“Sənət adamları ilə sənət söhbəti deyil, evlərindən, maşınlarından danışılır...”
Tarix: 22-02-2021, 12:41 | Çap et
 “Mən yenə cəsarətlə deyirəm ki, televiziyalarımızda işləyənlər öz rəhbərləri ilə birlikdə Azərbaycan dilinə o qədər nabələddirlər ki, onlar adicə ərizə yazmaq qabiliyyətlərinə belə malik deyillər”
Bunu Moderator.az-a açıqlamasında yazıçı Xeyrəddin Qoca deyib. Yazıçı bu istiqamətdə illərdir ki, heç bir irəliləyişin olmadığını bildirib:
“Ölkədə savadsızlıq hökm sürür. Azərbaycan dilinin efir məkanında pozulması məsələsi çoxdanın məsələsidir. Yazmaqdan, deməkdən yorulmuşuq, televiziyaların, radioların əməkdaşları savadlanmaq istəmirlər,onlara rəhbərlik edənlər isə tam savadsızlıq nümayiş etdirirlər! Bunu ona görə cəsarətlə deyirəm ki, artıq televiziya və radio efirlərində o qədər mənasız, məzmunsuz, məntiqsiz danışırlar ki, buna dözmək rəhbərlərin özlərinin savadsızlığı deməkdir! Mirşahinin rəhbərlik etdiyi Real televiziyasından başqa AzTV-də başda olmaqla, bütün televiziyalar bərbad gündədir! İndi “Space” TV-yə Kamil Şahverdiyev təyin edilib, ona çox inanıram. Çünki, onun savadına bələdəm. Vaxtilə "Mədəniyyət" qəzetində birlikdə işləmişik. Mən yenə cəsarətlə deyirəm ki, televiziyalarımızda işləyənlər öz rəhbərləri ilə birlikdə Azərbaycan dilinə o qədər nabələddirlər ki, onlar adicə ərizə yazmaq qabiliyyətlərinə belə malik deyillər! İstəyirsiniz, yoxlayaq! Mən televiziyalara rəhbərlik edənlərin əvəzinə xəcalət çəkirəm! Ölkədə nə qədər küçə adamı, müğənni var, qonaq adı ilə televiziyalardadırlar! A kişilər, ğörmürsünüz bunların 90 faizi özlərini yüngül, bayağı aparırlar, danışıqlarını bilmirlər, hır-hır hırıldamaqdan, dişlərini ağartmaqdan başqa heç nə bilmirlər?
Efirlərdə aristokratlıq deyilən bir şey gözə dəymir. Aparıcılar dəvət etdikləri müğənniləri elə təqdim edirlər ki, tamaşaçı öz-özünə fikirləşir "mən bu dahi şəxsiyyəti indiyədək niyə tanımamışam?" Çünki, müğənnilərin çoxu (onlara "müğənni" demək mümkünsə) əvvəlcədən aparıcını "ğörürlər" ki, "məni bu cür təqdim edərsən!" Yəqin fikir verirsiniz, sənət adamları ilə sənət, yaradıcılıq söhbətləri aparılmır, onların ev-eşikləri, maşınları, soyuducularındakı ərzaqları, nə qədər kökəldikləri və arıqladıqları barədə söhbət gedir! Niyə? Çünki nə aparıcının sənətdən, yaradıcılıqdan başı çıxır, nə də efirə çağırılan "sənətçinin". Yalnız efir doldururlar, bir sözlə, "yola verirlər". İlin-günün bu vaxtında yekə-yekə arvadlar qol-qola tutub "yallı" gedirlər! Əzalarını, bədən quruluşlarını nümayiş etdirirlər! Bir də görürsən, kişi "oxuyan" qarnını iki əli ilə tutub, qəh-qəhə çəkir! Yerindən durub studiyanın küncünə gedərək, qəh-qəhəsinə davam edir! Sənəti, istedadı yoxdur, axı! Nə etsin? Müğənnilərin fəxri ad istədiklərini dilə gətirirlər! Aparıcılar da "yəqin bu il sizi filan ada layiq görərlər" -deyərək, qonağına dövlətdən fəxri ad istəyir! Ayıb deyil, utanmırsınız? Bütün bunlar hamısı mədəniyyətsizlikdən, dünyagörüşünün olmamasından, nəhayət, savadsızlıqdan irəli gəlir və yaxın zamanlarda düzələcəyinə ümid yoxdur! A kişilər, "Səhərin mərkəzi", "7 canlı" adında da veriliş olar? Hər şeyə "şou" kimi baxıb, özünüzü niyə lağ obyektinə çevirirsiniz? Nə qədər deyərlər, yazarlar ki, "havanın tempraturu iyirmi dərəcə isti təşkil edəcək" demək olmaz! Belə cümlə işlətmək ayıbdır! Orta məktəb savadınız da yoxdur? Hələ görməmişik ki, doğru-düzgün hava haqqında məlumat verən bir adam tapılsın! Ucdantutma hamısı savadsız danışırlar! Deməli, ölkədə milli savadsızlıq hökm sürür! Axı, biz Mirzə Cəlilin millətiyik! İnkişafdan danışırıq, heç olmasa, milli dilimizdə danışmağı da öyrənin! Bəzən vəzifəli şəxslər uzun və savadsız danışıqları ilə insanların vaxtını alırlar. Beş-altı kanalı çevirib, hərəsində bir verilişə baxıb qayıdırsan, görürsən o, hələ danışır! Həm də qorxa-qorxa, oğru kimi danışır! Hiss edilir ki, bu adam vəzifəsindən başqa hər işlə məşğul olur! Beləcə tamaşaçıları bezdirib, televiziyalardan uzaq salırlar! Təəsssüf! Çox təəssüf!”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanı sevindirən dost həmləsi – İkinci “cəbhə” açıldı
Bu gün, 16:05 |
|
|
|
• Əliyevin bəyanatı oxundu, Sərkisyan başını aşağı saldı - KİV
Bu gün, 15:54 |
|
|
|
• “Əli Kərimlinin mövqeyi nə region reallıqlarını, nə də Azərbaycanın strateji maraqlarını əks etdirir” - deputat
Bu gün, 15:41 |
|
|
|
• “Köhnə binaların sökülməsi evləri bahalaşdırır” - AÇIQLAMA
Bu gün, 15:38 |
|
|
|
• "Seyidə Şəhla"nı “Hüseyniyyun”la nə bağlayır? - ŞOK FAKT
Bu gün, 15:29 |
|
|
|
• Fərhad Əhmədova məxsus şirkətlərin rəhbərlərinə “stop” qoyuldu - DETALLAR
Bu gün, 15:23 |
|
|
|
• Sankt-Peterburqda Azərbaycan konsulluğu qarşısında TƏXRİBAT: Saxlanılanlar var - FOTOLAR
Bu gün, 15:16 |
|
|
|
• Azərbaycanlı xanım Londonda turizm şirkəti yaratdı - DETALLAR
Bu gün, 15:12 |
|
|
|
• Ermənistan müxalifətində parçalanma: 2026-cı il seçkiləri taleyüklü olacaq - Görünəni odur ki...
Bu gün, 15:10 |
|
|
|
• “Qarabağ” oyunu öncəsi bilet QALMAQALI - Minlərlə azarkeşi biletsiz qoyan dələduzlar İŞ BAŞINDA
Bu gün, 15:07 |
|
|
|
• “Dəhlizdən yalnız Azərbaycan və Türkiyə qazanacaq” - İran saytı
Bu gün, 14:48 |
|
|
|
• Nazirlikdən 1,6 milyonluq müəmmalı tender - BU NƏDİ BELƏ?
Bu gün, 14:42 |
|
|
|
• Sülh müqaviləsi imzalanmaya bilər: Paşinyan Bakı ilə sazişdən yayınır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:37 |
|
|
|
• Taksi sürücüsü işləyən falçı Mətləbin işi: "Anasını ölümdən xilas etdim, qardaşı arvadını isə..." - TƏFƏRRÜAT
Bu gün, 14:31 |
|
|
|
• Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - SİYAHI
Bu gün, 14:17 |
|
|
|
• Kreml Azərbaycan və Rusiya prezidentlərinin Çində mümkün görüşünü şərh etməyib - "İnterfaks"
Bu gün, 14:13 |
|
|
|
• İşğaldan azad olunmuş ərazilərdə 50 mindən çox insan məskunlaşdırılıb və bu proses davam edir - MƏQALƏ
Bu gün, 13:49 |
|
|
|
• Gömrük Komitəsinin xanım əməkdaşına söz atan 63 yaşlı kişi həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:35 |
|
|
|
• "Fədək Market"in kassirindən ƏDV dələduzluğu - Məhkum edildi
Bu gün, 13:34 |
|
|
|
• “Bu bazarı çoxdan sökmək lazım idi” – Vahid Əhmədov FHN-i ittiham etdi
Bu gün, 13:31 |
|
|
|
• “Dahi şəxsin məzarını açmaq dini qaydalara ziddir” - Açıqlama
Bu gün, 13:23 |
|
|
|
• Azərbaycanla ABŞ arasında Vaşinqtonda imzalanan sənəd əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır - Səfirlik
Bu gün, 13:18 |
|
|
|
• Məşhur vəkil avtoqəzaya düşüb - qəza nəticəsində...
Bu gün, 13:03 |
|
|
|
• RabitəBank keşbekləri “qayçı”ladı: faizlər endirildi, limitlər qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 13:01 |
|
|
|
• Bakı ilə razılaşdılar: - Zəngəzur dəhlizinə onlar da qoşulurlar
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycanda ilk: DTX müsadirə etdi, taleyi necə olacaq? - GƏLİŞMƏ
Bu gün, 12:58 |
|
|
|
• Məhz qalib Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif edərək sülh sazişinin layihəsini təqdim edib - İsrafil Kərimovun yazısı...
Bu gün, 12:48 |
|
|
|
• Qarabağ qazisindən nazir Anar Əliyevə MÜRACİƏT - "Bizi dövlətdən soyutmayın..."
Bu gün, 12:46 |
|
|
|
• “Daşnaksütyun” Köçəryanla yollarını ayırdı - “İravunk”
Bu gün, 12:30 |
|
|
|
• Dövlət qurumunun 390 minlik tenderinin - LƏĞV SƏBƏBİ AÇIQLANDI
Bu gün, 12:27 |
|
|
|
• Xocəsəndə qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEO
Bu gün, 12:24 |
|
|
|
• Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalana bilər - AKTUAL
Bu gün, 12:17 |
|
|
|
• 39 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:16 |
|
|
|
• Kəmaləddin Heydərov polkovnikə yeni vəzifə verdi - ƏMR
Bu gün, 12:14 |
|
|
|
• Mirzoyan qırğız həmkarını Vaşinqton görüşü barədə məlumatlandırıb - KİV
Bu gün, 12:00 |
|
|
|
• Ən qocaman universiteti ən böyük “bazara” çevirən rektor – Elçin Babayevin həbsinə çağırış
Bu gün, 11:58 |
|
|
|
• Bərdədə məktəb direktoru işçilərin maaşını yeyir - İTTİHAM VAR...
Bu gün, 11:55 |
|
|
|
• Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edəcək - AÇIQLAMA
Bu gün, 11:52 |
|
|
|
• Kəlbəcər yaylaqlarına giriş niyə qadağan edilib? - HƏRBÇİLƏRDƏN NARAZILIQ VAR
Bu gün, 11:49 |
|
|
|
• Pərvinin paylaşımı OLAY YARATDI: “Bu qızı alan yoxdur?” - FOTO
Bu gün, 11:43 |
|
|
|
• Cəlilabadın icra başçısı bordürləri 50 min manata dəyişmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
• Ermənistanda cəmi iki nəfər sülh istəyir: - Referendumun nəticələrini gözləməliyik...
Bu gün, 11:34 |
|
|
|
• İranın məqsədi regional prosesləri bloklamaqdır - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 11:30 |
|
|
|
• Qəlp çıxan `QIZIL ZƏMANƏT`... - NARAZILIQ VAR...
Bu gün, 11:25 |
|
|
|
• "Əminəm ki, məhsulumu ya itiriblər ya da mənimsəyiblər..." - GİLEY
Bu gün, 11:18 |
|
|
|
• Şərur sakini şər-böhtanla ÜZ-ÜZƏ... - NARAZILIQ VAR...
Bu gün, 11:13 |
|
|
|
• "Bakıxanov Trikotaj" ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 11:07 |
|
|
|
• Nazirlik mərhum nazirə məxsus olduğu deyilən şirkətlə 3,7 milyonluq müqavilə bağladı - DETALLAR
Bu gün, 11:02 |
|
|
|
• Mehdiyevin həyat yoldaşı məhkəmədə niyə uduzdu? - İLGİNC
Bu gün, 10:59 |
|
|
|
• Azərbaycan Suriyaya qazın həcmini artıra bilər
Bu gün, 10:56 |
|
|
|
|