“Televiziyalarımız daşdan çörək çıxaranların əlindədi, yəni tüpür üzümə, ancaq bizə bax...”
Tarix: 2-06-2021, 15:16 | Çap et
 “Telekanalları bağlayırlar-sonra açırlar, amma heç nə dəyişilmir. Mahiyyət olduğu kimi qalır. “Lider” TV bağlandı, “Space” kanalından bir neçə nəfər çıxdı və bu insanlar harda işləyəcək, neyləyəcək, sual altındadı. Ümumiyyətlə, bu gün bir çox sənət adamlarının vəziyyəti yaxşı deyil, amma televiziyonçuların vəziyyəti isə olduqca acınacaqlıdır” Bunu Moderator.az-a açıqlamasında aktyor, aparıcı Kamran Həsənli deyib. O, televiziyalarımızdakı vəziyyətin illərdir acınacaqlı olduğunu bildirib: “Telekanalları bağlayırlar-sonra açırlar, amma heç nə dəyişilmir. Mahiyyət olduğu kimi qalır. “Lider” TV bağlandı, “Space” kanalından bir neçə nəfər çıxdı və bu insanlar harda işləyəcək, neyləyəcək, sual altındadı. Ümumiyyətlə, bu gün bir çox sənət adamlarının vəziyyəti yaxşı deyil, amma televiziyonçuların vəziyyəti isə olduqca acınacaqlıdır. Heyf ki, “Lider” TV-nin radiosunu da bağladılar. Əgər “Lider” televiziyasi pis idisə, bağlanmaqdansa, düzəlməsi daha yaxşı olardı. Amma radiosu əla idi, yeganə radio idi ki, ona qulaq asırdım. Radiolarımızda da vəziyyət ürəkaçan deyil. Adi bir Gürcüstanın radiolarını qulaq asın və görün musiqinin, diceylərinin keyfiyyəti hansı səviyyədədi. “Lider” FM caz FM idi və yaxşı da kompozisiyalar verirdilər və o da pisin badına getdi”. K.Həsənli deyib ki, telekenallara qeyri-peşəkarlar rəhbərlik etdiyi üçün dəyişən heç nə yoxdu: “Bu gün yenilik olmayan sahələrin ən bariz nümunəsi televiziyadır. Çünki rəhbərləri peşəkar deyil. Televiziya rəhbərləri peşəkar olmalıdı və həm də onların televiziyada uğuru olmalıdır. Bizdə isə televiziyadan xəbəri olmayanları rəhbər təyin edilər. Televiziya ölkənin içində ayrıca bir ölkədir, dünyadır. Bunu qeyri-peşəkar adama həvalə edəndə əlbəttə ki, heç nə bacarmayacaq”. K.Həsənli “Space” və AzTV kanallarının vəziyyətindən də danışıb: ““Space” kanalının vəziyyəti olduqca acınacaqlıdır. Kanalın düzəlməsi üçün bina yerlə-yeksan edilib, təzədən tikilməlidir. Ora sanki sovet hökumətinin 50-ci illərdəki teatrıdı. Orda hər şey köhnəlib, dağılıb, kameralar, işıqlar atılası vəziyyətdədir. AzTV-də o gündədi. AzTV-də baş verənləri Qulu müəllim daha yaxşı bilir. Çünki o, peşəkardı. Televiziyanı yaxşı bilir, fəlsəfi, siyasi, milli düşüncəsi var. Bir sözlə, hazır kadırdı, amma qıraqda qalıb. Təsəvvür edin ki, kanala 1 milyard pul ayrılıb və indi o kanal BBC ilə müqayisə olunmalı idi. Bütün kanallar daşdan çörək çıxaran adamların əlindədir. Yəni get müğənnini gətir və kim olur olsun, burax içəri. Bir dənə normal tok-şou, ulduz aparıcılar yoxdu. Məşhur aparıcılar var və əslində onlar da ultra qeyri aparıcılardı. Çünki sosial şəbəkəni açan kimi baxırsan ki, hamı onları söyür. Televiziya aparıcısını sevərlər e, söyməzlər. Onun fanatları olar, hərəkətlərini təkrar edərlər, onun hansısa məsələyə münasibətinə önəm verərlər. Bunlar söyülürlər və deyirlər ki, nə olsun, əsas odur ki, bizə baxırlar. Yəni tüpür üzümə, amma bizə bax”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22 |
|
|
|
• "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19 |
|
|
|
• Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37 |
|
|
|
• Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34 |
|
|
|
• İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32 |
|
|
|
• Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28 |
|
|
|
• "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32 |
|
|
|
• Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29 |
|
|
|
• Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48 |
|
|
|
• Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45 |
|
|
|
• Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41 |
|
|
|
• Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22 |
|
|
|
• Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15 |
|
|
|
• Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12 |
|
|
|
• Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31 |
|
|
|
• “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29 |
|
|
|
• Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25 |
|
|
|
• Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22 |
|
|
|
• Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16 |
|
|
|
• Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14 |
|
|
|
• Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11 |
|
|
|
• "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05 |
|
|
|
• Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02 |
|
|
|
• "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58 |
|
|
|
• "Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55 |
|
|
|
• Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38 |
|
|
|
• Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35 |
|
|
|
• "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30 |
|
|
|
• "Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25 |
|
|
|
• Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56 |
|
|
|
• PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01 |
|
|
|
• Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55 |
|
|
|
• Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47 |
|
|
|
• Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46 |
|
|
|
• Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42 |
|
|
|
• 10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40 |
|
|
|
• Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37 |
|
|
|
• Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32 |
|
|
|
• “Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27 |
|
|
|
• Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25 |
|
|
|
• Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19 |
|
|
|
• Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15 |
|
|
|
• "Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12 |
|
|
|
• Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08 |
|
|
|
• "Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00 |
|
|
|
• “Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50 |
|
|
|
• SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46 |
|
|
|
|