Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı .....                     Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur .....                     FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı .....                     "Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" .....                     "Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" .....                     Vüqar Qurbanov direktoru işdən çıxardı .....                     “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” .....                     Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq .....                     TƏBİB qripə qarşı peyvənd alır: .....                     Dövlət Gömrük Komitəsində yeni təyinat olub .....                     Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb .....                     Sülh sazişi İrəvanın İrana yolunu açır .....                     Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi .....                     Rusiya Ukraynada ABŞ zavoduna hücum edib .....                     Rusiyadan sərhədimizdə sensasion əməliyyat: .....                     Paris buna məcburdur... .....                     SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ .....                     Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ .....                     İranla Ermənistan arasında SENSASİON ANLAŞMA .....                     Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi .....                     BRAVO ZAUR... nə dövlət umrundadır... nə də millət... .....                     Erməni nəşri Paşinyanın Türkiyə və Azərbaycandan maliyyə yardımı aldığını iddia etdi... .....                     Təhsil sistemində tenderi də özgəsinə vermirlər... .....                     Putinin planına sərt reaksiya: .....                     Nazirlik qonaqları üçün bilet və otel xidmətini .....                     Əməyin ödənilməsinin hansı təminatları var? .....                     Bakının bu ərazisində torpağın 1 sotu 97 min manata yaxın bahalaşıb .....                     "Daltonlar"- gəncləri tələyə salancinayət təşkilatı .....                     Pezeşkianın Paşinyana xəbərdarlığı: İrəvan eşidəcəkmi? .....                     İlkin Süleymanovun kassasiya şikayəti icraata götürüldü .....                     Paşinyan açıqladı: Bu ərazilər Bakıya qaytarılacaq .....                     Qazilər arasında dava: Tüfənglə “Prado”nu yararsız hala saldı... .....                     Azərbaycanda şirkətlər qrupuna yeni direktor təyin edilib .....                     SOCAR "RabitəBank"dan imtina etdi .....                     10 manatlıq şirkətin 655 min manatdan çox vergi borcu var .....                     "İcra şöbəsi hansısa maraqlarına görə şikayətə baxmır..." .....                     Sabunçuda televizor pultu silaha çevrildi .....                     Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi .....                     Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq .....                     Dostu tərəfindən döyülən şəxs məhkəmədə onu bağışladı .....                 

“Nə onlar Qarabağdan gedəsidir, nə də ki, biz oradan köçəsiyik, buna görə də... ” - Xalq artisti
Tarix: 17-02-2022, 09:29 | Çap et
“Nə onlar Qarabağdan gedəsidir, nə də ki, biz oradan köçəsiyik, buna görə də... ”
Azərbaycan Prezidenti İlham Əliyevin Ağdam “Cümə” məscidi önündə verdiyi açıqlama hər kəsə dərin təsir edib. Prezident deyib ki, müharibədən sonra Ağdama üçüncü səfəridir və hər dəfə buraya gələndə, ürəyi ağrıyır.

Bu hissləri Ağdamda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Cəbrayılda olan hər bir azərbaycanlı yaşayır və yaşayacaq. Ermənilər vəhşi, bir gerilikçi tayfa kimi işğal etdikləri ərazilərimizi xaraba qoyub, daş-torpağını söküb aparıb. Bu ərazilərdə bir dənə də olsun salamat tikili yoxdur. Erməni vandalizmi bizim hər birimizin ürəyinə dağ çəkib. On minlərlə soydaşımızı həlak edən, yurd-yuvamızı dağıdan bir toplumla bizim ortaq gələcəyimiz ola bilərmi?

Zəfərdən sonra rəsmi səviyyələrdə ermənilərlə Qarabağda bir arada yaşamaq zərurəti və mümkünlüyündən danışılır, bəyanat verilir. Lakin gerçək səhnə başqadır - azərbaycanlılar bütün bunlardan sonra ermənilərlə ortaq, birgə yaşayışı təxmin edə bilirmi, mümkün sayırmı? Biz onların bizə qarşı etdiklərini necə unuda bilərik? Belə bir gələcək gələcəkmi?

Bu suallarla müraciət etdiyimiz tanınmış azərbaycanlıların, rəy liderlərinin, Qarabağ doğumlu ictimai-siyasi xadimlərin, sənət adamlarının cavablarını oxucularımıza təqdim edirik.

Əslən Ağdamdan olan millət vəkili Aqil Abbas bildirdi ki, ermənilərlə birgə yaşamağımız üçün hələ xeyli zaman lazımdır: “Əgər ermənilər öz iddialarından əl çəksələr, birgə yaşayış mümkün ola bilər. Lakin buna da zaman lazımdır, çünki yaralar çox ağır və dərindir. Söhbət təkcə şəhərlərin vəhşiliklə dağıdılmasından, xarabaya çevrilməsindən getmir. On minlərlə günahsız dinc insanlarımız qırılıb, kütləvi soyqırımlar törədilib. Bütün bunlar ağırdır.

Şəxsən mənim üçün də bu çox ağırdır. Mənim də evimdən şəhid gedib, dostlarım qırılıb. Ağdamda mənimlə oxuyan uşaqların demək olar ki, 60-70 faizi şəhid olub. Bu mənada yara hələ dərindir... Amma əvvəl-axır sülh olmalıdır, xalqlar əbədi olaraq düşmən qala bilməz. Bunun üçün də Qarabağda yaşayan ermənilər vətəndaşlığımızı qəbul etməlidirlər, bundan sonra məsələyə baxmaq olar.

Düşünürəm ki, erməni xalqı da müharibə istəmir. Erməni anaları istəməz ki, oğulları Qarabağda ölsün. Xatırlayırsınızsa, Prezidentimiz də səslənirdi ki, “sənin Ağdamda və yaxud digər bölgələrimizdə nə işin var idi?.. ” Onların da arasında barış olmağını istəyənlər var ki, Paşinyana səs verdilər. Yəni sülhə meyl var. Çalışırlar ki, Türkiyə ilə yollar açılsın, ticarəti, iqtisadiyyatı inkişaf etsin. Bunu istəməyənlər Nyu-Yorkda və yaxud Fransada oturub, qabağında viski olanlardır. Onların nə vecinədir ki, Ermənistan, ermənilər nə gündədir?"

Xalq artisti, əslən Ağdamdan olan xanəndə Mənsum İbrahimov:

“O torpaqda doğulan sənətkar kimi deyə bilərəm ki, Qarabağ işğaldan azad olunduqdan sonra mən də Ağdamda üç dəfə olmuşam. Hər dəfə də möhtəşəm şəkildə qoyub çıxdığımız Ağdamı indi bu vəziyyətdə görəndə ürəyimizdən qara qanlar axır. Ağdam indi bir ruhlar şəhərinə, xarabalığa çevrilib. Bunu ancaq vəhşi, vandal edə bilər. Biz görmüşük ki, əsgər əsgərlə, ordu orduyla döyüşər. Əsgər ölülər, qəbiristanlıqlar, abidələr, məscidlərlə döyüşməz. Bu qədər vandallıq insanlıq tarixində görünməyib.

Əlbəttə ki, müharibələr heç vaxt əbədi olmayıb və sonu həmişə sülhlə bitib. Düşünürəm ki, sülh lazımdır. Çünki nə onlar Qarabağdan gedəsidir, nə də ki, biz oradan köçəsiyik. Buna görə də sülh imzalanmalı, sərhədlər müəyyənləşməlidir.

Lakin bir şeyi də deyim ki, erməni dövləti əbədi və əzəli bizim düşmənimizdir. Burada dostluqdan söhbət gedə bilməz. Yəni mütləq şəkildə sülh olacaq və olmalıdır. Amma Xocalı faciəsini və digər vəhşilikləri biz heç zaman unuda bilmərik".
Qarabağ Azadlıq Təşkilatının sədri, əslən Ağdamdan olan Akif Nağı da qeyd etdi ki, Prezidentimiz təkcə dövlət başçısı kimi deyil, həm də bir azərbaycanlı kimi Ağdamda, digər yerlərdə erməni vəhşiliyinin törətdiyi xarabalıqlardan ürək ağrısı keçirdiyini dilə gətirib:

“Həqiqətən də, hər bir azərbaycanlı, xüsusən də həmin bölgələrin sakinləri, yurd-yuvasından illərlə didərgin salınmış insanlar bu mənzərələri görəndə dəhşətə gəlir.

Bundan sonra da bizə deyirlər ki, ermənilərlə barışmalıyıq, onlarla birgə yaşamalıyıq... Bu, həddindən artıq çətindir. Ermənilər düşünməlidirlər ki, bu qədər vəhşiliklərdən sonra nə etməlidirlər ki, biz onlarla münasibətləri normallaşdıra bilək.

Məlum olduğu kimi, ermənilərin bizə qarşı törətdikləri vəhşiliklər ilk dəfə deyil. Hələ 20-ci əsrin əvvəllərində ermənilər dəfələrlə vəhşiliklər, soyqırımlar törətmişdilər. Sadəcə, sovet rejimi bu vəhşilikləri ört-basdır etmişdi ki, üzə çıxmasın. Yəni onlar düşmənçiliklərindən heç vaxt geri qalmayıblar. Daha sonra 90-cı illərdə törətdikləri vəhşiliklər insanlığa sığmayan cinayətlərdir. Ermənilər Qarabağ müharibəsindən bir dənə də olsun fakt göstərə bilməzlər ki, bizim əsgərlərimiz onların dinc əhalisinə qarşı hər hansı vəhşilik, qırğın törətmiş olsun. Kiçik bir fakt olsaydı belə onu tapıb, şişirdərdilər. Amma baxın, ermənilər bizə qarşı nə qədər vəhşiliklər edib. Onların arasında təkcə Xocalı, Qaradağ faciəsini göstərmək kifayətdir. Ermənilər hər addımlarında Azərbaycana qarşı nifrətlərini nümayiş etdiriblər.

Ona görə də indi onlarla münasibətlərin normallaşması çox çətin məsələdir. Bu məsələ ilk növbədə onların törətdikləri cinayətləri etiraf və tövbə etməsindən keçir. Lakin onların bu fikirdə olduqları görünmür. Əksinə, özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib. Bu baxımdan yenidən birgə, mehriban yaşayış çətin olacaq.

Hər halda, biz humanist xalq, millətik. İndi quruculuq işlərimizlə məşğul olmalıyıq. Zaman, tarix hər şeyi göstərəcək".

Musavat.com saytının baş redaktoru, əslən Füzulidən olan Xalid Kazımlı qeyd etdi ki, bu xüsusda gerçək mənzərə çox acıdır:

“İşğaldan qabaq həmin rayonların birində yaşayan, o birilərini də ziyarət edən adam kimi rayonlarımızın işğaldan azad olunandan sonrakı halını görmək çox ağırdır. Hesab edin ki, İsrail boyda bir dövlət darmadağın edilib, xarabalığa çevrilib. Abad bir mahalı bərbad etmək işində təkcə silahlı erməni separatçıları yox, az qala Dağlıq Qarabağ ərazisində yaşayan bütün yetkin ermənilər iştirak edib. Onlar maşınlara doluşub gəlib, topdağıtmaz evləri kərpic-kərpic, şiver-şifer, tir-tir söküb aparıblar, ürəkləri soyumayıb, apara bilmədiklərini yandırıb, daş qalağına çeviriblər.

Xalid Kazımlı: “Bu gedişlə ən azı yüz il birlikdə və mehriban yaşamaq mümkün olmayacaq, çünki... ”

Bizə 100 milyard dollar civarında zərər vurulub və bunun 1 faizini belə onların ödəmək fikirləri, hətta imkanları da yoxdur. Amma biz yenidən birlikdə, iç-içə yaşamalıyıq. Dünya birliyi də belə istəyir, beynəlxalq hüquq da bunu tələb edir. Şəxsən mən mümkün hesab etmirəm. Bu gedişlə ən azı yüz il birlikdə və mehriban yaşamaq mümkün olmayacaq. O zaman olar ki, ermənilər indiki təfəkkür tərzindən, ritorikalarından imtina etsinlər, islah olunsunlar, region ağalığı ambisiyalarından, böyük dövlət qurmaq xülyalarından əl çəksinlər. Baxaq, görək, onların belə bir fikri varmı? Yoxdur. Hətta daha da aqressivləşiblər, əvvəlkindən daha artıq qisasçı ovqata kökləniblər. Ona görə də biz kiminlə qonşu olduğumuzu heç vəchlə unutmamalıyıq”.

“Yeni Müsavat” qəzetinin direktoru, əslən Ağdamdan olan Ələsgər Süleymanov:

“Tale elə gətirib ki, uşaqlıq illərimdə həm Ağdamda, həm də Bakıda ermənilərlə qonşu olmuşuq. Doğrudur, Bakıda olan ermənilər bizə başqa cür yanaşır, yaxşı münasibətdə olmağa çalışırdılar, lakin Qarabağda vəziyyət bir qədər başqa idi.

Düşünmürəm ki, 30 il ərzində baş vermiş hadisələr, faciələr, erməni vandalizmi tez unudulsun, yaddan çıxsın. Əvvəla, çox ciddi yaralar var. İkincisi, viran qoyulmuş əraziləri, torpaqları görəndə insanda o millətə qarşı daha da böyük kin yaranır. İnsanlıq, mərhəmət hiss olmayan bir xalqla necə yanaşı, birgə, mehriban yaşamaq olar?

Beləliklə, bundan sonra Qarabağda azərbaycanlılarla ermənilərin əvvəlki kimi birgə, mehriban yaşaya biləcəyini sanmıram. Ola bilər ki, şərtlər bunu diktə etsin. Lakin qeyd etdiyim kimi, onların törətdikləri vəhşiliklər, cinayətlər, tökdükləri qan uzun müddət unudulmayacaq".

“Yeni Müsavat” qəzetinin jurnalisti, əslən Kəlbəcərdən olan Etibar Seyidağa isə bildirdi ki, Prezident İlham Əliyev Azərbaycan xalqının mövqeyini ifadə edir:

“Mən də bir Azərbaycan vətəndaşı kimi hesab edirəm ki, müxtəlif beynəlxalq təşkilatlar, dövlətlər ilk növbədə Ermənistanın həqiqətən də sülhə, Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olub-olmadığını dəqiqləşdirsinlər. Azərbaycan sülhə hazır olduğunu Ermənistan 44 günlük müharibədə diz üstə çökərkən 10 noyabr bəyanatına imza atmaqla rəsmən ortaya qoyub. Ermənistan isə hələ də o bəyanatın tələblərinə əməl etmir.

Məsələnin digər tərəfinə gəlincə, ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmir, Azərbaycan dövlətini tanımırlar, separatçılıq mövqeyində qalırlar. Belə olduğu təqdirdə, eyni zamanda 30 ilə yaxın Azərbaycan xalqına qarşı həyata keçirilən terror, işğal faktları olduğu halda ermənilərlə birgə yaşayış mümkün deyil".

Əməkdar artist, “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, əslən şuşalı olan Tahir İmanov:

“Ölkə Prezidenti xalqımıza istiqamət göstərdi ki, sülh müqaviləsi imzalanmalıdır, yəni bu mütləq olmalıdır. Lakin biz heç zaman törədilən vəhşilikləri unutmamalıyıq. Baş verənlər artıq birdəfəlik bizə dərs olmalıdır.

Bir daha qeyd edirəm ki, gec-tez dövlətlər arasında sülh müqaviləsi bağlanacaq, biz onlarla qonşu kimi yaşamaq məcburiyyətindəyik. Ona görə də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində əlimizdən gələni etməliyik ki, bu sülh baş versin. Bu istiqamətdə də bütün addımlar atılır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı - Axtarış davam edir
Bu gün, 13:02
Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur - “Axios”
Bu gün, 13:00
FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Bu gün, 12:50
"Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" - ÇÜNKİ...
Bu gün, 12:44
"Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 12:36
Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
Bu gün, 12:14
“Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” - deputat
Bu gün, 12:11
Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq - Paşinyan
Bu gün, 12:08
TƏBİB qripə qarşı peyvənd alır: - 1 milyon manat xərclənəcək
Bu gün, 12:02
Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Bu gün, 12:00
Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Bu gün, 11:58
Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Bu gün, 11:54
Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Bu gün, 11:53
Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Bu gün, 11:44
Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Bu gün, 11:27
Paris buna məcburdur... - ŞƏRH
Bu gün, 11:23
SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Bu gün, 11:16
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:13
İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Bu gün, 11:04
Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi - Kiviryan
Bu gün, 11:02
BRAVO ZAUR... nə dövlət umrundadır... nə də millət... - MALƏSƏF...
Bu gün, 11:00
Erməni nəşri Paşinyanın Türkiyə və Azərbaycandan maliyyə yardımı aldığını iddia etdi... - İLGİNC
Bu gün, 10:57
Təhsil sistemində tenderi də özgəsinə vermirlər... - DAHA BİR FAKT...
Bu gün, 10:53
Putinin planına sərt reaksiya: - Zəngəzur və Qarabağda...
Bu gün, 10:44
Nazirlik qonaqları üçün bilet və otel xidmətini - BU ŞİRKƏTLƏRDƏN ALDI
Bu gün, 10:40
Əməyin ödənilməsinin hansı təminatları var? - Ekspert danışır...
Bu gün, 10:35
Bakının bu ərazisində torpağın 1 sotu 97 min manata yaxın bahalaşıb
Bu gün, 10:16
"Daltonlar"- gəncləri tələyə salancinayət təşkilatı - TikTokda təhlükə
Bu gün, 10:12
Pezeşkianın Paşinyana xəbərdarlığı: İrəvan eşidəcəkmi? - GƏLİŞMƏ
Bu gün, 10:02
İlkin Süleymanovun kassasiya şikayəti icraata götürüldü
Bu gün, 09:49
Paşinyan açıqladı: Bu ərazilər Bakıya qaytarılacaq - “Respublika Meydanı”
Bu gün, 09:47
Qazilər arasında dava: Tüfənglə “Prado”nu yararsız hala saldı... - TƏFƏRRÜAT
Bu gün, 09:44
Azərbaycanda şirkətlər qrupuna yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 09:43
SOCAR "RabitəBank"dan imtina etdi
Bu gün, 09:40
10 manatlıq şirkətin 655 min manatdan çox vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 09:37
"İcra şöbəsi hansısa maraqlarına görə şikayətə baxmır..." - NARAZILIQ VAR...
Bu gün, 09:30
Sabunçuda televizor pultu silaha çevrildi – ailə qalmaqalının sonu həbs oldu
Bu gün, 09:24
Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə
Bu gün, 09:21
Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq - sensasion iddia
Bu gün, 09:15
Dostu tərəfindən döyülən şəxs məhkəmədə onu bağışladı - “Şikayətçi deyiləm”
Bu gün, 09:08
Azərbaycanda sabiq rektor vəfat etdi - FOTO
Bu gün, 08:54
Dövlət qurumu 3,4 milyonluq elektrik mallarını - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 08:52
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Bu gün, 08:49
Diasporumuza qarşı “xüsusi əməliyyat” - Bakıdan reaksiya
Bu gün, 08:47
Bu şirkət müştəri ilə işləməyi hələ öyrənməyib... - NƏ VAXTA QƏDƏR...
Bu gün, 08:38
Rusiyanın ölkəmizə qarşı daha bir absurd addımı - BAŞLARI QAÇIB...
Bu gün, 08:26
“Ulduz”u sönən məşhurlar - Qətl, şantaj, dələduzluq...
Bu gün, 08:24
Rusiya 10 noyabr 2020-ci il sənədinə qayıtmaq üçün fürsət gözləyir - Bakıdan reaksiyalar
Bu gün, 08:14
ABŞ NATO-ya Ukrayna üçün təhlükəsizlik zəmanətlərində minimal rol oynayacağını bildirib - "Politico" nəşri
Bu gün, 07:24
"1 ildir ki, bu iki qurumun arasında qalmışam" - GİLEY
Bu gün, 07:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru