya Ukrayna üçün təhlükəsizlik zəmanətlərində minimal rol oynayacağını bildirib - "Politico" nəşri
Bu gün, 07:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru