ŞƏT-in Azərbaycan üçün əhəmiyyəti .....                     İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasındakı təmir işləri nə vaxt bitir? .....                     "Əfsuslar olsun ki, AYNA-nın rəhbərliyi efirə çıxmır" .....                     Zelenski ilə görüşü heç vaxt istisna etməmişəm .....                     Azərbaycan MDB-dən çıxa bilər .....                     Donbası Putinə verməyəcəm .....                     Fransa Ermənistan üzərindən strateji boşluğu doldurmağa çalışır .....                     Son 2 ildə Cənubi Qafqaz ölkələrində iqtisadi böyümə necə olub? .....                     Rusiya və İran Azərbaycana savaş açmaq istəsə, nə baş verəcək? .....                     Almaniyaya gedən azərbaycanlının övladı əlindən alındı .....                     Azərbaycanlılara "nəzarət edən" "qanuni oğru"ya cinayət işi açıldı .....                     "Rusiyanın da Azərbaycana təzyiqinə baxanda biz görürük ki..." .....                     Rusiya oğurlanmış ukraynalı uşaqlardan əsgər hazırlayır .....                     65 yaşlı direktora "stop" qoyuldu .....                     FHN-nin "kapitan Əliyev"i həbs edildi .....                     BQXK-nin də SONU ÇATDI .....                     Valeh Kərimov teatrı tərk etdi: .....                     “Sanki mərasim evlərinin sahiblərinin biznesin sıradan çıxması ilə əlaqədar narahatlıqları var” .....                     AYNA-nın bəlaya saldığı Sumqayıt... .....                     Dövlət vəsaiti ilə qurulan fond: PR, yoxsa real dəstək? .....                     Bakıdakı ermənilərlə bağlı razılıq əldə olundu .....                     Minimum maaşla işləyənlər pensiyaya necə çıxacaqlar? .....                     Liderlərin diqqətçəkən dialoqu: Pezeşkian Əliyevdən kimi soruşub? .....                     Paşinyan Rusiyaya qarşı sərt ifadələrdən çəkinməyə üstünlük verir .....                     Azərbaycan radiosunun binası söküləcək, .....                     Azərbaycanda kredit təşkilatının rəhbərliyində dəyişiklər olub .....                     Fuad müəllimin təşkilatı HANSI KOLUN DİBİNDƏ YATIB? .....                     “Pekində Putin və Əliyev arasında heç bir əsaslı ünsiyyət olmayıb” .....                     Məhkəmə dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovla bağlı qərar verib .....                     İlham Rəhimovun kimin yanında olduğunu BÜTÜN DÜNYA BİLİR... .....                     Bakıda rusiyalı dəstə üzvlərinin həbsxana həyatı .....                     Gürcüstan Kremlin əlində oyuncağa çevrildi .....                     "Qarabağ" iştirak ərizəsini açıqlayıb, yeni transfer siyahıdan kənarda qalıb .....                     Ermənistanda Zəngəzur dəhlizinin keçəcəyi ərazidə yük avtomobilləri üçün çəki stansiyası yaradılacaq .....                     Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi .....                     Zəngəzur dəhlizinin açılmasına maneə var .....                     Yekaterinburqdakı diasporun yeni “sədri” Vidadi Mustafayevin .....                     Bakı sakinləri çətin durumda: Deputatdan ilginc təklif .....                     Şəxsiyyət və üzvlük vəsiqəsini bir-birindən ayıra bilməyən Tatoyan .....                     Ermənistan sülh yolu tutsa da, Hindistan mane olur .....                 

Azərbaycan MDB-dən çıxa bilər - AKTUAL
Tarix: Bu gün, 17:54 | Çap et

Azərbaycanın Müstəqil Dövlətlər Birliyini (MDB) tərk edə bilər.

Rusiya mediasının yazdığına görə, rəsmi Bakının MDB-nin işində iştirak etməməsi Azərbaycanın birlikdən çıxacağını göstərir. Hətta Rusiya kütləvi informasiya mənbələri Azərbaycanın MDB-ni tərk edə biləcəyinə dair Rusiya tərəfinə məlumat verildiyini yazır. Məlumatda qeyd edilir ki, Azərbaycan MDB-ni tərk edəcəyi təqdirdə, Rusiya ilə birgə üzv olduğu yeganə təşkilatdan çıxmış olacaq.

Beləliklə, Azərbaycan Gürcüstan və Ukraynadan sonra MDB-də fəaliyyətini dayandıran üçüncü postsovet ölkəsi olacaq. Qeyd edək ki, Azərbaycan son aylar MDB-nin iclaslarına nümayəndə heyəti göndərmir. MDB-nin baş katibi Sergey Lebedev iyul ayında verdiyi açıqlamada bildirmişdi ki, rəsmi Bakının Moskvaya nümayəndə göndərməməsi müvəqqətidir və bu vəziyyət tezliklə normallaşacaq. O, Azərbaycanın MDB-dən çıxacağına inanmadığını deyib.

Ancaq son günlər Azərbaycanın adıçəkilən təşkilatdan çıxması məsələsi yenidən gündəmə gəlib. Xatırladaq ki, Müstəqil Dövlətlər Birliyi 1991-ci ildə SSRİ-nin dağılmasından sonra ittifaqa daxil olan respublikalar arasında siyasi, iqtisadi və mədəni əlaqələri qorumaq üçün yaradılıb. Yəni məqsəd Sovet İttifaqının dağılması prosesinin daha dinc yolla təmin edilməsinə və mümkün siyasi xaosun qarşısını almağa hesablanmışdı. MDB həm də SSRİ-nin mülkiyyətinin bölüşdürülməsi baxımından vacib hesab edilirdi. Azərbaycan 1991-ci il Almatı Bəyannaməsi ilə MDB-yə qoşulsa da, bu birliyə maraq göstərmirdi.

Çünki Birinci Qarabağ müharibəsində Rusiya Ermənistana açıq hərbi dəstək verdiyinə görə Azərbaycan MDB-ni dövlət müstəqilliyi üçün təhdid kimi qəbul edirdi. Yalnız 1993-cü ilin sentyabr ayında Azərbaycan parlamenti Almatı Bəyannaməsini ratifikasiya etdikdən sonra MDB-yə tamhüquqlu üzvlük reallaşdı.

Müstəqil Dövlətlər Birliyi keçid dövrü üçün nəzərdə tutulsa da, sonralar rəsmi Moskva bu qurumu postsovet ölkələrini Rusiyanın siyasi orbitində saxlamaq vasitəsi kimi istifadə etməyə başladı. Lakin 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi təcavüzündən sonra MDB daxilində mərkəzdənqaçma prosesi başladı.

2008-ci il avqustun 14-də Gürcüstan parlamenti MDB-dən çıxmaq haqqında qərar qəbul etdi. Ukrayna da öz növbəsində, MDB çərçivəsində imzalanmış ikitərəfli və çoxtərəfli sazişlərdən çıxmaqla MDB-ni tərk etmək qərarına gəlib. Bundan başqa, 2023-cü ildən başlayaraq, Moldova da MDB-dən çıxmaq barədə konkret addımlar atmağa başlayıb. Artıq Moldova MDB Dövlətlərarası Assambleyasının üzvü deyil.

Xüsusilə də Rusiyanın 2022-ci ilin fevral ayında Ukraynaya qarşı genişmiqyaslı işğalçılıq müharibəsinə başlaması və SSRİ-ni bərpa etmək siyasəti postsovet ölkələrin MDB-dən uzaqlaşdıran ikinci amilə çevrilib. Yəni Avropa İttifaqına inteqrasiya siyasətinə üstünlük verən dövlətlər MDB-dən çıxmaq məcburiyyətindədir. Bu baxımdan, Ermənistanın da yaxın perspektivdə MDB-ni tərk edəcəyi gözlənilir. Çünki Avropa İttifaqına üzvlük haqqında qanun qəbul edən rəsmi İrəvan bu məsələni Ermənistan konstitusiyasında təsbit etməlidir.

2026-cı ilin sonu, 2027-ci ilin əvvəlində Ermənistanda keçiriləcək referendum zamanı Avropa İttifaqına üzvlük məsələsi çocx güman ki, yeni konstitusiya layihəsinə daxil ediləcək. Bu halda Ermənistan MDB, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatının sıralarında qala bilməz.

Ona görə də Ermənistanın da MDB-dən çıxacağı istisna edilmir. Qoşulmama Hərəkatına üzv olan Azərbaycan daha çox neytrallıq siyasətinə üstünlük verir. Bu baxımdan, Azərbaycanın MDB-də qalması ciddi siyasi divident vəd etmir. Əksinə, Rusiyanın Azərbaycanın milli təhlükəsizliyinə qarşı təhdid siyasəti rəsmi Bakının MDB-dəki fəaliyyətinə yenidən baxılmasını zəruri edir.

Rusiya Azərbaycanın mülki təyyarəsini vurur, azərbaycanlı miqrantları milli mənsubiyyətinə görə döyür, öldürür, ölkədən qovur. Bu gün Rusiya Azərbaycana qarşı informasiya müharibəsi aparır. Deməli, MDB məkanı Azərbaycan üçün təhlükəsiz deyil. Belə olan halda MDB-də qalmaq Azərbaycan üçün vacib deyil. Hazırda Azərbaycanı MDB-yə üzv olan digər ölkələrlə daha sıx iqtisadi və ideoloji sahələrdə əməkdaşlıq platformaları birləşdirir.

Məsələn, Türk Dövlətləri Təşkilatı ilə Azərbaycanı yalnız ideoloji, tarixi, milli, mədəni əlaqələr bağlamır. Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiya vasitələrinin açılmasından və Orta dəhlizin işə düşməsindən sonra TDT geoiqtisadi platforma kimi MDB-dən daha əhəmiyyətli rol oynayacaq. Bu da Azərbaycanın və Mərkəzi Asiya dövlətlərinin Avrasiya nəqliyyat-ticarət dəhlizinin üzərində yerləşməsi ilə bağlıdır.

Eyni zamanda, Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən və bütün ölkədə dövlət suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazın 1992-1993-cü illərdə Rusiya tərəfindən qurulmuş geosiyasi arxitekturasını dəyişib. Artıq Azərbaycan bölgədə Türkiyə ilə strateji müttəfiqliyə əsaslanan müstəqil siyasət yürütdüyündən MDB kimi qurumlarda iştiraka ehtiyac qalmır.

Çoxqütblü dünya nizamının formalaşması MDB məkanında Çin, ABŞ, Avropa İttifaqı, Britaniya, Türkiyə kimi güc mərkəzlərinin təsirinin artması ilə müşahidə olunur. Bu kontekstdə MDB-nin tarixin siyasi arxivinə köçdüyünü görmək olar.

Müşfiq Abdulla
“Cebheinfo.az”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ŞƏT-in Azərbaycan üçün əhəmiyyəti NƏDİR?
Bu gün, 18:03
İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasındakı təmir işləri nə vaxt bitir? - “Bunlar nəzərə alınmayıb, ona görə də...”
Bu gün, 18:01
"Əfsuslar olsun ki, AYNA-nın rəhbərliyi efirə çıxmır" - ETİRAZ!
Bu gün, 17:59
Zelenski ilə görüşü heç vaxt istisna etməmişəm - Putin
Bu gün, 17:56
Azərbaycan MDB-dən çıxa bilər - AKTUAL
Bu gün, 17:54
Donbası Putinə verməyəcəm - Zelenski
Bu gün, 17:50
Fransa Ermənistan üzərindən strateji boşluğu doldurmağa çalışır -ŞƏRH
Bu gün, 17:46
Son 2 ildə Cənubi Qafqaz ölkələrində iqtisadi böyümə necə olub? - TƏFSİLAT
Bu gün, 17:38
Rusiya və İran Azərbaycana savaş açmaq istəsə, nə baş verəcək? - SENSASİON DETALLAR
Bu gün, 17:26
Almaniyaya gedən azərbaycanlının övladı əlindən alındı - SƏBƏB
Bu gün, 17:21
Azərbaycanlılara "nəzarət edən" "qanuni oğru"ya cinayət işi açıldı - SƏN DEMƏ...
Bu gün, 17:10
"Rusiyanın da Azərbaycana təzyiqinə baxanda biz görürük ki..." - ŞƏRH
Bu gün, 17:01
Rusiya oğurlanmış ukraynalı uşaqlardan əsgər hazırlayır - Britaniya kəşfiyyatı
Bu gün, 16:58
65 yaşlı direktora "stop" qoyuldu - Sığorta pullarını ödəməyib...
Bu gün, 16:45
FHN-nin "kapitan Əliyev"i həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44
BQXK-nin də SONU ÇATDI – Təşkilat 30 ildə hansı qərəzli addımlarla YADDA QALDI?
Bu gün, 16:41
Valeh Kərimov teatrı tərk etdi: - “Borcum deyildi, bunları etməli deyildim”
Bu gün, 16:36
“Sanki mərasim evlərinin sahiblərinin biznesin sıradan çıxması ilə əlaqədar narahatlıqları var” - deputat
Bu gün, 16:34
AYNA-nın bəlaya saldığı Sumqayıt... - NARAZILIQ VAR...
Bu gün, 16:29
Dövlət vəsaiti ilə qurulan fond: PR, yoxsa real dəstək? - ARAŞDIRMA
Bu gün, 16:17
Bakıdakı ermənilərlə bağlı razılıq əldə olundu – Sensasion detallar
Bu gün, 16:08
Minimum maaşla işləyənlər pensiyaya necə çıxacaqlar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:02
Liderlərin diqqətçəkən dialoqu: Pezeşkian Əliyevdən kimi soruşub? - AKTUAL
Bu gün, 15:57
Paşinyan Rusiyaya qarşı sərt ifadələrdən çəkinməyə üstünlük verir - Sürüşkən siyasət
Bu gün, 15:53
Azərbaycan radiosunun binası söküləcək, əməkdaşlar AzTV-yə köçürülür
Bu gün, 15:52
Azərbaycanda kredit təşkilatının rəhbərliyində dəyişiklər olub - BUNDAN SONRA...
Bu gün, 15:38
Fuad müəllimin təşkilatı HANSI KOLUN DİBİNDƏ YATIB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:32
“Pekində Putin və Əliyev arasında heç bir əsaslı ünsiyyət olmayıb” - AÇIQLAMA
Bu gün, 15:18
Məhkəmə dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovla bağlı qərar verib
Bu gün, 15:16
İlham Rəhimovun kimin yanında olduğunu BÜTÜN DÜNYA BİLİR... - BU DA FAKT
Bu gün, 15:07
Bakıda rusiyalı dəstə üzvlərinin həbsxana həyatı - Noxudu tərifləyir, dil öyrənirlər
Bu gün, 14:59
Gürcüstan Kremlin əlində oyuncağa çevrildi – Tiflis Cənubi Qafqazdan təcrid olunur
Bu gün, 14:58
"Qarabağ" iştirak ərizəsini açıqlayıb, yeni transfer siyahıdan kənarda qalıb - Çempionlar Liqası
Bu gün, 14:54
Ermənistanda Zəngəzur dəhlizinin keçəcəyi ərazidə yük avtomobilləri üçün çəki stansiyası yaradılacaq - Ermənistan KİV
Bu gün, 14:00
Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
Bu gün, 13:42
Zəngəzur dəhlizinin açılmasına maneə var - Silayev
Bu gün, 13:38
Yekaterinburqdakı diasporun yeni “sədri” Vidadi Mustafayevin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur
Bu gün, 13:36
Bakı sakinləri çətin durumda: Deputatdan ilginc təklif – “24 saat işləsinlər”
Bu gün, 13:33
Şəxsiyyət və üzvlük vəsiqəsini bir-birindən ayıra bilməyən Tatoyan - FOTO
Bu gün, 13:29
Ermənistan sülh yolu tutsa da, Hindistan mane olur - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:27
Türkiyəli iş adamları Naxçıvanı tərk edirlər? - TƏFƏRRÜAT
Bu gün, 13:22
İqtisadiyyat Nazirliyində Rövnəq Abdullayevlə bağlı qadağa var? - İLGİNC
Bu gün, 13:21
Azərbaycanlı müğənni narkotikə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:07
Azərbaycanlı müğənni qəzaya düşdü
Bu gün, 13:06
Paşinyan deputatlara xəbərdarlıq edib: - Rusiya ilə bağlı məsələdə...
Bu gün, 13:05
İlhamə Elşadqızının anası məhkəmədə ifadə verdi - TƏFƏRRÜAT
Bu gün, 13:02
Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 13:00
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Fransaya səfər edəcək
Bu gün, 12:45
“Təsnim” Agentliyindən Azərbaycana qarşı təxribat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:42
Rafiq Vəliyev “TƏMİR-TƏCHİZAT-4” MMC-nin uyğunluq göstəricilərini niyə görməzdən gəlir – Adil Kərimlinin diqqətinə
Bu gün, 12:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru