Naxçıvan Konstitusiyası dəyişdirilir: Yeni layihə Milli Məclisə təqdim olunacaq .....                     Müdafiə Sənayesi Nazirliyində yeni təyinat .....                     ADY-də yeni sədr müavini təyin edilib .....                     ABŞ-dən Ziya Məmmədovla bağlı vacib QƏRAR .....                     Hüseyn Həsənov axtarışa verilməzdən əvvəl evini 100 milyona satıb .....                     Misirdən Azərbaycana gətirilən 60 kamaz kartof gömrükdə xarab oldu .....                     "2 gündür hava limanına getməyinə baxmayaraq, hələ də çamadanı vermirlər" .....                     "Ömur vəfa etsə, gedib bir-bir bu yerləri ziyarət edəcəyəm" .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Bəstəkarlar süni intellektə QARŞI .....                     Gəncənin bu məktəbində Əlifba bayramı üçün pul yığılır .....                     Təhsil Nazirliyindən Goranboy-Naftalanla bağlı təyinat .....                     Okeanın o tayında NƏYƏ EYHAM EDİRLƏR? .....                     “Azparking”in yeni PUL TƏLƏSİ: .....                     Öldürülüb Kürə atılan 16 yaşlı gəlinin anası yoxa çıxdı .....                     İşçinin işəgötürənə hər bir müraciəti şikayət hesab olunurmu? .....                     Goranboyda İŞÇİ HAQQINI YEYƏN KİMDİR? .....                     Nazir müavini üçün .....                     Hansı partiya birincidir? .....                     Ermənistan ordusunda məcburi xidmət yaşı artırıldı .....                     Fuad Nağıyev Aparat rəhbəri vəzifəsini ona tapşırdı .....                     Qafqaz Müsəlmanları İdarəsinə yeni sədr müavini təyin edilib .....                     "Qız boşanmaq istəyirsə, oğlan tərəfi yerdən-göyə qədər haqlıdır" .....                     Natiq Pənahlıya yüksək vəzifə verildi .....                     AĞACYEYƏN BAŞÇI: Bu dəfə kəsilən ağacları... .....                     GENERAL MEHDİYEV: GÖMRÜKDƏN BİZNESƏ... .....                     Sosial Xidmətlər Agentliyi vətəndaşın BAŞINA OYUN AÇIR .....                     “Kişi qadına pul da xərcləyər, amma onu…” .....                     Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsi Vatikanda keçiriləcək .....                     "Bu, çox utancverici bir gediş oldu" .....                     Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi 12.6 milyonluq Uşaq Reabilitasiya Mərkəzinin .....                     Moskvadan İrəvana xəbərdarlıq və təhdid: .....                     Oturduqları yerdə milyarder olan uşaqlar: Birinci yerdə yenə azərbaycanlıdır .....                     Lavrov qayıtdı, Moskva indi də İrəvana onu göndərir .....                     Azərbaycan konsulunun yanında söyüş söydü .....                     “Şəmkir Un-Yem” MMC-nin direktoru həbs edilib .....                     Sahil Babayev islahatlara BAŞLADI .....                     "Gedib Azərbaycanda millət vəkili olacağam" .....                     Lavrov niyə “erməni soyqırımı” abidəsini ziyarət etmədi? .....                     Ağdaş təhsil Sektoruna yeni rəhbər təyin olundu .....                 

"Ağdam teatrının qalıqları qorunub saxlanılsın"
Tarix: 9-06-2021, 09:00 | Çap et
"Ağdam teatrının qalıqları qorunub saxlanılsın"
Zəngin mədəniyyətimizin keşməkeşli yollarına Ermənistanın ərazilərimizi işğal etməsi və cürbəcür vəhşiliklər törətməsi də ciddi maneələrdən biri sayılır. Buna baxmayaraq, hər savaşdan üzüağ çıxan Azərbaycan keçmişini gələcəyinə ilmə-ilmə işləməyə nail olub. Elə indi də prosesin davamı olaraq azad edilən torpaqlarımız bərpa edilir. Qədim mədəniyyətimizin inciləri isə öz evinə qayıtmaq üçün gün sayır. Belə mərkəzlərdən biri də viran qoyulmuş hazırkı halı ilə dünyaya səs salan Ağdam Dövlət Dram Teatrıdır. Hafta.az-ın əməkdaşı teatrın drektoru Məhəmməd Hüseynov ilə həmsöhbət oldu. Müsahibəni sizlərə təqdim edirik:

- Məhəmməd bəy, zəhmət olmasa, əvvəlcə teatrın tarixi haqqında bizləri bilgiləndirərdiniz...

- Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı 1902-ci ildə Qarabağ ziyalıları və Ə.Haqverdiyevin köməkliyi ilə yaradılmışdır. 1910-cu ildə teatr ilk tamaşasını - Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" və Ə.Haqverdiyevin "Dağılan tifaq" pyeslərini səhnələşdirib. Bura 1923-cü ilə qədər ictimai əsaslarla dram dərnəyi kimi fəaliyyət göstərsə də, həmin ildən etibarən rəsmi olaraq teatr kimi öz işinə davam edib.

1923-1948-ci illər ərzində Ağdam Dövlət Dram Teatrı çox aktiv fəaliyyət göstərib. Həmin illərdə bir sıra xarici əsərlərin tamaşaları səhnələşdirilib. Eyni zamanda dram əsərləri ilə yanaşı, "Leyli və Məcnun", "Əsli və Kərəm" operaları da hazırlanıb. O zamanlar dövrün bir sıra görkəmli ziyalıları bu teatrda cəmləşib. Təsəvvür edin ki, İkinci dünya müharibəsində xanımların ön cəbhəyə aparıldığı bir dönəmdə Ağdam teatrının maarifçilik fəaliyyətinin əhəmiyyəti nəzərə alınaraq, qapıçısından tutmuş, baş rejissoruna qədər hər bir əməkdaşını arxa cəbhədə saxlayıblar. Daha sonra - 1948-ci ildə isə bir çox bölgə teatrları kimi, Ağdam Dövlət Dram Teatrının da fəaliyyəti dayandırılıb. O dövrlərdə xalq teatrı səviyyəsində işini davam etdirən teatrda 1948-1968-ci illər ərzində klassik dram əsərləri ilə yanaşı, opera nümunələri də göstərilib. Bu gün məşhur olan bir çox xanəndələr də elə Ağdam Teatrı ilə tanınıb. Misal olaraq Arif Babayev kimi sənətkarımızı göstərə bilərəm ki, o da "Əsli və Kərəm"də Kərəm rolunu yaradıb.

1968-ci ildə Azərbaycan SSR Nazirlər Kabinetinin qərarı ilə Mingəçevir və Sumqayıt şəhərlərində Dövlət Dram teatrlarının yaradılması, Ağdam Dövlət Dram Teatrının isə fəaliyyətinin bərpa edilməsi haqqında qərar verilir. 1 ildən sonra İlyas Əfəndiyevin "Boy çiçəyi" və Bəxtiyar Vahabzadənin "Vicdan" əsərləri ilə teatr işini davam etdirməyə başlayıb. Yetmişinci illər isə mədəniyyət ocağının bütün tarixinin ən qızıl dövrü hesab olunur. O vaxtlar həm də zəngin kadr potensialı var idi. Demək olar ki, aktyor heyətinin 90%-i ali təhsilli olub. Rafiq Atakişiyev, Heydər Şəmsizadə kimi görkəmli xadimlər burada çalışıblar. Həmin vaxtlar Ağdam əhalisi də tamaşalara olduqca maraqlı idi, hər zaman bu tamaşalar böyük anşlaqla keçib. Mən özüm bu hadisələrin canlı şahidiyəm.

"Ağdam teatrının qalıqları qorunub saxlanılsın"

- Bəs işğaldan sonra Ağdam Dövlət Dram Teatrının fəaliyyəti nə cür tənzimləndi? Yəqin ki, bu, təkcə inzibati binaya deyil, aktyor və digər texniki heyətin də dəyişilməsinə səbəb olub?

- 1993-cü ildə torpaqlarımız işğal edildikdən sonra, zəngin kadr ehtiyatımızın tərkib hissəsi olan insanların hər biri fərqli-fərqli rayonlarda, kəndlərdə yaşamağa məcbur oldu. Bir neçəsi ümumiyyətlə bu sənəti tərk etdi. Beləliklə, teatrın əsas kadr kontingenti darmadağın oldu. Doxsanıncı illərdə isə bizə istedadlı gənclər gəlməyə başladılar. Həmin illərdə teatrımız Bərdə şəhərində çox çətin şəraitli, dağıdılmış binada fəaliyyət göstərib. Teatrımız 2011-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsinə köçürüldü. Əsaslı təmir edilmiş Quzanlı qəsəbəsinin Mədəniyyət Sarayı teatrın balansına verildi. Həmin ildən çoxlu əsər tamaşaya qoyulub. Mənim rəhbərlik etdiyim dövrdən isə ilin repertuar planı minimum 4 tamaşanın səhnələşdirilməsidir. Həmçinin biz hər ayın iki gününü “Hərbçilər günü” elan etmişik. Müdafiə naziri Zakir Həsənovun icazəsi ilə müharibə dövrünə qədər müntəzəm ayın iki günü hərbçilərə həsr edilib.

- Xeyli zamandır ki, azad edilən ərazilərimizin bərpasına başlanılıb. Sizdə yeni Ağdamın planı və teatr binanızın forması haqqında məlumat var?

- Yeni bina ilə bağlı heç bir məlumatım yoxdur. Onu deyə bilərəm ki, bu gün erməni vandallığının bariz nümunəsi elə Ağdam Dövlət Dram Teatrının qalıqları olan tağlarıdır. Bura hazırda dünyanı heyrətə salan əsas görüntülərdən biri hesab edilir. Düşünürəm, tarixboyu müharibələr hər zaman olub və bu normal haldır. Dünyanın ən humanist təşkilatı olan teatrı o hala salmaq insanlığa yaraşmayan hərəkətdir. Məndən olsa, Ağdam teatrının qalıqları hadisələrin gələcək nəsillərə çatdırılması üçün tarixi abidə kimi qorunub saxlanılsın.

- Pandemiya dövrünün sizin fəaliyyətinizə hansı təsirləri oldu? Ötən müddət ərzində hansı işlər görülüb?

- Fəaliyyətimizi 2 mart 2020-ci ildən etibarən dayandırmışıq. Sonuncu tamaşamız 26 fevral tarixində səhnələşdirilən Nadir Qədimlinin "Günahsızlar" əsəri olub. Repertuar planı tərtib edilən zaman çalışırıq ki, hərbi-vətənpərvərlik mövzusuna üstünlük verilsin. Elə son əsərin premyerası da Xocalı faciəsinin ildönümü günü oldu. Teatrşünasların açıqlamasına görə, ötən ilin ən aktiv onlayn tamaşa verən 3 teatrından biri elə Ağdam Dövlət Dram Teatrıdır. Bu il Xocalı hadisələri ilə bağlı olaraq Zəlimxan Yaqubun "O qızın göz yaşları" əsəri əsasında film-kompozisiya hazırladıq.

- Məhəmməd müəllim, yəqin ki, pandemiyadan sonrakı fəaliyyət üçün şanlı zəfər tariximizlə bağlı tamaşalar da səhnələşdirməyi düşünürsünüz. Hazırda bununla bağlı işlərə başlanılıbmı?

- Deyərdim ki, indi ən vacib sualı verdiniz. Hazırda o qədər çox mövzu bolluğu var ki… Bu həm dövlət və ordumuzun şücaəti, həm də erməni ideologiyasının məhv olunmasıdır. Qismətimizə böyük tarixi hadisələrin yaşandığı dövrə şahidlik etmək yazılıb. Bu baxımdan yazıçılarımız üçün zəngin mövzu var. Hazırda aktiv fəaliyyətə keçməmişik deyə, hələ ki, bununla bağlı dəqiq bir addım atmamışıq. Mövzu seçilib, bədii şuranın müzakirəsinə verilməlidir. Buna görə də aktiv fəaliyyətin olması əsas şərtdir.

- Bu müddət ərzində dövlətdən nə kimi dəstək görmüsünüz?

- Hazırda dövlət içi mən qarışıq bütün işçilərimizin maaşlarını ödəyir. Bu özü ən böyük dəstəkdir.

"Ağdam teatrının qalıqları qorunub saxlanılsın"

- Elə işçilər demişkən, Ağdam Dövlət Dram Teatrının nə qədər əməkdaşı var?

- Teatrın ümumi heyətinin sayı 79 nəfərdir. Onların da hər biri rəsmi qeydiyyatlı işçilərdir. Aralarından işininin peşəkarı və teatrımızın fəaliyyətində böyük rol oynayan baş rejissor Kərim Həsənlinin, quruluşçu rejissor Səbuhi Əhmədovun, baş rəssam Qönçə Həzizadənin, aktyorlardan Nizami Əsgəroğlunun, Fəridə Sabir qızının, Elşən Cavadovun, Cəfər Bayramovun adlarını çəkə bilərəm.

- Teatr olaraq paytaxtın, yaxud digər rayonların teatrları ilə əməkdaşlığınız varmı? Qarşılıqlı qastrol səfərləri təşkil edilirmi?

- Bəli, var. Ən sıx əməkdaşlığımız Mingəçevir teatrı ilədir. Tez-tez qarşılıqlı əlaqələr çərçivəsində qastrol səfərləri təşkil edilib, tamaşalar səhnələşdirilir. Şuşa teatrı gəlib burada tamaşa göstərib. Həmçinin Qazax və Gəncə teatrları ilə də əməkdaşlıq edirik. Paytaxt teatrları ilə belə bir əməkdaşlığımız yoxdur. Təbii ki, bu hal müəyyən təcrübələr qazanmaq üçün bölgə teatrlarının xeyrinə olardı. Maddi imkanlarımızın yaxşı olduğu vaxtlarda Bakıdan rejissor dəvət edib tamaşa hazırlatdığımız olub. Məsələn, Gənc Tamaşaçılar Teatrının baş rejissoru olan çox hörmətli sənətkarımız Bəhram Osmanov Ə.Haqverdiyevin "Kimdir müqəssir" əsərinin tamaşasını hazırlayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvan Konstitusiyası dəyişdirilir: Yeni layihə Milli Məclisə təqdim olunacaq - Deputatlar danışdı
Bu gün, 13:07
Müdafiə Sənayesi Nazirliyində yeni təyinat
Bu gün, 13:02
ADY-də yeni sədr müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:00
ABŞ-dən Ziya Məmmədovla bağlı vacib QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 12:49
Hüseyn Həsənov axtarışa verilməzdən əvvəl evini 100 milyona satıb - DETALLAR
Bu gün, 12:47
Misirdən Azərbaycana gətirilən 60 kamaz kartof gömrükdə xarab oldu - AXI NİYƏ?..
Bu gün, 12:44
"2 gündür hava limanına getməyinə baxmayaraq, hələ də çamadanı vermirlər" - GİLEY
Bu gün, 12:41
"Ömur vəfa etsə, gedib bir-bir bu yerləri ziyarət edəcəyəm" - Xalq artisti
Bu gün, 12:39
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:34
Bəstəkarlar süni intellektə QARŞI - “İnsanlığın sonudur!”
Bu gün, 12:32
Gəncənin bu məktəbində Əlifba bayramı üçün pul yığılır - DİREKTORDAN REAKSİYA
Bu gün, 12:19
Təhsil Nazirliyindən Goranboy-Naftalanla bağlı təyinat - ƏMR
Bu gün, 12:17
Okeanın o tayında NƏYƏ EYHAM EDİRLƏR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:11
“Azparking”in yeni PUL TƏLƏSİ: - “Narazılıq yarada bilər”
Bu gün, 12:07
Öldürülüb Kürə atılan 16 yaşlı gəlinin anası yoxa çıxdı - TƏFƏRRÜAT
Bu gün, 12:04
İşçinin işəgötürənə hər bir müraciəti şikayət hesab olunurmu? - AKTUAL
Bu gün, 11:59
Goranboyda İŞÇİ HAQQINI YEYƏN KİMDİR? - GİLEY
Bu gün, 11:57
Nazir müavini üçün ÖZƏL GÜN
Bu gün, 11:49
Hansı partiya birincidir? - SORĞU
Bu gün, 11:47
Ermənistan ordusunda məcburi xidmət yaşı artırıldı
Bu gün, 11:45
Fuad Nağıyev Aparat rəhbəri vəzifəsini ona tapşırdı - FOTO
Bu gün, 11:37
Qafqaz Müsəlmanları İdarəsinə yeni sədr müavini təyin edilib - AÇIQLAMA
Bu gün, 11:33
"Qız boşanmaq istəyirsə, oğlan tərəfi yerdən-göyə qədər haqlıdır"
Bu gün, 11:31
Natiq Pənahlıya yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 11:28
AĞACYEYƏN BAŞÇI: Bu dəfə kəsilən ağacları... - VİDEOFAKT
Bu gün, 11:24
GENERAL MEHDİYEV: GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu?
Bu gün, 11:17
Sosial Xidmətlər Agentliyi vətəndaşın BAŞINA OYUN AÇIR - DƏRƏBƏYLİKDİR?
Bu gün, 11:09
“Kişi qadına pul da xərcləyər, amma onu…” - Fatimə KİMƏ ƏSƏBİLƏŞDİ?
Bu gün, 11:02
Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsi Vatikanda keçiriləcək - “Wall Street Journal”
Bu gün, 10:59
"Bu, çox utancverici bir gediş oldu" - Etibar Məmmədov
Bu gün, 10:49
Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi 12.6 milyonluq Uşaq Reabilitasiya Mərkəzinin tikintisindən imtina etdi
Bu gün, 10:47
Moskvadan İrəvana xəbərdarlıq və təhdid: - Ermənistan seçim qarşısında
Bu gün, 10:37
Oturduqları yerdə milyarder olan uşaqlar: Birinci yerdə yenə azərbaycanlıdır - SİYAHI
Bu gün, 10:28
Lavrov qayıtdı, Moskva indi də İrəvana onu göndərir - Böyük hazırlıq başladı
Bu gün, 10:21
Azərbaycan konsulunun yanında söyüş söydü – HƏBS OLUNDU
Bu gün, 10:18
“Şəmkir Un-Yem” MMC-nin direktoru həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:16
Sahil Babayev islahatlara BAŞLADI - Kamran Əmirov yüksək vəzifəyə TƏYİN EDİLDİ
Bu gün, 10:14
"Gedib Azərbaycanda millət vəkili olacağam"
Bu gün, 10:12
Lavrov niyə “erməni soyqırımı” abidəsini ziyarət etmədi? - İrəvanda müzakirə
Bu gün, 09:37
Ağdaş təhsil Sektoruna yeni rəhbər təyin olundu - ƏMR
Bu gün, 09:35
Bakıda 1.3 mln. manat kapitallı plaza idarəedicisi olan şirkət yaradıldı
Bu gün, 09:30
“Naftalan –Avtonəqliyyat” rəhbərliyi seçiləcək - TOPLANTI
Bu gün, 09:26
Molla rejimi ilə BUNDAN SONRA NƏ EDƏK? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:19
Zəngəzur dəhlizi üçün son tarix: İrəvanın qərar anı - AKTUAL
Bu gün, 09:15
Daha 10 şirkət bazarı tərk etdi: MMC-lər niyə batır? - ARAŞDIRMA
Bu gün, 09:12
Sayt rəhbəri ilə birgə həbs edilən mühafizəçi azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 09:05
İqtisadi və enerji əməkdaşlığının gücləndirilməsi - MƏQALƏ
Bu gün, 09:02
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:00
Arvadını döyən və onun ailə üzvlərinin evlərinə qanunsuz daxil olan şəxslə bağlı QƏRAR
Bu gün, 08:58
Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru