Budepeşt etirafı: Bakı əsl dost, etibarlı tərəfdaş kimi .....                     Vətən müharibəsi qazisi müşvir təyin edildi .....                     "Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var .....                     Özünü DAĞA-DAŞA salan... Səyyad ARAN... .....                     “Traktor” klubunun çempionluğunu əlindən almaq istəyirlər .....                     Avropa ilə Azərbaycan arasında buzlar əriyir? .....                     İrəvan Bakının Ermənistan ordusu ilə bağlı tələbini yerinə yetirir .....                     Qatilin edamı: İlham Əliyev olmasaydı... .....                     VARFARİN QADAĞASI: Nazirlik deyir ki... .....                     Burda rüşvət verməyən xəstələr Allahın ümidinə buraxılır... .....                     Rafael Quliyev Kənd Təsərrüfatı naziri təyin edildi .....                     İşdən çıxarılan məktəb direktoru ÖZÜNÜ XƏSTƏLİYƏ VURDU .....                     İrəvanda Ermənistan və Rusiya XİN başçılarının görüşü başlayıb .....                     “Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrılıb .....                     Naxçıvanda yolların təmiri işləri bu şirkətə verildi .....                     Rəsul Quliyevə ağır itki üz verdi .....                     Bilgəh çimərliyini kimlər zəbt edib? .....                     Həbsdəki keçmiş icra başçısına “5-ci kolon” ittihamı .....                     Xəstələrə yardım üçün bank kartlarına köçürülən pullar necə oğurlanır? .....                     Daha bir Qarabağ Qazisinin HAQQI TAPDANIR... .....                     Özbəkistan Azərbaycan vətəndaşlarını ölkəyə şəxsiyyət vəsiqəsi ilə buraxmaq istəyir .....                     Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunub .....                     Tanınmış iş adamı dünyasını dəyişib .....                     İrəvanda Xocalı canisinə qarşı yeni ittiham irəli sürüldü... .....                     Səhiyyə Nazirliyi “Varfarin”nin idxalını niyə DAYANDIRIB? .....                     DSX-nin baş gizirini öldürən şəxslər kassasiya şikayəti verdi .....                     KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... .....                     Kremlin Cənubi Qafqaza tanklarla qayıtmaq planı tezləşə bilər .....                     Göygöldə qız üstündə qətl: gənc dostunun qisasını almaq istədi, öldürüldü .....                     "Mənim kimi tamaşaçıların sayı Azərbaycanda 20-25 faizdən çox deyil" .....                     Camaat Vasif Talıbovu deyir... .....                     Azərbaycan-Macarıstan tərəfdaşlığı inkişafdadır .....                     Azərbaycan və Macarıstan arasında əlaqələrin genişlənməsinə xidmət edən səfər .....                     Agentlik əməkdaşlarının sığortası üçün 52 min pul xərcləyəcək .....                     “Azərkabel” ASC .....                     Zakir Həsənovun Tel-Əviv səfərinin pərdəarxası .....                     Nüfuzlu ticarət şəbəkəsində TƏHLÜKƏLİ DURUM .....                     KONTAKT HOME yenə öz AMPLUASINDA .....                     Əmək haqqı alanda işçi hüquqları... .....                     Əgər Rusiya onları geri qaytarmasa, sülh olmayacaq .....                 

Şokolad üzərindəki şəkillər: Məşhurlarımız buna görə pul alıblarmı? - ARAŞDIRMA
Tarix: 3-06-2021, 18:20 | Çap et
Şokolad üzərindəki şəkillər: Məşhurlarımız buna görə pul alıblarmı?
“Alyonka” şokoladı... Bu şokoladın adını eşidən, üzərindəki şəkli görənlərin gözü önündə uşaqlıq illəri canlanır. Hə, bu şokolad Sovet dövrünün ən məşhur brendlərindən biri hesab edilirdi.

Bəs, sizə heç maraqlı olubmu ki, bu şokolad kağızının üzərindəki uşaq şəkli kimindir?

Bəlkə də bir çoxlarınız bunun real uşaq olmadığını da düşünmüsünüz. Amma realdır. Elə isə bu fotonun tarixinə bir nəzər salaq.

Bu şokolada adı ilk sovet kosmonavt qadını Valentina Tereşkovanın qızının adından verilib. Amma adın şəkildəki uşaqla heç bir əlaqəsi yoxdur. Şokoladın siması başqa sovet qızına aiddi.

Şokoladın tarixi hələ 60-cı illərin əvvəllərində başlayıb. SSRİ necə deyərlər, hamının əli çatacağı südlü şokoladın hazırlanması barədə müsabiqə elan etdi. Müsabiqənin qalibi isə “Qırmızı oktyabr” ( “Красный октябр”) fabriki oldu.

Hə, şokoladın resepti müzakirələrə səbəb olmuşdu. Həm dadlı, həm də hər kəsin ala biləcəyi bir şokolad olmalı idi. Bu həll olundu. Digər çətinlik isə onun üzərində olacaq şəkil idi. Rəssamlar yüzlərlə şəkillər çəksə də, uyğun olanı yarada bilmirdilər.

Seçim isə rəssam Aleksandr Qerinasın qızı Yelenanın fotosunda dayandı. Qerinasın həyat yoldaşı 1960-cı ildə qızlarının 8 ayı tamam olanda onun şəklini çəkmişdi. 1962-ci ildə şəkil “Zdorovye” jurnalında çap edilmişdi. 1965-ci ildə isə “Veçernaya Moskva” jurnalında şokolad üçün müsabiqə yaradılanda şəkil yenidən yada düşür.

Düzdü, şəkil hazır idi. Amma müəyyən dəyişikliklər lazım olur. Rəssamlar bir neçə xırda dəyişiklik edirlər. Gözləri qəhvəyidən maviyə dəyişirlər. Üzünü isə bir qədər uzadırlar. Yanaqlarını qızardaraq dodaqlarını daha dolğun edirlər. Beləliklə, 1966-cı ildə bütün dünyada tanınan şokolad və onun üzəridəki şəkli meydana gəldi.

Yeri gəlmişkən, onu da qeyd edək ki, şəklin çəkilməsi zamanı edilən dəyişikliklər 2000-ci ildə “Krasnıy oktyabr” fabrikini Yelena Qerinasa 5 milyon təzminat verməkdən xilas etdi. Belə ki, Elena Qerinasın tələbi nəticəsində məhkəmə qərara almışdı ki, şəkil tam olaraq eyni deyil, yığılma şəkildir.

Amma indi bir nüansa diqqət yetirək. Üzərində real insanların fotoları olan təkcə “Alyonka” deyildi axı. Ondan sonra da şəkli elə olduğu kimi, heç bir müdaxilə olunmadan, dəyişdirilmədən şokolad qutuları üzərinə vurulan insanlar var. Həm də onlar sadə insanlar deyil, məşhurlardır. Bütün dünyada olduğu kimi belə məşhurlardan Azərbaycanda da var. Düzdü, hazırda bu ənənə davam etməsə də, bir zamanlar onların şəkilləri şokolad qutularını bəzəyirdi. Bu məşhurlar sırasında Xalq artistləri Nazpəri Dostəliyeva, Məleykə Əsədova, Mələkxanım Əyyubovanın da adı keçir. Bəs, onlar buna görə hər hansı bir təzminat alıblarmı?

Yaxşısı budur bu haqda özləri danışsınlar.

“Əlbəttə. Mənim razılığımla verilirdi şəkillərim. O vaxt vəziyyət elə idi ki, pula da ehtiyacımız var idi. İş adamları da çox deyildi. Tək-tük adını eşidərdik. Bu iş adamı vardı, naxçıvanlı idi. Məndən icazə aldı və şəkillərimi verdi. Buna görə mənə ayda 1000 manat ödəniş edirdi”.

Xalq artisti Mələkxanım Əyyubova Lent.az-a açıqlamasında deyir bu sözləri. Və onu da əlavə edir ki, elə şokolad qutularına şəkli vurulan ilk azərbaycanlı məşhur da özü olub.

“Sonra başqa müğənnilərin də şəkli verilməyə başlandı. Nazpəri xanımın və Məleykə xanımın da şəkilləri var idi. Əslinə qalsa, mən belə şeylərə razı olacaq bir xanım deyiləm. Onda da belə idi. Sonra düşündüm ki, burada pis heç nə yoxdur. Eyni zamanda pula da ehtiyacım var. Ona görə də razılaşdım”.

Xalq artisti onu da bildirir ki, bu işin ona daim köməyi dəyib.

“Bir dəfə mən xaricdə olanda bir az çətinliklə qarşılaşmışdım. Həmin şirkətlə əlaqə saxladım. Onların həmin ölkədə filialı var idi. Məni orada qarşıladılar, otelə yerləşdirdilər. Yəni bu cür xidmətləri də var idi. Hər ay qutularla müxtəlif konfetlər, şokoladlar göndərirdilər. Hətta mən danışmışdım onlarla, hər ay yardımlar da edirdik uşaq evlərinə. Xeyriyyə işləri edirdik. Ona görə də həmin illərlə bağlı xoş xatirələrim çoxdur”.

Xalq artisti Məleykə Əsədova da mediaya açıqlamasında 90-cı illərdə şəklinin şokolad qutularının üzərinə vurulmasından danışıb. Aktrisa həmin şəkillərin müqavilə əsasında qutulara vurulduğunu deyib.

“1997-1998-ci illərdə həmin şokolad qutuları Türkiyədən gətirilirdi. Müqaviləmiz var idi. Qutulara mənim rəsmlərim vurulurdu, amma bir-iki ildən sonra dayandırdım, icazə vermədim. Özü də tapşırırdım ki, mənim şəklim olan qutularda keyfiyyətli şokoladlar olsun. Mələkxanım Əyyubovanın da şəkilləri vurulurdu. Amma sonra şəkillər çoxaldı, biz istəmədik”.

Mövzuyla bağlı Xalq artisti Nazpəri Dostəliyeva ilə də əlaqə saxladıq. Nazpəri xanım Lent.az-a açıqlamasında deyir ki, buna görə ona heç bir təzminat ödənilməyib.

“Mənə heç bir pul ödənməyib. Açığı, buna görə icazə də almayıblar. Amma mən də heç vaxt şikayətçi olmamışam. Həmişə düşünmüşəm ki, əgər kimsə mənim şəkilimdən yararlanaraq evinə bir parça çörək aparırsa, xoş halalı olsun”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Budepeşt etirafı: Bakı əsl dost, etibarlı tərəfdaş kimi - İNCƏLƏMƏ
Bu gün, 11:17
Vətən müharibəsi qazisi müşvir təyin edildi - FOTO
Bu gün, 11:15
"Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 11:13
Özünü DAĞA-DAŞA salan... Səyyad ARAN... - SÖZARDI...
Bu gün, 11:01
“Traktor” klubunun çempionluğunu əlindən almaq istəyirlər - BAŞLARI QAÇIB...
Bu gün, 10:54
Avropa ilə Azərbaycan arasında buzlar əriyir? - Fransa anladı ki...
Bu gün, 10:49
İrəvan Bakının Ermənistan ordusu ilə bağlı tələbini yerinə yetirir - Abramyan
Bu gün, 10:47
Qatilin edamı: İlham Əliyev olmasaydı... - Orxanın atası
Bu gün, 10:44
VARFARİN QADAĞASI: Nazirlik deyir ki... - SƏN DEMƏ...
Bu gün, 10:42
Burda rüşvət verməyən xəstələr Allahın ümidinə buraxılır... - NARAZILIQ VAR...
Bu gün, 10:37
Rafael Quliyev Kənd Təsərrüfatı naziri təyin edildi - ƏMR
Bu gün, 10:30
İşdən çıxarılan məktəb direktoru ÖZÜNÜ XƏSTƏLİYƏ VURDU - TƏFƏRRÜAT
Bu gün, 10:25
İrəvanda Ermənistan və Rusiya XİN başçılarının görüşü başlayıb - KİV
Bu gün, 10:18
“Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 10:16
Naxçıvanda yolların təmiri işləri bu şirkətə verildi - 1,3 milyonluq layihə
Bu gün, 10:13
Rəsul Quliyevə ağır itki üz verdi
Bu gün, 10:11
Bilgəh çimərliyini kimlər zəbt edib? - ÖZBAŞINALIQ!
Bu gün, 10:04
Həbsdəki keçmiş icra başçısına “5-ci kolon” ittihamı - İLGİNC FAKTLAR...
Bu gün, 10:01
Xəstələrə yardım üçün bank kartlarına köçürülən pullar necə oğurlanır? - AKTUAL
Bu gün, 09:59
Daha bir Qarabağ Qazisinin HAQQI TAPDANIR... - AXI NİYƏ?..
Bu gün, 09:55
Özbəkistan Azərbaycan vətəndaşlarını ölkəyə şəxsiyyət vəsiqəsi ilə buraxmaq istəyir
Bu gün, 09:49
Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunub - İran mediası
Bu gün, 09:47
Tanınmış iş adamı dünyasını dəyişib
Bu gün, 09:45
İrəvanda Xocalı canisinə qarşı yeni ittiham irəli sürüldü... - Bu gün məhkəmə qarşısına çıxacaq...
Bu gün, 09:37
Səhiyyə Nazirliyi “Varfarin”nin idxalını niyə DAYANDIRIB? - Minlərlə ürək xəstəsi təhlükədə
Bu gün, 09:36
DSX-nin baş gizirini öldürən şəxslər kassasiya şikayəti verdi
Bu gün, 09:33
KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
Bu gün, 09:23
Kremlin Cənubi Qafqaza tanklarla qayıtmaq planı tezləşə bilər - NƏ BAŞ VERİR?
Bu gün, 09:11
Göygöldə qız üstündə qətl: gənc dostunun qisasını almaq istədi, öldürüldü - TƏFƏRRÜAT
Bu gün, 09:09
"Mənim kimi tamaşaçıların sayı Azərbaycanda 20-25 faizdən çox deyil" - ŞƏRH
Bu gün, 09:06
Camaat Vasif Talıbovu deyir... - Fuad Nəcəfli BUNA NAİL OLDU...
Bu gün, 09:04
Azərbaycan-Macarıstan tərəfdaşlığı inkişafdadır - MƏQALƏ
Bu gün, 08:50
Azərbaycan və Macarıstan arasında əlaqələrin genişlənməsinə xidmət edən səfər - İsrafil Kərimovun yazısı
Bu gün, 08:49
Agentlik əməkdaşlarının sığortası üçün 52 min pul xərcləyəcək - SİYAHI
Bu gün, 08:47
“Azərkabel” ASC - LƏĞV OLUNA BİLƏR
Bu gün, 08:44
Zakir Həsənovun Tel-Əviv səfərinin pərdəarxası - AKTUAL
Bu gün, 08:35
Nüfuzlu ticarət şəbəkəsində TƏHLÜKƏLİ DURUM - "Elə bil belə də lazımdır..."
Bu gün, 08:31
KONTAKT HOME yenə öz AMPLUASINDA - "...məhkəməyə qədər daşıyacağam"
Bu gün, 08:21
Əmək haqqı alanda işçi hüquqları... - Ekspert danışır...
Bu gün, 08:07
Əgər Rusiya onları geri qaytarmasa, sülh olmayacaq - Rəsmi Kiyev
Bu gün, 07:05
“Qardaşlar Mebel”in gəlirləri və mənfəəti azalıb - HESABAT
Bu gün, 07:02
Banka kredit borcu olanlar mütləq oxusun – Bunu etməyin, əks halda…
Bu gün, 06:57
Paşinyanı "korrupsiyanın Eynşteyni" adlandıran Koçaryan hakimiyyətə iddia etdi
Bu gün, 06:36
Tramp Baydenin yaxınlarını dövlətə xəyanətdə ittiham edib
Bu gün, 06:33
Rusiya dost olmayan ölkələrə dəvət göndərdi - Şoyqunun planı nədir?
Bu gün, 06:20
Ermənistanda etirazçılar Lavrovu İranın müdafiə naziri ilə səhv saldılar - KİV
Bu gün, 06:07
Ermənistan “müsəlman” oldu: Sasunyanı qəzəbləndirən görüntü - İLGİNC
Bu gün, 06:05
Serj Sarkisyanın tərəfdarlarından Paşinyana JEST - İLGİNC
Bu gün, 01:04
AAAF Parkdakı qalmaqallı obyektin sahibi nazirin qohumu imiş - ELƏ BUNA GÖRƏ DƏ...
Bu gün, 01:01
"Hər yeri tullantı suları basıb, iy-qoxudan durmaq olmur" - SAKİNLƏR BƏLƏDİYYƏDƏN NARAZILIQ EDİR
Bu gün, 00:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru