İran Prezidentinin karikaturasını çəkən rəssam barəsində cinayət işi başlanıb .....                     Bağça müdiri 2300 manat rüşvət aldı .....                     "Moskva İrana arxalanır" .....                     Rusiyanı qarışdıran qərar: mühüm sənəd imzalandı .....                     Rusiya daim çalışıb ki, yalnız məxfi casus şəbəkəsi ilə kifayətlənməsin .....                     "Aqrarkredit" BOKT-a sözçü təyin olunub .....                     Universitetlərin ilkin adlarını saxlamaq lazım idi .....                     Borcu var, amma yarım milyona yaxın məbləği olan tenderdə qalibdir .....                     Allahverdi Yolçuyev yenə corab satacaq? .....                     Sabiq erməni nazirdən Zəngəzur dəhlizi ilə bağlı .....                     3 ildən bir forma dəyişməsi: .....                     Sülhü “baltalayan” əllər: .....                     İranda mühüm iclas: Azərbaycanla münasibətlər... .....                     Fransanın “qətnamə oyunu”: .....                     Hesablama Palatası ən çox təkrarlanan maliyyə pozuntularını açıqlayıb .....                     Bakıda ağlasığmaz RESTORAN HESABI... .....                     Dövlət qurumu 2 maşın aldı, bu şirkətə 100 mindən çox pul ödədi .....                     MİDA-nın mənfəəti 3 dəfə azalıb .....                     UNICEF-in nümayəndəsinin Azərbaycandakı diplomatik missiyası başa çatıb .....                     Prezidentin keçmiş köməkçisi RUSİYA CASUSU İMİŞ... .....                     Prokuror etiraz etdi, iş geri qaytarıldı .....                     Tarixi pisliyə imza atanların yeni məkri .....                     SOCAR-ın işçisinin imzası saxtalaşdırlılıb? .....                     Ağ rəng qara ləkə götürməz.. .....                     İsrailin yeni səfiri bu gün Bakıya gələcək .....                     Həmkarlar İttifaqının “onlayn fırıldağı": Görün insanları necə aldadırlar .....                     Rusiyada hamımızı əzirlər: Amma Oqtay Əsədov QAZ VURUB QAZAN DOLDURUR .....                     Fərqanə və Nigar qalmaqalına Xatirə də qoşuldu .....                     İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının səbəbi: .....                     Kremlin səssizliyinin pərdəarxası .....                     Məhkəmə Fikrət Cəfərli barəsində qərar verib .....                     Azərbaycanda iyulun 30-da 41 dərəcə isti gözlənilir .....                     "Bu, sadəcə alçaqlıq deyil, xəyanətdir" .....                     Xəqani Abasov Hacıqabul rayon Mərkəzi Xəstəxanasına DİREKTOR təyin edildi .....                     “Abır-həya yoxdur, çox müsibət vəziyyətdədir” .....                     Fermerlərin AQTA KABUSU... .....                     Gəncədə ŞÜBHƏLİ TENDER-MENDER... .....                     Jurnalistə ağır itki üz verib .....                     İsrafetmədə təqsirləndirilən məktəb direktoru cinayət məsuliyyətindən azad edilib .....                     Paşinyan hücuma hazırlaşır: .....                 

“Laçının alınma xəbərini eşitsə, atamın sevincdən səsi bata bilərdi”
Tarix: 2-12-2020, 11:35 | Çap et
“Laçının alınma xəbərini eşitsə, atamın sevincdən səsi bata bilərdi”
Mərhum sənətkar, Azərbaycanın əməkdar artisti, “Laçın” instrumental ansamblının rəhbəri Məhəbbət Kazımovun bu günlərdə ruhu şaddır. Onun doğulub boya-başa çatdığı Laçın rayonu artıq işğal altında deyil.

Sənətkarın vətənə, torpağa olan sevgisi daim göz önündə idi. Qəlbi hər zaman vətən həsrəti ilə döyünürdü. Doğulduğu torpaq onun yaralı və həssas nöqtəsi idi. Mərhum müğənninin bizə qoyub getdiyi ifaları daim dinləyiciləri tərəfindən sevilir. Sənətkar ifalarında vətənin hər qarışına sevgi ilə yanaşır, bunu yanğı ilə göstərirdi. Ömrünün son günlərinə qədər vətən nisgili ilə yaşadı. Vəfat edənə qədər “Laçın” instrumental ansamblının rəhbəri oldu. “Laçınım" mahnısı sənətkarın şah əsərlərindən biri kimi bu gün də sevilir.

Məhəbbət Kazımov sağ olsaydı, həsrətin çəkdiyi ata-baba yurdunun, ümumiyyətlə, Qarabağın işğaldan azad olunmasını eşidəndə hansı hissləri keçirərdi?

Oğlu Rəşid Kazımov Modern.az-a atasının Laçınla bağlı xatirələrindən danışıb. Onunla söhbəti təqdim edirik:

- Rəşid bəy, Laçının işğaldan azad olunması xəbərini eşidəndə hansı hissləri keçirdiniz?

- Üçtərəfli bəyanatla bağlı xəbərləri eşitdiyim gündən sevincliyəm. Çünki artıq məlum idi ki, dekabrın 1-i Laçın düşmən tapdağından azad olunur. Buna görə də biz qələbəmizi qeyd edirdik. Noyabrın 10-u sevincimizin həddi-hüdudu yox idi. Həmin gecə şəhərin küçələrinə axışıb, qələbəmizi qeyd etdik. Bu günlərdə hamı qarabağlıdır. Bütün xalqımız Qarabağın qayıtmasına sevinir. Bizim sevincimiz isə ikiqatdır, daha qabarıqdır. Ona görə ki, biz özümüz qarabağlıyıq. Biz Laçına öz dədə-baba yurdumuza qayıdacağıq. Əvvələr kimlərsə, rayona getdiklərini söyləyəndə, biz köks ötürürdük, rayonumuz düşmən tapdağında idi. Biz 28 il "rayona gedirik" deyə bilmədik, bu hissi yaşamadıq. Biz öz rayonumuza heç vaxt gedə bilmirdik. Biz öz rayonumuzu -Laçını arzulaya bilmirdik, kəndimizə - Çormana gedə bilmirdik.. İndi artıq elə deyil. İnşallah öz dədə-baba yurdumuza qayıdacağıq. Sevincimiz ən çox bununla bağlıdır ki, torpaqlarımız düşmən tapdağından xilas oldu.

- Laçının işğaldan azad olunması xəbərini necə öyrəndiniz?

- Mən özüm də xəbərləri izləyirdim. Bütün Azərbaycan Ali Baş Komandanın qələbə xəbərini səbrsizliklə gözləyirdi. Həmin gün Ali Baş Komandan xalqa müraciət edəcəkdi. Biz də bilirdik ki, qələbə xəbəri olacaq. Dünən xəbəri özümüz televiziyadan aldıq və sevincimiz çox böyük oldu.

- Atanız Laçının işğaldan azad olunduğunu eşitsəydi, hansı hissləri keçirərdi?

- Laçına qayıtmaq onun ən böyük arzusu idi... Onu deyə bilərəm ki, sevincinin həddi-hüdudu olmazdı. Laçınla bağlı arzuları çox idi. Öz torpağına, evinə qayıtmaq, orada yaşamaq istəyirdi. Ona bir dəfə sual vermişdilər ki, Laçın və Qarabağın alınma xəbərini eşitsə, hansı hissləri keçirər? - O demişdi ki, sevincdən hətta səsi də bata bilər... Lakin Laçını görmək qismət olmadı. İnşallah, biz görəcəyik. Bütün azərbaycanlılar görəcək.

- Laçına getmək haqda planlarınız nədir?

- Mən Laçında olmamışam. 1994-cü il Bakıda anadan olmuşam. Lakin oranı görməsək də, sosial şəbəkələrdə şəkillərini, videolarını izləmişəm. Görməsəm belə hər zaman Laçını arzulamışam. İçimdə təəssüf hissi var idi ki, kaş oraları görərdim. Orada yaşamaq da istəyərdim.

- Laçına gedərkən ilk hara baş çəkmək istəyərsiniz?

- Öz kəndimizə - Çormana, dədə-baba yurdumuza gedib, oraları görmək istəyirəm. Öz rayonumuzu gəzib bitirəndən sonra azad olunmuş digər bölgələrimizi də dolaşmaq arzumdur.

- Laçındakı baba eviniz barədə hansı məlumatınız var, dağıdılmayıb ki?

- Atam evin sonbeşiyi olub. Yaşlı ailə üzvlərinin də əksəriyyəti rəhmətə gedib. Kəndimizi, evimizin yerini tapmışam. Əksər gediş-gəliş yerlərini tanıyıram. Çünki onları daim boş vaxtlarımda internet üzərindən izləmişəm, axtarmışam. Gedib dədə-baba yurdumuzu görmək çox yaxşı. Bizim dədəmiz, babamız, böyüklərimiz orada böyüyüb, boya-başa çatıb. Oranın suyunu içiblər. Oraları görmək, gəzmək inşallah bizə də qismət olar.

- Laçında Məhəbbət Kazımovun xatirəsini necə əbədiləşdirmək istərdiniz?

- Bu gələcəyin işidir. Abidəsinin ucaldılmasını istəyərəm. Atasının xatirəsinin əbədiləşdirilməsini kim istəməz ki?! Bu mənim üçün ən böyük xoşbəxtlik olar. Laçına qayıdışdan sonra ora ilə bağlı planlar hazırlanarkən bunu bilmək olar.

- Atanızın Laçınla bağlı təəssüratlarını xatırlayırsınızmı?

- Atamın Laçınla bağlı o qədər xatirələri var idi ki... Danışmaqla bitməz. Onu deyə bilərəm ki, daim qəlbində vətən, torpaq nisgili olub. O Laçın deyə-deyə dünyadan köçdü...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran Prezidentinin karikaturasını çəkən rəssam barəsində cinayət işi başlanıb - İRNA
Bu gün, 17:07
Bağça müdiri 2300 manat rüşvət aldı - Məhkəmə HÖKM OXUDU
Bu gün, 17:05
"Moskva İrana arxalanır" - Yermak
Bu gün, 17:00
Rusiyanı qarışdıran qərar: mühüm sənəd imzalandı – Bu ölkələr birləşir
Bu gün, 16:58
Rusiya daim çalışıb ki, yalnız məxfi casus şəbəkəsi ilə kifayətlənməsin - İlham İsmayıl
Bu gün, 16:45
"Aqrarkredit" BOKT-a sözçü təyin olunub - DOSYE
Bu gün, 16:43
Universitetlərin ilkin adlarını saxlamaq lazım idi - Firudin Cəlilov
Bu gün, 16:40
Borcu var, amma yarım milyona yaxın məbləği olan tenderdə qalibdir - DETALLAR
Bu gün, 16:37
Allahverdi Yolçuyev yenə corab satacaq? - “Elə sevinmişdim, elə bildim ki, həll olunub, amma...”
Bu gün, 16:28
Sabiq erməni nazirdən Zəngəzur dəhlizi ilə bağlı SƏRSƏM İDDİA
Bu gün, 16:24
3 ildən bir forma dəyişməsi: - Zərurət, yoxsa gəlir mənbəyi?
Bu gün, 16:22
Sülhü “baltalayan” əllər: - Biri Fransada, digəri ABŞ-də
Bu gün, 16:19
İranda mühüm iclas: Azərbaycanla münasibətlər...
Bu gün, 16:03
Fransanın “qətnamə oyunu”: - Erməni diasporası korrupsiyaya bulaşmış siyasətçiləri yönləndirir
Bu gün, 16:01
Hesablama Palatası ən çox təkrarlanan maliyyə pozuntularını açıqlayıb
Bu gün, 15:56
Bakıda ağlasığmaz RESTORAN HESABI... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 15:53
Dövlət qurumu 2 maşın aldı, bu şirkətə 100 mindən çox pul ödədi - DETALLAR
Bu gün, 15:44
MİDA-nın mənfəəti 3 dəfə azalıb - TƏFƏRRÜAT
Bu gün, 15:38
UNICEF-in nümayəndəsinin Azərbaycandakı diplomatik missiyası başa çatıb
Bu gün, 15:35
Prezidentin keçmiş köməkçisi RUSİYA CASUSU İMİŞ... - ÖZÜ NƏ DEYİR...
Bu gün, 15:33
Prokuror etiraz etdi, iş geri qaytarıldı - Müstəntiq və vəkil həbsxanaya getməyibmiş
Bu gün, 15:19
Tarixi pisliyə imza atanların yeni məkri – Tehran və Moskva bizdən nə istəyir?
Bu gün, 15:12
SOCAR-ın işçisinin imzası saxtalaşdırlılıb? - Rəhman Pənahlı Baş prokurora üz tutub (SƏNƏDLƏR)
Bu gün, 14:59
Ağ rəng qara ləkə götürməz.. - REAKSİYA
Bu gün, 14:13
İsrailin yeni səfiri bu gün Bakıya gələcək
Bu gün, 13:39
Həmkarlar İttifaqının “onlayn fırıldağı": Görün insanları necə aldadırlar - FOTO
Bu gün, 13:37
Rusiyada hamımızı əzirlər: Amma Oqtay Əsədov QAZ VURUB QAZAN DOLDURUR - BU DA FAKT!
Bu gün, 13:30
Fərqanə və Nigar qalmaqalına Xatirə də qoşuldu - FOTO
Bu gün, 13:18
İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının səbəbi: - Yalnız bir istəyi var
Bu gün, 13:13
Kremlin səssizliyinin pərdəarxası – Putinin Bakı ilə bağlı fikirləri ifşa edildi
Bu gün, 13:07
Məhkəmə Fikrət Cəfərli barəsində qərar verib - 4 aylıq həbs...
Bu gün, 13:05
Azərbaycanda iyulun 30-da 41 dərəcə isti gözlənilir - belə deyirlər...
Bu gün, 13:02
"Bu, sadəcə alçaqlıq deyil, xəyanətdir" - Solovyov yenə nifrət püskürdü
Bu gün, 12:40
Xəqani Abasov Hacıqabul rayon Mərkəzi Xəstəxanasına DİREKTOR təyin edildi - FOTO
Bu gün, 12:19
“Abır-həya yoxdur, çox müsibət vəziyyətdədir” - tanınmış diktor
Bu gün, 12:16
Fermerlərin AQTA KABUSU... - Putin kimdir ki...
Bu gün, 12:09
Gəncədə ŞÜBHƏLİ TENDER-MENDER... - Tikinti şirkəti zibil də daşıyacaq... təki büdcə puluna "qonsun"...
Bu gün, 12:05
Jurnalistə ağır itki üz verib
Bu gün, 12:00
İsrafetmədə təqsirləndirilən məktəb direktoru cinayət məsuliyyətindən azad edilib
Bu gün, 11:56
Paşinyan hücuma hazırlaşır: - Sürprizlər olacaq
Bu gün, 11:54
Aşıq Fəzail TƏNQİD ETDİ: - “Populyarlıq sənətkarlıq deyil”
Bu gün, 11:50
Putinin enerji mühasirəsi dağıldı: - Bakı Kiyevə təkcə qaz yox, mesaj da verir
Bu gün, 11:43
Ordubad rayonu üçün zibildaşıyanlar alınır – 900 min xərclənəcək
Bu gün, 11:35
İki od arasında – Deputatın 13 il əvvəl dediyi söz hələ də aktualdır
Bu gün, 11:33
Cənubi Qafqazda geosiyasi oyun qaydaları dəyişir - İNCƏLƏMƏ
Bu gün, 11:28
Bu xəstəxanaya yeni direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 11:26
Masallıda pomidor sahələrdə qalıb - Fermerlər məhsulu sata bilmirlər
Bu gün, 11:23
Ruslar azərbaycanlı iş adamının obyektini VİRAN QOYDU - FOTO
Bu gün, 11:18
MİDA-nın mənfəəti üç dəfə azalıb
Bu gün, 11:15
“Azconstruction” 46 milyon manatlıq dövlət sifarişi qazandı - TƏFƏRRÜAT
Bu gün, 11:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru