"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                     Xalq artisti TƏƏSSÜFLƏNDİ .....                 

"Özümə deyirəm ki, maşında yataram"
Tarix: 19-05-2021, 09:14 | Çap et
"Özümə deyirəm ki, maşında yataram"
“Xarıbülbül” festivalının əks-sədası dünyaya yayıldıqca, mənfur düşmən tarixi məğlubiyyətinin acısını daha da ağır hiss edir. Düşmən başa düşür ki, 28 il əvvəl zorla daxil olduğu Şuşaya bir də heç vaxt sahiblənə bilməyəcək. Çünki Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Azərbaycan səsi dünyada eşidilən, sözü keçən və sözünü keçirə bilən güclü bir dövlətdir. Azərbaycanın şücaətli ordusu, müzəffər Ali Baş Komandanı var. “Xarıbülbül” festivalının təntənəli bağlanışı ümummilli lider Heydər Əliyevin işğal altındakı torpaqlarla bağlı illər öncə, hətta bir qədər də kövrək səslə dediyi sözlər və Prezident İlham Əliyevin qalib ordunun komandanı kimi 8 noyabrdakı Qələbə bəyanatının təkrar səsləndirilməsiylə başa çatdı.

Bu, mənzərə həmin an Şuşada Cıdır düzündə olanlara da, evdə ekran qarşısında festivalı izləyənləri də - hamını, hər kəsi kövrəltməklə yanaşı, həm də tərifi mümkünsüz olan qürur hissi yaşatdı. Cənab Prezident festival iştirakçılarının, demək olar, hamısı ilə əl verib görüşdü. O cümlədən Əməkdar artist, “Planet Parni iz Baku” KVN Teatrının bədii rəhbəri Tahir İmanov və əməkdar artist Cabir İmanovla da. Tahir və Cabir İmanovların Azərbaycan mədəniyyəti və bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, xalq artisti, bəstəkar, əslən şuşalı Süleyman Ələsgərovun nəvələri olduğunu sadəcə, ona görə xatırladırıq ki, Şuşaya növbəti səfərləri, “Xarıbülbül” festivalı barədə danışmağa haqqı olanlar sırasındadırlar. Şuşaya köküylə, mənəviyyatı, ruhu ilə bağlı olanlardan “Şuşa necə idi?” soruşmağın ayrı özəlliyi var.

Həmsöhbətimiz Xalq artisti, görkəmli bəstəkar Süleyman Ələsgərovun nəvəsi Tahir İmanovdur:

- “Xarıbülbül” festivalı fantastik idi!.. Bir azərbaycanlı kimi, lap sadə bir vətəndaş kimi deyə bilərəm ki, tarixdə hələ belə möhtəşəm tədbir olmamışdı. Həm siyasi, həm mədəni baxımdan nəhəng bir tədbir idi. Ən əsası vaxtında keçirilən tədbir idi. Orda keçirdiyim hissləri, yaşadığım təəssüratı, inanın, sözlə ifadə etməkdə çətinlik çəkirəm. Hansı sözləri tapıb deyim ki, orda yaşadığım hissləri ifadə edə bilsin?!. Mümkün deyil...

- Tahir müəllim, festivalın sonunda cənab Prezident, birinci xanım Mehriban Əliyeva səhnəyə qalxdılar, orda “Qarabağ”, “Azərbaycan” nidaları səsləndi. Və cənab Prezident adətinə uyğun yenə də bütün iştirakçılarla səmimi şəkildə əl verib görüşdü. Sizinlə də görüşdü...

- İnanın, bu əvvəlcədən planlaşdırılmamışdı. Mən də, qardaşım da sadəcə, izləyici idik. Hətta bəziləri bizdən soruşur ki, “siz niyə orda deyildiniz?”. Cavab veririk ki, ordaydıq. Amma biz də tamaşaçı idik. Cənab Prezident festival iştirakçıları ilə görüşdü, fotolar çəkildi, bizi də gördü və biz də onunla salamlaşdıq. Orda Prezidentlə qısa söhbətimiz oldu. Dedim ki, cənab Prezident, icazə verin, biz də qardaşımla babamın evinin təmirində, bərpasında iştirak edək. Sement qarışdıraq, daş daşıyaq. Ən çirkli işləri görməyə hazırıq. Zibil də daşıyarıq. Təki biz də bu işdə iştirak edək. Cənab Prezident də xeyir-dua verdi.

- Siz bir neçə ay öncə Şuşaya səfər edib qayıdanda “Şərq”ə verdiyiniz müsahibədə də demişdiniz, Süleyman Ələsgərovun evinin bərpasında iştirak etmək istəyirsiniz...

- Bəli. Mən başa düşürəm və qəbul edirəm ki, bu işlər özfəaliyyət çərçivəsində olmamalıdır. Kim harda istəyir, nəsə tiksin, nəsə bərpa etsin. Şuşada görüləcək işlərin hamısı dəqiq dövlət proqramına uyğun aparılacaq. Amma bizim ən böyük istəyimiz baba ocağının bərpasında iştirak etməkdir. Bununla həm də bir təskinlik tapmaq istəyirik ki, biz də nəsə etdik. İnanın, hazıram, Bakıdakı mənzilimi satım, onun pulunu babamın evinin bərpasına, yenidən qurulmasına sərf edim. Evi alçaq düşmənlərimiz elə vəziyyətə salıb ki, orda xeyli iş görülməlidir. Məlumdur ki, o evə mərmi düşməyib, top dağıtmayıb. O “insanlar” evi elə bərbad vəziyyətə salıb. Gözlərinə görünəni söküb aparıblar. Daşını, döşəməsini... Mən də, qardaşım da qollarımızı çırmalayıb işləmək istəyirik o evdə, o həyətdə.

- Necə bilirsiz, bu işlərə nə zaman başlanacaq?

- Bununla bağlı heç bir fikrim yoxdur. Yəqin ki, dövlət proqramı əsasında bütün işlər görüləcək. Ümidimiz cənab Prezidentədir. Çünki indiyədək cənab Prezident həmişə bizi dəstəkləyib, ən çətin anlarda bizə dayaq olub. Yaxşı olar ki, məmurlar özləri hərəkətə gəlsin. Prezidentin onlara irad bildirməsinə ehtiyac qalmasın. Süleyman Ələsgərovun evi mənim üçün hər şeydi. Uşaqlığımız, yeniyetməlik çağımız orda keçib, O evdə tərbiyə görmüşük, həyat qanunlarını öyrənmişik. Əsas odur ki, babamın evi əvvəlki görkəminə qayıtsın.

- İnşəllah olar. Tahir müəllim, əslən şuşalı olan birinin Şuşaya qayıtması sözsüz ki, tamam fərqli duyğularla müşayiət olunur. Siz Şuşaya gedəndə doğma evinizə gedirsiz. Baxmayaraq ki, Şuşada ana babanızın evi olub...

- Yox, təkcə ana babamın evi deyil, biz ata tərəfdən də şuşalıyıq.

- Bunu bilmirdim...

- Bəli. Bizim Şuşada 4 ocağımız var. Ata babam da şuşalıdır. Ata tərəfdən də babamın evi Şuşada olub, indi də durur o ev. Nənəmin evi yerli-dibli dağılıb. Amma ata babamın evi qalır. Süleyman Ələsgərovun həyat yoldaşı - nənəm Şuşanın məşhur Qaraşarlı nəslindəndi. Onların evi Mamayi məhəlləsindəydi. Bəlkə də videolarda görmüsünüz, bir-iki yöndəmsiz yeni evlər tikilib e, Şuşada, sırayla...

- Hə, xatırlayıram, bir-birinə oxşayan evlər...

- Bax, ora dediyim Mamayi məhəlləsidir. Qədim evlərin hamısını söküb ermənilər, yerində o yöndəmsiz evləri tikmişdilər. Sizə bir şey deyim. Ata babamın da, nənəmin də evlərini, hamısını halal edirəm. Təkcə Süleyman babamın evinin təmir olunmasını istəyirəm. Bu bizə yetər.

- Müsahibələrinizdə həmişə xatırlayırsınız ki, Şuşaya kim gəlirdisə, Süleyman Ələsgərovun evində qonaq olurdu. Yəqin siz də o ev bərpa edildikdən sonra bu ənənəni davam etdirərsiniz.

- Əlbəttə. Mən elə indi də hamını, dostlarımızı evimizə dəvət edirəm. Şuşaya ayaq basan kimi, mən də, qardaşım da deyirik, gedək bizə. Özü də biz maşınla getmirik, piyada hərəkət edirik. Hər küçəni, hər döngəni tanıyırıq. Babamla o qədər gəzmişik ki, o küçələri, o yerləri, haranı desələr, gözü yumulu da taparam. Şuşaya gedəndə yol boyu nə tikili gözə dəyirsə, hamısını izah edirik; ora Şuşa türməsidir, bu Seyidlər məzarlığıdı, bu yol Cıdır düzünə aparır... Evlər, tikililər haqqında məlumat verirəm. Təəccüblə soruşurlar ki, hardan bilirsən? Necə bilməyim?! Birincisi, bu, genetik yaddaşdı. Bir də ki, babam bizi gəzdirib o yerlərdə, onlar haqqında bizə danışıb.

- Tahir müəllim, deyirsiz ki, Şuşaya kim gəlirdisə, Süleyman Ələsgərovun evində qonaq olurdu. Maraqlıdır, məsələn, mayestro Niyazinin Şuşada evi yox idi, yəni Hacıbəyli nəslindəndi, ya da digər görkəmli sənətkarların, karifeylərimizin...

- Bəlkə də olub. Bilmirəm. Amma babam Şuşada yaşayırdı. İlin çox hissəsini, istər qış olsun, istər yay, Şuşadakı evində qalırdı. Ola bilsin bizim digər karifeylərimiz Şuşada yaşamayıblar. Paytaxtda işləyiblər, evləri də paytaxtda olub. Daimi yaşayış məskəni olmayıb Şuşa onlar üçün. Amma babam Şuşadan aralı düşmürdü. Bakıda bir işi olanda gələrdi, işlərini bitirən kimi yenə qayıdardı Şuşaya. Ona görə bizim ev – babamın evi daim içində yaşayış olan ev idi. Qonaqlar da gələndə rahat şəkildə qalırdılar, babam onları qonaq saxlayırdı. Bilirsiz, “Xarıbülbül” festivalında mən Süleyman Ələsgərovun nəvəsi olduğuma görə, bir daha qürur hissi keçirdim. Siz də təbii ki, izləmisiniz, orda Azərbaycanın böyük sənətkarlarının demək olar hamısı iştirak edirdi. Neçə nəfər orda bizə yaxınlaşaraq Süleyman Ələsgərovu xoş xatirələrlə andılar. Xalq artisti Alim Qasımov mənə dedi ki, onu ilk dəfə Şuşaya Süleyman Ələsgərov gətirib. Elə bir mədəniyyət xadimimiz tapılmaz ki, Süleyman Ələsgərovun onun həyatında rolu olmasın. Hamıya hansısa şəkildə yardımı, köməyi toxunub babamın. Sağ olsunlar ki, bunu deyirlər, etiraf edirlər, rəhmət oxuyurlar. Bunları eşidən biri kimi mən yenə deyirəm, qürur duyurdum ki, Süleyman Ələsgərovun nəvəsiyəm... Bunları sakit danışa bilmirəm... Çox təsirlənirəm... Amma deyəcəm; 21 ildir babam rəhmətə gedib, mən bu 21 ildə onun kimi insanı çox axtardım, tapmadım...

- Tahir müəllim, Allah rəhmət eləsin Süleyman Ələsgərova. Şübhəsiz, ruhu şaddır. Sizdən soruşmaq istədiyim bir də budur ki, “Şuşaya səfər var”, “Şuşaya gedəcəksiz” xəbərini alanda hansı hissləri keçirirsiniz?

- Gecələr yatmıram. Gözümə yuxu getmir. Özümə deyirəm ki, maşında yataram. Amma maşında da gözümü yuma bilmirəm. Sanki Şuşa yolunu bir də, bir də, təkrar-təkrar gözlərimə köçürmək istəyirəm. Deyirəm, bəlkə bir də görmədim, doyunca baxım. Ağlamaq tutur məni, bir tərəfdən sevinirəm. Babalarımın, nənələrimin, dayımın əvəzinə kədərlənirəm, sonra onların əvəzinə sevinirəm. Nəsildə görün neçə nəfərin əvəzinə yaşayıram bu hissləri. Bütün bu hisslər bizim üzərimizdədi indi. Ona görə də Şuşanın adı gələndə emosiyalarıma hakim ola bilmirəm...












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru