Qubanın köhnə yolunda işıq əvəzinə radar var, nişanlar da "gözə dəymir" .....                     “Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq .....                     ABŞ Rusiyanın Azərbaycan qazını Ukraynaya nəql edən .....                     3 ay əvvəl beh alıb... QEYBƏ ÇƏKİLDİLƏR... .....                     Artur Rasizadədən açıqlama: "Jurnalistlərin bir insafı, vicdanı olsun" .....                     “Övladlarımız var-dövlət üstündə dava etməz, .....                     “Tennis kortu”nu icarəyə götürmək adı ilə 16,5 minlik dələduzluq edildi .....                     İran Prezidenti Ermənistana səfər edəcək .....                     AZNEFT rəhbərliyi bu QƏZANI NİYƏ GİZLƏDİR? .....                     Elm və Təhsil Nazirliyindən qalmaqallı addım .....                     Paşinyanın həyat yoldaşı Ərdoğanın kitabını oxumağa başlayır: .....                     “Kredit götürməyə kömək” adı altında dələduzluq .....                     “Rapid Services Azerbaijan” MMC məhkəmədə .....                     Sabah Azərbaycan və Ermənistanın iştirakı ilə tarixi hadisə baş verəcək .....                     Xankəndidə işləyən fəhlənin başına gələnlər: evlərdən birində divanın altından tapdığını satmaq istədi və... .....                     Kremlin Qarabağdakı “desantı”nın alacağı cəza .....                     Mənzilini "VTB Bank"a girov qoydu, pulunu ödəsə də evini itirdi... .....                     AXI NİYƏ: Təqaüd yaşına 1 il qalmış İXTİSARA SALINIR... .....                     “Azərbaycan – Şimali İran deyil!” .....                     Təhsil yox, telefon var: Qızlar da, oğlanlar da məktəbdən qaçır .....                     ““Azəreneji”yə 10 min manata işə düzəldəcəm” deyərək dələduzluq etdi .....                     Sülhə mina basdırılır: Ermənistan xəritə ilə alver edir .....                     Qazaxlar ruslarla müharibəyə hazırlaşır .....                     Kreml izi ilə “Sea Breeze”ə hücum: Özbəkistanda Emin Ağalarov niyə hədəfə alınır .....                     Kreml Azərbaycan qazının yolunu raketlə kəsir .....                     Vaşinqton görüşü: Hansı razılaşma olacaq? .....                     İrandan gecikmiş Zəngəzur təklifi .....                     Yeni separatçı ocaq yaradılır .....                     Şəmkirdə QƏTLİAM KİMİ QƏZA: 7 nəfər ölüb, yaralananlar var .....                     Trampın təsdiq etdiyi tariflər qüvvəyə minib .....                     Vaşinqtonda memorandum imzalanacaq? .....                     Dələduzlar İŞ BAŞINDA: Kreditdə olan telefonu satışa çıxarırlar... .....                     Dollar bu halda bahalaşacaq .....                     FHN Akademiyasının tenderi ləğv edildi .....                     Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qərar .....                     Binəqədidə sürətli tikinti .....                     AAAF Parkda total təftiş QƏRARI .....                     "ATƏT-in Minsk qrupunun buraxılması sülh müqaviləsi ilə eyni gündə baş verəcək" .....                     Kremlin əlində yeni alət: Qarabağ ermənilərindən Bakıya və İrəvana qarşı istifadə edəcək... .....                     "Qoyulan qiymətlər peşə məktəbinə yönələn insanların cibinə adekvat deyil" .....                 

İrandan gecikmiş Zəngəzur təklifi - Bakı o modelə çoxdan razılıq verib
Tarix: Bu gün, 08:37 | Çap et

İranın “Tasnim” agentliyi Zəngəzur dəhlizi barədə geniş yazı ilə çıxış edib. Tribunainfo.az xəbər verir ki, yazıda Zəngəzur dəhlizi ətrafında baş verənlərdən, Azərbaycan və Ermənistanın istəklərindən geniş bəhs olunur.

Həmçinin müəllif bu mövzuda tərəflər arasındakı fikir ayrılıqları, Rusiyanın rolu məsələsinə də toxunub. Agentlik məqaləsində iddia edib ki, 10 noyabr razılaşması Rusiyaya açılacaq istənilən dəhlizdə monitorinq aparmağa imkan verəcək. Çıxış yolu kimi Kalininqrad modeli önə çəkilir: “Görünür, bu mövzuda anlaşma əldə etməyin yollarından biri Kalininqrad modelidir. Həmin modellə bağlı razılaşma olarsa, Rusiya ilə Litva arasındakı anlaşmaya bənzər saziş imzalana bilər”.

Qeyd edək ki, Rusiyanın Ukraynadakı müharibəsi kontekstində belə Rusiya və Kalininqrad vilayətinin sakinləri Litva ərazisindən rahat keçirlər. Bəs Kalininqrad modeli nədir?

“Kalininqrad modeli” ifadəsi 4 ölkə - Litva, Polşa, Belarus və Rusiya (Kalininqrad vilayəti) arasında yerləşən, Kalininqradla Belarusu birləşdirən təxminən 100 km-lik Suvalk dəhlizidir. “Soyuq müharibə” zamanı bu dəhlizin elə bir ciddi əhəmiyyəti yox idi. Çünki Litva, Belarus və Kalininqrad SSRİ ərazisi, Polşa isə sosialist ölkəsi idi. Ona görə də bu ərazidən istifadə üçün hansısa sazişdən, icazədən istifadəyə gərək yox idi. “Soyuq müharibə” başa çatdıqdan, SSRİ-nin dağılması ilə müstəqil dövlətlərin yaranmasından sonra bu dəhlizin əhəmiyyəti artmağa başladı.

90-cı illərdə Rusiya ilə Litva arasında dəhliz səbəbindən müəyyən gərginliklər yarandı. Xüsusilə Rusiya bu yola eksterritoriallıq tələb edirdi. Nəticədə Litva Rusiyaya yalnız malların sərbəst keçidinə icazə vermişdi. 2003-cü ildə Rusiya və Litva arasında sadələşdirilmiş tranzit mexanizmləri haqqında saziş əldə edildikdən sonra Rusiyanın nəqliyyat vasitələri dəhlizdən sərbəst keçməyə başladı.

Sonuncu dəfə bu məsələni Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev Antalyada keçirilən diplomatik forumda qaldırıb və bunu potensial həll yolu adlandırıb. Həmin vaxt Hikmət Hacıyev bildirib ki, Azərbaycan Naxçıvana çıxışı asanlaşdırmaq istəyir və bununla bağlı müxtəlif modelləri müzakirə edir. Xüsusilə o, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə israilli mütəxəssis Maykl Finkelin 2021-ci ildə təklif etdiyi “Kalininqrad modeli”nə toxunaraq, onu potensial həll yolu adlandırıb. Ermənistan rəsmiləri hələ ki buna müvafiq cavab verməyib.

Naxçıvanla əlaqə üçün “Kalininqrad modeli” mümkündürmü? İranı bu mexanizm qane edirmi?

Siyasi ekspert Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, Zəngəzur dəhlizi təkcə iqtisadi deyil, həm də mühüm geosiyasi əhəmiyyət kəsb edir və bütövlükdə Türk dünyasını, Şərqlə Qərbi birləşdirən kommunikasiya xəttidir: “Buna görə də Azərbaycan və Türkiyə tezliklə bu dəhlizin açılmasına çalışır. Bu dəhlizin açılması üçün müzakirə olunan modellərin içəricində şərti olaraq "Kalininqrad modeli" deyilən model də diqqəti çəkir. Düzdür, Zəngəzur dəhlizi ilə “Kalininqrad modeli” adlandırılan Suvalk dəhlizini tam eyniləşdirmək düzgün deyil. Suvalk dəhlizi Rusiyanın eksklavı olan Kalininqrad şəhərini və vilayətini iki dövlətin (Litva və Polşa) ərazisindən keçməklə Belarus vasitəsilə Rusiya ilə birləşdirir.

İlk baxışdan Zəngəzur dəhlizi də oxşar funksiyanı yerinə yetirəcək kimi görünür. Yəni Azərbaycanı Naxçıvanla birləşdirəcək. Lakin bu, zahiri oxşarlıqdır. Mahiyyət etibarilə Zəngəzur dəhlizi Azərbaycanı və Orta Asiyanın türk dövlətlərini Türkiyə ilə birləşdirəcək və bütövlükdə Asiyanı Rusiyadan kənar Avropa ilə birləşdirəcək. Ona görə də həm Avropa dövlətlərinin, həm Rusiyanın, Çinin və Hindistanın, həm də ABŞ-ın bu dəhlizə maraqları böyükdür və bu da dəhliz uğrunda geosiyasi savaşı gücləndirir. Kommunikasiya dəhlizinin “Kalininqrad modeli” eksterritoriallıq statusuna malik olmasa da, Rusiya ilə onun eksklavı arasında sadələşdirilmiş tranzit mexanizmi olan kommunikasiya xəttidir və Rusiyanın nəqliyyat vasitələrinin dəhlizdən sərbəst keçməsini nəzərdə tutur. Bu baxımdan Azərbaycanın nəqliyyat vasitələrinin maneəsiz, sərbəst keçidini təmin etmək üçün bu modelin və ya onun daha da təkmilləşdirilmiş mexanizminin Zəngəzur dəhlizinə tətbiqi mümkün görünür və prezidentin köməkçisinin də məhz bunu nəzərdə tutduğu şübhəsizdir. Yəni Azərbaycan nəqliyyat vasitələrinin Zəngəzur dəhlizindən maneəsiz, sərbəst keçidini təmin edən bir modelin Zəngəzur dəhlizinə tətbiqinə tərəfdardır".

Q.Əlibəyli onu da vurğuladı ki, Zəngəzur dəhlizinə hansı modelin tətbiqi təkcə Azərbaycandan asılı deyil, Ermənistan da bu modelə tərəfdar olmalıdır: “Ermənistan müxtəlif bəhanələrlə bu məsələyə dair konkret mövqe bildirmir. Gah "sülh kəsişməsi" adlı layihə irəli sürür, gah da dəhlizin açılması haqqında pafoslu bəyanatlar versə də, konkret iş görməkdən yayınır. İran isə məhz Azərbaycan və Orta Asiyanın türk dövlətlərini birləşdirdiyi üçün Zəngəzur dəhlizinin açılmasının əleyhinədir. İran rəsmiləri dəfələrlə Zəngəzur dəhlizini Ermənistanın və İranın maraqlarına zidd hesab edərək, bir növ özlərinin “qırmızı xətti” elan ediblər. İranın ali dini rəhbərinin müşavirinin və Ermənistandakı səfirinin bu yaxınlardakı açıqlamaları bunu bir daha təsdiq edir. Ona görə də Zəngəzur dəhlizinə hansı modelin tətbiqi İran üçün bir o qədər də əhəmiyyət kəsb etmir. Lakin “Tasnim” agentliyinin dərc etdiyi yazı rəsmi Tehranın mövqeyinin dəyişməsinin simptomu kimi qəbul edilə bilər. Görünür, İran rejimi başa düşür ki, Zəngəzur dəhlizi onun iradəsindən kənar gec-tez açılacaq. Ona görə də həmin dəhlizdən heç olmasa iqtisadi cəhətdən yararlanmaq niyyətindədir. Agentliyin yazısı da bu niyyətin anonsu kimi qiymətləndirilə bilər".

Politoloq Rəşad Bayramovun fikrincə, İranın Zəngəzur dəhlizi ilə bağlı loyallığı çarəsizlikdən irəli gələn addımdır: “Məlumdur ki, haqqında danışılan Kalininqrad modeli 2021-ci ildən gündəmdədir və zaman-zaman geniş şəkildə müzakirə olunur. Bu model Litva və Rusiya arasında imzalanmış sazişə uyğun olaraq olduqca uğurlu şəkildə tətbiq olunur. "Kalininqrad modeli", yəni 100 kilometrlik Suvalk dəhlizi özündə hər hansı eksterritoriallığı da ehtiva etmədiyi üçün əslində bütün maraqlı tərəflərin tələblərinə cavab verir. Bu model Ermənistanda dəhliz əleyhidarlarının da, İranın da arqumetlərini tamamilə ortadan qaldırır. Yəni Azərbaycanın əsas hissəsi ilə Naxçıvana sərbəst, hər hansı yoxlama və rüsum tətbiq edilmədən sərnişinlərin və yüklərin hərəkətinin təmin olunması özündə hər hansı sərhəd dəyişikliyini ehtiva etmir. Məsələ burasındadır ki, rəsmi Bakı da, Ankara da uzun müddətdir ki, dəhlizin Azərbaycandan-Azərbaycana prinsipi ilə açılmasının hər hansı sərhəd dəyişikliyi olmadığını dəfələrlə İran tərəfinin diqqətinə çatdırıb. Və İran da əslində məsələnin heç də onların təqdim etdikləri kimi olmadığını bilir. Amma uzun müddətdir ki, dəhlizin açılmaması üçün İrəvana təzyiq edir və bunu gizlətmir də. İran rəsmiləri dəhlizin açılmasına biz imkan vermədik deyərək özlərinin üstün mövqelərini təlqin etməyə çalışırlar. İndi isə vəziyyətin dəyişdiyini onlar da görür və dəhlizin açılması haqqında qərarın verilməsinin qaçılmaz olduğunu anlayırlar. Ona görə də rəsmi agentlikləri vasitəsilə Kalininqrad modelini gündəmə gətirməklə özlərini sığortalamağa cəhd edirlər. Guya ki, bu yeni bir şeydir. Halbuki qeyd olunan yazıda İranın Zəngəzur dəhlizi ilə bağlı loyallığı çarəsizlikdən irəli gələn addımdır. İran dəhlizin açılacağını bildiyi üçün “bəs nə oldu, İranın istəməməsinə rəğmən dəhliz niyə açılır?” kimi suallardan yayınmaq üçün indi müvafiq yazıları tirajlamaq məcburiyyətində qalıb.

Yoxsa İran həm öz ərazisindən malların tranzitindən əldə etdiyi gəlirin azalacağı, təsir rıçaqlarını itirməsi, bölgədə Azərbaycan və Türkiyənin mövqeyinin daha da möhkəmlənməsi və ən əsası da Zəngəzur dəhlizinin açılması ilə Türk dünyasının birləşməsi qorxusu ilə sonacan dəhlizin açılmasına qarşı mövqeyində qalardı".

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qubanın köhnə yolunda işıq əvəzinə radar var, nişanlar da "gözə dəymir" - Köhnə kəndə, təzə adət...
Bu gün, 10:24
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq - DİQQƏT!
Bu gün, 10:20
ABŞ Rusiyanın Azərbaycan qazını Ukraynaya nəql edən infrastruktura hücumunu pisləyib
Bu gün, 10:19
3 ay əvvəl beh alıb... QEYBƏ ÇƏKİLDİLƏR... - "İndi telefonlara da cavab vermirlər..."
Bu gün, 10:15
Artur Rasizadədən açıqlama: "Jurnalistlərin bir insafı, vicdanı olsun" - REAKSİYA
Bu gün, 10:06
“Övladlarımız var-dövlət üstündə dava etməz, Səmədin vəsiyyəti olmadı”
Bu gün, 09:59
“Tennis kortu”nu icarəyə götürmək adı ilə 16,5 minlik dələduzluq edildi – HÖKM
Bu gün, 09:58
İran Prezidenti Ermənistana səfər edəcək
Bu gün, 09:55
AZNEFT rəhbərliyi bu QƏZANI NİYƏ GİZLƏDİR? - "Yaralananlar var, amma..."
Bu gün, 09:52
Elm və Təhsil Nazirliyindən qalmaqallı addım – Müəmma
Bu gün, 09:46
Paşinyanın həyat yoldaşı Ərdoğanın kitabını oxumağa başlayır: - Özü açıqladı
Bu gün, 09:36
“Kredit götürməyə kömək” adı altında dələduzluq - MƏHKƏMƏ
Bu gün, 09:34
“Rapid Services Azerbaijan” MMC məhkəmədə “Core Construction”a qalib gəlib
Bu gün, 09:33
Sabah Azərbaycan və Ermənistanın iştirakı ilə tarixi hadisə baş verəcək - Saakaşvili yazdı
Bu gün, 09:30
Xankəndidə işləyən fəhlənin başına gələnlər: evlərdən birində divanın altından tapdığını satmaq istədi və... - TƏFƏRRÜAT
Bu gün, 09:24
Kremlin Qarabağdakı “desantı”nın alacağı cəza - AKTUAL
Bu gün, 09:22
Mənzilini "VTB Bank"a girov qoydu, pulunu ödəsə də evini itirdi... - TƏFƏRRÜAT
Bu gün, 09:17
AXI NİYƏ: Təqaüd yaşına 1 il qalmış İXTİSARA SALINIR... - ETİRAZ VAR...
Bu gün, 09:10
“Azərbaycan – Şimali İran deyil!” – Bakı ilə Tehran arasında konsulluq qalmaqalı
Bu gün, 09:03
Təhsil yox, telefon var: Qızlar da, oğlanlar da məktəbdən qaçır - “Statistika kağız üzərindədir, siniflər isə boşdur"
Bu gün, 09:01
““Azəreneji”yə 10 min manata işə düzəldəcəm” deyərək dələduzluq etdi - TƏFƏRRÜAT
Bu gün, 08:59
Sülhə mina basdırılır: Ermənistan xəritə ilə alver edir - SÜLHƏ İNANAQMI?
Bu gün, 08:52
Qazaxlar ruslarla müharibəyə hazırlaşır – Putin Rusiyanın xilası üçün Turana hücuma keçir
Bu gün, 08:50
Kreml izi ilə “Sea Breeze”ə hücum: Özbəkistanda Emin Ağalarov niyə hədəfə alınır - GƏRGİNLİK ARTIR...
Bu gün, 08:43
Kreml Azərbaycan qazının yolunu raketlə kəsir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:41
Vaşinqton görüşü: Hansı razılaşma olacaq? - Görünəni odur ki...
Bu gün, 08:39
İrandan gecikmiş Zəngəzur təklifi - Bakı o modelə çoxdan razılıq verib
Bu gün, 08:37
Yeni separatçı ocaq yaradılır - GƏLİŞMƏ
Bu gün, 08:34
Şəmkirdə QƏTLİAM KİMİ QƏZA: 7 nəfər ölüb, yaralananlar var - TƏFƏRRÜAT
Bu gün, 08:24
Trampın təsdiq etdiyi tariflər qüvvəyə minib
Bu gün, 08:21
Vaşinqtonda memorandum imzalanacaq? - GÖZLƏNTİ
Bu gün, 08:16
Dələduzlar İŞ BAŞINDA: Kreditdə olan telefonu satışa çıxarırlar... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:12
Dollar bu halda bahalaşacaq – İqtisadçı xəbərdarlıq etdi
Bu gün, 07:06
FHN Akademiyasının tenderi ləğv edildi - BUNA GÖRƏ...
Bu gün, 06:47
Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qərar 24–36 saat ərzində verilə bilər
Bu gün, 05:07
Binəqədidə sürətli tikinti - NƏ BAŞ VERİR?
Bu gün, 05:05
AAAF Parkda total təftiş QƏRARI - təsisçi Tofiq Heydərov ölkədən çıxıb?
Bu gün, 05:00
"ATƏT-in Minsk qrupunun buraxılması sülh müqaviləsi ilə eyni gündə baş verəcək" - GƏLİŞMƏ
Bu gün, 04:34
Kremlin əlində yeni alət: Qarabağ ermənilərindən Bakıya və İrəvana qarşı istifadə edəcək... - NƏ ETMƏLİ?
Bu gün, 04:27
"Qoyulan qiymətlər peşə məktəbinə yönələn insanların cibinə adekvat deyil" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:22
Masazırda vətəndaşlar buna etiraz edir - hər yer SATILIB
Bu gün, 04:17
ABŞ Cənubi Qafqazda sülhün əsas oyunçusuna çevrilir - FAKT BUDUR!
Bu gün, 04:14
"Trampın görüşlərində gözlənilməzlik faktoru böyükdür" - ONA GÖRƏ DƏ...
Bu gün, 04:12
Vaşinqtona NƏ İLƏ gedirik... - İNCƏLƏMƏ
Bu gün, 04:05
Özü bir ordu olan general... - ŞƏRH
Bu gün, 04:03
"Bu müddət ərzində heç bir vəkilim olmadan, hüquqlarımı özüm müdafiə etdim" - FOTO
Bu gün, 03:59
Hərbi Prokurorluqda yeni idarə yaradıldı: Rəis təyin edildi - BUNDAN SONRA...
Bu gün, 03:56
Cahangir Əsgərov Azərbaycanı tərk edib: Bankda görün nə qədər pulu varmış… - İLGİNC
Bu gün, 03:53
Rubio Tramp-Putin görüşünün şərtlərini açıqlayıb - "Fox Business"
Bu gün, 03:49
Moskvanı narahat edən Bakı gedişi – Zelenski birbaşa əlaqəyə keçdi
Dünən, 18:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru