Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər .....                     Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi .....                     Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb .....                     ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU .....                     "Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." .....                     Ermənistan müdafiə nazirinin müşaviri istefa verib .....                     Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib .....                     Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib .....                     Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb .....                     “Effektivinvest” geriləyir .....                     Azərbaycanda internet ÇÖKDÜ .....                     Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb .....                     “Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı .....                     Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir .....                     FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib .....                     Moskva TDT-dən və Astanadan əndişəlidir .....                     Ermənistan Konstitusiyası dəyişir .....                     Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı .....                     Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur .....                     FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı .....                     "Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" .....                     "Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" .....                     Vüqar Qurbanov direktoru işdən çıxardı .....                     “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” .....                     Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq .....                     TƏBİB qripə qarşı peyvənd alır: .....                     Dövlət Gömrük Komitəsində yeni təyinat olub .....                     Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb .....                     Sülh sazişi İrəvanın İrana yolunu açır .....                     Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi .....                     Rusiya Ukraynada ABŞ zavoduna hücum edib .....                     Rusiyadan sərhədimizdə sensasion əməliyyat: .....                     Paris buna məcburdur... .....                     SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ .....                     Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ .....                     İranla Ermənistan arasında SENSASİON ANLAŞMA .....                     Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi .....                     BRAVO ZAUR... nə dövlət umrundadır... nə də millət... .....                     Erməni nəşri Paşinyanın Türkiyə və Azərbaycandan maliyyə yardımı aldığını iddia etdi... .....                     Təhsil sistemində tenderi də özgəsinə vermirlər... .....                 

“Televiziyalardan qonorar tələb edilməsi yersizdir” - Qulu Məhərrəmli belə deyir
Tarix: 11-02-2022, 08:32 | Çap et
“Televiziyalardan qonorar tələb edilməsi yersizdir”
Xəbər verildiyi kimi, müğənnilər Xatirə İslam, Natəvan Həbibi və reper Elşad Xose verilişlərə çıxmaq üçün qonorar istəyib. Şairə Nazilə Səfərli Xatirə İslama dəstək olaraq, qalmaqallı fikirlər səsləndirib. O, sosial şəbəkədə yaydığı videomüraciətində deyib: “Xatirə yerdən-göyə qədər haqlıdır. Əgər bir sənətçi televiziyanı qazandırırsa, televiziya da onu qazandırmalıdır. Dünyada da belədir. Sadəcə, niyə Azərbaycanda bunu etmirlər? Azərbaycan sənətkarlarla dolu ölkədir.

Ona görə də televiziya rəhbərləri düşünür ki, ”olmasın o, olsun başqası". Demirik ki, toya yarım saata 5 min manata gedən müğənniyə telekanal da 5 min versin, 100 manat da olar. Televiziya rəhbərləri o pulu evinə aparır. Hamısının villası, şəraiti, uşağının, arvadının sürücüsü var. Bunu sənət adamlarının sayəsində edirsiz. Reytinqi də biz məşhurlar veririk. Evdən çıxanda makiyaj, geyim - bütün bunların hamısı puldur. Bunları sizə ediriksə, təşəkkür etməlisiniz. 15 saniyəlik reklam efirdə 1500, 30 saniyəlik reklam 2 min manatdırsa, verilməlidir".

Qalmaqala “SOY” prodakşının rəhbəri Oqtay Əliyev də qoşulub. O, müğənnilər Xatirə İslam, Natəvan Həbibi və reper Elşad Xosenin efirə çıxmaq üçün qonorar istəməsinə münasibət bildirərkən deyib ki, həmin məşhurlar qonorarla efirə çağırılmayıb: “Onları pul verərək dəvət edən oldumu? Xeyr! Bu da bütün sualların cavabıdır. Onlar dedilər ki, qonorarla çıxırıq. Cavab da odur ki, heç kim çağırmır. Qurtardı, getdi. Heç bir problem yoxdur. Onsuz da efirlər davam edir”.

Müğənni Natəvan Həbibi isə verilən açıqlamaya bu cür reaksiya verib: “Müğənnilərdən qazanan belə deməlidir də... Guya söz deyib. Azərbaycan incəsənətinə ən böyük zərbələr vuran ailə! Sənətimizi ən abırsız formada dünyaya tanıdan kəslərin də məqsədi bəllidir. Millətin içində sənət nümayəndələrinə nifrət hissi formalaşdıranlar da indi yenə sənətimizi alçaldıb, insanları həqiqətdən yayındırıb, səhv fitva verərlər. Bunları keçmişik. Siz söhbətinizi edin...”

Beləliklə, qarşlıqlı ittihamlar qızışmaqda davam edir. Bəs mütəxəssislərin bu məsələdə mövqeyi necədir?

DİA.AZ xəbər verir ki, tanınmış teletənqidçi Qulu Məhərrəmli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “İki kateqoriya sənətçilər var: televiziyanın arzuladığı və efirə vermək istədiyi sənətçilər, sənəti ilə məşğul olan, lakin bəlli bir dövrə qədər özlərinin reklamı üçün televiziyadan istifadə etməyə çalışanlar. Əlbəttə ki, hansı həqiqi sənət daşıyıcısıdır, bunu indi müəyyənləşdirmək çox çətin olur. Çünki indi sənət tendensiyasından gələn bir çox neqativlər var və bu reallıqdır. Qonorar tələbinə gəldikdə isə müəllif hüquqları baxımından bu normaldır. Yəni bu gün əgər televiziya Qara Qarayevin musiqisini səsləndirirsə, ya onun varislərinə, ya da onun adına olan fonda müəyyən məbləğdə maliyyə köçürür. Və yaxud televiziyada tanınmış rejissorun, ya aktyor, aktrisanın filmi göstərilirsə, ona pul ödənilir. Eləcə də digər iddia olan musiqi xadimləri ilə bağlı bu hal olmalıdır. Lakin indiki real təcrübə onu göstərir ki, belə bir ənənə yoxdur, tutaq ki, hansısa müğənninin həm klipini efirə verib, həm də ona pul ödənilsin. İndi bu məsələ əksinədir. Bu baxımdan düşünürəm ki, qonorar tələbi real deyil. Ona görə ki, televiziyaların özü bir çox hallarda orta səviyyədə oxuyan müğənniləri cəlb edir və onlar da maraqlıdır ki, televiziyada görünsünlər, toy sifarişləri alsınlar”.

Qulu Məhərrəmli qeyd etdi ki, əgər hansısa sənətçi televiziyadan pul almaq istəyirsə, onun televiziyalarla konkret müqaviləsi olmalı və bu, müəllif hüquqları ilə əsaslandırılmalıdır: “Qeyd etdiyim kimi, bu da indiki zaman üçün real deyil. Xüsusən də özəl televiziyaların buna heç imkanı yoxdur. Yalnız büdcədən maliyyələşən televiziyalar bu və digər formada bu hüquqları qorumağa çalışır. Ona qalsa, televiziyada çıxış edən müəlliflərə, ekspertlərə də pul ödənilməlidir. Amma indi kimə pul ödənilir ki? Sovet dövründə müəlliflər verilişə, radioya gəlib çıxış edirdisə, onlara pul yazılırdı. Eləcə də qəzetdə yazıları çap ediləndə bunun üçün qonorar ödənilirdi. Çox təəssüf ki, buna son qoyulub. Lakin güman ki, nə vaxtsa hüquq münasibətləri tənzimlənəndə bu məsələ də yəqin ki, gündəmə gələcək. İndi isə bu haqda danışmaq həm tezdir, həm də yersizdir. Sənətçilər yaxşı olardı ki, özlərini inkişaf etdirsinlər”.

Tanınmış teleaparıcı Turan İbrahimov isə bunları qeyd etdi: “Özəl televiziyalar hər zaman reytinq uğrunda mübarizə aparıb. Yəni reytinq və auditoriyanı nəzərə alıb ona reklam verən şirkətlərin ödədiyi pul uğrunda mübarizə aparıblar. Əgər televiziya verilişində hansısa müğənninin auditoriyası vasitəsilə reytinq qazanıb, oradan pul əldə edirsə, bu pulun müəyyən hissəsini müğənniyə ödəyə bilər. Dünya praktikasında bu var. Xüsusilə də müəyyən status qazanmış, nüfuzlu auditoriyası olan müğənnilər bu cür şoulara çıxıb o şoulardan pul qazanırlar. Yəni həm verilişləri qazandırır, həm də özləri oradan qonorar alırlar. Azərbaycanda isə bu praktika yoxdur və bu praktikanın olması üçün iqtisadi əsas da yoxdur. Telekanallarımızın auditoriyası çox məhduddur, müğənnilərin iştirakı ilə olan şou verilişlər əvvəlki qədər geniş auditoriya qazana bilmir. Doğrudur, hələ də müəyyən qədər gəlir gətirən verilişlər var, amma əvvəlki nüfuz yoxdur. Bütün bunları nəzərə alaraq, bizim bəzi müğənnilərin verilişlərə çıxmaq üçün qonorar tələb etməkdə haqlı olduqlarını deyə bilərik, belə haqları var, lakin bunun iqtisadi əsası yoxdur”.

Əməkdar artist, müğənni Elza Seyidcahan da həmkarlarının qonorar tələb etməsində haqlı olduğunu bildirdi: “Şəxsən mən öz verilişimə qonaq gələn həmkarlarıma müəyyən qədər hədiyyələr verirəm. Yəni verilişimizin sponsorları var və onlardan qonaqlarımız üçün xüsusi hədiyyələr ayırırıq. Mən özüm də bəzən verilişlərə gedəndə qonorar verməsələr də, hədiyyələr, paketlər verirlər. Elə aparıcılar var ki, artıq onlar bizim üçün təkcə aparıcı deyil, yaxın dostlarımızdır, onlarla çörək kəsir, bir ailə kimi oluruq. Biz verilişə dəvət ediləndə sanırıq ki, onun evinə dəvət olunmuşuq. Ona necə deyə bilərəm ki, mənə qonorar ver, sonra gəlim. Əlbəttə ki, aparıcının özü də bilir ki, Elza verilişə gələndə qızıl vaxtını ayırır. Bugünlərdə evimdə tozsoran xarab olmuşdu. Bir aparıcı məni verilişə dəvət edəndə dedim ki, sponsorlarınız var, mənə hədiyyə edəndə elə edin ki, həmin hədiyyədən məndə olmasın. Soruşdu ki, nə istəyirsən? Dedim ki, evdə tozsoranım xarab olub. Beləliklə, verilişə getdim, sual-cavab etdilər və mənə çox bahalı tozsoran hədiyyə etdilər. Yəni hörmət qarşılıqlıdır. Əlbəttə, bu mənim də ən böyük arzumdur ki, televiziya kanalları bizə qonorar versinlər. İnanıram ki, vaxt gələcək bu bizdə də olar.

Beləliklə, bu məsələdə nə müğənniləri, nə də televiziyaları qınayıram. İndi elə bir zamandır ki, bir-birimizi başa düşməliyik".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər
Bu gün, 16:18
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
Bu gün, 16:13
Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb
Bu gün, 16:04
ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU
Bu gün, 15:58
"Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." - Aqil Abbas
Bu gün, 15:53
Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Bu gün, 15:39
Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib
Bu gün, 15:34
Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Bu gün, 15:25
Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb - TƏFƏRRÜAT
Bu gün, 15:21
“Effektivinvest” geriləyir - MƏNFƏƏTİ KƏSKİN AZALIB
Bu gün, 15:18
Azərbaycanda internet ÇÖKDÜ - NƏ BAŞ VERİR?
Bu gün, 15:15
Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb - FAKT BUDUR!
Bu gün, 15:14
“Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı
Bu gün, 14:57
Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:54
FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib - TƏFƏRRÜAT
Bu gün, 14:50
Moskva TDT-dən və Astanadan əndişəlidir – Qazaxıstan “3-cü rus ölkəsi” olmaqdan çıxır
Bu gün, 14:40
Ermənistan Konstitusiyası dəyişir - Paşinyan vaxtı elan etdi
Bu gün, 13:33
Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı - Axtarış davam edir
Bu gün, 13:02
Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur - “Axios”
Bu gün, 13:00
FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Bu gün, 12:50
"Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" - ÇÜNKİ...
Bu gün, 12:44
"Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 12:36
Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
Bu gün, 12:14
“Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” - deputat
Bu gün, 12:11
Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq - Paşinyan
Bu gün, 12:08
TƏBİB qripə qarşı peyvənd alır: - 1 milyon manat xərclənəcək
Bu gün, 12:02
Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Bu gün, 12:00
Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Bu gün, 11:58
Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Bu gün, 11:54
Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Bu gün, 11:53
Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Bu gün, 11:44
Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Bu gün, 11:27
Paris buna məcburdur... - ŞƏRH
Bu gün, 11:23
SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Bu gün, 11:16
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:13
İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Bu gün, 11:04
Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi - Kiviryan
Bu gün, 11:02
BRAVO ZAUR... nə dövlət umrundadır... nə də millət... - MALƏSƏF...
Bu gün, 11:00
Erməni nəşri Paşinyanın Türkiyə və Azərbaycandan maliyyə yardımı aldığını iddia etdi... - İLGİNC
Bu gün, 10:57
Təhsil sistemində tenderi də özgəsinə vermirlər... - DAHA BİR FAKT...
Bu gün, 10:53
Putinin planına sərt reaksiya: - Zəngəzur və Qarabağda...
Bu gün, 10:44
Nazirlik qonaqları üçün bilet və otel xidmətini - BU ŞİRKƏTLƏRDƏN ALDI
Bu gün, 10:40
Əməyin ödənilməsinin hansı təminatları var? - Ekspert danışır...
Bu gün, 10:35
Bakının bu ərazisində torpağın 1 sotu 97 min manata yaxın bahalaşıb
Bu gün, 10:16
"Daltonlar"- gəncləri tələyə salancinayət təşkilatı - TikTokda təhlükə
Bu gün, 10:12
Pezeşkianın Paşinyana xəbərdarlığı: İrəvan eşidəcəkmi? - GƏLİŞMƏ
Bu gün, 10:02
İlkin Süleymanovun kassasiya şikayəti icraata götürüldü
Bu gün, 09:49
Paşinyan açıqladı: Bu ərazilər Bakıya qaytarılacaq - “Respublika Meydanı”
Bu gün, 09:47
Qazilər arasında dava: Tüfənglə “Prado”nu yararsız hala saldı... - TƏFƏRRÜAT
Bu gün, 09:44
Azərbaycanda şirkətlər qrupuna yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 09:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru