Kreml izi ilə “Sea Breeze”ə hücum: Özbəkistanda Emin Ağalarov niyə hədəfə alınır .....                     Kreml Azərbaycan qazının yolunu raketlə kəsir .....                     Vaşinqton görüşü: Hansı razılaşma olacaq? .....                     İrandan gecikmiş Zəngəzur təklifi .....                     Yeni separatçı ocaq yaradılır .....                     Şəmkirdə QƏTLİAM KİMİ QƏZA: 7 nəfər ölüb, yaralananlar var .....                     Trampın təsdiq etdiyi tariflər qüvvəyə minib .....                     Vaşinqtonda memorandum imzalanacaq? .....                     Dələduzlar İŞ BAŞINDA: Kreditdə olan telefonu satışa çıxarırlar... .....                     Dollar bu halda bahalaşacaq .....                     FHN Akademiyasının tenderi ləğv edildi .....                     Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qərar .....                     Binəqədidə sürətli tikinti .....                     AAAF Parkda total təftiş QƏRARI .....                     "ATƏT-in Minsk qrupunun buraxılması sülh müqaviləsi ilə eyni gündə baş verəcək" .....                     Kremlin əlində yeni alət: Qarabağ ermənilərindən Bakıya və İrəvana qarşı istifadə edəcək... .....                     "Qoyulan qiymətlər peşə məktəbinə yönələn insanların cibinə adekvat deyil" .....                     Masazırda vətəndaşlar buna etiraz edir .....                     ABŞ Cənubi Qafqazda sülhün əsas oyunçusuna çevrilir .....                     "Trampın görüşlərində gözlənilməzlik faktoru böyükdür" .....                     Vaşinqtona NƏ İLƏ gedirik... .....                     Özü bir ordu olan general... .....                     "Bu müddət ərzində heç bir vəkilim olmadan, hüquqlarımı özüm müdafiə etdim" .....                     Hərbi Prokurorluqda yeni idarə yaradıldı: Rəis təyin edildi .....                     Cahangir Əsgərov Azərbaycanı tərk edib: Bankda görün nə qədər pulu varmış… .....                     Rubio Tramp-Putin görüşünün şərtlərini açıqlayıb .....                     Moskvanı narahat edən Bakı gedişi .....                     Ermənistandan sürpriz Zəngəzur mesajı: .....                     Atasının qətlini sifariş verən Fərəc Fərəcova hökm oxundu .....                     "Bəzən gülümsəmək, hər şeyi dəyişdirmək üçün kifayətdir" .....                     Qadın kassirlər fəhlə kimi işlədilir .....                     Məhkəmə Vətən müharibəsi qazisinə bu cəzanı verdi .....                     Sülh prosesində İran və Rusiya FAKTORU: .....                     Telekommunikasiya şəbəkələrinə qoşulmaqla bağlı tariflər müəyyənləşib .....                     "Mənə mövcud olmayan borcun və dayanmadan balansımdan silinən pulun hesabatını verməlisiniz" .....                     Rus bölmələrinin bağlanması artıq şərt oldu: Rusiya dərs vəsaiti də vermir .....                     Rusiyanın İÇİNDƏ SIXILAN AZƏRBAYCAN QAZI... .....                     Azərbaycanda kişi istidən öldü .....                     Bu artıq sıradan müharibə deyil .....                     İcra başçısı bir məmuru işdən çıxardı, üçünün vəzifəsini dəyişdi .....                 

"Yenə qismən döyüş ruhunu təbliğ edən bir ANS telekanalı var idi..." - Qulu Məhərrəmli
Tarix: 23-10-2020, 11:05 | Çap et
"Yenə qismən döyüş ruhunu təbliğ edən bir ANS telekanalı var idi..."
Tanınmış telejurnalist, professor Qulu Məhərrəmli Modern.az-a informasiya müharibəsi dövründə mətbuatın rolu, müxtəlif sahələrin fəaliyyəti və Qarabağ müharibəsinin siyasi əsasları haqqında danışıb. Onunla müsahibəni təqdim edirik:

- Qulu müəllim, indi hər yerdə danışılan bir mövzu var - Qarabağ. 30 il içimizdə yığılıb qalan vətənpərvərliyimiz, həmrəyliyimiz, torpaq sevgimiz, ruh yüksəkliyimiz möhtəşəm bir dövrünü yaşayır. Biz sanki belə qələbələr qazana biləcəyimizə hələ də inanmırıq...

- Tarixin elə dönəmləri olur ki, millət sınaq qarşısında qalır. Uzun illərin susqunluğu, bizə edilən həqarətlər... Bəzən biz özümüzü də tənqid etdik, Mirzə Ələkbər Sabirdən sitatlar gətirdik. İndi elə məqamdır ki, bir qığılcımla xalqımız özünü yenidən göstərə bilir. Bu baş verənlər uzun illərdir, millətimizin içərisində yığılıb, qalmış enerjisinin birdən-birə bu şəkil almasıdır. Əvvəla, illərdir ki, ordumuz formalaşdırılır. Bu illər ərzində hakimiyyətimiz fəaliyyətsizlikdə tənqid olunurdu. Ordunun problemləri barədə də yazılırdı. Şübhəsiz ki, bu əks-təbliğatın içərisində kənardan məqsədli şəkildə ötürülən mesajlar da var idi. Milli əksiklik kompleksi yaratmağa çalışırdılar. 2016-cı ilin aprel ayında baş verən hadisələr, bütün itkilərə baxmayaraq, son illərdə Azərbaycan ordusunun ilk hücum əməliyyatı idi. Qarşıya qoyulan məqsəd yerinə yetirildi. Cəmiyyətimizə ruh yüksəkliyi aşılandı, xalqımız “niyə o zamanlar əməliyyatlar genişləndirilmədi” deyə sorğuladı. Yalnız Lələtəpə yüksəkliyinin və bir neçə məntəqənin azad edilməsi ilə sonlandırıldı. Lakin bu il Tovuz cəbhəsində baş verən hadisələr, iyulun 14-də təşkilatsız formada insanların mitinq keçirməsi indiki hadisələrin əks-sədası idi. İnsanların oyanmış ruhu püskürdü. Hər kəs orduya getmək üçün can atırdı. Ona görə də mən hesab edirəm ki, oradakı əhval-ruhiyyə bu gün baş verənlərin əsasını qoydu. Bu zamana qədər xalqda olan inamsızlığı xüsusi olaraq təlqin edirdilər. Bizim 20-ci əsrdə Cümhuriyyət qurularkən verdiyimiz mübarizəni, hərbi əməliyyatları heç kim unutmamalıdır. Bu tək hərbi salnamələrdə qalmır, ruh ilə nəsildən-nəsilə keçir.

- Sizin Azərbaycan xalqının mübarizə əzmini özündə əks etdirən filminiz də var...

- Bəli, dostlarla bir film çəkdik. Mövzusu Qırmızı Ordu Azərbaycana hücum edərkən onların qarşısına çıxan 350 nəfərlik alayın hekayəsidir. Təsəvvür edib, onlar bilirdilər ki, məğlub olacaqlar, 72 minlik bir ordunun qarşısında 350 nəfərin qalib gəlməsi qeyri-mümkündür. Amma vəzifə vətənin sərhədlərini qorumaqdır. Alay məhv olur, amma iki saat döyüş aparılır. Onlar Azərbaycanın müstəqilliyinin ömrünü iki saat daha uzadırlar. Bu, tarix yazmaqdır. Cümhuriyyət dövrünün özündə belə, məsələn, erməni üsyanı, Muğanda və Qarabağda baş verən üsyanlar və s. Bunların hamısını o zamanlar Həbib Səlimov, Səməd Bəy Mehmandarov, Əliağa Şıxlinski kimi sərkərdələrimiz yatırmışdılar.

Tarix boyu sübut etmişik ki, bu xalqın tarixində döyüşkənlik, mübarizə əzmi var, bu əzm yaşayır və daim yaşayacaq. Gəncə şəhərini bombalayırlar, iki-üç gün öncə biz də oradaydıq. İnsanları ruhlandırmağa çalışarkən onların bizdən daha yüksək əhval-ruhiyyədə olduğunu müşahidə etdim. Yaşlı bir döyüşçünün türk kanalına verdiyi müsahibədə işlətdiyi maraqlı cümlə var ki, atırıq orada şüara çevrilib: “ Biz qandan qorxmuyoruz, naborot qızışıyoruz”.

Bu onun göstəricisidir ki, millətin oyanan ruhunun qarşısında heç nə dayana bilməz. Mənə görə Ermənistan hakimiyyəti dirənməyə çalışdıqca, ordusunda böyük itki verməyə davam edir. İtirilən hərbi mühimmatlar ilə onlar daha çox dirənə bilməyəcəklər. Azərbaycan xalqının və ordusunun yenilməz ruhu qarşısında heç bir qüvvə, Ermənistan dura bilməz. Bu hadisələr tariximizə qızıl hərflərlə həkk olundu. İndi içimizdə oyanan ruh yüksəkliyi, mübarizə əzmi 350 nəfərlik qəhrəman ordunun yaddaşı, Cavad Xanın yaddaşıdır. Cavad Xanın böyük döyüşündən sonra Rusiya tarixçiləri yazırdılar ki, bundan sonra Qafqazda hamı tatarlara (azərbaycanlılara – red.) böyük məhəbbətlə baxırdılar. Bu xalqın çox döyüşkən və yenilməz olduğunu deyirdilər. İndi də itkilərimiz var, lakin Vətən, Millət hissi, düşmən qarşısında məğrur dayanış hissi ağrı-acıları üstələyir. Bu millətin ruhunun möhkəmlənməsinin təcəssümüdür.

- Sizcə, gələcək nəsillərə bütöv bir Azərbaycan qoya biləcəyikmi?

- Hər bir azərbaycanlının düşüncəsinə hakim kəsilən fikirdir ki, genişlənən əks-hücum əməliyyatlarını dayandırmaq olmaz. Axıra qədər getmək və vuruşmaq lazımdır. Sonra isə əgər Azərbaycanın ərazi bütövlüyünə qəsd etməyəcəksə, istəsələr ermənilər də burada yaşaya bilərlər. Bu məsələ “cərrahi müdaxilə” ilə birdəfəlik həll olunmalıdır. Dünyada qaraqışqırıq salmalarına baxmayın. Mənim fikrimcə, bunlar yalnız görüntü yaratmaq üçündür. Hamı müharibənin səbəbini gözəl bilir. Azərbaycana rəğbəti olan dövlətlərin sayı artır. Qondarma Dağlıq Qarabağ bir qrup təcavüzkar millətin formalaşdırdığı bir qurumdur ki, bunu heç bir ölkə tanımır. Tanısa belə artıq əhəmiyyəti yoxdur. Bunları başqa bir dövlətin əli ilə Azərbaycanın üstünə qaldırmaq, insanların qürurunu əzməkdir. Onun özünü o günə salırlar ki, dünya dövlətlərinə zəng edib zəhlələrini tökür. O gün bir erməninin sosial şəbəkədə ruslara “bizə xəyanət etdiniz, ruslar sonunda ölüm olsa belə bizim üçün vuruşmalı idi, çünki biz dünyanın nadir xalqlarındanıq” kimi sözlər yazdığını gördüm. Onların yanaşması belə əxlaqsızdır. Tarixçilərdən biri ironik bir şəkildə yazmışdı ki, kim mənə X-XIX əsrə kimi bir erməni toplumu, dövləti göstərsə, mən ona bir milyon pul hədiyyəsi verəcəm. Ermənilərin hər şeyi- tarixi, iddiaları, prinsipləri, qurduqları sistem yalandan ibarətdir. Onların bugünkü faciəsi də bu yalanlarla bağlıdır. Erməni xalqının bunları anlaya bilən hissəsi üçün hər şey ciddi tarixi dərsdir. Osmanlı tarixində də, onlar gözəl yaşayışları olduğu halda dövlətə xəyanət etdilər. 1918-1920-ci illərdə onlar ciddi şəkildə hazırlaşmışdılar. Azərbaycanın bir əsgəri belə olmadığı halda, onların 20-ə yaxın diviziyası var idi. Zəngəzurdan İrəvan Xanlığına qədər, azərbaycanlıları yaşadıqları yerlərdən qovub çıxarmışdılar.

- İrəvanın ermənilərə güzəşt edilməsi ilə bağlı Cümhuriyyət qurucularını qınamaq olarmı?

- Bu, tamamilə əsassız bir günahlandırmadır. İndiki ordumuz o vaxt mövcud olsaydı, heç kimə güzəşt getməzdilər. Qalibiyyət, döyüş ruhu xalqımızda tarixən olub, bu da onun yeni bir formada ifadəsifdir. İtkilərimiz, dağıntılarımız çoxdur. Amma bununla yanaşı qazancımız da çoxdur. Dünya artıq Azərbaycanı yeni bir dövlət qismində görür. Azərbaycan türklərini, döyüşkən, qalib olmağa qadir, toplum kimi görür. Ordumuz dünyanın ən yaxşı döyüş aparan ordularından biri kimi çıxış edir. Ona görə də bu cür dövlətdə jurnalist, şair, Prezident, süpürgəçi də olmaq şərəfdir. Bu, birmənalı bizim ruhumuza hopur və bundan sonra görəcəyimiz işlər üçün ruhi, mənəvi bazadır.

- Artıq bu müddətdə ruh yüksəkliyimiz yarandı, torpaqlarımızı tamamilə azad etməyə çox yaxınıq. Burda Azərbaycan mediasının rolu varmı?

- Dərin təəssüf hissi ilə deməliyəm ki, bizim mediamızın artan rolu yoxdur. Mən də jurnalistəm, bugünkü medianı 1990-cı illərə qədər olan media ilə müqayisə etdikdə, sonrakı illərdə susqun və yolundan çıxarılmış bir media var. Əlbəttə bizim yaxşı jurnalistlərimiz, vicdanlı qəzetlərimiz, saytlarımız da var. Amma sayları azdır. Sistem olaraq media yox, bəzi qələm adamları, şairlər və yazıçılar bu ruhu saxladılar. Milləti, cəmiyyəti ölməyə qoymadılar. Bu çox fenomenal bir hadisədir. Son 10-15 ildə bizim mediamıza niyə o səviyyəyə yüksəlməyə imkan vermədilər? Niyə heç bir media orqanında bizə bu döyüş ruhu aşılanmırdı? Yenə qismən döyüş ruhunu təbliğ edən bir ANS telekanalı var idi, onların da başının üstünə elə bir qılınc qoydular ki, oranın da sistemi pozuldu və dəyərlərimizə hücumlar oldu. Düşünülmüş bir siyasət idi. Şou-biznes adamlarına hərbi paltar geyindirib efirə buraxmaq da yanlışdır. Bu keçmişdə qalmış bir yoldur. Döyüş ruhu yaranıbsa bunda hamının rolu var. Əlahiddə bir qurumun rolu yoxdur. Əyilməyən, dizini bükməyən insanlar kifayət edir. Bir nəfər etiraz edən varsa, milləti o təmsil edir. Mən yerli adamlardan danışıram, Toğrul Nərimanbəyovu ya da başqa görkəmli adamları nəzərdə tutmuram. Məsələn, Çingiz Hüseynov, Rəhman Bədəlov, Məmməd Aslan - belə insanlarda etirazçı ruhu var. Müxalif, ya da hakimiyyət yönümlü olmasından asılı olmayaraq, bu dəyərləri, prinsipləri saxlamaq çox önəmlidir. İçində Qarabağ, vətən işığı gəzdirən adamların burada böyük rolu oldu. Bu, mətbuatın özündən də asılı deyil. O vaxt “Qarabağ şikəstəsini verməyin, ermənilərdə qıcıq yaradır” deyən insanlar çox uzun müddət media qurumlarını yönəldənlər oldu. Son bir ildə proseslər sürətli dəyişir. Burada xarici faktorlar, Türkiyə, geopolitika faktorları və kadr dəyişiklikləri böyük rol oynadı. Mən bu məsələlərdə sosial medianın rolunu, ənənəvi mediaya nisbətən daha yüksək qiymətləndirirəm. Çünki sosial media azad platforma kimi çıxış edir. Nə yaxşı ki, hakimiyyətdə olan ağıllı adamlar xaqın gerçək düşüncələrini buradan mənimsəməyə başladılar. Məsələn, Amerika üçün sosial şəbəkələr elə də önəmli deyil, çünki onların mediası bu rolu oynayır. Bizim 90-cı illərdəki mediamız haradadır?

- Sizə görə informasiya müharibəsi nədir, necə aparılmalıdır?

- İndi elə hesab edirlər ki, cəbhədən xəbər vermək informasiya müharibəsidir. İnformasiya müharibəsinin əsas məqsədi qarşı tərəfin düşüncəsinə, psixologiyasına, siyasətinə təsir etməkdir. Bunu etməyin formaları müxtəlifidir. İndiyə qədər iki dövlət arasında münaqişə olan kimi hücum çəkənlər, artıq ölkəyə sanksiya tətbiq edirlər. Oraya maliyyə axınları dayandırılır, hökümət adamlarına müxtlif sanksiyalar etməklə başqa bir yerə getməsinə mane olurlar. 1976-cı ildə amerikalı hərbi mütəxəssis Tomas Rona “Boing” şirkəti üçün hesabat hazırlayanda ilk dəfə informasiya müharibəsi ifadəsinin işlətdi. Bu sahə ilə xüsusi mütəxəssislər məşğul olmalıdır. Baxın, qarşı tərəfin yaydığı görüntünü bizimkilər dərhal araşdırıb nə vaxt və harada çəkildiyini müəyyən edirlər. Bununla da qarşı tərəf iflic edilir. Pandemiya dövründə də çox dezinformasiyalar yayıldı. 5 il öncəki görüntülər bugünkü kimi göstərildi. Bu kiber müharibədir. Çin bu sahənin ustasıdır. Bu müharibənin məqsədi həm də qarşı tərəfdə narazılıq yaratmaqdır. Saydığım metodlara xalqı hakimiyyətə, orduya qarşı qaldırmaq istəyirlər. Əks-hücum əməliyyatları başlayanda Azərbaycanın bəzi əksikləri var idi. Yaxşı ki, biz bunları tədricən bərpa etdik. Gəncə hadisələri ilə bağlı Twitterdə böyük bir dalğa yaratdıq. Bu, böyük bir uğur idi və alqışa layiqdir. Bəzən biz də tanıdığımız görkəmli adamlara deyirik ki, bu haqda danışın və ictimai rəyə təsir edin. İnformasiya müharibəsi, bəşər tarixinin 7-ci nəsil müharibə növüdür. Ölkənin PR-ını təşkil etmək və informasiya sahəsini gücləndirmək üçün yeni texnologiyalara yiyələnməliyik. Niyə Azərbaycanda Qarabağ Elmi Mərkəzi yoxdur. Amma ermənilərin dünyanın hər yerində 70-ə yaxın Qarabağla bağlı təşkilatları var. Niyə bunlarla vaxtında məşğul olmadıq? Bizdə Qarabağ İcması layihəsi yarandı, bazası genişləndirildi və ingilis dilini bilən adamlar gətirildi. Bunları çoxdan etmək lazım idi. Ermənilərin birinci partiyaları 1880-ci ildə yaranmağa başladı. Onlar o vaxtdan bu məsələylə məşğuldurlar. İnstitutlaşmış şəkildə olarsa, cəmiyyət bunu irəli apara bilər. Bəzən “sərhədi keçib Zəngəzura irərləyək” kimi fikirlər səsləndirilir. Bunlar təbliğat və ya informasiya müharibəsi üçün lazımdır. Azərbaycan xalqının bu iddialar üçün mənəvi haqqı var, çünki Xalq Cümhuriyyət dövründə o ərazilər Azərbaycanın tərkibində olub. Oraları bizdən Stalin və Lenin qoparıb. Bu əməlləri etməkdə əsas məqsədləri Türkiyə ilə Azərbaycanın quru sərhəddini kəsmək idi. Zəngəzuru bizdən qoparmaqla buna nail oldular. Ermənilər o torpaqları aldıqda Qarabağa və Naxçıvana iddia etməyə başladılar. Qars müqaviləsi və Nərimanovun səyləri ilə Qarabağı müdafiə etmək mümkün oldu. Bu tarixi yanlışlıqlara baxmayaraq, bu gün bizim hakimiyyətimizin heç bir yerə iddiası yoxdur. Ona görə də hazırkı dövrün reallıqları ilə belə şeylər yazmaq yersizdir. Bizim istəyimiz sadəcə işğalçı Ermənistan ordusunun torpaqlarımızdan çıxması, rədd olmasıdır.

- Digər sahələrdə adekvat addımlar ata bilirikmi? Məsələn, Azərbaycan elminin indiki dönəmdə fəaliyyətini necə qiymətləndirirsiniz?

- Bu dəqiqə Azərbaycan Prezidenti, ordusu, diplomatiyası vuruşur. Elmlə bağlı 12 minlik kontengenti olan Elmlər Akademiyası indi öndə olmalı idi. Lakin onlar “ölür”. Səsləri yoxdur. Akademiyanın Prezidentinə toy məsələsi ilə bağlı irad tutanda özünü “yırtırdı”. İndi niyə bir məqaləsini, bəyanatını görmürük? Hər şeyi kadrlar həll edir. Təkcə akademiya yox, intellekti imkan verən hər kəs bu məsələdə rol oynamalıdır. İnformasiya müharibəsi tək jurnalistikanı deyil, bütün sahələri əhatə edir. Beynəlxalq aləmi doğru informasiya ilə təmin etmək çox vacibdir. Hüquqi normalar çox önəmlidir. Bəzən deputatlar açıqlama verir, lakin ortada məntiqi çıxışlar, informasiya müharibəsində rol oynayacaq fikirlər yoxdur. Aktivliyə ehtiyac var. İndi insanların beynini yeni ideyalarla qıcıqlandırmaq lazımdır. Köhnə təfəkkür ilə çox yol almaq mümkün deyil. Hadisənin informasiyaya çevrilməsi üçün onun məzmun şəkli olmalıdır. Bu prosesi təhlil etmək, fəlsəfi tərəflərini gözdən keçirmək lazımdır.

Milli qürur, ruhun oyanışı birlikdə yeni düşüncə yaradır. Bunun mənzərəsini alimlər cızmalıdır. Alimlərimiz bununla məşğul olmalıdır. Jurnalist sadəcə günbəgün baş verən hadisələri yazmaqda vəzifəlidir. Yazılan gündəlik xəbərlər, gündəlik qəzetlər, saytlar tarixin saniyə əqrəbləridir. Amma tarixi iri “əqrəbi”, bütün zamanın bütöv şəklini əks etdirir. Bu dövrdə akademiyanın, alimlərin fəaliyyəti, alim düşüncəsi, elmi fikir çox aktiv olmadır.

Dünyada nə qədər Mətbuat Şurası, jurnalist təşkilatları var. Biz onlarla səmimi əlaqələr qursaydıq, indi çox effektli olardı. Bu dəqiqə sizin qaldırdığınız məsələlər, hisslərə toxunan mövzular qəbiristanlıqlar, mədəniyyət abidələrinin vəziyyətidir. Ermənistanın bizim abidələri, məzarları darmadağın etməsini dünyaya göstərmək və mədəni bir xalq olmadıqlarını bildirmək lazımdır. Bu ən yaxşı təbliğatdır.

Ermənilər yalan tarixlərini dünyaya çox gözəl şəkildə təbliğ etməyi bacarır, amma biz hələ də nəticəsiz “araşdırmalar” aparmaqla məşğuluq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kreml izi ilə “Sea Breeze”ə hücum: Özbəkistanda Emin Ağalarov niyə hədəfə alınır - GƏRGİNLİK ARTIR...
Bu gün, 08:43
Kreml Azərbaycan qazının yolunu raketlə kəsir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:41
Vaşinqton görüşü: Hansı razılaşma olacaq? - Görünəni odur ki...
Bu gün, 08:39
İrandan gecikmiş Zəngəzur təklifi - Bakı o modelə çoxdan razılıq verib
Bu gün, 08:37
Yeni separatçı ocaq yaradılır - GƏLİŞMƏ
Bu gün, 08:34
Şəmkirdə QƏTLİAM KİMİ QƏZA: 7 nəfər ölüb, yaralananlar var - TƏFƏRRÜAT
Bu gün, 08:24
Trampın təsdiq etdiyi tariflər qüvvəyə minib
Bu gün, 08:21
Vaşinqtonda memorandum imzalanacaq? - GÖZLƏNTİ
Bu gün, 08:16
Dələduzlar İŞ BAŞINDA: Kreditdə olan telefonu satışa çıxarırlar... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:12
Dollar bu halda bahalaşacaq – İqtisadçı xəbərdarlıq etdi
Bu gün, 07:06
FHN Akademiyasının tenderi ləğv edildi - BUNA GÖRƏ...
Bu gün, 06:47
Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qərar 24–36 saat ərzində verilə bilər
Bu gün, 05:07
Binəqədidə sürətli tikinti - NƏ BAŞ VERİR?
Bu gün, 05:05
AAAF Parkda total təftiş QƏRARI - təsisçi Tofiq Heydərov ölkədən çıxıb?
Bu gün, 05:00
"ATƏT-in Minsk qrupunun buraxılması sülh müqaviləsi ilə eyni gündə baş verəcək" - GƏLİŞMƏ
Bu gün, 04:34
Kremlin əlində yeni alət: Qarabağ ermənilərindən Bakıya və İrəvana qarşı istifadə edəcək... - NƏ ETMƏLİ?
Bu gün, 04:27
"Qoyulan qiymətlər peşə məktəbinə yönələn insanların cibinə adekvat deyil" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:22
Masazırda vətəndaşlar buna etiraz edir - hər yer SATILIB
Bu gün, 04:17
ABŞ Cənubi Qafqazda sülhün əsas oyunçusuna çevrilir - FAKT BUDUR!
Bu gün, 04:14
"Trampın görüşlərində gözlənilməzlik faktoru böyükdür" - ONA GÖRƏ DƏ...
Bu gün, 04:12
Vaşinqtona NƏ İLƏ gedirik... - İNCƏLƏMƏ
Bu gün, 04:05
Özü bir ordu olan general... - ŞƏRH
Bu gün, 04:03
"Bu müddət ərzində heç bir vəkilim olmadan, hüquqlarımı özüm müdafiə etdim" - FOTO
Bu gün, 03:59
Hərbi Prokurorluqda yeni idarə yaradıldı: Rəis təyin edildi - BUNDAN SONRA...
Bu gün, 03:56
Cahangir Əsgərov Azərbaycanı tərk edib: Bankda görün nə qədər pulu varmış… - İLGİNC
Bu gün, 03:53
Rubio Tramp-Putin görüşünün şərtlərini açıqlayıb - "Fox Business"
Bu gün, 03:49
Moskvanı narahat edən Bakı gedişi – Zelenski birbaşa əlaqəyə keçdi
Dünən, 18:02
Ermənistandan sürpriz Zəngəzur mesajı: - Bir addım qaldı
Dünən, 18:00
Atasının qətlini sifariş verən Fərəc Fərəcova hökm oxundu
Dünən, 17:51
"Bəzən gülümsəmək, hər şeyi dəyişdirmək üçün kifayətdir"
Dünən, 17:48
Qadın kassirlər fəhlə kimi işlədilir - Ekspert xəbərdarlıq edir
Dünən, 17:44
Məhkəmə Vətən müharibəsi qazisinə bu cəzanı verdi - TƏFƏRRÜAT
Dünən, 17:42
Sülh prosesində İran və Rusiya FAKTORU: - Ermənistanın durumu çətindir
Dünən, 17:39
Telekommunikasiya şəbəkələrinə qoşulmaqla bağlı tariflər müəyyənləşib
Dünən, 17:34
"Mənə mövcud olmayan borcun və dayanmadan balansımdan silinən pulun hesabatını verməlisiniz" - "Azercell"dən ŞİKAYƏT
Dünən, 17:31
Rus bölmələrinin bağlanması artıq şərt oldu: Rusiya dərs vəsaiti də vermir - GƏLİŞMƏ
Dünən, 17:26
Rusiyanın İÇİNDƏ SIXILAN AZƏRBAYCAN QAZI... - ONSUZ DA...
Dünən, 17:22
Azərbaycanda kişi istidən öldü - TƏFƏRRÜAT
Dünən, 17:17
Bu artıq sıradan müharibə deyil – Böyük ərazinin tam işğalı başlayır
Dünən, 17:14
İcra başçısı bir məmuru işdən çıxardı, üçünün vəzifəsini dəyişdi - TƏFƏRRÜAT
Dünən, 17:08
Tikintiyə sərf edilən vəsaitin 82%-i işğaldan azad olunan rayonların payına düşüb
Dünən, 17:03
“Atəşgah” Sığorta Şirkəti”nin İdarə Heyətində dəyişiklik
Dünən, 17:00
Ağ Şəhərdə “kupça”sız sakinlərdən məcburi parkinq haqqı – “Evimizi almışıq, küçədə yer tapmırıq”
Dünən, 16:58
Ermənistanda yol qəzasında 1 hərbçi ölüb, 3-ü yaralanıb - Shamshyan.com
Dünən, 16:56
ABŞ Rusiyanın nüvə bazaları istiqamətinə kəşfiyyat təyyarəsi göndərib
Dünən, 16:54
Uyğunsuz təkliflər 2,6 milyon manatlıq tenderi ləğvə apardı - DETALLAR
Dünən, 16:06
Məktəbli formalarının qiymətləri artacaq? - RƏSMİ
Dünən, 16:04
Tramp Əliyev və Paşinyanı qonaq edəcək - Dünya sülhü gözləyir
Dünən, 15:59
Bakıda köşk işçisini aldatdılar: - Üzərində “etibarsızdır” yazılan dollarlar alıb
Dünən, 15:58
Rusiyada həbs olunan Azərbaycan diasporunun rəhbəri istintaq təcridxanasında hansı şəraitdə saxlanılır
Dünən, 15:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru