Müğənni Nura Suri sosial media hesabında ötən gecə ölkədə benzinin qiymətinin qalxmasına münasibət göstərib.
BiG.AZ xəbər verir ki, müğənni bu barədə post paylaşıb. O, postunda:
"Ölkədə Aİ-92 növ benzinin qiyməti 1 litr üçün 1 AZN oldu. Dizel yanacaq növünün qiyməti isə 1 litr üçün 80 qəpik oldu. Taksilərdən yalnız varlılar istifadə edə biləcək" sözlərini yazıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub.