Müxtəlif sahələr üzrə təmir tikinti və təchizat xidməti göstərən “Rapid Services Azerbaijan” MMC ilə “Core Construction” MMC arasında yaranmış kommersiya mübahisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
FED.AZ xəbər verir ki, “Rapid Services Azerbaijan” MMC tərəfindən “Core Construction” MMC-yə təchiz edilmiş ehtiyat hissələrinin ödənişinin müqavilə ilə təsdiqlənmiş vaxtda həyata keçirilməməsi səbəbindən başlanmış məhkəmə prosesi Ali Məhkəmənin müvafiq qərarı ilə yekunlaşıb.
Bildirilib ki, “Rapid Services Azerbaijan” MMC üzləşdiyi problemlə bağlı bir müddət əvvəl hüquqi yollara müraciət edib. Mübahisə üzrə ilkin olaraq Bakı Kommersiya Məhkəməsi, daha sonra Bakı Apellyasiya Məhkəməsi şirkətin lehinə qərar çıxarıb. Son olaraq Ali Məhkəmə instansiyasında işə baxılıb və hər üç məhkəmə instansiyalarında “Rapid Services Azerbaijan” MMC qalib gəlib.
Belə ki, Ali Məhkəmənin yekun qərarı ilə “Core Construction” MMC-nin borcu və digər hüquqi öhdəlikləri təsdiq edilib.
Bu qərar, həm biznes münasibətlərində müqavilə öhdəliklərinin vacibliyini, həm də Azərbaycanda məhkəmə sisteminin sahibkarların hüquqlarının qorunması baxımından obyektiv və effektiv fəaliyyət göstərdiyini bir daha nümayiş etdirmiş oldu.