"İlk dəfədir ki, rahatlıqla evdən çıxıb serial çəkilişinə gedirəm"
Tarix: 30-12-2020, 09:57 | Çap et
 O, Azərbaycan kinosunun və teatrının qazandığı yeni simalardandır. Hansı ki, siması ilə tipik Azərbaycan xanımını əks etdirir. Moderator.az-ın qonağı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası və bir çox film, serialların baş qəhrəmanı olan Səbinə Məmmədovadır.
- Bir ilə yaxındır ki, teatrlar fəaliyyətini dayandırıb. Pandemiya sizə necə təsir etdi?
- Pandemiya mənə elə bir dərs keçdi ki, həyatda obraz tapmaqdan daha çətin missiyam olduğunu anladım. Həyatda obraz tapmaqdan daha çətin şeylər varmış. Öyrəndim ki, mənim şəxsi həyat anlamım olmayıb. Qidalanmama o qədər də fikir verməmişəm. Gedib kimlənsə çay içməyə vaxtın gedəcək, enerjim gedəcək deyə onu etməmişəm. Düşünmüşəm ki, ondansa kitab oxusam zamanımı daha səmərəli keçirərəm. Bu müddət ərzində gördüm ki, içimdə böyük bir sevgisizlik, boşluq var. Pandemiya məni bu yaşımda böyütdü. Birdən birə böyüdüm, ailə məsuliyyətimi artırdım. Bu müddət ərzində çox şey dəyişdi. Bir sözlə daxilən böyüyüb, xanıma çevrildim. Artıq bunu dərk edirəm.
- Bu müddət ərzində hansı işləri gördünüz?
- Yayda sənədli filmdə Həsən Bəy Zərdabinin yoldaşı Hənifə xanımın obrazını canlandırdım. Bundan başqa reklam çəkililişlərində rol aldım. Bu yaxınlarda Qarabağ mövzusunda çəkilən qısa metrajlı filmdə çox çətin bir obrazı canlandırdım. Sənətkarımız Nicat Kazımovun uşaqlar üçün təşkil etdiyi “Zoom” proqramı ilə virtual tamaşada iştirak etdim. Xəzər televiziyasında yayımlanan “Ata ocağı” serialında yeni mövsümdə Dilarə obrazına dəvət aldım. İlk dəfədir ki, rahatlıqla evdən çıxıb serial çəkilişinə gedirəm. Bilirsiniz ki, Noyabr, Dekabr ayları teatr mövsümünün ən sıx repertuar, məşqləri olan aylar hesab edilir. O ərəfələrdə demək olar ki, yeməyi belə ayaq üstə, taksidə yeyirdim. Zaman yalnız səhnə kastyumunu soyunub, yuyunub, qrimi silməyə sərf olunurdu. - Bəs şəxsi həyatınızda vəziyyət necədir?
- O nədir? (gülürük) Şəxsi həyatım sənətimdir. Əvəllər anamla 5 dəqiqə söhbət etməyə vaxtım belə olmurdu, nəinki şəxsi həyatıma zaman ayırmaq. - Az əvvəl sadaladığınız layihələrin heç biri yəqin ki, teatrı əvəz etməz.
- Hazırda onlayn şəkildə yeni pyesin məşqləri gedir. Əlbəttə ki, canlı sənəti heç nə əvəz etmir, etməyəcək də. Yəni teatrsız qaldığımız günlər çətin idi... Güzgünün önündə monoloq dediyim saatlar çox olub. Hətta özüm özümə çiçək də alıb hədiyyə etmişəm. Gecə 11-də teatra gedib afişalarla söhbətləşmişəm. - Deyəsən həqiqəti real şəkildə qəbullanmayanlardansınız.
- Çətindi... Amma qismətdən qaçış yoxdur. Gözü yaşlı şəhid ailələrini görəndə öz dərdimi unuduram. Və bütün bu hadisələri görüb xeyli müşahidələr etmişəm, həyat yükü yığmışam. Aktyoru həyat yükü qədər heç nə doldura bilməz. Teatra çox sağ ol deyirəm ki, məni 22 yaşımda rəndəliyib, formalaşdırdı. - Teatr üçün çoxmu darıxmısınız?
- Darıxıram... Sadəcə inanıram ki, hər şey daha yaxşı olacaq. Mən bu müddət ərzində pis depresiya yaşadım. Düzdür, həmin dönəmdə də işlərim olurdu. Amma teatrın mənə verdiyi aktivliyi heç nə vermir. Depresiyaya düşdüyüm zamanlarda 9 kilo kökəldim. Sonradan arıqladım. Pandemiya mənə psixoloji təsir etdi. Onlayn məşqlərimizin başlaması məndə stimul yaratdı.
- Keçən il bu vaxt teatrda qar qız rolunu canlandırırdınız. İndi yeni il gəlir, amma qar qızı ilə deyil. O obraz üçün necə darıxırsınız?
- Tək qar qızı deyil. Əgər ildə teatr 2 tamaşa təhvil verirdisə mən də o tamaşalarda iştirak edirdim. Elə zamanlar olurdu ki, hər ikisində iştirak edirdim. Mənim üçün uşaq və böyük tamaşalarının fərqi yox idi. Bəzən bütün günüm məşqdə keçirdi teatrdan gecə çıxırdım.
- Deyirlər aktyor bir müddət səhnəyə çıxmayanda bəşəriyyətə nifrət edir. Ola bilsin ki, bu sizdə depsresiya ilə əvəzlənib.
- Depresiya elə bir şeydir ki, ancaq bekar adamlar düşür. Mən bekarlıqdan depresiyaya düşdüm. Sonra güc tapıb özümü toparladım. Mən təkliyi sevirəm. Hətta qulaqlığımı taxıb Dənizkənarı Bulvara gedib 3 saat piyada gəzməyi sevirəm. Yəni bilirəm ki, o depresiya səhnə üçün darıxmaq idi.
- Bir ilə yaxındır ki, səhnədən uzaqsınız. Plastikanızda hər hansı passivləşmə varmı?
- Bədən hazırlıqlı olanda tez açılır. Əsas odur ki daxilən özünü buna hazır hiss edəsən. Bir çəkilişim vardı, oradakı çətin səhnələri canlandırmaq üçün 3 gün idman etdim. O məşqlərdən sonra gördüm ki, bədənim buna hazırdır. Buna görə də çəkiliş vaxtı da bədənim məni yormadı.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ağcabədi sakini mərhum atasından qalma əmlakı adına keçirmək istədi... ŞOKA DÜŞDÜ! - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Rusiya ilə böyük müharibə anonsu – Başlanğıc nöqtəsi bu şəhər ola bilər
Bu gün, 10:35 |
|
|
|
• Rusiya Azərbaycan səfirliyinin ətrafını RAKET ATƏŞİNƏ TUTDU - FOTO
Bu gün, 10:32 |
|
|
|
• Bu şirkət Naxçıvanda 46,5 milyon manatlıq işə başlayır - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• İstehlak kreditlərinin yarıdan çoxu 2 bankın payına düşüb - SİYAHI
Bu gün, 10:19 |
|
|
|
• Bir müddət əvvəl gənc oğlu ölən generala daha bir itki
Bu gün, 10:16 |
|
|
|
• Liviyadan Türkiyəyə sədaqət mesajı: Afina çarəsiz durumda - Görün kimlərdən dəstək umur
Bu gün, 10:03 |
|
|
|
• Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb - BİRGƏ MƏLUMAT
Bu gün, 10:01 |
|
|
|
• VERGİDƏN YAYINMA SXEMİ LEQALLAŞIR? - Ali Məhkəmə nə deyəcək, bəs...
Bu gün, 09:58 |
|
|
|
• Ruslan Əhmədoğlunun sonuncu bəstəsi Camillanın səsində canlandı - VİDEO
Bu gün, 09:53 |
|
|
|
• Zaur Mikayılov əhaliyə yenə zülm edir - Bakıda susuzluq fəlakəti
Bu gün, 09:52 |
|
|
|
• Tahir Budaqovdan kadr təyinatı - ƏMR
Bu gün, 09:45 |
|
|
|
• Dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilən Şuşa Qlobal Media Forumu - MƏQALƏ
Bu gün, 09:43 |
|
|
|
• Ölkəmizin xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirən çıxış - İsrafil Kərimovun yazısı...
Bu gün, 09:42 |
|
|
|
• “Sumqayıt Tibb Mərkəzi” camaşırları tikinti şirkətinə yuduzdurur - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:34 |
|
|
|
• Talıbovdan qalma İMƏCLİK MƏRƏZİ... bu dəfə Ağstafaya sıçradı... - FOTOFAKT
Bu gün, 09:29 |
|
|
|
• Dollar və manatın məzənnəsi haqda proqnoz: dəyişiklik olacaq – TARİX
Bu gün, 09:23 |
|
|
|
• ABŞ-ın Əhməd əş-Şaaraya inamı sarsılıb... - AÇIQLAMA
Bu gün, 09:18 |
|
|
|
• Emin Milli Şuşa Media Forumuna qatılıb
Bu gün, 09:11 |
|
|
|
• Məktəblərdə MÜƏLLİM BÖHRANI gözlənilir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:03 |
|
|
|
• Masallıda ağacyeyənlər MEYDAN SULAYIR... - İTTİHAM VAR...
Bu gün, 08:52 |
|
|
|
• Qudalarını başına yığan Mikayılova ÇAĞIRIŞ... - "İstirahətinizi pozmayım..."
Bu gün, 08:45 |
|
|
|
• İranın başına düşən AZƏRBAYCAN BOYDA DAŞ... - GƏLİŞMƏ...
Bu gün, 08:30 |
|
|
|
• Naxçıvan sakinləri İranda GİROV TUTULUR - NƏ BAŞ VERİR?
Bu gün, 08:22 |
|
|
|
• Çin Aİ-nin 18-ci sanksiyalar paketinə cavab tədbirləri hazırlayır
Bu gün, 08:08 |
|
|
|
• Bakıda mühüm gəlişmə: Moskva və Tehran sıradan çıxır – Ankara meydanda
Bu gün, 06:35 |
|
|
|
• ABŞ Azərbaycanı itirsə, Qafqazda təsirini itirə bilər - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• “Tapançalı direktor”un məktəbindən şikayət - Müəllimlər etiraz edir
Bu gün, 06:17 |
|
|
|
• Bakıda daha bir MTK ÖZBAŞINALIĞI - BU NƏDİ BELƏ?
Bu gün, 06:11 |
|
|
|
• Türk düşməni yenə Azərbaycanı hədəf aldı - NƏ ETMƏLİ?
Bu gün, 06:01 |
|
|
|
• Qarabağ modeli Ukrayna üçün yol xəritəsidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:59 |
|
|
|
• Pul qazanmaq üçün... GERİYƏ... KƏNDƏ! - ARAŞDIRMA
Bu gün, 05:57 |
|
|
|
• Azərbaycanda test üsulu ləğv olunur? - Görünəni odur ki...
Bu gün, 05:53 |
|
|
|
• Əgər Ermənistan və Azərbaycan öz aralarında artıq sülh bağlayırsa... - ŞƏRH
Bu gün, 05:49 |
|
|
|
• "Özümü yaşlı adam hiss etmirəm"
Bu gün, 02:22 |
|
|
|
• Göyçay sakinləri niyə narazılıq edir - MÜRACİƏT
Bu gün, 02:16 |
|
|
|
• Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür - FOTO
Dünən, 14:03 |
|
|
|
• Bakıdan Moskvaya mesaj: Təyyarə qəzasının üzərindən sükutla keçilməyəcək! - GƏLİŞMƏ
Dünən, 13:39 |
|
|
|
• Tarixlərdə yaşayacaq sənətkar Ramiz Əzizbəyli.. - ANIM
Dünən, 13:26 |
|
|
|
• Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın... - REAKSİYA
Dünən, 13:23 |
|
|
|
• “Hazır olun, bunu birlikdə edəcəyik” - Baş nazir müraciət etdi
Dünən, 12:02 |
|
|
|
• Paşinyandan ilginc paylaşım... - II Qaregini elə birinə bənzətdi ki…
Dünən, 11:59 |
|
|
|
• Rusiyanın gücü yoxdur, Qafqazdan çıxarılır - GƏLİŞMƏ
Dünən, 11:56 |
|
|
|
• Bakıda faciənin qapısından dönüldü - TƏFƏRRÜAT
Dünən, 11:00 |
|
|
|
• Rusiyanın Ukraynaya qarşı planı: - Eyni anda 2 min PUA...
Dünən, 10:58 |
|
|
|
• Kreml Azərbaycan diasporunu “Pautina” ilə vurur - Ukrayna kəşfiyyatının əməliyyatını azərbaycanlılara bağlayırlar
Dünən, 10:56 |
|
|
|
• İlham Əliyevdən YENİ İSMARICLAR - Hər şey açıq və net idi...
Dünən, 10:52 |
|
|
|
• Naxçıvanda baş nazir və çevrəsinin 345 KODLAMASI - komandada daha kimlər var...
Dünən, 10:50 |
|
|
|
• İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ - TƏFƏRRÜAT
Dünən, 09:55 |
|
|
|
• Putin Ukrayna müharibəsini davam etdirməklə hər şeyi itirə bilər - KİV
Dünən, 09:51 |
|
|
|
|