Kollec məzunları üçün YOL BAĞLANIR .....                     “Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi .....                     “İmişli kimi sərhədyanı rayonlarda “KQB” vaxtilə birə on fəal işləyibdir...” .....                     AZANS-ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazanıb .....                     AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... .....                     Putin “Zəngəzur döyüşü”nə hazırlaşır .....                     “Rusiya qəsdən juranlistlərin yayaşdığı yerləri vurur” .....                     3 şirkət daha bazarı tərk etdi .....                     İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi .....                     Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir .....                     Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir .....                     “Araz Supermarket”də yeni təyinat olub .....                     Əfv Komissiyasının yekun iclası başa çatıb, .....                     STP-nin törəmə şirkətinin direktoru dəyişdi .....                     Daha bir xarici şirkət Azərbaycan bazarından gedir .....                     "Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb .....                     "Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar" .....                     Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU .....                     Ermənistanın təhlükəli diplomatik oyunu .....                     İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... .....                     Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... .....                     Dövlət səviyyəsində ÖZBAŞINALIQ... .....                     Qızıl bazarında saxta məhsullar satılır .....                     Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb .....                     Beh alıb, məclisə getmədi .....                     Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub .....                     “Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” .....                     "Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa .....                     Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik .....                     "Məni hörmətdən salmaq istəyirlər" .....                     Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: .....                     Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib .....                     “Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” .....                     Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı .....                     “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası .....                     “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...” .....                     İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib .....                     İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... .....                     Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi .....                     Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir .....                 

Göygöl rayon İcra Hakimiyyətində nə baş verir? - “Şahin Məmmədovun başı çatmır, o dəlidir, psixdir...”
Tarix: 14-11-2014, 11:30 | Çap et
Göygöl rayon İcra Hakimiyyətində nə baş verir?
“Təzadlar”a daxil olmuş şikayət məktublarından biri də Göygöl rayon İcra Hakimiyyəti Mədəniyyət və Turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın qanunsuz fəaliyyəti barədədir. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə şikayət ünvanlayan (surəti “Təzadlar” qəzeti redaksiyasına) şikayətçi isə YAP üzvü, Gəncə Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş, SDU-nun magistri, ön xətdə zabit kimi qulluq etmiş, ehtiyatda olan leytenant, Dövlət Qulluğu Komissiyasının keçirdiyi imtahanlardan uğurlu nəticə əldə edərək Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinə məsləhətçi təyin edilmiş Məmmədov Şahin Şakir oğludur.

Bəs şikayətə səbəb nədir?

Dünən şikayət məktubunda qeyd olunanlarla bağlı əvvəlcə məktub müəllifi Şahin Məmmədovla telefon əlaqəsi saxladıq. Ş.Məmmədov şöbənin rəhbərliyi barədə yazdıqlarına, necə deyərlər, başı ilə cavabdeh olduğunu bildirdi... Həmçinin qarşı tərəfin də əlaqə vasitələrini bizə bildirərək, Şərqiyyə Hümbətovanın da mövqeyini öyrənməyimizi məsləhət bildi. Amma onu da qeyd etdi ki, “Onsuz da qarşı tərəf günahsız olduğunu deyəcək... Amma mən istərdim ki, qeyd etdiyim faktları araşdırasınız və qarşı tərəf quru sözlə deyil, konkret faktla bunu təkzib edə bilsin. Əks halda, istərdim ki, araşdırdığınız faktları Baş Prokurorluğa və ya digər aidiyyəti qurumlara göndərəsiniz. Hansı ki, Azərbaycan CPM-nin tələblərinə görə, istintaq orqanı KİV-in təqdim etdiyi məlumat əsasında təhqiqat aparmağa borcludur...”.
Beləliklə, qarşı tərəf olaraq Ş.Hümbətova ilə də əlaqə saxladıq. Bu barədə əlavə bəhs olunacaq. Hələlik isə şikayətçinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə, surəti “Təzadlar”a ünvanlı məktubundakı bəzi faktlara toxunaq.
Şikayətçi Ş.Məmmədov yazır:
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə!
Surəti “Təzadlar” qəzeti redaksiyasına!
Hörmətli Kamran müəllim!
Bildirirəm ki, mən Məmmədov Şahin Şakir oğlu YAP üzvüyəm, Gəncə Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişəm və SDU-nun magistriyəm. Cəbhənin ön xəttində zabit kimi qulluq etmişəm, ehtiyatda olan leytenantam, Dövlət Qulluğu Komissiyasının keçirdiyi imtahanlardan uğurlu nəticə əldə edərək Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinə məsləhətçi təyin edilmişəm. Amma sonradan şöbənin müdiri Şərqiyyə Hümbətovanın bir sıra qanunsuz hərəkətlərini görərək vicdanımın səsi ilə hərəkət edib etirazımı bildirmişəm. Çünki ən azı məni bu vəzifəyə təyinat etmiş Dövlət Qulluğu Komissiyasının etimadına kəm baxa bilməyəcəyimi qeyd etmişəm. Bundan sonra şöbə müdiri Ş.Hümbətova məni işdən kənarlaşdırmağa və gözümçıxdıya salmağa qərar vermişdir. Dəfələrlə Göygöl RİH başçısına etdiyim müraciətlər də səmərəsiz qalıb, sanki Ş.Hümbətovaya xüsusi status verilmişdir.
Hörmətli Kamran müəllim!
Şöbə müdiri Ş.Hümbətovanın etiraz etdiyim qanunsuz hərəkətləri barədə məlumat vermək istəyirəm. Hansı ki, bu barədə ilk dövrlər xanım şöbə müdirinə məruzə edərək tədbir görməsini xahiş edib gözləmişəm. Bu isə onun xətrinə dəyib, məni onun tələb və şərtlərinə uyğun gəlməyən kadr kimi işdən kənarlaşdırmağımı ortaya qoyub.
Diqqətinizə çatdırıram ki, Göygöl rayon İcra Hakimiyyəti bilərəkdən Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın qanunsuz fəaliyyətini ört-basdır edir, araşdırmır. Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Xidmətinə Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində olan korrupsiya faktları barədə müraciət etmişəm. Həmin müraciət aidiyyatı üzrə Göygöl Rayon İcra Hakimiyyətinə göndərilmişdir.

“Bəlkə ölkədə korrupsiyaya qarşı aparılan mübarizə əsassızdır?”

Göygöl rayon İcra Hakimiyyətindən isə həmin müraciət əsassız hesab olundu. Bəlkə ölkədə korrupsiyaya qarşı aparılan mübarizə əsassızdır? Yalandan əvvəlki tarixlərdə olan müraciətin yoxlanılmasınının cavabını göndərirlər. Bilərəkdən korrupsiya faktlarının üzərindən keçilir. Halbuki, açıq-aydın göstərirəm ki, 1 aprel, 26 aprel 2013-cü il tarixli Əmrdən çıxarışlarda büdcə vəsaitləri artıqlaması ilə xərclənib. İnventar və avadanlıqlar bilərəkdən artıq qiymətə alınıb. Baxmırlar və baxmaq istəmirlər. Ölkə Prezidentinin göstərişlərinə əməl etmirlər. Həmin konkret faktları Sizə tqdim etməyə hazıram.
Şərqiyyə Hümbətova indi də öz oğlu Ceyhun Hümbətovu Göygöl rayon İcra Hakimiyyəti vastəsilə Göygöl rayon Gənclər və İdman İdarəsində məsləhətçi vəzifəsinə yerləşdirib. DQMK-da həmin vəzifənin tutulma şərtlərinə görə həmin vəzifədə yalnız və yalnız bədən tərbiyəsi və idman, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisasları üzrə ali təhsil almış şəxslər işləyə bilərlər. Belə haqsızlıq olarmı? Ceyhun Hümbətov isə tarix fakültəsini bitirib, ancaq Şərqiyyə Hümbətovanın oğludur deyə həmin vəzifəni tutmalıdır? Heç olmasa ixtisası uyğun gəlməlidir. Bəs onda bizlər ali təhsil ocaqlarında hansısa ixtisas üzrə niyə oxuyuruq???
Ş.Hümbətova digər oğlunu isə Göygöl rayon Çaylı kənd İcra Nümayəndəliyinə müavin vəzifəsinə yerləşdirib. İkisini də eyni gündə, ikisini də dövlət qulluğuna. Necə ola bilər ki, digər gənclər imtahan verib dövlət qulluğuna qəbul edilirlər, Şərqiyyə Hümbətovanın oğlanları isə birbaşa, ixtisasları və ya əvvəlki iş təcrübələri həmin vəzifəyə uyğun gəlmədiyi halda. Bütün bu hallara Göygöl rayon İcra Hakimiyyəti heç bir reaksiya vermir.
Göygöl rayon İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin baş mühasibi Fəridə Allahverdiyeva, həm də “ƏDİRƏF” MMC-nin sahibidir. “ƏDİRƏF” MMC Göygöl rayon Mədəniyyət və Turizm şöbəsi ilə daim alqı-satqı müqavilələri imzalayır, tenderə girilmədən, Satınalmalar üzrə Dövlət Agentliyindən keçmədən müqavilələrdə bilərəkdən qiymətlər artıq yazılır. Dövlət vəsaiti israf edilir. Bildiyiniz kimi Dövlət Qulluğu haqqında qanuna görə dövlət qulluqçusu sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Dövlət qulluqçusunun sahibkarlıqla məşğul olması korrupsiya hüquqpozması sayılır. Bu da sübut:
Kommersiya qurumunun adı: “ƏDİRƏF” MMC
Dövlət qeydiyyatına alındığı tarix: 27.02.2013
Hüquqi ünvanı: Göygöl şəhəri, R.Nəsibov məhəlləsi, ev 01, m.10
MMC-nin sahibi Fəridə Allahverdiyeva Mayıl qızı.
Bu faktı Vergilər Nazirliyindən dəqiqləşdirə bilərsiniz. Bu fakta Göygöl rayon İcra Hakimiyyəti və Maliyyə İdarəsi heç bir reaksiya vermir. Açıq-aydın qanun pozuntusuna göz yumurlar. Qanunlara hörmət etmirlər.
Göygöl rayon İcra Hakimiyyəti bilərəkdən Şərqiyyə Hümbətovanın heç bir ali təhsili olmayan işçisi Qurbanov Ayaz Bülqədər oğlunu Rayon Mədəniyyət Mərkəzinə direktor təyin etməsinə heç bir reaksiya vermir. Necə ola bilər ki, yalnız çilingər ixtisası almış, texnikum təhsili olan şəxs 60 minlik rayonun Mədəniyyət Mərkəzində direktorluq etsin? Bunu yalnız fəaliyyətinə nəzarət edilməyəcəyini düşünən Ş.Hümbətova edə bilər. Göygöl rayon İcra Hakimiyyəti isə bu faktı bilsə də Ş.Hümbətovaya heç xəbərdarlıq da etməyib.
Hörmətli Kamran müəllim!
Bütün bu göstərdiklərim faktlar korrupsiya fəaliyyətidir və hesab edirəm ki, Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində baş verən qanunsuz halların yalnız bir hissəsidir. Bütün bu hallar barədə Göygöl rayon İcra Hakimiyyəti və rayonun maliyyə şöbəsi xəbərdar olsalar da heç bir tədbir görmürlər. İnanıram ki, Sizin bu faktların araşdırılmasına bir göstərişiniz yetərli olacaq və adı çəkilən şöbədə çoxsaylı qanun pozuntuları aşkarlanacaq.
Hörmətlə, şikayətçi Şahin Məmmədov

Şərqiyyə Hümbətova: “Şahin Məmmədovun başı çatmır, o dəlidir, psixdir...”

Şikayət məktubunda barəsində çoxsaylı ittihamlar səslənən Şərqiyyə Hümbətova ilə də əlaqə saxladıq. Məktubun mahiyyətini eşidən kimi əsəbiləşən xanım şöbə müdiri dedi:
- Şahin Məmmədov ağlına gələni danışır, o, dəlidir, psixdir, onun başı çatmır...
- Şərqiyyə xanım, Şahin Məmmədovun redaksiyaya təqdim etdiyi sənədlərdən belə məlum olur ki, o, Dövlət Qulluğu Komissiyasının təqdimatı ilə sizin şöbəyə məsləhətçi kimi məsul vəzifəyə təyin olunub. Belə vəzifəyə gələnlərin isə sağlamlığı və psixi durumu yoxlanılır... Sizdə onun dəli olması barədə həkim arayışı varmı?
- Onun hərəkətləri bunu deməyə əsas verir... Olarmı, mən sizinlə bir az sonra əlaqə saxlayım, hər şeyi danışım?..
- Buyurun...
Amma qəzet çapa gedənədək gözləsək də, xanım müdir zəng etmədi.
***
Yazı çapa gedərkən şikayətçi Ş.Məmmədov redaksiyanın elektron poçtuna əlavə sənədlər göndərdi. Növbəti yazıda bu barədə bəhs olunacaq.
\\ tezadlar.az \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kollec məzunları üçün YOL BAĞLANIR - Bitirənlər müəllim işləyə BİLMƏYƏCƏK
Bu gün, 18:31
“Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi - FOTO
Bu gün, 18:26
“İmişli kimi sərhədyanı rayonlarda “KQB” vaxtilə birə on fəal işləyibdir...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 18:16
AZANS-ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazanıb - FOTO
Bu gün, 18:09
AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
Bu gün, 18:07
Putin “Zəngəzur döyüşü”nə hazırlaşır - AKTUAL
Bu gün, 18:00
“Rusiya qəsdən juranlistlərin yayaşdığı yerləri vurur” - RSF
Bu gün, 17:56
3 şirkət daha bazarı tərk etdi
Bu gün, 17:51
İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi – İki problem var
Bu gün, 17:47
Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir - ÇÜNKİ...
Bu gün, 17:45
Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir - İslam dini nə deyir?
Bu gün, 17:44
“Araz Supermarket”də yeni təyinat olub - DOSYE
Bu gün, 17:42
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
Bu gün, 17:40
STP-nin törəmə şirkətinin direktoru dəyişdi - BUNDAN SONRA...
Bu gün, 17:38
Daha bir xarici şirkət Azərbaycan bazarından gedir
Bu gün, 17:32
"Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:28
"Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar"
Bu gün, 17:22
Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU - Böyük "müharibə" olacaq
Bu gün, 17:20
Ermənistanın təhlükəli diplomatik oyunu
Bu gün, 17:15
İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT!
Bu gün, 17:12
Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR...
Bu gün, 17:08
Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 17:01
Qızıl bazarında saxta məhsullar satılır - VİDEO
Bu gün, 16:57
Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb - "İnterfaks"
Bu gün, 16:53
Beh alıb, məclisə getmədi
Bu gün, 16:48
Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
Bu gün, 16:45
“Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
"Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Bu gün, 13:58
Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik - Paşinyan
Bu gün, 13:22
"Məni hörmətdən salmaq istəyirlər"
Bu gün, 13:18
Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: - “Hitler olsaydı…”
Bu gün, 13:15
Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib - Şok təfərrüat
Bu gün, 13:12
“Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” - Qətlin açdığı dəhşətli FAKTLAR
Bu gün, 13:10
Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Bu gün, 11:42
“Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Bu gün, 11:01
“Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Bu gün, 10:47
İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44
İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41
Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36
Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33
"Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31
5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25
PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22
Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19
Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09
Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01
"Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59
38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49
Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46
Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru