Elm və Təhsil Nazirliyindən qalmaqallı addım .....                     Paşinyanın həyat yoldaşı Ərdoğanın kitabını oxumağa başlayır: .....                     “Kredit götürməyə kömək” adı altında dələduzluq .....                     “Rapid Services Azerbaijan” MMC məhkəmədə .....                     Sabah Azərbaycan və Ermənistanın iştirakı ilə tarixi hadisə baş verəcək .....                     Xankəndidə işləyən fəhlənin başına gələnlər: evlərdən birində divanın altından tapdığını satmaq istədi və... .....                     Kremlin Qarabağdakı “desantı”nın alacağı cəza .....                     Mənzilini "VTB Bank"a girov qoydu, pulunu ödəsə də evini itirdi... .....                     AXI NİYƏ: Təqaüd yaşına 1 il qalmış İXTİSARA SALINIR... .....                     “Azərbaycan – Şimali İran deyil!” .....                     Təhsil yox, telefon var: Qızlar da, oğlanlar da məktəbdən qaçır .....                     ““Azəreneji”yə 10 min manata işə düzəldəcəm” deyərək dələduzluq etdi .....                     Sülhə mina basdırılır: Ermənistan xəritə ilə alver edir .....                     Qazaxlar ruslarla müharibəyə hazırlaşır .....                     Kreml izi ilə “Sea Breeze”ə hücum: Özbəkistanda Emin Ağalarov niyə hədəfə alınır .....                     Kreml Azərbaycan qazının yolunu raketlə kəsir .....                     Vaşinqton görüşü: Hansı razılaşma olacaq? .....                     İrandan gecikmiş Zəngəzur təklifi .....                     Yeni separatçı ocaq yaradılır .....                     Şəmkirdə QƏTLİAM KİMİ QƏZA: 7 nəfər ölüb, yaralananlar var .....                     Trampın təsdiq etdiyi tariflər qüvvəyə minib .....                     Vaşinqtonda memorandum imzalanacaq? .....                     Dələduzlar İŞ BAŞINDA: Kreditdə olan telefonu satışa çıxarırlar... .....                     Dollar bu halda bahalaşacaq .....                     FHN Akademiyasının tenderi ləğv edildi .....                     Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qərar .....                     Binəqədidə sürətli tikinti .....                     AAAF Parkda total təftiş QƏRARI .....                     "ATƏT-in Minsk qrupunun buraxılması sülh müqaviləsi ilə eyni gündə baş verəcək" .....                     Kremlin əlində yeni alət: Qarabağ ermənilərindən Bakıya və İrəvana qarşı istifadə edəcək... .....                     "Qoyulan qiymətlər peşə məktəbinə yönələn insanların cibinə adekvat deyil" .....                     Masazırda vətəndaşlar buna etiraz edir .....                     ABŞ Cənubi Qafqazda sülhün əsas oyunçusuna çevrilir .....                     "Trampın görüşlərində gözlənilməzlik faktoru böyükdür" .....                     Vaşinqtona NƏ İLƏ gedirik... .....                     Özü bir ordu olan general... .....                     "Bu müddət ərzində heç bir vəkilim olmadan, hüquqlarımı özüm müdafiə etdim" .....                     Hərbi Prokurorluqda yeni idarə yaradıldı: Rəis təyin edildi .....                     Cahangir Əsgərov Azərbaycanı tərk edib: Bankda görün nə qədər pulu varmış… .....                     Rubio Tramp-Putin görüşünün şərtlərini açıqlayıb .....                 

"Allahın izni ilə, bundan sonra artıq ikinci ömür başlaya bilər" - Qulu Məhərrəmli
Tarix: 23-10-2020, 08:19 | Çap et
"Allahın izni ilə, bundan sonra artıq ikinci ömür başlaya bilər"
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan Ordusunun başlatdığı ək-hücum əməliyyatları uğurla davam edir. Əməliyyatlar çərçivəsində işğal altında olan çox sayda yaşayış məntəqəsi azad edilib. İşağldan azad edilən yaşayış məntəqlərindən biri də, 1993-cü ilin 29 oktyabrında işğal edilmiş Zəngilan şəhəridir. Zəngilan şəhəri oktyabrın 20-də işğaldan azad edildi və yenidən Azərbaycana birləşdirildi.

Qələbə xəbəri eşitmək, doğma yurduna qovuşmaq, həsrətə son qoyulması təsvirolunmaz hissdir. AYNA-nın müsahibi, 1954-cü ildə Zəngilan rayonunda dünyaya gələn, professor, Əməkdar jurnalist Qulu Məhərrəmli də hazırda belə hisslər keçirir:

- Qulu müəllim, Zəngilanın işğaldan azad edilməsi münasibətilə sizi bir daha təbrik edirik. Təəssüratlarınız maraqlıdır...

- Çox sağolun. Əvvəlcə onu deyim ki, əvvəllər insanların haralı olmasına fikir verilmirdi. Dünəndən də çox adam mənə zəng edib zəngilanlı olmağımdan indi xəbər tutduqlarını deyir. Hamısına da zəngilanlı olmaqda qeyri-adi heç nə olmadığını deyirəm. Lakin qeyri-adi olan Zəngilanın işğaldan azad olunmasıdır. Əslində, bir rayona məxsus olmaq bir az şərtidir. Çünki dünən biz füzulili, ondan əvvəl cəbrayıllı, bu gün isə zəngilanlıyıq. Qubadlı azad ediləndən sonra isə hamımız qubadlılı olacağıq. Həmçinin, şuşalı, kəlbəcərli, ağdamlı və s. Bu isə qeyri-adi bir hissdir. Amma dünyaya göz açdığın rayonun azad edilməsi tamam başqa hissdir və bunu sözlə ifadə etmək çətindir. Çünki torpaqların işğaldan azad olunma xəbəri insanda elə güclü enerji yaradır ki, insanın bütün duyğuları dilə gəlir, ruhu oyanır və özünü fərqli hiss edir. Bu baxımdan, Zəngilanın işğaldan azad olunması xəbəri mənə ildırım çaxması kimi təsir etdi. Bu cür xəbərlər insanın həyatında bir dəfə olur. Məsələn, Qarabağla bağlı qalibiyyətli döyüşlər yüz il bundan əvvəl olurdu. Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu 1918-ci ilin aprel-may aylarında qalibiyyətli döyüş aparıb və bütün erməni qiyamçı dəstələrini darmadağın edərək, Şuşada Azərbaycanın üçrəngli bayrağını qaldırmışdı. İndi isə - yüz ildən sonra həqiqi mənada Vətən müharibəsi gedir və bu müharibədə Azərbaycan Ordusu həm nizam-intizam, həm texniki təminat, həm də hərbi düşüncə baxımından üstündür. Bu qalibiyyət dalğası insanlarda fərqli coşğu yaradır, insanları bir araya gətirir. İnsanlar, sanki yenidən dünyaya gəlib və xarakterlərində, davranışlarında, yanaşmalarında hər şey dəyişir. Bu, çox gözəl hissdir və bu hisslərin fonunda Zəngilanın işğaldan azad olunması başqa bir dalğa yaradır. Buna ancaq sevinmək olar.

- Zəngilanda dünyaya gəlmisiniz və uşaqlıq illəriniz orada keçib. Həm Zəngilanın işğalına qədər olan, həm də işğaldan sonrakı dövr yaddaşınızda necə qalıb?

- Mən Zəngilanda dünyaya gəlmişəm. 6 yaşımda atam dünyadan köçüb və cəmi bir ildən sonra məni və böyük qardaşımı Şuşada internat məktəbinə qoyublar. 10 il həmin məktəbdə təhsil almışam. Yəni, yeniyetməlik və gəncliyimin bir hissəsi Şuşada keçib. Amma uşaqlıq xartirələrim tamamilə Zəngilanla bağlıdır. Psixologiya elmi də bunu təsdiq edir ki, insan ekstremal şəraitdə və qeyri-adi bir vəziyyət yarananda ilk növbədə uşaqlıq dövrünü xatırlayır. Bizim də yaşımızın üstünə yaş gəlir deyə, təbii ki, o yerləri daha çox xatırlayırıq. 1993-cü ildə Zəngilan işğal olunub. İnsanlar çox əzab-əziyyətlə Araz çayını keçərək İrana keçib və hərəsi bir rayona üz tutub. Ölkənin, təxminən 20-30 rayonunda Zəngilan qaçqınları var. Düzdür, dövlət onlara yardım göstərib, pul verib, kommunal xərclərdən azad edib, amma bunların heç biri o insanların doğma yurd-yuvasındakı istiliyin əvəzini ödəməyib. Çünki harada olursan ol, doğma yurdun yerini heç nə vermir. İnsanlar uzun illər qaçqınlıq həyatı yaşadı, amma heç kim fikrindən dönmədi, özünü zəif göstərmədi. Çünki bir istək vardı: doğma yurd-yuvaya yenidən qayıtmaq. Artıq bu günlər çox yaxındadır. Amma 30 il ərzində ağlamayan insanların bu gün gözündən yaş axır. Hönkürtü və hıçqırıqla danışırlar. Allah bu millətə həmişə sevinməkdən ağlamağı qismət eləsin.

- Artıq 29 oktyabr 1993-cü il tarixi yoxdur, 20 oktyabr 2020-ci il tarixi var. Yəqin ki, bu tarix sizin üçün əvəzolunmaz olacaq…

- Hesab edirəm ki, bu il Allah da nəzərlərini bizə çevirib. Sanki dünyada gedən proseslərdə də bizim üçün uğurlu situasiya yaranıb. Bütün bunların hamısı üst-üstə gəlir və bu, 100 ildə bir dəfə formalaşan situasiyadır. Bu situasiyada da Azərbaycan Ordusu çox yaxşı və düşünülmüş hərəkət edir və düşməni geri oturdur. Ermənistan ordusu artıq 6000-dən çox döyüşçüsünü itirib. Onlar qorxduqları üçün bunu etiraf etmirlər, çünki hansı dalğanın yaranacağını bilirlər. Təbii ki, Azərbaycan tərəfdən də itkilər, xalqın ürəyinin işığı, başının tacı olan şəhidlər var. Amma camaat bunu başa düşür və onları Vətən uğrunda həlak olan həqiqi qəhrəmanlar kimi qarşılayır. Ona görə də bu anlaşma, bu birlik və bir yumruğa çevrilmiş bu cəmiyyətin özü də bu qələbələrin bir rəhnidir. Mən bu yaxınlarda Gəncədə oldum. Məqsədimiz Gəncədə ermənilərin hərbi cinayətlərindən zərər çəkən insanlara ürək-dirək vermək idi. Amma onların yüksək əhval-ruhiyyədə olduğunun, dirəniş göstərdiklərinin şahidi olduq. Hamısı mənəvi müqavimət göstərir və açıq-aşkar ölməyə belə, hazır olduqlarını, lakin bir gündə evlərini-eşiklərini tərk etməyəcəklərini deyir. Ermənilər hələ də 1992-93-cü illərin ab-havasında qalıblar. O vaxt onlar Azərbaycan torpaqlarını başqa ölkənin əliylə, başqa ölkənin silahlarıyla rahatlıqla ələ keçirmişdilər. Amma indi layiqli cavablarını alırlar. Azərbaycan Ordusu Prezidentimizin dediyi kimi, onları “iti qovan kimi qovur” və qovmağa da davam edəcək.

- Ömrünün müəyyən bir hissəsi həmin torpaqlarda keçmiş bir insan kimi, bu xəbəri eşidəndə necə reaksiya verdiniz? Hansı hissləri keçirdiniz?

- Sözün düzü, bu xəbər o qədər də gözlənilməz deyildi. Çünki ondan bir həftə əvvəl də bu barədə məlumatlar gəlirdi. Amma mən həm də o yerləri tanıyan biri kimi düşünürdüm ki, əgər Xudafərin körpüsü azad edilibsə, təxminən 10 kilometr sonra bizim kəndimizdir və inanmırdım ki, ermənilər qısa müddət ərzində orada istehkam yaradıb, müqavimət göstərə bilsinlər. Bu mənada bu xəbərin gözlənilən olduğunu bilirdim. Lakin bir ölüm, bir də qələbə xəbərləri nə qədər gözlənilən olsa da, yenə də gözlənilməzdir. Ona görə də Prezident Zəngilanın azad edilməsi xəbərini səsləndirəndə, hər yerdən səs-küy qopdu, hamı sevinməyə başladı. Belə reaksiyalar isə nadir hallarda olur. Bu xəbəri eşidəndə özümü güclə saxladım. Amma nə qədər müqavimət göstərsəm də, daxildə kövrək və zəif olduğumu duydum. Çünki bu cür qələbə xəbərlərinə müqavimət göstərmək olmur və artıq o hisslərə təslim olmalısan. Təbii ki, biz də bu hissi yaşadıq.

- Çox sayda insanın sizə zəng edib təbrik etdiyini vurğuladınız. Bəs, siz kimləri təbrik etdiniz?

- Dərhal kəndimizin ağsaqallarına zəng edib gözaydınlığı verdim. Daha sonra böyük qardaşımla danışdım. O da artıq xəbər tutmuşdu və çox sevinirdi. Ondan sonra da mənim telefonuma intensiv zənglər gəlməyə başladı və mən telefonumu axşama qədər işlədə bilmədim (gülür – M.N.). Ona görə də həmişə deyirəm ki, bu dünyada xəbərlərin ən gözəli qələbə xəbərlərini eşitməkdir. Bu gün hər bölgə işğaldan azad ediləndə böyük coşğu yaranır. İnsanlar ümidlənir, zəkaları işıqlanır. Bu, çox qeyri-adi hissdir. Azru edirəm ki, ümumi qələbə xəbərini də biz bu cür qarşılayaq. Hesab edirəm ki, o zaman Azərbaycandakı sevincin ölçüsü və miqyası olmayacaq.

- Hər şey öz yoluna düşəndən və işğaldan azad edilmiş ərazilərə getmək imkanı təmin ediləndən sonra planlarınız nədir?

- İndiki halda Zəngilanla bağlı əsas planımız odur ki, burada doğulmuş və böyümüş uşaqları, ailələri Zəngilana aparaq və onların hamısı da doğma yurda qayıdacaqlar. Biz özümüz də “nə edə bilərik”, - deyə düşünürük. Çünki bu uzun və iztirablı qaçqınlıq illəri insanların xarakterini bir az sərtləşdirib, tələblərini və mübarizliyini artırıb. Həm də onlara əlavə bacarıqlar verib. Mənə elə gəlir ki, onlar o torpağın, o suyun, o sərvətlərin qədrini tamam başqa cür biləcəklər. Mənim də ən böyük planım yenidən Zəngilana getmək, torpağının ətrini duymaq, suyundan içmək, mənzərələrini görmək və havanı ciyərlərimə çəkməkdən ibarətdir. Allahın izni ilə, bundan sonra artıq ikinci ömür başlaya bilər. Bilirəm ki, o torpaqlardan kim didərgin düşübsə, hamısı geri qayıdacaq. Təbii ki, biz də nümunə olaraq onların önündə olmalı və o torpaqların yeni cizgisini, mənzərəsini onlara göstərməliyik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elm və Təhsil Nazirliyindən qalmaqallı addım – Müəmma
Bu gün, 09:46
Paşinyanın həyat yoldaşı Ərdoğanın kitabını oxumağa başlayır: - Özü açıqladı
Bu gün, 09:36
“Kredit götürməyə kömək” adı altında dələduzluq - MƏHKƏMƏ
Bu gün, 09:34
“Rapid Services Azerbaijan” MMC məhkəmədə “Core Construction”a qalib gəlib
Bu gün, 09:33
Sabah Azərbaycan və Ermənistanın iştirakı ilə tarixi hadisə baş verəcək - Saakaşvili yazdı
Bu gün, 09:30
Xankəndidə işləyən fəhlənin başına gələnlər: evlərdən birində divanın altından tapdığını satmaq istədi və... - TƏFƏRRÜAT
Bu gün, 09:24
Kremlin Qarabağdakı “desantı”nın alacağı cəza - AKTUAL
Bu gün, 09:22
Mənzilini "VTB Bank"a girov qoydu, pulunu ödəsə də evini itirdi... - TƏFƏRRÜAT
Bu gün, 09:17
AXI NİYƏ: Təqaüd yaşına 1 il qalmış İXTİSARA SALINIR... - ETİRAZ VAR...
Bu gün, 09:10
“Azərbaycan – Şimali İran deyil!” – Bakı ilə Tehran arasında konsulluq qalmaqalı
Bu gün, 09:03
Təhsil yox, telefon var: Qızlar da, oğlanlar da məktəbdən qaçır - “Statistika kağız üzərindədir, siniflər isə boşdur"
Bu gün, 09:01
““Azəreneji”yə 10 min manata işə düzəldəcəm” deyərək dələduzluq etdi - TƏFƏRRÜAT
Bu gün, 08:59
Sülhə mina basdırılır: Ermənistan xəritə ilə alver edir - SÜLHƏ İNANAQMI?
Bu gün, 08:52
Qazaxlar ruslarla müharibəyə hazırlaşır – Putin Rusiyanın xilası üçün Turana hücuma keçir
Bu gün, 08:50
Kreml izi ilə “Sea Breeze”ə hücum: Özbəkistanda Emin Ağalarov niyə hədəfə alınır - GƏRGİNLİK ARTIR...
Bu gün, 08:43
Kreml Azərbaycan qazının yolunu raketlə kəsir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:41
Vaşinqton görüşü: Hansı razılaşma olacaq? - Görünəni odur ki...
Bu gün, 08:39
İrandan gecikmiş Zəngəzur təklifi - Bakı o modelə çoxdan razılıq verib
Bu gün, 08:37
Yeni separatçı ocaq yaradılır - GƏLİŞMƏ
Bu gün, 08:34
Şəmkirdə QƏTLİAM KİMİ QƏZA: 7 nəfər ölüb, yaralananlar var - TƏFƏRRÜAT
Bu gün, 08:24
Trampın təsdiq etdiyi tariflər qüvvəyə minib
Bu gün, 08:21
Vaşinqtonda memorandum imzalanacaq? - GÖZLƏNTİ
Bu gün, 08:16
Dələduzlar İŞ BAŞINDA: Kreditdə olan telefonu satışa çıxarırlar... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:12
Dollar bu halda bahalaşacaq – İqtisadçı xəbərdarlıq etdi
Bu gün, 07:06
FHN Akademiyasının tenderi ləğv edildi - BUNA GÖRƏ...
Bu gün, 06:47
Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qərar 24–36 saat ərzində verilə bilər
Bu gün, 05:07
Binəqədidə sürətli tikinti - NƏ BAŞ VERİR?
Bu gün, 05:05
AAAF Parkda total təftiş QƏRARI - təsisçi Tofiq Heydərov ölkədən çıxıb?
Bu gün, 05:00
"ATƏT-in Minsk qrupunun buraxılması sülh müqaviləsi ilə eyni gündə baş verəcək" - GƏLİŞMƏ
Bu gün, 04:34
Kremlin əlində yeni alət: Qarabağ ermənilərindən Bakıya və İrəvana qarşı istifadə edəcək... - NƏ ETMƏLİ?
Bu gün, 04:27
"Qoyulan qiymətlər peşə məktəbinə yönələn insanların cibinə adekvat deyil" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:22
Masazırda vətəndaşlar buna etiraz edir - hər yer SATILIB
Bu gün, 04:17
ABŞ Cənubi Qafqazda sülhün əsas oyunçusuna çevrilir - FAKT BUDUR!
Bu gün, 04:14
"Trampın görüşlərində gözlənilməzlik faktoru böyükdür" - ONA GÖRƏ DƏ...
Bu gün, 04:12
Vaşinqtona NƏ İLƏ gedirik... - İNCƏLƏMƏ
Bu gün, 04:05
Özü bir ordu olan general... - ŞƏRH
Bu gün, 04:03
"Bu müddət ərzində heç bir vəkilim olmadan, hüquqlarımı özüm müdafiə etdim" - FOTO
Bu gün, 03:59
Hərbi Prokurorluqda yeni idarə yaradıldı: Rəis təyin edildi - BUNDAN SONRA...
Bu gün, 03:56
Cahangir Əsgərov Azərbaycanı tərk edib: Bankda görün nə qədər pulu varmış… - İLGİNC
Bu gün, 03:53
Rubio Tramp-Putin görüşünün şərtlərini açıqlayıb - "Fox Business"
Bu gün, 03:49
Moskvanı narahat edən Bakı gedişi – Zelenski birbaşa əlaqəyə keçdi
Dünən, 18:02
Ermənistandan sürpriz Zəngəzur mesajı: - Bir addım qaldı
Dünən, 18:00
Atasının qətlini sifariş verən Fərəc Fərəcova hökm oxundu
Dünən, 17:51
"Bəzən gülümsəmək, hər şeyi dəyişdirmək üçün kifayətdir"
Dünən, 17:48
Qadın kassirlər fəhlə kimi işlədilir - Ekspert xəbərdarlıq edir
Dünən, 17:44
Məhkəmə Vətən müharibəsi qazisinə bu cəzanı verdi - TƏFƏRRÜAT
Dünən, 17:42
Sülh prosesində İran və Rusiya FAKTORU: - Ermənistanın durumu çətindir
Dünən, 17:39
Telekommunikasiya şəbəkələrinə qoşulmaqla bağlı tariflər müəyyənləşib
Dünən, 17:34
"Mənə mövcud olmayan borcun və dayanmadan balansımdan silinən pulun hesabatını verməlisiniz" - "Azercell"dən ŞİKAYƏT
Dünən, 17:31
Rus bölmələrinin bağlanması artıq şərt oldu: Rusiya dərs vəsaiti də vermir - GƏLİŞMƏ
Dünən, 17:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru