QİÇS xəstəsinə `SAĞLAMDIR` arayışı verən klinikada ŞƏKƏR MÖCÜZƏSİ... .....                     "Azəriqaz"ın işçisini təhqir edən şəxs inzibati məsuliyyətə cəlb olunub .....                     “ABŞ-nin də Zəngəzur dəhlizinə "əl qoyması"nın yeganə yolu sülh sazişinin imzalanmasından keçir” .....                     Fuad Hacıyev 34 000 litr premium benzin alır .....                     Azərbaycanda haqsız rəqabət hansı sahələrdə olur? .....                     Hərbi qulluqçularımız “Agile Spirit - 2025” təlimində iştirak edirlər .....                     DÜBƏK DAŞI və... Eldar Mahmudovun imkanlı ənkə-böyükləri... .....                     AZAL İranın iki şəhərinə uçuşlara başlayır .....                     Qazaxıstan AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yekun hesabat hazırlayacaq .....                     Xaricdə təhsil alan tələbələrin narazılığı böyüyür .....                     Tibbi qurum 41 milyon manatlıq laboratoriya testlərini .....                     8 min Culfa sakininin SU ÇİLƏSİ... .....                     Xalq artisti Naibə Allahverdiyeva üzgərdirmə edir? .....                     Ukrayna üçün Qarabağ ssenarisi .....                     Qubanın köhnə yolunda işıq əvəzinə radar var, nişanlar da "gözə dəymir" .....                     “Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq .....                     ABŞ Rusiyanın Azərbaycan qazını Ukraynaya nəql edən .....                     3 ay əvvəl beh alıb... QEYBƏ ÇƏKİLDİLƏR... .....                     Artur Rasizadədən açıqlama: "Jurnalistlərin bir insafı, vicdanı olsun" .....                     “Övladlarımız var-dövlət üstündə dava etməz, .....                     “Tennis kortu”nu icarəyə götürmək adı ilə 16,5 minlik dələduzluq edildi .....                     İran Prezidenti Ermənistana səfər edəcək .....                     AZNEFT rəhbərliyi bu QƏZANI NİYƏ GİZLƏDİR? .....                     Elm və Təhsil Nazirliyindən qalmaqallı addım .....                     Paşinyanın həyat yoldaşı Ərdoğanın kitabını oxumağa başlayır: .....                     “Kredit götürməyə kömək” adı altında dələduzluq .....                     “Rapid Services Azerbaijan” MMC məhkəmədə .....                     Sabah Azərbaycan və Ermənistanın iştirakı ilə tarixi hadisə baş verəcək .....                     Xankəndidə işləyən fəhlənin başına gələnlər: evlərdən birində divanın altından tapdığını satmaq istədi və... .....                     Kremlin Qarabağdakı “desantı”nın alacağı cəza .....                     Mənzilini "VTB Bank"a girov qoydu, pulunu ödəsə də evini itirdi... .....                     AXI NİYƏ: Təqaüd yaşına 1 il qalmış İXTİSARA SALINIR... .....                     “Azərbaycan – Şimali İran deyil!” .....                     Təhsil yox, telefon var: Qızlar da, oğlanlar da məktəbdən qaçır .....                     ““Azəreneji”yə 10 min manata işə düzəldəcəm” deyərək dələduzluq etdi .....                     Sülhə mina basdırılır: Ermənistan xəritə ilə alver edir .....                     Qazaxlar ruslarla müharibəyə hazırlaşır .....                     Kreml izi ilə “Sea Breeze”ə hücum: Özbəkistanda Emin Ağalarov niyə hədəfə alınır .....                     Kreml Azərbaycan qazının yolunu raketlə kəsir .....                     Vaşinqton görüşü: Hansı razılaşma olacaq? .....                 

Kremlin Qarabağdakı “desantı”nın alacağı cəza - AKTUAL
Tarix: Bu gün, 09:22 | Çap et

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) Ermənistan vətəndaşı Ruben Vardanyanın çoxcildli cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir.

Ruben Vardanyan bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub. O, Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə ittiham olunur. Hazırda məhkəmədə zərərçəkənlərin dinlənilməsi mərhələsidir. 6 aydır davam edən məhkəmə prosesində müttəhim Ruben Vardanyan susmaq hüququndan istifadə edir.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Vardanyana nə zaman hökm oxunacaq? O biri müttəhimlərdən gec və ya tez ola bilərmi? Onun susması məhkəmənin qərarına necə təsir edəcək?

Hüquqi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a açıqlamasında izah edib ki, əvvəla Vardanyanın işinin keçmiş qondarma rejimin rəhbərliyində olmuş digər şəxslərdən ayrıca aparılmasının səbəbləri haqda mətbuatda çox yazılıb: “Vardanyan elə dövrdə Qarabağa gəlmişdi ki, onun bütün fəaliyyəti videolentə alınıb, hər şey sübutlarla var. Əlbəttə, ibtidai istintaq və məhkəmə dövründə susmaq qanunidir, onu kimsə məcbur edə bilməz. Amma susması onu məsuliyyətdən azad etmir, yaxud cinayətini sübut etməkdə çətinlik yaratmır. Əgər susmasaydı, əməkdaşlıq etsəydi, məhkəmə istintaqının uzanmaması üçün məlumatlar versəydi, onun üçün cəzanın təyin edilməsində yüngülləşdirici hal kimi nəzərdə tutula bilərdi. Susmaq ağırlaşdırıcı hal olmasa da, əməkdaşlıq etmək istəməməsindən irəli gəlir. O, hələ də özünü haqlı olduğunu göstərməyə çalışır”.

Hüquqşünas qeyd edib ki, Vardanyan Azərbaycan sərhədini qanunsuz keçib və silahlı qrupların maliyyələşməsində iştirak edib, ərazilərimizdə oyuncaq “dövlət naziri” postu tutub: “Onun bütün addımları, çıxışları mediada var və susması heç nəyi dəyişmir. Yəni ifadə vermirsə, yekunda yüngülləşdirici hal kimi nəzərə alınmayacaq. Bu 6 ay ərzində zərərçəkənlər dinlənilib, sübutlar ortaya qoyulub. İnanıram ki, ibtidai istintaqda olan sübutlar məhkəmə hökmündə öz əksini tapacaq və layiqli cəzasını alacaq. Çünki bu şəxslər bizim ərazilərimizdə Azərbaycan dövlətinə qarşı olduqlarını, cinayətkar fəaliyyətlərini açıq şəkildə nümayiş etdiriblər. Ona görə də dövlətimiz və xalqımız qarşısında layiqli cəza alacaqlar”.

Yada salaq ki, bəzi Qərb nəşrlərində, ermənipərəst kluarlarda, ABŞ, Fransa, Avropa Parlamentində Vardanyanla bağlı kampaniya aparanlar var. Onlar milyarder cinayətkarı siyasi məhbus kimi qələmə verməyə çalışırlar. Yeri gəlmişkən, Ermənistanın Baş naziri Nikol Paşinyan Ruben Vardanyanla bağlı məktubun ABŞ Prezidenti Donald Trampa göndərilməsini rədd etməsinə dair mətbuatda yayılan məlumatlara münasibət bildirməmişdi. “Hraparak” nəşri yazmışdı ki, Nikol Paşinyan Ruben Vardanyanın ailəsinin onun azadlığa buraxılmasına dəstək göstərilməsi üçün ABŞ Prezidenti Donald Trampa müraciət etməklə bağlı xahişini rədd edib.

Nəşrin xəbərinə görə, ABŞ-da yaşayan erməni diasporunun bəzi nümayəndələri Trampın qızının həyat yoldaşına müraciət edərək, ondan Ağ Ev rəhbərinin bu məsələyə qarışmasına dəstək göstərməyi istəyib. Məlumata görə, Tramp yalnız rəsmi İrəvanın müraciəti əsasında bu addımı atacağını söyləyib. Ermənistanın ABŞ-dakı səfiri Lilit Manukyants müraciəti Nikol Paşinyana çatdırsa da, rədd cavabı alıb. Bu mövqe belə bir müraciətin Azərbaycanla sülh müqaviləsinin imzalanmasına xələl gətirə biləcəyi ilə əsaslandırılıb.

Vardanyan Rusiya maliyyə sənayesinin ən məşhur adamlarından biridir. O, Rusiyada ilk investisiya bankı olan “Troyka Dialoq”u qurub, yüksək etik standartlara uyğun iş apardığı üçün bir çox mükafatlar alıb. Bununla belə, “Troyka” əsas bizneslə yanaşı, bütöv bir ofşor şirkətlər sistemi yaradıb ki, onun vasitəsilə pul gizli şəkildə Rusiyanın ən güclü adamlarına, məsələn, Vladimir Putinin dostu Sergey Rolduqinə ötürülüb.

Bu şirkətlərin hesablarından 4,5 milyard dollardan çox vəsait keçib. Pullar, xüsusən, Rusiyadan milyardlarla çirkli pulun yuyulması, nağdlaşdırılması və ya qeyri-qanuni çıxarılması ilə bağlı cinayət işlərində iştirak edən şirkətlərdən daxil olub.

2012-ci ildə “Troyka” “Sberbank”a satılıb. Onun yaratdığı ofşor şirkətlərin hesabları üzrə hərəkətlər 2013-cü ilə qədər davam edib. Vardanyan 1992-ci ildə universiteti yeni bitirərək “Troyka”ya rəhbərlik edib.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
QİÇS xəstəsinə `SAĞLAMDIR` arayışı verən klinikada ŞƏKƏR MÖCÜZƏSİ... - BU NƏDİ BELƏ?
Bu gün, 11:42
"Azəriqaz"ın işçisini təhqir edən şəxs inzibati məsuliyyətə cəlb olunub
Bu gün, 11:35
“ABŞ-nin də Zəngəzur dəhlizinə "əl qoyması"nın yeganə yolu sülh sazişinin imzalanmasından keçir” - Qulamhüseyn Əlibəyli
Bu gün, 11:22
Fuad Hacıyev 34 000 litr premium benzin alır
Bu gün, 11:19
Azərbaycanda haqsız rəqabət hansı sahələrdə olur? – Siyahıda məşhur şirkətlər də var
Bu gün, 11:18
Hərbi qulluqçularımız “Agile Spirit - 2025” təlimində iştirak edirlər
Bu gün, 11:15
DÜBƏK DAŞI və... Eldar Mahmudovun imkanlı ənkə-böyükləri... - AXI NİYƏ?..
Bu gün, 11:13
AZAL İranın iki şəhərinə uçuşlara başlayır - DİQQƏT!
Bu gün, 11:02
Qazaxıstan AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yekun hesabat hazırlayacaq - TASS
Bu gün, 11:00
Xaricdə təhsil alan tələbələrin narazılığı böyüyür – Agentlikdən hələ də həll yolu görsədəcək açıqlama yoxdur...
Bu gün, 10:50
Tibbi qurum 41 milyon manatlıq laboratoriya testlərini - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 10:45
8 min Culfa sakininin SU ÇİLƏSİ... - AXI NİYƏ?
Bu gün, 10:43
Xalq artisti Naibə Allahverdiyeva üzgərdirmə edir? - AÇIQLAMA
Bu gün, 10:33
Ukrayna üçün Qarabağ ssenarisi - İlham Əliyevin tarixi çağırışı
Bu gün, 10:29
Qubanın köhnə yolunda işıq əvəzinə radar var, nişanlar da "gözə dəymir" - Köhnə kəndə, təzə adət...
Bu gün, 10:24
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq - DİQQƏT!
Bu gün, 10:20
ABŞ Rusiyanın Azərbaycan qazını Ukraynaya nəql edən infrastruktura hücumunu pisləyib
Bu gün, 10:19
3 ay əvvəl beh alıb... QEYBƏ ÇƏKİLDİLƏR... - "İndi telefonlara da cavab vermirlər..."
Bu gün, 10:15
Artur Rasizadədən açıqlama: "Jurnalistlərin bir insafı, vicdanı olsun" - REAKSİYA
Bu gün, 10:06
“Övladlarımız var-dövlət üstündə dava etməz, Səmədin vəsiyyəti olmadı”
Bu gün, 09:59
“Tennis kortu”nu icarəyə götürmək adı ilə 16,5 minlik dələduzluq edildi – HÖKM
Bu gün, 09:58
İran Prezidenti Ermənistana səfər edəcək
Bu gün, 09:55
AZNEFT rəhbərliyi bu QƏZANI NİYƏ GİZLƏDİR? - "Yaralananlar var, amma..."
Bu gün, 09:52
Elm və Təhsil Nazirliyindən qalmaqallı addım – Müəmma
Bu gün, 09:46
Paşinyanın həyat yoldaşı Ərdoğanın kitabını oxumağa başlayır: - Özü açıqladı
Bu gün, 09:36
“Kredit götürməyə kömək” adı altında dələduzluq - MƏHKƏMƏ
Bu gün, 09:34
“Rapid Services Azerbaijan” MMC məhkəmədə “Core Construction”a qalib gəlib
Bu gün, 09:33
Sabah Azərbaycan və Ermənistanın iştirakı ilə tarixi hadisə baş verəcək - Saakaşvili yazdı
Bu gün, 09:30
Xankəndidə işləyən fəhlənin başına gələnlər: evlərdən birində divanın altından tapdığını satmaq istədi və... - TƏFƏRRÜAT
Bu gün, 09:24
Kremlin Qarabağdakı “desantı”nın alacağı cəza - AKTUAL
Bu gün, 09:22
Mənzilini "VTB Bank"a girov qoydu, pulunu ödəsə də evini itirdi... - TƏFƏRRÜAT
Bu gün, 09:17
AXI NİYƏ: Təqaüd yaşına 1 il qalmış İXTİSARA SALINIR... - ETİRAZ VAR...
Bu gün, 09:10
“Azərbaycan – Şimali İran deyil!” – Bakı ilə Tehran arasında konsulluq qalmaqalı
Bu gün, 09:03
Təhsil yox, telefon var: Qızlar da, oğlanlar da məktəbdən qaçır - “Statistika kağız üzərindədir, siniflər isə boşdur"
Bu gün, 09:01
““Azəreneji”yə 10 min manata işə düzəldəcəm” deyərək dələduzluq etdi - TƏFƏRRÜAT
Bu gün, 08:59
Sülhə mina basdırılır: Ermənistan xəritə ilə alver edir - SÜLHƏ İNANAQMI?
Bu gün, 08:52
Qazaxlar ruslarla müharibəyə hazırlaşır – Putin Rusiyanın xilası üçün Turana hücuma keçir
Bu gün, 08:50
Kreml izi ilə “Sea Breeze”ə hücum: Özbəkistanda Emin Ağalarov niyə hədəfə alınır - GƏRGİNLİK ARTIR...
Bu gün, 08:43
Kreml Azərbaycan qazının yolunu raketlə kəsir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:41
Vaşinqton görüşü: Hansı razılaşma olacaq? - Görünəni odur ki...
Bu gün, 08:39
İrandan gecikmiş Zəngəzur təklifi - Bakı o modelə çoxdan razılıq verib
Bu gün, 08:37
Yeni separatçı ocaq yaradılır - GƏLİŞMƏ
Bu gün, 08:34
Şəmkirdə QƏTLİAM KİMİ QƏZA: 7 nəfər ölüb, yaralananlar var - TƏFƏRRÜAT
Bu gün, 08:24
Trampın təsdiq etdiyi tariflər qüvvəyə minib
Bu gün, 08:21
Vaşinqtonda memorandum imzalanacaq? - GÖZLƏNTİ
Bu gün, 08:16
Dələduzlar İŞ BAŞINDA: Kreditdə olan telefonu satışa çıxarırlar... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:12
Dollar bu halda bahalaşacaq – İqtisadçı xəbərdarlıq etdi
Bu gün, 07:06
FHN Akademiyasının tenderi ləğv edildi - BUNA GÖRƏ...
Bu gün, 06:47
Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qərar 24–36 saat ərzində verilə bilər
Bu gün, 05:07
Binəqədidə sürətli tikinti - NƏ BAŞ VERİR?
Bu gün, 05:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru