Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... .....                     Ermənistanın Avropa İttifaqı sevdası .....                     Prezident Şahin Bağırovu ordenlə təltif edib .....                     Avtokratiyadan teokratiyaya? .....                     Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir .....                     Dövlət qurumu portaldan kənar seçilən ofisi .....                     Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: .....                     Şəhid anası yenidən məktəb direktoru oldu .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? .....                     İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib .....                     “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” .....                     Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... .....                     ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi .....                     Danışıqlar prosesinə yeni elementlər daxil oldu .....                     ABŞ-dan “kürd planı” açıqlaması: .....                     İrəvan ATƏT-ə müraciət edəcək .....                     "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb .....                     Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb .....                     Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? .....                     Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` .....                     “Qaş düzəldən yerdə göz çıxaran”lar .....                     Netanyahunun arvadı özünü öldürməklə hədələyib... .....                     Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir .....                     Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti .....                     Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! .....                     "Mənim danışmağımdan siz qorxursunuzsa..." .....                     Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb .....                     Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... .....                     Türk şirkəti Azərbaycan bazarından gedir .....                     4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… .....                     “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” .....                     Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək .....                     Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı .....                     Dilarə “Cazibə”si ilə ərəb mediasında .....                     “Bakı” qəzetinin yaradılmasından 67 il ötür .....                     Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb .....                     Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR .....                     Sabir Rüstəmxanlı siyasətdən gedir? .....                     Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum .....                 

Hanı bu kliplərin duzu, istiotu?
Tarix: 25-01-2017, 09:27 | Çap et
Hanı bu kliplərin duzu, istiotu?
Bu gün şou aləmində sanki bir durğunluq yaşanır. Belə ki, sosial şəbəkələrin mövcudluğu səbəbindən müğənnilərin zamanını daha çox orada keçirməsi, izləyiciləri ilə gününü bölüşməsi onları bir qədər yaradıcılıqdan kənar salır desək, yəqin ki, yanılmarıq. Müğənnilər ayda-ildə bir dəfə ortaya çıxardıqları yeni mahnılarına da yalnız onlar hitə çevrildikdən sonra klip çəkdirmək qərarına gəlirlər. Klip də ki, nə klip...

İndi çəkilən kliplərin çoxunun heç süjet xətti də olmur. Çox zaman da müğənnilər oturduğu yerdə mahnını oxuyur və bu da lentə alınır. Mahnının sözlərini əks etdirən süjetsə olmur. Bu da sizə klip. Düzdür, hazırda dünya şou aləmində qlamur və sadə kliplərə daha çox üstünlük verilir. Əslində bu da bizim şou aləminin nümayəndələri üçün göydəndüşmə kimi bir şey olub. Çünki belə kliplər o qədər də xərc tələb etmir.

Biz də onlardan "hanı o vaxtkı kliplər” deyə soruşduq. Aldığımız cavab isə heç də gözlədiyimiz kimi olmadı. Müğənnilər klip çəkdirməkdə o qədər də maraqlı deyillər. Çünki...



"Kanallarımız heç bir ifaçıya dəstək göstərmir”

Bəstəkar, ifaçı Murad Arif deyir ki, nə qədər ki ölkəmizdə klipləri nümayiş etdirmək üçün xüsusi bir kanal açılmayacaq, bizim müğənnilərimiz də klip çəkdirməyə maraq göstərməyəcəklər: "Nə qədər ki ölkədə klip kanalı açılmayacaq, bizim klip bazarımız ölümə doğru gedəcək. Əvvəllər ABA kanalı fəaliyyət göstərirdi ki, orada klip saatları verilirdi. Bir müddət Space kanalında da kliplər verilməyə başladı. Od qiymətinə olsa da, ATV-də də klip saatları var idi və orda yerli kliplərimiz nümayiş olunurdu. Söhbət 10 il bundan əvvəldən gedir. İndi efirdə klip göstərirlərmi ki, müğənnilərdə klip çəkdirsinlər? Mən özüm ildə iki klip çəkdirirəm. 4 klipim var, bu yaxınlarda beşinci klipimi çəkdirəcəyəm. Danılmaz faktdır ki, bu gün müğənnilərimizin bütün ümidi və gümanı sosial şəbəkələrə qalıb. Kanallarımız heç bir ifaçıya dəstək göstərmir. Onlar ancaq müğənniləri efirdə ekspert kimi mənasız söhbətlərə dəvət edirlər. Müğənnilərin efirə dəvət olunduğu verilişlərin formatı budur”.

M.Arif klip çəkilişlərinin mənasız olduğunu iddia edir: "Sosial şəbəkəlilərdə aktiv olduğum üçün mənə hazırladığım klipimi təqdim etmək çox rahatdır. Ancaq elə sənətçilər var ki, onlar internetin nə olduğunu bilmirlər, anlayışları yoxdur. Onlar üçün klip çəkdirmək, onu paylaşmaq ikiqat çətindir. Xüsusən də orta və yaşlı nəslin ifaçılarını nəzərdə tuturam. Kliplərimizi paylaşmaqla sosial şəbəkələr vasitəsilə gənclərə xitab edirik”.

Süjetə gəlincə isə, ifaçı deyir ki, indi süjet xətti ilə hazırlanan kliplərimiz demək olar ki, yoxdur: "Dünyanın müxtəlif ölkələrində tanınmış klip kanallarına baxanda, onların əksəriyyətinin süjetsiz olduğunun şahidi oluruq. Bu, müasir pop musiqisinin tələbidir. Keyfiyyətli pop musiqisinin klipə ehtiyacı yoxdur. Əsas odur ki, keyfiyyətli görüntüsü, yaxşı kamera işi və maraqlı obrazları olsun. Avropa kliplərində də süjetə çox nadir hallarda rast gəlirik. İstənilən ingilis, fransız, italyan kanalını açın, orda 10 klipdən yalnız birinin süjet xəttinə malik olduğunu görəcəksiniz. Bu bir tendensiyadır, dəbdir”.



"İnsanların maraqları dəyişib”

Gənc ifaçı Leyla Ramazanlı da deyir ki, bizdə klip kanalı olmadığı üçün ifaçılar klip çəkilişlərində o qədər də maraqlı deyillər: "Klip müğənnini tanıdan, mahnısını sevdirən əsas meyardır. Ancaq son dönəmlər sosial şəbəkələrin geniş yayılması və eyni zamanda televiziyalarımızda kliplərə çox az yer verilməsi bir qədər bizi klip çəkdirməkdən yayındırır. Biz klipi çəkdirdikdən sonra onu yalnız "Youtube” kanalında yayımlayırıq. Televiziyalarımızda klip saatlarına çox az yer verilir. Belə olan halda, müğənninin də marağı ölür. Ancaq buna baxmayaraq, mən hər il yeni mahnılar yazdırır və kliplər çəkdirirəm. Müğənninin klipinin olmasını zəruri hesab edirəm”.

Kliplərin süjet xəttinə gəlincə isə, ifaçı deyir ki, il ötdükcə insanlar daha çox sadəliyə qiymət verirlər. Dünyanın inkişaf etmiş ölkələrində də müğənnilər kliplərini çox sadə və süjet xətti olmadan çəkməyə üstünlük verirlər: "Xarici kliplərə nəzər salsanız, onların süjet xəttinə müraciət etmədiklərinin şahidi olarsınız. İndi zəmanə də dəyişib. İnsanların maraqları, izlədikləri mahnılar, kliplər tamamilə başqalaşıb. Mənim kliplərimin əksəriyyətinin süjet xətti yoxdur. Yalnız iki klipimdə ssenaridən istifadə etmişəm”.



"Klipdə müğənni gözəl görünür”

Uzun illərdir ki, klipmeyker kimi fəaliyyət göstərən Nail Naiboğlununfikirləri isə bir qədər başqadır. O düşünür ki, klip bazarında müğənnilər daha çox özlərini göstərməyə çalışırlar: "İlk dəfə süjetsiz klip praktikasını 2005-ci ildə Azərbaycana mən gətirmişəm. Belə ki, ilk dəfə müğənninin iri planda yalnız üz cizgiləri, gözəl məkan və süjet xətti olmayan, müğənninin öz reklamı üzərində qurulan bir ssenari hazırladıq. Bu gün isə belə kliplər dəbdədir. Ancaq il ötdükcə, insanların zövqü dəyişir. Misal üçün, keçən il çəkilən kliplər bu il maraqsız gəlir. Bu, tək Azərbaycan şou-biznesinə aid deyil, dünya ulduzlarının da kliplərinə aiddir. Klip elə bir şeydir ki, daimi olaraq qalır. Klip mahnının reklamıdır. Çalışıram ki, süjet xəttinə o qədər də önəm verməyək, daha çox müğənnini göstərək. Bu məsələdə büdcə də böyük rol oynayır. Əvvəl müğənnilər klip çəkdirməyə daha çox həvəsli idi. Bunun üçün klipin də normal büdcəsi olurdu. Klipin daha sanballı alınması üçün ona bir neçə gün sərf etməli olurduq. İndi isə klip bir günə çəkilir. Daha yaxşı olar ki, indi müğənnini bir məkanda çəkəsən, nəinki süjet xətti, tamaşaçıya çatdırıla bilməyən fikirlər olsun. Mən hər zaman qlamur kliplərin tərəfdarı olmuşam”.

Bu gün kifayət qədər kliplər çəkildiyini deyən Nail Naiboğlu telekanallarda kliplərin nümayişinin həddən artıq baha olduğunu da qeyd etdi: "Əvvəllər Azərbaycanda bir neçə telekanalda kliplər yayımlanırdı. Hazırda Lider telekanalından başqa heç bir kanalda klip saatı yoxdur. Müğənnilər daha çox klipi çəkdirib "Yotube”-a yerləşdirir, sosial şəbəkələrdə paylaşırlar. Elə bir müğənni yoxdur ki, o, bir il ərzində heç olmasa bir klip çəkdirməsin. Düzdür, müğənnilərin klipə qarşı marağı ölüb, ancaq bu da düzgün fikir deyil. Müğənni başa düşməlidir ki, klip müğənni üçün vizit-kartdır. Bu gün İlhamə Quliyeva həyatda yoxdur, ancaq onun görüntüləri, klipləri var. Klipdə müğənni gözəl görünür. Müğənni televiziyaya çıxanda, orda rəng təmizləmə işləri aparılmır. Ancaq klipdə müğənni sırf müğənni kimi təqdim olunur. Ona görə müğənni özünü tamaşaçılara yaxşı mənada təqdim etmək üçün klip çəkdirməlidir”.

Bu gün rejissorluq sənətinə gənclərin axın etdiyini deyən klipmeyker onların içərisində səriştəsiz və özlərinə "rejissor” deyərək bu sənətin adına ləkə gətirənlərin olduğunu da dilə gətirdi: "Bu sənətə gənclər axın edir. Əslində bu, müsbət haldır, ancaq bəzən elə klip çəkirlər ki, deyirsən, heyf ki, bu insan özünə rejissor deyir və bizim sənətin adına xələl gətirir. Özünə hörmət edən müğənni işinə bələd olmayan rejissora klip çəkdirmir. O kliplərin də ömrü olmur. Tamaşaçı baxan kimi bilir ki, bu, səviyyəli, yaxud da səviyyəsiz klipdir”.



"Tələbat olmadığına görə bu sahəyə maraq azalıb”

Klipmeyker Fuad Əlişov isə mətbuata açıqlamasında kliplərin azlıq təşkil etdiyini, özünün ondan asılı olmayan səbəblərdən reklam sahəsinə yönəldiyini deyib: "Hər şey zamanla alındı, bir də gördüm ki, reklam sahəsindəyəm. Klip müğənninin, yeni mahnının tanınması üçün lazımdır, o da bir növ reklamdır. Müəyyən maliyyə tələb edir. Müqabilində də, müğənnilərin klipdən müəyyən gözləntiləri olur - toy təklifləri, şou-proqramlar, dolu konsert zalları. Amma bunları, məsəl üçün, sosial şəbəkələrdə aktiv həyatla da əldə etmək olar. Ona görə də müğənnilər az klip çəkdirir. Həm də kliplərin efirlərdə yayımlanması üçün qeyri-adekvat vəsait tələb olunur. Tələbat olmadığına görə, bu sahəyə maraq azalıb. Məncə, bizdə milli musiqi kanalı olsaydı, vəziyyət bir qədər dəyişə bilərdi. İndi sırf klip çəkməklə məşğul olmaq çətindir. Sadəcə şərait elə gətirdi ki, mən özümü reklam bazarında tapdım. Mən bu mənada nostaljiyə qapılmıram. Əvvəllər olduqca məhdud texnika ilə və təcrübəsiz çalışırdıq. Buna görə də klipin uğurunun əsas hissəsi rejissorun fantaziyası, onun qurduğu maraqlı süjet xəttindən asılı idi. Bu gün isə belə deyil. Açılan yeni avadanlıq imkanları, bu sahə ilə məşğul olan insanların yeni qabiliyyətlər öyrənməsi nəticəsində, tək stilist, kostyumer, dekorçuların (və s.) zəhməti əsasında gözəl bir iş ərsəyə gətirmək olar. Lakin sizin sualınızdan da göründüyü kimi, onlar yadda qalmaya bilər”.



"Müğənnilər klipə pul xərcləmək istəmirlər”

Tanınmış prodüser Tarix Əliyev (Tolik) isə hazırda Türkiyədə çalışan və kliplərini məhz xaricilərə həvalə edən müğənnilərdən danışdı: "Deməzdim ki müğənnilərimiz klip çəkdirməkdən imtina ediblər. Misal üçün, Röya Ayxan, Nigar Camalın yaxşı klipləri var. Azərbaycanda isə müğənnilər rejissora 1000 manat pul verirlər. Deyirlər ki, bu qiymətə klip çək. O da gedir əlüstü bir klip çəkir. 5-10 il bundan qabaq kliplər 5-6 günə çəkilirdi. İndi isə kiplər bir günə çəkilir. Yalandan gedirlər studiyaya bir-iki poza verirlər, təki adı olsun ki, klip çəkdirir. Onları da qınamaq olmur, bu gün televiziyalarımız kliplərə yer vermirlər. Bizim kallarımızda klip saatları yoxdur. Müğənni düşünür ki, mən klipi çəkib nə edəcəm? Uzaqbaşı, sosial şəbəkədə paylaşacam, baxış sayı çoxalacaq. Onlar klipə pul verməkdənsə, mahnı alıb, radiolara verib dinlətdirməyə daha çox üstünlük verirlər. Kliplərimizin azlığı da məhz buradan qaynaqlanır. Bizim "Kral”, "Pop” kimi musiqi kanallarımız yoxdur ki, kliplərimiz orda nümayiş olunsun. Digər tərəfdən də insanlarda klipə tələbat azalıb. İndi müğənnilər yeni mahnı yazdıranda, mahnının üzərinə şəkillərindən ibarət video yığdırır, bununla da mahnını təqdim edir. Müğənnilər klipə pul xərcləmək istəmirlər. Onlar yalnız toy haqqında düşünürlər”.

Süjetə gəlincə isə, prodüser deyir ki, bunun üçün yaxşı pul olmalıdır: "Süjetdə ən azı 2 aktyor iştirak etməlidir. İndi dünya şou aləmində kliplərdə tanınmış modellər, aktyorlar çəkilir. Misal üçün, keçən il Röya Ayxan klipinə məşhur aktyor Ozan Çolakoğlunu dəvət etmişdi. Bunun özü bilirsiniz nə qədər puldur? Yenə də deyirəm ki, hər işin başında maddiyyat dayanır. Digər tərəfdən, əgər klipdə süjet olsa, orda əks tərəf də görünməlidir. Belə olan halda, müğənni ekranda az görünəcək. Müğənnilərimiz fikirləşirlər ki, kliplərində ekranda ancaq özləri görünsünlər. Otursunlar divanda, yaxud da yataqda uzanıb klip çəkdirsinlər. Sənətə o qədər maraq olmadığı üçün yalnız pul, toy haqqında düşünürlər. Tərəf müqabili olanda isə, onu geyindirmək, qrim etmək, ona pul vermək - hamısı maddiyyat tələb edir. Buna görə kliplərdə süjet xəttinə ehtiyac duymurlar”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Bu gün, 15:05
Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Bu gün, 15:00
Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17
Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00
Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58
Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02
Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55
Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41
Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39
İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38
“Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19
Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14
ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13
Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09
ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55
İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53
"Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48
Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37
Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34
Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27
“Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24
Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16
Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13
Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01
Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56
"Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44
Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42
Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39
Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26
“Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23
Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05
Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03
Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56
“Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46
Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40
Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38
Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19
Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14
"Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07
Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58
`Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56
Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51
Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49
Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47
Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45
İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43
Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR - gömrükdəki ÖZBAŞINALIQLA bağlı...
Bu gün, 08:38
"Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz" - deputat
Bu gün, 08:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru