Şubasını satan, evini hərraca çıxaran, qazan reklamı edən... – Toy müğənnilərinin karantin faciəsi
Tarix: 14-01-2021, 15:20 | Çap et
 Koronavirus bütün dünyada olduğu kimi Azərbaycanda da səhnə sənətlərinə ciddi zərbə vurdu. Xüsusilə də həyat şəraitini toylardan gələn gəlirlə təmin edən toy müğənniləri üçün vəziyyət lap qəlizdir.
Toy müğənniləri keçən ilin mart ayından bəri toy səhnəsinə həsrət qalıblar. Məlum məsələdir ki, Azərbaycanda müğənnilər albom satışlarından, rəqəmsal platformalardan gəlir əldə edə bilmirlər. Konsertdən pul qazanmaqdan isə ümumiyyətlə söhbət gedə bilməz. Yəni, vəziyyət belə olduğu zaman musiqidən sırf sənətsal anlamda ciddi gəlir əldə etmək bizim ölkəmizdə mümkün deyil. Odur ki, əksər müğənnilər zamanında sənəti toy səhnələrinə qurban verdilər. Bu gün də sosial şəbəkələrdə ən çox giley-güzar dolu ismarış göndərənlər onlardır.
Musiqi savadı olan, təhsil görən, vaxtında toya çox aludə olmayıb sənəti inkişaf etdirən sənətçilər müəllim, solist olaraq çalışdıqlarından bu gün onlar üçün vəziyyət toy müğənniləri ilə müqayisədə çox da acınacaqlı deyil. Həm də bu adamlar özlərini çox da dəb-dəbəli həyata öyrəşdirməyiblər. İki kitab oxuyub, üç filmə baxıblar, həyatı daha effektiv tərəfdən anlayırlar.
Bu günlərdə bəstəkar-müğənni Elza Seyidcahan mövcud vəziyyətə çox yerində bir şərh verdi. O, dedi:
“Vaxtında sənəti pula satdılar, indi də acından ölürlər”.
Bir qədər sərt səslənsə də, haqlıdır Elza. Ayın 30 günü toy oxuyan, repertuarlarının 80 faizi bəsit mahnılarından ibarət olan müğənnilərin mövcud vəziyyətdən çıxış yolu yoxdur. Zamanında yazdırdıqları “çörək mahnıları” bu gün onlara heç nə qazandırmır. Pandemiyadan əvvəl populyar olan həmin müğənnilər bu gün meydanlarda yoxdur.
Pandemiya əsl ulduzun, əsl sənətkarın kim olduğunu göstərdi. 2020-ci il müğənnilər üçün bir ələk rolunu oynadı. Pandemiya, ardınca da müharibə gündəmi elə zəbt etdi ki, müğənnilərin fotosessiyaları, şəxsi dedi-qoduları ilə gündəmə gəlmək yolunu da bağlanmış oldu.
Müğənnilərin bəziləri İnstaqramda reklamla nəsə qazanmağa çalışırlar. Məsələn, Xatirə İslamı İstaqram səhifəsində hansısa firmanın qazan dəstləri, geyim, yaxud kosmetik vasitələrini reklam edən görürük. Meyxana deyən Samirə şubalarını satışa çıxarıb, taksi sürücüsü kimi fəaliyyət göstərir. Evini, bağını satışa çıxaranları da var. Başqa çıxış yolları da yoxdur. Ortada sənət yox, ciddi yaradıcılıq yox.
Fikir verdinizsə, toy müğənnilərinin tez-bazar yazdırıb lentə aldıqları vətənpərvərlik mahnıları da insanların diqqətini cəlb etmədi. Bir neçə il ərzində ildırım sürətilə əldə etdikləri populyarlığı bir neçə ay ərzində itirdilər. Həm gəlir, həm populyarlıq itkisi onları xeyli aqressivləşdirdi. Günaşırı İnstaqram səhifələrində yayımladıqları videolarda hara və kimə gəldi hücum edirlər. Maddi sıxıntının yaratdığı əsəb pozuntusunun qarşısını heç nə ilə ala bilmirlər.
Karantin başlayandan bir neçə ay sonra müğənni Elnarənin İstagram səhhifəsində həkimləri təhqir edən paylaşımını gördük. Düzdür, sonra peşman olub paylaşımını silib üzürxahlıq etdi, amma hər halda həmin ərəfədə sinir partlayışı yaşadığını görmüş olduq.
Nadir Qafarzadə də psixoloji böhranda olduğunu paylaşım və açıqlamalarında büruzə verir. Toyların yoxluğuna uzun müddət dözə bilməyən Mətanət İsgəndərli artıq neçənci dəfədir karantin qaydalarını pozub gizli məclislərə qatıldığı üçün cərimələnir.
Ona görə də əsl müğənninin musiqi təhsili olmalıdır. Bu gün iki tələbə hazırlayıb öz dolanışığını təmin edə bilərdi.
Vaxtında bunlara zaman ayırmayan müğənnilərin indiki halda bu qədər şikayət və narazılıq etmələrinin mənası yoxdur. İllərdir toylarda yüksək məbləğdə pul alan savadsız, ciddi sənətə dəxli olmayan toy müğənnilərinin səbirlə oturub yenidən toyların başlanmasını gözləməkdən başqa çarəsi yoxdur.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Moskva-Bakı gərginliyi yardımları dayandırmayacaq - ÇÜNKİ...
Bu gün, 10:45 |
|
|
|
• "Şikayət edəni də işdən çıxarmaqla hədələyirlər" - Ordubad müəllimlərinin MAAŞ PROBLEMİ
Bu gün, 10:39 |
|
|
|
• Saleh Məmmədov təqaüdə göndərilir - yerinə ŞOK namizəd
Bu gün, 10:33 |
|
|
|
• Dondurulmuş münaqişələr dövrünün sonu: Cənubi Qafqazda yeni reallıq - İNCƏLƏMƏ
Bu gün, 10:29 |
|
|
|
• Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri - TƏFƏRRÜAT
Bu gün, 10:25 |
|
|
|
• "Rusiya nümayəndə heyəti MDB Oyunları ilə əlaqədar Azərbaycana səfər edəcək" - AÇIQLANDI
Bu gün, 10:19 |
|
|
|
• Paşinyan Yaponiya Baş naziri ilə görüşdü - KİV
Bu gün, 10:08 |
|
|
|
• Hindistandan Azərbaycana “pas”: Bakı üçün fürsət? - Görünəni odur ki...
Bu gün, 10:01 |
|
|
|
• “Birbank”: narazılıqlara davam... - "Sorğu açıblar, amma hələ də icra etmirlər..."
Bu gün, 09:54 |
|
|
|
• Yarım milyon mənimsəyən bacısını xilas etmək istədi - Öz 80 minindən oldu
Bu gün, 09:46 |
|
|
|
• Razi Nurullayev yenə də məhkəməni uduzdu - QƏRAR
Bu gün, 09:40 |
|
|
|
• Şirkətin 117 min pulunu mənimsəyən vəzifəli şəxs məhkəmə zalından HƏBS EDİLDİ
Bu gün, 09:19 |
|
|
|
• Amerika "Tramp dəhlizi" layihəsinin icrasına başlayır?.. - İrəvana xüsusi nümayəndələr gəlir...
Bu gün, 09:17 |
|
|
|
• Akif Çovdarovun yaxın adamının oğluna 204 min “atan” şəxsə cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 09:14 |
|
|
|
• Bəzi nazirlik və qurumların ləğvinə çağırış: qənaət, yoxsa... - NƏ BAŞ VERİR?
Bu gün, 09:05 |
|
|
|
• “Flaminqo” raketi Krım körpüsünü məhv edə bilərmi? - KİV
Bu gün, 08:59 |
|
|
|
• Azərbaycanla Ermənistan arasında “saat əqrəbləri” bu dəfə Çində tutuşduruldu və... - Rusiyaya “sarı kart” göstərildi
Bu gün, 08:49 |
|
|
|
• 700 manata tozsoran aldı... O DA BELƏ... - NARAZILIQ VAR...
Bu gün, 08:43 |
|
|
|
• Bağçalarda yer çatışmazlığının həll yolunu necə tapaq? - AKTUAL
Bu gün, 08:38 |
|
|
|
• Modinin anlamsız Qafqaz siyasəti - Bu, əslində cığallıqdır...
Bu gün, 07:40 |
|
|
|
• Bahalaşma xəbərinə AYNA hələ də SUSUR - AXI NİYƏ?..
Bu gün, 07:37 |
|
|
|
• Elçin Məmmədov mühüm təhsil ocağını bazara çevirib - Bakıda “kitayski” lisey
Bu gün, 07:33 |
|
|
|
• Töhmət almış patrondan daha bir TENDER - TƏFƏRRÜAT
Bu gün, 07:26 |
|
|
|
• “Minsk quldur dəstəsi”nin sonu - BELƏ DƏ OLMALI İDİ...
Bu gün, 07:17 |
|
|
|
• Ehsan qadağasına mane olan BİZNES MARAQLARI - NƏ ETMƏLİ?
Bu gün, 07:15 |
|
|
|
• İlham Əliyev və Vladimir Putin Çində niyə görüşmədilər? - Bir salama dəymədi...
Bu gün, 07:06 |
|
|
|
• Kremlin tələbi: Fiko və Orban təhdidlə üz-üzə - GƏLİŞMƏ
Bu gün, 07:03 |
|
|
|
• MDB bizə lazımdırmı? - AKTUAL
Bu gün, 07:01 |
|
|
|
• Üzr... təzminat... VƏ: Borclu Rusiyanın həyasız tələbi... - HƏLƏ ŞƏRT QOYURLAR...
Bu gün, 06:59 |
|
|
|
• Tural Abbaslının Duqinin sərsəmləmələrinə cavabı - "Dünənki nökər..."
Bu gün, 06:54 |
|
|
|
• "Üzümün cizgilərini qətiyyən dəyişə bilmərəm" - ETİRAZ
Bu gün, 06:51 |
|
|
|
• “Paşinyanı devirib ərazi iddialarını bərpa etmək istəyirlər” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:49 |
|
|
|
• Deputatın milyona yaxın borcu olsa da... - TENDER UDUR...
Bu gün, 06:47 |
|
|
|
• 40 ildir birinci qrup əlillik pensiyası alırdı - KƏSDİLƏR...
Bu gün, 06:41 |
|
|
|
• Ağ Ev görüşü dönüş nöqtəsi oldu - BUNDAN SONRA...
Bu gün, 06:36 |
|
|
|
• Qalmaqallı direktorun QİSASI - BU NƏDİ BELƏ?
Bu gün, 06:33 |
|
|
|
• Regionu gözləyən fəlakət: türk liderdən anons – 5 ölkə birləşə bilər
Bu gün, 06:28 |
|
|
|
• “Qarabağ”la oyuna biletlərin qiyməti 40-60 avrodur
Dünən, 23:51 |
|
|
|
• Gəncə, Göygöl, və Goranboyda məktəb direktorları vəzifəsinə təyinatlar olub - ADLAR
Dünən, 23:48 |
|
|
|
• ŞƏT-in Azərbaycan üçün əhəmiyyəti NƏDİR?
Dünən, 18:03 |
|
|
|
• İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasındakı təmir işləri nə vaxt bitir? - “Bunlar nəzərə alınmayıb, ona görə də...”
Dünən, 18:01 |
|
|
|
• "Əfsuslar olsun ki, AYNA-nın rəhbərliyi efirə çıxmır" - ETİRAZ!
Dünən, 17:59 |
|
|
|
• Zelenski ilə görüşü heç vaxt istisna etməmişəm - Putin
Dünən, 17:56 |
|
|
|
• Azərbaycan MDB-dən çıxa bilər - AKTUAL
Dünən, 17:54 |
|
|
|
• Donbası Putinə verməyəcəm - Zelenski
Dünən, 17:50 |
|
|
|
• Fransa Ermənistan üzərindən strateji boşluğu doldurmağa çalışır -ŞƏRH
Dünən, 17:46 |
|
|
|
• Son 2 ildə Cənubi Qafqaz ölkələrində iqtisadi böyümə necə olub? - TƏFSİLAT
Dünən, 17:38 |
|
|
|
• Rusiya və İran Azərbaycana savaş açmaq istəsə, nə baş verəcək? - SENSASİON DETALLAR
Dünən, 17:26 |
|
|
|
• Almaniyaya gedən azərbaycanlının övladı əlindən alındı - SƏBƏB
Dünən, 17:21 |
|
|
|
• Azərbaycanlılara "nəzarət edən" "qanuni oğru"ya cinayət işi açıldı - SƏN DEMƏ...
Dünən, 17:10 |
|
|
|
|