Həbsdəki hakimə yenidən cinayət işi açıldı .....                     Kürəkənini ilə mübahisə edən qayınata onu döydü .....                     Onlar bu gündən iş başında olacaqlar .....                     Durov səkkiz aya 4 milyard dollardan çox qazandı .....                     DSMF avtomobil parkını yeniləyir .....                     "FINCA Azerbaijan"ın İcraçı Direktoru Timoti Tarrant .....                     “Baku Distribution”un təsisçisi şirkətdən çıxıb .....                     "Cəmil Həsənli kimi kətçi-küççülər, lümpenlər, pariyalar hələ də Anara bir büt kimi baxır" .....                     İctimai nəqliyyatda gedişhaqqı bir manata qalxacaq? .....                     Pezeşkiandan münaqişələrin həlli üçün təklif .....                     Missiyası başa çatan Fransa səfiri Azərbaycanı tərk edib .....                     FHN yüzlərlə ailəni fəlakətlə üzbəüz qoyub .....                     BU NƏDİ BELƏ: Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb .....                     “Onlar efirə oxumağa yox, bədən əzalarını göstərməyə çıxırlar” .....                     "Vətəndaşı it yerinə də qoyan yoxdur..." .....                     Pezeşkianla Paşinyanın söhbəti sərt keçib .....                     BU DA BİZİM ALİM: Cümşüd Nuriyevin ABSURD MƏNTİQİ... .....                     MİDA bu qəsəbədə yeni güzəştli mənzillərin inşasına başlayır .....                     "Bakıxanov Trikotaj" ASC səhmdarlarını .....                     Yerüstü nəqliyyatın BİTMƏYƏN DƏRDİ... .....                     Günün fotosu: .....                     "15 manatı açıq-aşkar OĞURLADILAR" .....                     AZƏRİQAZ gerçəkliyi: Savadı yoxdur... RƏİS TƏYİN EDİN! .....                     Tramp Ukrayna ilə bağlı sülh çalışmalarını dayandırmağı düşünür .....                     “Təbrik” şadlıq sarayı insanları necə zəhərləyir? .....                     Bakıda taksilər kəskin bahalaşdı .....                     Rusiyanı iflic etmə planı .....                     Si Cinpin ŞƏT İnkişaf Bankının yaradılmasını təklif edib .....                     "Biz aldandıq, siz aldanmayın" .....                     Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası başlayıb .....                     Üçüncü Dünya müharibəsi təhlükəsi? .....                     Bakıda evli kişi "xərçəng xəstəsiyəm" deyib sevgilisinə qarşı dələduzluq etdi .....                     NAXTEL LƏĞV OLUNUR .....                     Susuz qalan Türkiyə: böhran dərinləşir .....                     "İsrail dronları Azərbaycan sərhədindən keçib" .....                     Şanxay sammitində diqqətçəkən detal: bir ilk yaşandı .....                     "Putinin növbəti hədəfi Baltikyanı ölkələr yox, məhz Azərbaycandır" .....                     Çində gizli diplomatiya: Əliyev, Paşinyan və Ərdoğan ayaqüstü “üçlü” görüşdə .....                     KTMT Belarusda təlimlərə başladı .....                     "Gəldiyin ölkənin qayda-qanununa əməl etməlisən" .....                 

Vətən müharibəsində nələr gördük, nə göstərdilər? - GƏLİŞMƏ
Tarix: 8-12-2020, 08:17 | Çap et
Vətən müharibəsində nələr gördük, nə göstərdilər?
44 gün davam edən və qələbə ilə nəticələnən Vətən müharibəsi Azərbaycan jurnalistikası üçün də bir sınaq oldu. Döyüş bölgəsinə ezam olunmuş jurnalistlərin müharibəni işıqlandırması ilə bağlı fikirlər müxtəlifdir. Bəziləri hesab edirlər ki, müharibə barədə məlumatların operativ şəkildə çatdırılmasında problemlər yaşandı. Xüsusən də əlində xəbərləri operativ şəkildə çatdırma imkanı olan telekanallar qınanılır. Məlumatların gec çatdırılması, xarici ölkə jurnalistlərinin yerli media nümayəndələri ilə müqayisədə hadisələrə daha çevik reaksiya verdikləri bildirilir. Eyni zamanda, xəbərləri peşəkarlıq baxımdan təqdim edilməsində problemlərin olduğu qeyd edilir.

Amma əks fikir söyləyənlər də var. Onların fikrincə, əvvəlki dövrə nəzər saldıqda, dəyişikliklərin olduğunu görməmək mümkün deyil. Başda Azərbaycan Televiziyası (AzTV) olmaqla, İTV-nin, REAL TV-nin, “Xəzər TV”-nin və digərlərinin bölgə müxbirləri, döyüş bölgəsinə ezam olunan əməkdaşları Vətən müharibəsi zamanı cəmiyyəti məlumatlandırdı, canlı bağlantılar təşkil etdilər. Hər xəbər buraxılışında birbaşa hadisə yerindən mümkün ola biləcək kadrlar yayımladılar. Həmçinin, digər KİV nümayəndələri, elektron və yazılı media orqanlarında çalışan jurnalistlər bacardıqları qədər ölkəni məlumatla təmin edə bildilər.

Vətən müharibəsi zamanı qaynar nöqtələrdən xəbər çatdıran jurnalistlər də kəskin tənqidlərlə, “jurnalistlərimiz cəbhədən xəbər vermək baxımından “2” aldılar” ittihamları ilə razılaşmırlar. AYNA məsələyə aydınlıq gətirməyə çalışıb.

İkinci Qarabağ müharibəsi dövründə cəbhədə fəaliyyət göstərən AzTV-nin əməkdaşı, hərbi jurnalist Anar Şuşalının fikrincə, ümumi fikir səsləndirərək, jurnalistlərimizin cəbhə bölgəsində işləyə bilmədiyi haqqında fikilər düzgün deyil: “Bəzi tənqidlərdə müəyyən həqiqətlər var. O mənada ki, təcrübəsiz jurnalistlər var idi. Barıt qoxusu duymayan, hərbi xidmətdə olmamış, əlinə bircə dəfə də avtomat almamış jurnalistlər var idi. Təbii ki, onların pis niyyəti yox idi, sadəcə xəbər çatdırmaq istəyirdilər. Hamımızın bir amalı var idi - düşmənin törətdiyi təxribatları, müharibə cinayətlərini, sivil insanlara vurduğu ziyanları vətəndaşlara və dünyaya çatdırmaq. Eyni zamanda, qüdrətli Azərbaycan Ordusunun uğurlu əks-hücumunu, ərazilərin işğaldan azad olunmasını xəbər vermək hər kəsin istəyi idi. Xalqın nümayəndəsi olaraq, vətəndaş olaraq cəbhə xəttindəki jurnalistlər də bir yumruq kimi birləşdilər. Jurnalistlər arasında informasiyanın çatdırılmasında fikir ayrılığı yaşanmadı. Amma, əlbəttə, yenə də deyirəm, 2-3 nəfər qeyri-peşəkarlıq nümayiş etdirə bilərdi. Bunu da istədiyindən yox, bilmədiyindən edirdi”.

“Azərbaycan jurnalistikası Vətən müharibəsində özünü yaxşı tərəfdən göstərdi, operativ işləmək bacarığını ortaya qoya bildi. Bilirsiniz, mən şəxsən xaricdə baş verən müharibələrdə, qaynar nöqtələrdə işləmişəm. Hərbi jurnalistika ilə bağlı kurslar keçmişəm. Müharibə bölgəsindən informasiyanı necə çatdırmaq lazımdır, bilirəm. Qarabağ müharibəsi nə Suriyada, nə Əfqanıstanda, nə də digər ölkələrdə baş verdi. Bu, bizim ölkəmizdə yaşanırdı. Bizim çəkiliş rakursları elə seçilməli idi ki, düşmənə hansısa hədəfi verməyək”, - jurnalist bildirib.

O, İkinci Qarabağ müharibəsində xarici ölkələrin jurnalistlərinin də cəbhə bölgəsində fəaliyyət göstərdiklərini xatırladıb: “Təəssüflər olsun ki, həmin jurnalistlər yanlışlıqlara yol verirdilər. O mənada ki, çəkiliş rakurslarına fikir vermirdilər, nəticədə düşmən yer müəyyənləşdirə bilirdi. Müşahidə etdim ki, onlar nə vaxt hansı yerdən canlı bağlantı edirdilər, 5-10 dəqiqədən sonra düşmən həmin istiqaməti atəşə tuturdu. Biz onlara iradlar tutduq, sağ olsunlar, əksəriyyəti anlayış göstərdi. Mən anlayıram, onlar xarici ölkədə baş verən müharibəni işıqlandırırdılar, onlar üçün milli müharibə deyildi. Amma müharibə bizim ölkəmizdə gedirdi, biz jurnalist kimi xəbər çatdırmaqla yanaşı, həm də bir vətəndaşıq. Məlumatları elə çatdırmalıyıq ki, dövlətimiz üçün zərərli nəticələrə gətirib çıxarmasın. Biz hər şeyi çəkib göstərə bilməzdik”.

“Bəziləri elə bilir ki, hərbi əməliyyatların getdiyi nöqtədəyiksə, onu çəkib tez efirə verməliyik. Bu, düzgün yanaşma deyil. Axı, həmin yerlərdə bizim texnikalarımız dayanır, əsgərimiz dayanır, ordumuzun taktikası var. Bunların hamısı məxfilik baxımından önəm daşıyan məsələlərdir. Hesab edirəm ki, hansı informasiya lazım idisə, bacardığımız qədər onu ictimaiyyətə çatdırdıq. Kifayət qədər peşəkar və operativ şəkildə Vətən müharibəsini insanlara göstərə bildik. Özümüzü tərifləmək kimi çıxmasın, amma AzTV olaraq cəmiyyətə dolğun, peşəkar formada informasiyanı çatdırdı. Bunu hər kəs gördü”, - deyə Şuşalı sonda vurğulayıb.

REAL TV-nin cəbhə bölgəsinə ezam etdiyi əməkdaşı, jurnalist Mahir Məmmədli isə qeyd edib ki, Azərbaycanda müharibə jurnalistikası başqa ölkələrə nisbətən çox inkişaf etməyib: “1994-cü ildə atəşkəs elan olunduqdan sonra, Aprel döyüşlərini istisna etməklə, hərbi əməliyyatları işıqlandırmağa çox az getmişik. Təbii ki, bizdə müharibə jurnalistikası inkişaf eləməmişdi. Buna baxmayaraq, son hadisələrdə şahidi oldum ki, digər televiziya kanallarından olan həmkarlarım, sayt əməkdaşları tam hadisələrin məkəzində idilər və heç nədən qorxmurdular. Ermənistan müharibə cinayətləri törədən bir terror dövlətidir. Bu cinayətkarın atəş açdığı yerə insanlar yığışdıqdan sonra, yenidən atəş açması istisna deyildi. Buna baxmayaraq, bizim jurnalistlər hadisə baş verən andan hadisə yerində işləməyə çalışırdılar. Təbii ki, bu hadisələr bizim jurnalistlərimiz üçün həm də təcrübə oldu”.

“Müharibə ilk başlayan vaxtlarda belə problemlər olurdu. Tutaq ki, partlayış baş verirdi və həmin əraziyə gələn jurnalistlərin bir çoxu təhlükəsizlik jiletindən, kaskadan istifadə etmirdi. Bir müddət keçdikdən sonra isə jurnalistlər də başa düşdülər ki, onlar özlərinin təhlükəsizliyini də qorumalıdırlar. Ermənistan üçün atəşə tutduğu ərazidə qadın, uşaq, qocanın yaşamasının fərqi yoxdur, onun üçün jurnalist də hədəfdir. Biz gördük ki, Tapqaraqoyunluda ermənilər jurnalistlərin avtomobilini necə atəşə tutdular. Yəni bunlar üçün heç bir dəyər, əxlaq yoxdur. Ermənistanın apardığı bu müharibədə heç bir əxlaq normaları yoxdur. Ona görə də jurnalist özü-özünü qorumalıdır. Həm də dolğun informasiya çatdırılmalıdırlar. Hesab edirəm ki, bunun öhdəsindən gəlindi”, - deyə Məmmədli söyləyib.

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədlinin sözlərinə görə, televiziyaların, saytların, qəzetlərin jurnalistləri cəbhədən birbaşa reportajlar, publisistik yazılar hazırladılar, cəmiyyətə məlumat ötürdülər: “Ordumuz böyük şücaət göstərdi, torpaqlarımızı işğaldan azad etdi. Ordumuzun hünəri informasiya cəbhəsində layiqincə tamamlandı. Düşünürəm ki, jurnalistlərimiz vahid psixoloji xarakter ortaya qoydular”.

“Məsələn, televiziyaların hər birinin fərqli psixoloji xarakteri var. Biri musiqi, digəri idman, bir başqası mədəniyyət və s. ilə məşğuldur. Lakin müharibə dönəmində onların hamısı Qarabağ savaşı mövzusunu əsas götürdü və bu istiqamətdə işlədi. Xüsusilə, telekanalların jurnalistləri ən ağır yerlərdə əsgərlərimizin yanında oldular. Telekanalların reportyorları Gəncəyə, Tərtərə atılan bombanın, Ağcabədiyə, Ağdama atılan raketlərin altında oldular. Bu şərtlər altında da bizə lazımi informasiyanı ötürdülər. Həm də, informasiyaları peşəkar şəkildə çatdıra bildilər. Məsələn, AzTV, İTV və digər telekanallar hər xəbər buraxılışlarında cəbhənin bir neçə istiqamətindən efirə canlı bağlantılar təşkil edirdilər, hadisə yerindən görüntülər təqdim edilirdi. Eləcə də, informasiya portalları, sizin saytınız da daxil olmaqla, mütəmadi olaraq məlumatları çatdırdılar. Qəzetlər analitik materiallar, şərhlər təqdim etdilər”, - ekspert vurğulayıb.

Məmmədli ümumilikdə hesab edir ki, cəbhə bölgəsinə ezam olunmuş jurnalistlərimiz üzərilərinə düşən işin öhdəsindən laiqincə gələ bildilər: “Şəxsən bir müəllim kimi, vətənpərvərliyə, peşəkarlığa və döyüşkənliyə görə mən jurnalistlərimizin fəaliyyətindən çox razıyam. Azərbaycan mediası Vətən müharibəsi zamanı yüksək peşəkarlıq və vətənpərvərlik sərgilədi”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həbsdəki hakimə yenidən cinayət işi açıldı - BU DƏFƏ...
Bu gün, 10:28
Kürəkənini ilə mübahisə edən qayınata onu döydü - TƏFƏRRÜAT
Bu gün, 10:20
Onlar bu gündən iş başında olacaqlar
Bu gün, 10:17
Durov səkkiz aya 4 milyard dollardan çox qazandı - “Blumberq”
Bu gün, 10:13
DSMF avtomobil parkını yeniləyir - 1 milyon ayrılacaq
Bu gün, 10:05
"FINCA Azerbaijan"ın İcraçı Direktoru Timoti Tarrant 12 illik CEO fəaliyyətini başa çatdırır
Bu gün, 10:03
“Baku Distribution”un təsisçisi şirkətdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 10:02
"Cəmil Həsənli kimi kətçi-küççülər, lümpenlər, pariyalar hələ də Anara bir büt kimi baxır" - REPLİKA
Bu gün, 09:59
İctimai nəqliyyatda gedişhaqqı bir manata qalxacaq? -Ekspertlər AÇIQLADI
Bu gün, 09:54
Pezeşkiandan münaqişələrin həlli üçün təklif - KİV
Bu gün, 09:50
Missiyası başa çatan Fransa səfiri Azərbaycanı tərk edib
Bu gün, 09:48
FHN yüzlərlə ailəni fəlakətlə üzbəüz qoyub - 16 mərtəbəli binada böyük cinayət
Bu gün, 09:43
BU NƏDİ BELƏ: Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə
Bu gün, 09:33
“Onlar efirə oxumağa yox, bədən əzalarını göstərməyə çıxırlar” - Təvəkkül Səlimov
Bu gün, 09:29
"Vətəndaşı it yerinə də qoyan yoxdur..." - ETİRAZ!
Bu gün, 09:24
Pezeşkianla Paşinyanın söhbəti sərt keçib – “İran lideri deyib ki…”
Bu gün, 09:10
BU DA BİZİM ALİM: Cümşüd Nuriyevin ABSURD MƏNTİQİ... - Rusiyanı müdafiə etməyə elə söz tapdı ki...
Bu gün, 09:05
MİDA bu qəsəbədə yeni güzəştli mənzillərin inşasına başlayır - TƏFƏRRÜAT
Bu gün, 08:59
"Bakıxanov Trikotaj" ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 08:58
Yerüstü nəqliyyatın BİTMƏYƏN DƏRDİ... - AXI NİYƏ?
Bu gün, 08:49
Günün fotosu: - BİZDƏN YOXDUR...
Bu gün, 08:46
"15 manatı açıq-aşkar OĞURLADILAR" - ETİRAZ
Bu gün, 08:35
AZƏRİQAZ gerçəkliyi: Savadı yoxdur... RƏİS TƏYİN EDİN! - BU NƏDİ BELƏ?
Bu gün, 08:25
Tramp Ukrayna ilə bağlı sülh çalışmalarını dayandırmağı düşünür - Axios
Bu gün, 08:17
“Təbrik” şadlıq sarayı insanları necə zəhərləyir? - VİDEO
Bu gün, 08:11
Bakıda taksilər kəskin bahalaşdı – Yeni qiymətlər
Bu gün, 07:04
Rusiyanı iflic etmə planı - Zelenski anonsunu verdi
Bu gün, 07:01
Si Cinpin ŞƏT İnkişaf Bankının yaradılmasını təklif edib
Bu gün, 06:58
"Biz aldandıq, siz aldanmayın" - NARAZILIQ VAR...
Bu gün, 06:54
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası başlayıb
Bu gün, 06:44
Üçüncü Dünya müharibəsi təhlükəsi? – Yaxın 5 ildə 5 böyük münaqişə...
Bu gün, 06:40
Bakıda evli kişi "xərçəng xəstəsiyəm" deyib sevgilisinə qarşı dələduzluq etdi - TƏFƏRRÜAT
Bu gün, 06:23
NAXTEL LƏĞV OLUNUR - DİQQƏT
Bu gün, 02:00
Susuz qalan Türkiyə: böhran dərinləşir - AKTUAL
Bu gün, 00:46
"İsrail dronları Azərbaycan sərhədindən keçib" - YALANÇI TEHRAN
Bu gün, 00:43
Şanxay sammitində diqqətçəkən detal: bir ilk yaşandı – 2019-da nə deyilmişdi?
Dünən, 23:15
"Putinin növbəti hədəfi Baltikyanı ölkələr yox, məhz Azərbaycandır" - Ölkəmiz yenə təhdid olundu
Dünən, 23:12
Çində gizli diplomatiya: Əliyev, Paşinyan və Ərdoğan ayaqüstü “üçlü” görüşdə – yeni format doğulurmu?
Dünən, 23:10
KTMT Belarusda təlimlərə başladı
Dünən, 15:04
"Gəldiyin ölkənin qayda-qanununa əməl etməlisən" - Nadir Qafarzadə ruslara HAQQ QAZANDIRDI
Dünən, 14:29
ƏMƏLİ SALEH OLMAYAN SALEH MƏMMƏDOV: Çəkdiyi yol 10 ay da dözmür... - Prezidenti də ALDADIR?
Dünən, 14:17
"İrəvan bu istiqamətdə hərəkətə keçə bilər" - AKTUAL
Dünən, 14:05
Rus ordusu bu şəhərə daxil oldu - Puşilin
Dünən, 14:03
"Bu şirkətlə uzun müddətdir problem yaşayıram..." - GİLEY
Dünən, 14:00
Zaur Mikayılov BƏS NECƏ..: CƏZALANACAQMI? - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:40
Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı əvvəldən də qərar verə bilərdi... - deməli, MƏCBUR OLUB...
Dünən, 13:27
İLLƏRİN ADİL VƏLİYEVİ: Hələ də vəzifədə... hələ də istədiyini edir... - ÖZBAŞINA QALIBLAR...
Dünən, 13:24
"Bu gün biz bir blogger xanımla birlikdə prokurorluğa müraciət etdik" - QALMAQAL
Dünən, 13:20
Pekin Moskva və Tehrandan fərqli olaraq … - FAKT
Dünən, 13:07
Daha iki ölkə hərəkətə keçir: sərhəddə qırıcılar, raketlər… – Rusiya üçün yeni kabus
Dünən, 13:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru