Bakıda moped sərnişini faciəvi şəkildə öldü .....                     Ermənilər Qüdsə də “sahib çıxmaq” istəyir .....                     Qusar Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsinə elektron qolbaq taxıldı .....                     Vətəndaş 50 qəpiklik yola 50 manatlıq əsəb xərcləyir .....                     Sahib Məmmədov sabiq deputatın vəzifəsini əlindən aldı .....                     ABŞ Konqresi Trampın xərclərin azaldılması qanun layihəsini dəstəkləyib .....                     Şəki təhsili NAŞILARIN ƏLİNƏ KEÇİB .....                     Əliyev sərhəddə nə hazırlayır? Baxın, bu da sübutu! .....                     ABŞ-ın hərtərəfli sülh planı: Savaş dərhal dayanacaq! .....                     6 Saylı Uşaq Musiqi Məktəbində BÖYÜKLƏRİN SÖYÜŞLÜ XORU... .....                     `Sürət Karqo`dan SÜRƏTLİ FIRILDAQ .....                     Müştərisi KONTAKT HOME-u Allaha tapşırdı .....                     Səyyad Aran DAĞDAN ENMƏYİB Kİ... .....                     İşçilərin iş rejimi və... .....                     Ərdoğan dedi... deməsəydi, yaxşı olardı... .....                     Bu şəxslər 600 manat müavinət ala bilər .....                     Şahbuzda AİLƏ PODRATI: ETN də işin içindədir .....                     Mətbəximizdəki inflyasiya: Qiymətlər artır, payımız isə azalır... .....                     Cəlilabad sakini haqsızlıqla ÜZ-ÜZƏ... .....                     İllik maliyyə hesabatından gizlənən gömrük şirkətləri .....                     Bazarda nə baş verir: Təəccübləndirən qiymətlər .....                     "Yeni dünya düzənində Azərbaycanın mövqeyi daha da güclənməkdədir" .....                     "Atamın səhhəti ilə bağlı yalan xəbər yaydılar" .....                     Gəncə sakini Ukraynada itkin düşdü .....                     “Çaldıranın bütün səbəbkarlarına LƏNƏT HEYKƏLİ qoyulmalıdır!..” .....                     "Hər birinizin fikri mənim üçün çox önəmli oldu" .....                     İşdən çıxarılan müavin direktoru məhkəməyə verdi .....                     Borcu olan şəxslər ölkədən çıxa bilməyəcəklər .....                     Azərbaycana təkcə bu ölkə səs verib .....                     Yeni təhlükə: BUĞDA BÖHRANI... .....                     Devalvasiyanın qarşısını belə almaq olar .....                     “Rabitə Tikinti” ASC-də yeni sədr və üzvlər seçiləcək .....                     Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb .....                     Tikinti mafiyaları ilə ORTAQDIR .....                     Ermənistanda silaha olan həvəs... .....                     "Narkomaniya bəladır və hədəf də bizim uşaqlar, yeniyetmələr, gənclərdir" .....                     Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra .....                     "Cəmiyyətdə bir çox sahələrdə savadsızlıq həddindən artıq çoxdur" .....                     Nazirlik BUNDAN İMTİNA ETMƏLİDİR .....                     Rusiyada sovet əsgərlərinin abidəsini təhqir edən azərbaycanlı saxlanıldı .....                 

"Məşqlərə başlamaq üçün kuklalar hazırlanmalıdır"
Tarix: 12-03-2021, 08:46 | Çap et
"Məşqlərə başlamaq üçün kuklalar hazırlanmalıdır"
XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyətimizin tarixində çox böyük hadisə oldu. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyuldu. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynamışdılar. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyuldu. 148 illik teatr tariximizin ən acı illərini yaşayırıq desək, yanılmayıq. Pandemiya ilə əlaqədar olaraq bir ildir ki, teatrsevərlər teatrlarımızın üzünə həsrət qalıb. Bir il ərzində teatrlar vaxtilə lentə aldıqları tamaşaları "Youtube" portallarından və sosial şəbəkələr vasitəsi ilə yayımladılar. Bəs görəsən, həmin tamaşaları izləyənlər əsasən hansı yaş kateqoriyalarına bölünür? Bunu araşdırmaq üçün teatrların mətbuat katiblərinə müraciət etdik.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın mətbuat katibi Fəridə Rüstəmova Sputnik Azərbaycan-a verdiyi müsahibəsində bildirir ki, Musiqili teatrın tamaşaçıları teatr üçün çox darıxıblar: "Biz hər cümə, şənbə və bazar günləri saat 19-da tamaşaları onlayn şəkildə təqdim edirik. Həftənin əvvəlində hansı tamaşaların nümayiş olunacağı barədə elan veririk. İzləyicilərin içində daha çox gənclər və orta nəslin nümayəndələri var. İnsanlar teatr üçün darıxdıqlarını yazırlar. İnsanlar "biz canlı tamaşalar istəyirik. Virtual tamaşa olar?" kimi fikirlər yazırlar. Təbii ki, tamaşalar nə qədər də peşakarlıqla çəkilsə belə, canlı teatrın yerini verə bilməz. Teatr bambaşqa ab-havadır. Onun ab-havasını heç nədən almaq olmaz".

"Teatrımızın direktor müavini, qəlbi teatrla döyünən Hüseyn Hüseynov "Tamaşaçılarsız keçən bir il" adlı video hazırladı. O, bir neçə dəqiqəlik bu görüntülərdə teatrın küskün, lal divarlarının həsrət nəğməsini dilləndirib. Alqış səslərinə həsrət qalmış teatr divarları sanki dil açıb danışır ki, məni niyə tənha qoymusunuz? Teatrların bəzəyi tamaşaçılardır. Teatrdan anlayışı olanlar bu boşluğu hiss edirlər, anlamayan onsuz da anlamayacaq. Bizim aktyorların özləri də məsuliyyətlidirlər. Pandemiya qaçan adama bir badalaqdır. Teatr da kollektiv sənətdir. Bunun baleti var, xoru var. Çox vaxt virtual məşqlər gedir. Amma bu, canlı məşqlərin effektini verə bilməz" - deyə F.Rüstəmova əlavə etdi.

Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirir ki, onların tamaşalarına azərbaycanlı tamaşaçılarla yanaşı, xarici teatrsevərlər də baxır: "Tamaşaçılarımızın hansı yaş kateqoriyasından olduğunu deməyə çətinlik çəkirəm. Hər yaşda izləyicimiz var. Bizim teatrda böyüklər və balacalar üçün tamaşalar var idi. Ona görə də konkret deyə bilməyəcəm. Repertuar da müxtəlif idi. Öz müəlliflərimizə yanaşı, xarici müəlliflərin əsərlərini də teatrımızın repertuarına daxil etmişik. Onlayn tamaşalar bizim üçün yeni təcrübədir. Bizim tamaşalara təkcə azərbaycanlılar baxmır, xaricilər də baxır. Buna görə də biz tamaşaları rus və ingilis dillərində subtitrlərlə təqdim etdik. Bizdə onlayn məşqlər getmir. Bu, bizim teatr üçün effektli ola bilməz".

Opera və Balet Teatrının mətbuat katibi Şükufə Ağamirzəyevanın sözlərinə görə, xüsusi bir zümrə var ki, onlar sözügedən teatrın daimi tamaşaçılarıdır:

"Həftədə 3 dəfə tamaşaların onlayn nümayişi olub. Bəzən daha çox yayımlayırıq. Amma biz yaş kateqoriyasına görə analiz etməmişik. Pandemiyadan əvvəl biz teatra gələn tamaşaçılara diqqət edirdik. Opera və balet sənəti elə bir sənətdir ki, təsadüfi tamaşaçı bura gələ bilmir. Sırf operanı, baleti sevən insanlar təşrif buyururdular. Müxtəlif yaşlarda olan izləyicilərimiz var. Elələri var ki, cavan yaşlarından teatra gəlirdilər, elə indi də davam edirlər gəlməyə. Melomanlar var, hansı bizim teatrın daimi tamaşaçılarıdır, onlar teatr üçün hədsiz darıxdıqlarını yazırlar səhifələrimizə. Onların içində gənclər də var, yaşlı nəslin nümayəndələri də var. Pandemiya başlayan dövrdə "Evdə qal, evdə yarat" şüarı altında hər kəs evdə öz ifasını təqdim edirdi izləyicilərə. Sonra onlar birləşdirildi, Mədəniyyət kanalında nümayiş olundu".

Mətbuat katibinin sözlərinə görə, bir neçə həftədir ki, teatrın balet truppası məşqlərə başlayıb:

"Əvvəl onlar formaya düşmək üçün plastik dərslər keçirdilər. İndi isə yavaş-yavaş məşqlərə başlayıblar. Nizami ili çərçivəsində möhtəşəm bir proyekt hazırlamağa çalışırıq. Fikrət Əmirovun "Nizami" baleti üzərində işlər başlayıb. Tamaşaya icazə verilən kimi biz tamaşanın primyerasını təqdim edəcəyik. Hələ ki digər trubbalar məşqə başlamayıblar. Güman ki, orkestr trubbası da yaxın zamanlarda məşqə başlayacaq. Teatrın bütün əməkdaşları böyük səbirsizliklə teatrın açılacağı günü gözləyir".
Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova deyir ki, Azərbaycan yeganə ölkədi ki, insanlar elə başa düşürlər ki, Kukla teatrı məhz uşaqlar üçündür: "Kukla teatrının tamaşaçıları arasında yaş bölgüsü yoxdur. 3-5 yaşlarından tutmuş ta 80 yaşa qədər olan izləyicilərimiz var. Bizim teatrımızda həm böyüklər, həm də balacalar üçün tamaşalar nümayiş olunur. Bəlkə də dünyada yeganə ölkəyik ki, bizim insanlar düşünürlər ki, kukla tamaşaları yalnız uşaqlar üçündür. Təbii ki, bu belə deyil. Burada sadəcə personaj kukladır, digər teatrlarda isə personaj insandır. Bizdə böyüklər üçün də tamaşalar nümayiş olunur. Bizə gələn rəylərdən görürəm ki, bizdə yaş kontingenti heç də uşaqlar və orta yaşlılar deyil. Bizi izləyənlərin içində yaşlı nəslin də nümayəndələri var. Hazırda məşqlər yoxdur. Amma 3 tamaşanın səhnə oxunuşu olub. Məşqlərə başlamaq üçün kuklalar hazırlanmalıdır. Kuklalar hazırlanandan sonra aktyor güzgü önündə məşq etməlidir".

Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Pərvin Nurəliyeva həm uşaqlar, həm də böyüklər üçün tamaşalar qurur. O, qeyd edib ki, həm öz yazarlarımızın, həm də xarici müəlliflərin əsərlərinə müraciət ediblər.

"Təəssüf ki, pandemiya səbəbindən tamaşaçılar tamaşalara ancaq virtual baxa bilir. Bəhmar Osmanov "Balaca yaramaz" əsərinə quruluş verib. Onlayn formatda tamaşanın quruluşu ilə bağlı xeyli işlər görüldü. Pandemiya dövründə müxtəlif video-roliklər tamaşaçıların ixtiyarına verildi. Xüsasən müharibə dönəmində müxtəlif video-çarxlar hazırlandı. İndi isə bizim teatrımızda "Bir tamaşanın tarixçəsi" layihəsi davam etdirilir. Daha öncə Anarın "Şəhərin qış gecələri" və Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsərləri əsasında tamaşalara aid videolar oldu. Bu da mövcud vəziyyətdə teatrın təbliğatı üçün bir vasitədir", - deyə Nurəliyeva əlavə edib.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda moped sərnişini faciəvi şəkildə öldü - FOTO
Bu gün, 09:23
Ermənilər Qüdsə də “sahib çıxmaq” istəyir - GƏRGİNLİK
Bu gün, 09:18
Qusar Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsinə elektron qolbaq taxıldı - TƏFƏRRÜAT
Bu gün, 09:14
Vətəndaş 50 qəpiklik yola 50 manatlıq əsəb xərcləyir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:10
Sahib Məmmədov sabiq deputatın vəzifəsini əlindən aldı - FOTO
Bu gün, 09:05
ABŞ Konqresi Trampın xərclərin azaldılması qanun layihəsini dəstəkləyib - C-SPAN
Bu gün, 08:59
Şəki təhsili NAŞILARIN ƏLİNƏ KEÇİB - Məktəbi telefonla idarə edirlər...
Bu gün, 08:57
Əliyev sərhəddə nə hazırlayır? Baxın, bu da sübutu! – Ohikyan
Bu gün, 08:45
ABŞ-ın hərtərəfli sülh planı: Savaş dərhal dayanacaq! - KİV
Bu gün, 08:41
6 Saylı Uşaq Musiqi Məktəbində BÖYÜKLƏRİN SÖYÜŞLÜ XORU... - VİDEOFAKT
Bu gün, 08:36
`Sürət Karqo`dan SÜRƏTLİ FIRILDAQ - NARAZILIQ VAR...
Bu gün, 08:20
Müştərisi KONTAKT HOME-u Allaha tapşırdı - "Etdiyim hər ödənişin qəpiyinə qədər hallalığını vermirəm..."
Bu gün, 08:11
Səyyad Aran DAĞDAN ENMƏYİB Kİ... - 285 manata binəva camaat necə dolansın?
Bu gün, 08:04
İşçilərin iş rejimi və... - Ekspert danışır...
Bu gün, 07:59
Ərdoğan dedi... deməsəydi, yaxşı olardı... - AMMA DEDİ AXI...
Bu gün, 07:56
Bu şəxslər 600 manat müavinət ala bilər – Üç vacib məqam
Bu gün, 06:56
Şahbuzda AİLƏ PODRATI: ETN də işin içindədir - BU NƏDİ BELƏ?
Bu gün, 06:49
Mətbəximizdəki inflyasiya: Qiymətlər artır, payımız isə azalır... - NƏ ETMƏLİ?
Bu gün, 06:28
Cəlilabad sakini haqsızlıqla ÜZ-ÜZƏ... - GİLEY
Bu gün, 06:22
İllik maliyyə hesabatından gizlənən gömrük şirkətləri - Sistemli fırıldağın izləri
Bu gün, 06:11
Bazarda nə baş verir: Təəccübləndirən qiymətlər - AKTUAL
Bu gün, 06:05
"Yeni dünya düzənində Azərbaycanın mövqeyi daha da güclənməkdədir" - deputat
Bu gün, 05:58
"Atamın səhhəti ilə bağlı yalan xəbər yaydılar"
Bu gün, 05:54
Gəncə sakini Ukraynada itkin düşdü
Bu gün, 05:52
“Çaldıranın bütün səbəbkarlarına LƏNƏT HEYKƏLİ qoyulmalıdır!..” - ÇAĞIRIŞ
Bu gün, 05:49
"Hər birinizin fikri mənim üçün çox önəmli oldu"
Dünən, 20:01
İşdən çıxarılan müavin direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 19:56
Borcu olan şəxslər ölkədən çıxa bilməyəcəklər - DİQQƏT
Dünən, 10:51
Azərbaycana təkcə bu ölkə səs verib - BİABIRÇI NƏTİCƏ
Dünən, 10:34
Yeni təhlükə: BUĞDA BÖHRANI... - ARAŞDIRMA
Dünən, 09:43
Devalvasiyanın qarşısını belə almaq olar - İqtisadçı görün, nə təklif edir
Dünən, 09:39
“Rabitə Tikinti” ASC-də yeni sədr və üzvlər seçiləcək
Dünən, 08:44
Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb - AKTUAL
Dünən, 08:06
Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
Dünən, 08:00
Ermənistanda silaha olan həvəs... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:43
"Narkomaniya bəladır və hədəf də bizim uşaqlar, yeniyetmələr, gənclərdir" - ÇAĞIRIŞ
Dünən, 07:40
Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra - TƏFƏRRÜAT
Dünən, 07:38
"Cəmiyyətdə bir çox sahələrdə savadsızlıq həddindən artıq çoxdur" - partiya sədri
Dünən, 07:31
Nazirlik BUNDAN İMTİNA ETMƏLİDİR - YOXSA...
Dünən, 07:28
Rusiyada sovet əsgərlərinin abidəsini təhqir edən azərbaycanlı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 07:24
Əliyevin qatıldığı toplantıda İLK yaşandı – Moskvada alınmamışdı, lakin…
Dünən, 07:20
“Avraam Razılaşmaları” Qafqaza gəlir: böyük siyahıda Azərbaycan da var - GƏLİŞMƏ
Dünən, 01:14
Turizm Agentliyi nə etmək istəyir? - TƏFƏRRÜAT
Dünən, 01:09
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
Dünən, 01:06
İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - AKTUAL
Dünən, 00:57
Qənirə Paşayevanın büstü hazırlandı - FOTOLAR
Dünən, 00:48
Nazirin dostu olan məmur ƏRKÖYÜNLÜK EDİR - Deyir ki, toxunulmazdır...
Dünən, 00:45
Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı - Siyasi xaosun dibi
Dünən, 00:38
“Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...” - Hacı İsmayılov
Dünən, 00:27
İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya - “Dilimizi korlayan "parazit sözlər"i...”
Dünən, 00:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru