DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib .....                     Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər .....                     Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... .....                     Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... .....                     Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi .....                     AŞPA özünü dərin böhrana sürükləyir .....                     Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... .....                     Daha iki il sərhədimizdə .....                     AŞPA-da meydan ermənilərə qalıb .....                     "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" .....                     Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... .....                     Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb .....                     Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... .....                     Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı .....                     "Bizdə internet niyə bu qədər bahadır?" .....                     “Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” .....                     Nərimanov sakinləri Elgin Həbibullayevi .....                     Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: .....                     Samir Şərifovun yerinə təyinat yubanır .....                     Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü .....                     Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU .....                     Qatillərin azad olunmasını istəyən AŞ PA... .....                     "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" .....                     İlyas İsmayılovun son vəziyyəti açıqlanıb .....                     Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı .....                     "Əli Qurbanov söz verdi, amma..." .....                     Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər .....                     Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… .....                     TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... .....                     Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? .....                     Sabiq nazir AQTA-nı ifşa etdi .....                     Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub .....                     Azərbaycanda da bu cərimələr silinə bilərmi? .....                     Məktəblərimizdən FRANSAYA axan milyonlar... .....                     "Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." .....                     "Biz seyrə balonlarla çıxmaq istəmirik..." .....                     Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... .....                     Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır .....                     "Rəsmi İrəvan çox dəqiq anlayır ki..." .....                     "Fransa kimi əldəqayırma bir dövlətdə... " .....                 

5 may Adil İsgəndərovun doğum tarixidir...
Tarix: 5-05-2021, 10:05 | Çap et
5 may Adil İsgəndərovun doğum tarixidir...
Onun haqqında düşünəndə nədənsə gözlərimin önünə əvvəlcə “Qanun naminə” filmində yaratdığı Kamilov obrazı gəlir. Əynində mundir, başında papaq əllərini qaldırıb köhnə kişilərə xas “Çal, mənim havamı çal, "Heyvagülü"" deyir və ağır-ağır oynamağa başlayır. Bir də həmin filmdəki sonuncu kəlməsini xatırlayıram “Kaş, Tanrı mənə bir az da ömür verəydi, onda mən bilərdim necə yaşayardım”.

Bəlkə bu Kamilov obrazının daxili dünyası ilə Adil İsgəndərovun iç dünyası arasında nə isə bir bağlılıq var... Kamilova möhlət verilsəydi, əvvəlki həyatından fərqli olaraq yalnız xeyirxah əməllərlə məşğul olardı. Çünki onun daxili dünyası safdır, sadəcə şeytan əməlinə qalib gələ bilməyib. Bəs, Adil İsgəndərovun özünə bu möhlət verilsəydi, nə edərdi? Görəsən, ömür boyu getdiyi düz yoldan, şəxsiyyətini, mənliyini, sənətini hər şeydən üstün tutduğu üçün çəkdiyi başağrılarından qurtulmaq üçün əks istiqamətə yollanardımı? Yəqin ki, yox, çünki...

Tanrının bizə bəxş etdiyi kiçik zaman kəsiyini hərəmiz bir cür başa vururuq. Kimisi sadəcə gəlir bu özülü ədalətsiz qoyulmuş dünyaya, ona verilən vaxtın keçəcəyini gözləyə-gözləyə yaşayır, kimisi çarpışır-vuruşur var-dövlət toplamaqla məşğul olur. Eləsi də var ki, ona verilən həmin qısacıq vaxtda özündən sonrakı ömrünü qazanır. Adil İsgəndərov kimi...

Adının qarşısından bilərəkdən dürlü-dürlü titullar yazmıram. Əslində həm rəsmi şəkildə, həm də qeyri-rəsmi xalq artisti idi.

Həqiqətən xalqın olan sənətkarı xalq unutmur, şəxsiyyəti və sənəti bütöv olanlar bu gün də xalqın yaddaşındadır, onu rəsmən yada salmasalar da nəsillər dəyişir, amma o ad əbədi qalır. Tofiq Kazımov, Mehdi Məmmədov, Həsənağa Turabov... siyahı o qədər də uzun deyil. Sayı o qədər də çox sənətkarlar arasında Adil İsgəndərovun da imzası var.

Onun quruluşunda “Vaqif” tamaşası 1064 dəfə oynanılıb

Bakı Teatr Texnikumunda aldığı təhsillə qane olmayan məzun A.Lunaçarski adına Moskva Teatr Sənəti İnstitutunda oxuyub. Moskva Bədaye və Vaxtanqov teatrlarında təcrübə keçib. Tam hazır vəziyyətdə Akademik Milli Teatra gələn Adil İsgəndərovu bir il sonra baş rejissor təyin edirlər. İlk rejissorluq işinə “Polad qartal” tamaşasından başlayan İsgəndərov milli teatrın səhnəsində “Həyat”, “Vaqif”, “Xanlar”, “Fərhad və Şirin”, “Aydın”, “Şərqin səhəri”, “Otello”, “Cavanşir” kimi tamaşalara həyat verir.

Onun quruluşunda “Vaqif” tamaşası milli teatrın səhnəsində düz 1064 dəfə oynanılıb. “Otello” tamaşasından Ələsgər Ələkbərovun şəkli Şekspir muzeyində indi də saxlanılır. Moskva dekadasında həmin tamaşanı seyr edən və heyran qalan ingilislər tamaşanı lentə alıb aparıblar. Tamaşa vaxtı Moskva teatrının pərdəsi alqışların səngiməməsinə görə düz 17 dəfə bağlanıb və yenidən açılıb. Azərbaycan teatrına onlarla rejissor və aktyor nəsli bəxş edən sənətkar milli teatrın yeni binaya köçürülməsinə razı olmur, yeni bina akustikasız olduğundan böyük teatr üçün yaramır deyir. Eşitmirlər onu. Sənətkar həqiqəti izhar etdiyi üçün incidilir və nəticədə sözünü geri götürmədən teatrı tərk etməli olur.

Kinostudiyada

1966-cı ildən başlayaraq “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik etməyə başlayır. Yalnız “Əhməd haradadır?” filminin quruluşçu rejissoru olmağa vaxtı çatan Adil İsgəndərov filmlərdə müxtəlif səpgili obrazlar yaradıb. Həmin illərdə ondan soruşurlar ki, bu illər ərzində teatrsız necə qala bilirsiniz? Cavabında “Dişimi dişimə sıxıb dözürəm” deyir. Kərbəlayi İsmayıl kimi ötkəm, Kamilov kimi kövrək və sadəlövh, gülsatan qıza valeh olan şişman alman məmuru kimi obrazların yaradıcısı həm də, 1937-ci ildən ömrünün sonuna qədər İncəsənət İnstitutunda dərs deyib.

Kərbəlayiyə verilən mükafat Qəmloya çatıb

Adil İsgəndərov tez-tez əyalət teatrlarına gedərmiş. Aktyor Məlik Dadaşov onun belə səyahətlərindən birinin tapıntısı idi. Söhbət Məlik Dadaşovdan düşmüşkən, “Axırıncı aşırım” filminin Tbilisidə nümayişdən sonra baş rolun – Kərbəlayi İsmayıl obrazının ifaçısı mükafata layiq görülür. Adil İsgəndərov mükafatdan imtina edir, böyük ürəklə həmin mükafatı Qəmloya - Məlik Dadaşova verməyi məsləhət görür.

Onunla işləyən aktyorların ailə vəziyyəti, sosial həyatı ilə həmişə maraqlanarmış. O dövrdə çətin vəziyyətdə yaşayan evsiz-eşiksiz xeyli aktyor Adil İsgəndərovun köməkliyi ilə ev alıb. Mərhum sənətkar Şahmar Ələkbərov sağlığında həmişə Adil İsgəndərovun onu ev-eşik sahibi etməyindən danışardı.

Onun üçün sənət şəxsi münasibətlərin fövqündə olub.

Hanı indi elə sənətkar ki, sənəti ambisiyalarından üstün tutsun...

Bu qayğıkeş insan şəxsi münasibətlərlə sənət müəyyən etməzmiş. Bir dəfə xalq artisti Rza Əfqanlı ilə pərtləşirlər. Bir neçə gün sonra Hüseyn Cavidin “Şeyx Sənan” əsərini tamaşaya qoymaq üçün rol bölgüsünə başlayan Adil İsgəndərov baş rolu Rza Əfqanlıya həvalə edir. Öz dostları rejissoru qınayır, etiraz edirlər ki, sənin üzünə ağ olan adama niyə baş rol verirsən? Cavab verir ki, qada, mən o obrazda yalnız onu görürəm. Milli Dram Teatrının o vaxtlarını görən qocaman sənətkarlardan eşitmişik ki, teatrda hələ “Şeyx Sənan” tamaşasının baxışı kimi baxış olmayıb. Bütün zal dolu olub, tamaşa 10 gün anşlaqla keçib. Kollektiv təkcə o tamaşa ilə Tiflisdə 40 gün qastrolda olub.

“Otello” tamaşasında da baş rolu Ələsgər Ələkbərova verəndə onunla qanlı bıçaq imiş. Bu tamaşadan sonra məşhurlaşan Ələsgər Ələkbərov düşmən olduğu Adil İsgəndərov haqqında “On sozdal menya” – deyirmiş.

Hələ sovet vaxtı ermənini kinostudiyadan qovub

Tələbəsi Əbdül Mahmudbəyovu dinləyək: “Moskvada mənimlə birgə bir erməni təhsil alırdı. Azərbaycan dilini də gözəl bilirdi və təhsilimizin sonunda bu erməninin ssenarisi ilə bir film çəkmək qərarına gəldim. O vaxtlar “Azərbaycanfilm”ə Adil müəllim rəhbərlik edirdi. Gəldim yanına, çox sevindi, çünki onun yetirməsi idim. Görüşdük, söhbət etdik, vaxt yetişdi, Adil müəllim ssenarini açdı ki, baxsın. Bir də gördüm kişinin rəngi ağardı, oxuyub ki, rejissor Əbdül, ssenari Akopyan. Akopyan da yanımızdadır, qayıtdı ki, qada, bu ermənidir? Dedim, bəli, amma Bakıda doğulub. Qada, cəhənnəmə doğulub, bəs sən bu gədəni bura gətirəndə görmədin ki, girişdə “Azərbaycanfilm” yazılıb? Üzünü tutub Akopyana, qayıtdı ki, dur tərpən Sabunçu vağzalına, min qatara birbaşa “Ermənifilmə” get. Sonra da mənə xəbərdarlıq etdi ki, bir daha belə qələt etməyim.”

İkinci Fəxri Xiyabanın ilk fəxri sakini

Kamal Xudaverdiyevin xatirələrindən: “Adil müəllim kurs rəhbərim olub. Biz sənətin əlifbasını Adil İsgəndərovdan öyrəndik. Mənim ilk filmə çəkilməyimin də səbəbkarı o oldu. “İstintaq” filmində kənardan aktyor dəvət olunmuş bir obraza məni məsləhət görmüşdü. Bunu yalnız mənim üçün etməmişdi, Rasim, Şahmar, ümumiyyətlə o dövrdə üzə çıxan bütün aktyorlar onun tapıntısı idi. Filmlərə kənardan aktyor dəvət olunmasının qarşısını alıb, öz aktyorlarımızı tanıtdı. Sübut etdi ki, bizdə də bacarıqlı gənclər var. Bir rejissor onu eşitmək istəmirdi, Adil müəllim ondan soruşdu ki, niyə özümüzünkülərlə işləmirsən? Cavab verdi ki, mən özümüzünkülərlə işləyə bilmirəm. Dedi, qada, onda mən kənardan rejissor çağıraram bizim aktyorlarla işləyər. 15 aktyor dəvət etməkdənsə, bir rejissor dəvət etmək daha sərfəlidir. Adil müəllimdən sonra elə kişi görməmişik. O, tamam başqa kişi idi. İnandırıram sizi onu laqeyidlik məhv etdi.

Teatrın 100 illiyində məndən qabaqda oturmuşdu, onun hansı hisləri keçirdiyi mənim içimə süzüldü. Teatrda can qoymuş, özül qoymuş bu adamı bir kimsə yada salmadı. Kişi içində qovruldu. Demədilər ki, 100 illiyə teatrı bu kişi gətirib.

“Belə laqeydliklər insan ömrünü qısaldan başlıca amillərdəndir. Əgər o, insan sənətkardırsa, deməli ömrü çox, lap çox qısa olacaq... 1978-ci ilin sentyabrında Tanrının Adil İsgəndərova verdiyi o qısacıq vaxt sona çatdı. Həmin gün “dahi Sovet rəhbəri” L.İ.Brejnev Bakıya növbəti rəsmi səfərə gəlibmiş. Sənətkarı rəhbərin gəlişindən yaranan bayram əhval-ruhiyyəsi pozulmasın deyə, gizlin-gizlin axşamın qaranlığında divar dibi ilə aparıb indiki İkinci Fəxri Xiyabanda səssiz-səmirsiz torpağa tapşırıblar. Adil İsgəndərov Zaqafqaziyanın ilk SSRİ xalq artistidir.


Ramilə Qurbnlı
“33 pərdəli dram”
//modern.az//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41
Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30
Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26
Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18
Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12
AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11
Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08
Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02
AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54
"Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52
Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48
Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42
Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39
"Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29
“Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28
Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24
Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16
Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06
Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58
Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54
Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50
"İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46
İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44
Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38
"Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31
Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16
Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13
TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02
Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52
Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51
Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46
Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44
Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43
"Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38
"Biz seyrə balonlarla çıxmaq istəmirik..." - GİLEY
Bu gün, 08:30
Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... - Ekspert danışır...
Bu gün, 08:18
Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:29
"Rəsmi İrəvan çox dəqiq anlayır ki..." - GƏLİŞMƏ
Bu gün, 07:23
"Fransa kimi əldəqayırma bir dövlətdə... " - partiya sədri
Bu gün, 06:34
Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi - AKTUAL
Bu gün, 06:28
Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!
Bu gün, 06:25
Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
Bu gün, 06:22
FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05
“Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59
Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56
“Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53
ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45
"İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11
Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru