"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                     Xalq artisti TƏƏSSÜFLƏNDİ .....                 

"Bilmirəm mənə qarşı niyə bu münasibəti bəsləyirlər?!" - ETİRAZ
Tarix: 10-05-2021, 08:32 | Çap et
"Bilmirəm mənə qarşı niyə bu münasibəti bəsləyirlər?!"
“Mən 1978-ci ildə partiya üzvü idim, bizi aktyorlar evinə çağırmışdılar, hesabat gedirdi, biz də nəsə yazırdıq. Çox keçmədi ki, gəlib bizi seçkilərə apardılar. Ulu öndər Heydər Əliyev də orada idi. İnsanlar da çox idi, bir qadın gətirib ona məktub verdi, hamı bir-bir yaxınlaşıb ona problemlərini deyirdi. Hamını da böyük səbrlə dinləyirdi. Mən tərəfdə adam az idi, ulu öndər mənə doğru yaxınlaşdı. Həqiqətən də onun gözlərinə dik baxmaq olmurdu. O vaxtı da bizim Gənc Tamaşaçılar Teatrının özülü qoyulmasına baxmayaraq iş getmirdi. Ulu öndərə dedim ki, bir 10 illik gənclər bilməyəcək ki, Gənc Tamaşaçılar Teatrı hardadır?. Biz tamaşaçılarımızı itiririk. O da sual verdi ki, bəs indi neynirsiniz? Dedim ki, rayonlara, şəhərlərə qastrol səfərlərinə gedirik, boş qalmırıq. Partiya üzvləri və rəhbərləri mənə ulu öndərlə danışmayım deyə göz-qaş edirdilər. Mən onlara məhəl qoymadım və danışdım. Heydər Əliyev mənim bu sözümdən sonra yanında duran səlahiyyətli insanlara teatrla bağlı göstəriş verdi. Bu görüşdən sonra mənim başım çox ağrıdı, müxtəlif yerlərə çağırıb dedilər ki, biz bu problemi bilirdik, sən niyə açıb Heydər Əliyevə dedin?! Mən də dedim ki, ona pis söz deməmişəm ki! Mənim cavanlığım gedir, sadəcə teatrın tikilməyini istəmişəm.O anda özüm üçün hər şey istəyə bilərdim, yaranmış fürsətdən istifadə edib deyə bilərdim ki, uzaqda yaşayıram, evim yoxdur, əmək haqqım aşağıdır! Mən heç nə istəmədim, demədim. O ildən binanın tikintisini davam etdirdilər. 1988-ci ildə teatrın açılışı oldu”
Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Məsumə Babayeva deyib.

Aktrisa daha sonra əlavə edib:

“Mən hələ tələbə ikən Akademik Milli Dram Teatrda işləmişəm, orada 4 tamaşada uşaq rollarında oynamışam. Dahi rejissor Mehdi Məmmədov məni görüb demişdi ki, o yeniyetmələrin içində aktrisa olsa bir bu qız olacaq. Daha sonra Mehdi Məmmədov mənə kitab da bağışlamışdı, xətrimi çox istəyirdi. Sonra mənim təqdimatımı Ağdam Dövlət Dram Teatrına verdilər, lakin atam ağır xəstə olduğu üçün gedə bilmədim. Məni Gənc Tamaşaçılar Teatrına göndərdilər. Bu teatrda o qədər rollar oynamışam ki. Teatrda həm də oğlan rollarında çıxış edirdim. Bir gündə 3-4 tamaşada oynayırdım, bütün günüm teatrda keçirdi. Hər zaman da məni aldadırdılar ki, adını fəxri ad üçün siyahıya əlavə etmişik. Amma bizə Nahidə xanım İsmayılzadə direktor gələndən sonra teatrın 90 illiyində adımı göndərdi, mənə fəxri ad yox, “Tərəqqi” medalı verdilər. 2014-cü il martın 10-da “Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif edilmişəm. Bir də Teatr Xadimləri İttifaqı mənə “Sənətkar” medalını təqdim edib. Başqa heç nə. O vaxt prezident mükafatı olanda dedilər ki, ildə bir aktyor alacaq. Hər il də eyni aktyorlar aldı. Bu dəfə də adımı siyahıda görmədim. Bilmirəm mənə qarşı niyə bu münasibəti bəsləyirlər?! Sonra bir vəzifəli adamın qəbulunda oldum. Mənə dedi ki, Kamal (o vaxtkı direktorumuz) yaxşı adam idi ki, ona yaxınlaşıb, pulunuzu verib alardınız da! Dedim ki, mən uzun illərdir, bu teatrın repertuar yükünü çiyinlərimdə daşıyıram. Həmkarlarım bir pilləkən çıxanda mən ikisini birdən çıxmışam. Mənə niyə münasibət belə olmalıdır ki!?

50 ildir ki, teatrda çalışıram, düzdü, indi rəsmən teatrdan çıxmışam. Hal-hazırda 400 manat pensiya ilə dolanıram, bilmirəm yeməyə çatdırım, iynə-dərmana, yoxsa kommunal xərclərə?! Teatrda müqavilə ilə işləyirəm, nə tamaşa oynayıramsa, onun pulunu alıram. Bir ildən çoxdur ki, pandemiyaya görə teatr fəaliyyətsizdir, ona görə də teatrdan qonorar almıram. Nə film çəkilişləri var, nə də ki, serial. Oturmuşam evdə, çətinliklə dolanıram. Heç kimə də ağız açmıram, nə deyim?! 15 il bundan öncə qəzetdə kimlər fəxri ad almışdı, hamısının siyahısı çıxmışdı. Bu dəfə də adım siyahıda çıxmadığı üçün donub qalmışdım. Gəlib metroya girdim, artıq özümü saxlaya bilmədim, gözümdən yaş sel kimi çantamın üstünə tökülürdü. Çıxıb gəldim evə, qapını açıb içəri girən kimi hönkür-hönkür ağlamağa başladım. Oğlum da həyətdə işləyirdi, uşaq qorxdu. Dedi ki, ana nə olub? Heç nə də deyə bilmirdim, haçandan-haçana hönkürtüm dayandı. Dedim ki, bu dəfə də fəxri ad ala bilmədim. Uşaq məni sakitləşdirib dedi ki, ana, öləndə səni mən dəfn edəcəyəm?! Düzdü? Dedim ki, hə! Dedi ki, sən fikir eləmə, qəbir daşına “Xalq artisti” yazdıracam. Fəxri ad verməsələr də fikir etmə. Bu sözə o qədər güldüm ki, bu dəfə gözüm gülüşdən yaşardı. Yaddaşımda bu hadisə o vaxtdan iz qoydu. Allah heç ona da nəsib etmədi ki, məni dəfn etsin. 2009-cu ildə oğlum rəhmətə getdi”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru