Azərbaycanlı xanım Londonda turizm şirkəti yaratdı .....                     Ermənistan müxalifətində parçalanma: 2026-cı il seçkiləri taleyüklü olacaq .....                     “Qarabağ” oyunu öncəsi bilet QALMAQALI .....                     “Dəhlizdən yalnız Azərbaycan və Türkiyə qazanacaq” .....                     Nazirlikdən 1,6 milyonluq müəmmalı tender .....                     Sülh müqaviləsi imzalanmaya bilər: Paşinyan Bakı ilə sazişdən yayınır? .....                     Taksi sürücüsü işləyən falçı Mətləbin işi: "Anasını ölümdən xilas etdim, qardaşı arvadını isə..." .....                     Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq .....                     Kreml Azərbaycan və Rusiya prezidentlərinin Çində mümkün görüşünü şərh etməyib .....                     İşğaldan azad olunmuş ərazilərdə 50 mindən çox insan məskunlaşdırılıb və bu proses davam edir .....                     Gömrük Komitəsinin xanım əməkdaşına söz atan 63 yaşlı kişi həbs edildi .....                     "Fədək Market"in kassirindən ƏDV dələduzluğu .....                     “Bu bazarı çoxdan sökmək lazım idi” .....                     “Dahi şəxsin məzarını açmaq dini qaydalara ziddir” .....                     Azərbaycanla ABŞ arasında Vaşinqtonda imzalanan sənəd əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır .....                     Məşhur vəkil avtoqəzaya düşüb .....                     RabitəBank keşbekləri “qayçı”ladı: faizlər endirildi, limitlər qoyuldu .....                     Bakı ilə razılaşdılar: .....                     Azərbaycanda ilk: DTX müsadirə etdi, taleyi necə olacaq? .....                     Məhz qalib Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif edərək sülh sazişinin layihəsini təqdim edib .....                     Qarabağ qazisindən nazir Anar Əliyevə MÜRACİƏT .....                     “Daşnaksütyun” Köçəryanla yollarını ayırdı .....                     Dövlət qurumunun 390 minlik tenderinin .....                     Xocəsəndə qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalana bilər .....                     39 dərəcə isti olacağı gözlənilir .....                     Kəmaləddin Heydərov polkovnikə yeni vəzifə verdi .....                     Mirzoyan qırğız həmkarını Vaşinqton görüşü barədə məlumatlandırıb .....                     Ən qocaman universiteti ən böyük “bazara” çevirən rektor .....                     Bərdədə məktəb direktoru işçilərin maaşını yeyir .....                     Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edəcək .....                     Kəlbəcər yaylaqlarına giriş niyə qadağan edilib? .....                     Pərvinin paylaşımı OLAY YARATDI: “Bu qızı alan yoxdur?” .....                     Cəlilabadın icra başçısı bordürləri 50 min manata dəyişmək istəyir .....                     Ermənistanda cəmi iki nəfər sülh istəyir: .....                     İranın məqsədi regional prosesləri bloklamaqdır .....                     Qəlp çıxan `QIZIL ZƏMANƏT`... .....                     "Əminəm ki, məhsulumu ya itiriblər ya da mənimsəyiblər..." .....                     Şərur sakini şər-böhtanla ÜZ-ÜZƏ... .....                     "Bakıxanov Trikotaj" ASC səhmdarlarını .....                 

Rəsmi Bakının donkixotluqdan uzaq siyasəti Azərbaycanın işinə yarayanıdır... - Boyumuzdan yuxarı tullanma cəhdi…
Tarix: 5-11-2014, 10:42 | Çap et
Rəsmi Bakının donkixotluqdan uzaq siyasəti Azərbaycanın işinə yarayanıdır...
DİA.AZ: - Ukraynada atəşkəs sazişi imzalansa da, vəziyyət günü gündən gərginləşir. Rusiyanın təkcə Krımla kifayətlənməməsi və Ukraynanın şərqinin böyük bir hissəsinə, sanki fürsət düşmüş kimi iddia etməsi, qeyd olunan istiqamətdə separatizm fəaliyyətini inkişaf etdirməsi Kiyevlə Moskva arasındakı uçurumu daha da dərinləşdirməkdə, durumu daha da gərginləşdirməkdədir.

Əslində Azərbaycan üçün belə bir ssenari heç də yad deyil. Yəni bizlər Ukraynanın bu gün yaşadıqlarını 20 il əvəl yaşadığımızdan Kremlin bundani sonra nələri edə biləcəyini aanlıqla təxmin edə bilirik. Məhz Sovetlər Birliyi dağıldıqdan sonra Azərbaycanı yenidən nəzarəti altında saxlamağa çalışan Kreml nəinki Qarabağın işğalında iştirak etdi, hətta sonradan ermənilərin işğal etdikləri Dağlıq Qarabağ ərazilərində nəzarətlərini qoruya bilmələri üçün, əlavə olaraq bufer zona kimi 7 rayonun işğalına da şərait yaratdı.

Bu gün isə Krımdan kifayət qədər aralı düşən rəsmi Kiyev üçün digər işğal olunmuş Ukrayna ərazilərinin azadlığı daha vacib göründüyündən Krımı rəsmən, dünya birliyinin gözünə baxa-baxa öz ərazi vahidi elan etmiş Rusiyanın növbəti işğallarından qorunmaq daha vacib görünür.

Təbii ki, bütün bu baş verənlərin Azərbaycana birbaşa aidiyyatı olmasa da, bu baş verənlərin nəticələrinin Azərbaycandan yan keçməyəcəyi də inkar olunmazdır. Yəni bu gün Ukrayna ilə Rusiyanın arasındakı müharibənin sonuclarına bir növ bizlər də qatlanmalı olacağıq. Bu sonuclar isə Azərbaycanı fərqli-fərqli yerlərə götürə bilər. Elə buna görə də Azərbaycanın məlum konfliktə və ümumiyyətlə, regionumuzla bağlı bütün proseslərə xüsusi həssaslıqla qiymət verməsi ən gərəkənidir.

İlkin olaraq isə görünəni odur ki, Azərbaycanın seçimi doğrudur. Yəni rəsmi Bakının Krımın işğal olunmasını tanımaması, eyni zamanda da Rusiya ilə münasibətlərindəki hərarəti qoruyub-saxlaması bu gün məhz Azərbaycanın dövlət maraqlarının tələbi kimi qəbul olunmalıdır. Əks halda, Azərbaycan özünü olduqca çətin bir duruma salardı və yaxud da böyük çətinlikləri qarşıda dəfə etmək zorunda qalardı.


Çünki Rusiyanın Ukraynadan çıxması, ən azından rahatlıqla çıxması hazırki şəraitdə inandırıcı görünmür. Bu gün dünyanı bölüşdürən əsas dövlətlərdən biri olan Rusiyanın bu addımlarına qarşı hərbə-zorba dilində danışan NATO-nun da real hansısa addımı atacağı istisnadır. Bütün hədələr yalnız sözdədir və sözdə də qalacaq.

Kremlin son gedişləri də bunu ehtiva edir. Rusiya net şəkildə bu gün onu Krımı işğal etməkdə qınayanlardan Yaxın Şərqin işğalının hesabını sorması ilə vəziyyəti tamam fərqli nöqtəyə daşımış oldu. Yəni necə ki, Kreml vəhşi Qərbin İraqı, Liviyanı, Suriyanı, Əfqanıstanı işğal etməsinə göz yumur, eləcə də Rusiyanın Krımı öz içinə qatmasına həmin vəhşi Qərb susmaq zorundadır. Əks halda, Rusiya tamam fərqli siyasət yürüdəcək. Bunu Kreml bəyan edir.

Və məhz bunun ardından Ukraynanın arxasında dayanırmış kimi görünən Qərb də rəsmi Kiyevi bu gün artıq heç bir anlam kəsb etməyən atəşkəslə ovundurmağa çalışdı. Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar, habelə məhz Rusiyanı hədəfləyən dünya üzrə neft ucuzlaşması da Qərbin Moskvaya qarşı ata biləcəyi məhdud addımlardan oldu.

Təbii ki, Rusiya iqtisadi basqıların acı fəsadlarını yaşayır və bu belə də olmalı idi. Yəni Rusiya yaxşı başa düşürdü ki, başlatdığı yolun sonunda nələr ola bilər. Və Moskva vəziyyətdən çıxmağa çalışması ilə Qərbin iqtisadi basqılarına ram olmayacağını da nümayiş etdirir.

Təbii ki, basqılar qarşılıqlı olduğundan bundan elə Avropa ölkələri də ciddi şəkildə zərər görməkdədirlər. Yəni iqtisadi sanksiyalar Rusiya kimi Qərbi də ziyana salır. Onsuz da iqtisadi durumu ürəkaçan olmayan Avropa ölkələrinin Rusiya ilə В«qoz-qoz oyununaВ» sona qədər tab gətirəcəyi də inandırıcıgörünmür. Artıq Avropa Birliyinə aid Şərqi Avropa ölkələri ağ bayraqlarını qaldırmağa hazırlaşırlar. Bu gün açıq şəkildə Almaniyanın çiyinlərində dayanan Avropa Birliyinin bundan sonra neçə müddət davam gətirəcəyi də maraqlıdır. Amma Rusiyanın buna qədər də izolə şəraitində yaşam mücadiləsi vermə təcrübəsi olduğundan, habelə Rusiyanın alternativlərinin heç də məhdud olmaması səbəbindən deyə bilərik ki, yenilən tərəfdə daha çox Avropanı görməli olacağıq.

Bu, baş verərsə, o zaman regionda böyük dəyişikliklər qaçılmazdır. Rusiyanın indidən təməlini atmağa başladığı Avrasiya Birliyi nəinki Avropanın, habelə bütünlükdə olaraq Qərb dünyasının qarşısında böyük bir gücü - həm iqtisadi, həm də hərbi gücü təmsil etmiş olacaq. Hətta gözləniləndir ki, həmin zaman antiQərb ruhlu ölkələr, illər ərzində Avropa Birliyinin ovsaytında tutulan Türkiyə kimi ölkələr də Avrasiya Birliyinə qatılsın.

Bildirək ki, hələ 10 il əvvəldən Rusiyanın belə bir planı olub və o zaman Kreml hətta İstanbula danışıqlara öz xüsusi elçisini belə yollamışdı. Bu danışıqlar isə 2006-cı ildə yenidən nəfəs qazandı. Dəfələrlə Avropa Birliyindən rədd cavabı alan Türkiyəyə sıcaq yanaşan Kreml bir zamanlar SSRİ-nin Türkiyədə səfiri olmuş Çernışevski soyadlı nümayəndəsini Ərdoğanla danışıqlara yolladı. Türkiyə türkcəsində səlis danışan keçmiş səfir, həmin ərəfədə Putinin müşaviri olan Çernışevski rəsmi Ankaraya В«Türkiyə də Rusiya kimi nə Avropadır, nə də Asiya, həm Avropadır, həm də AsiyaВ» ismarıcını çatdırdı. Və bununla yenidən Rusiyanın Avrasiya Birliyi layihəsinə dəvət alan Türkiyə ilə Kremlin danışıqları bu gün də aktualdır.

Analitiklər bildirir ki, hətta Rusiyanın planlarında Türkiyə ilə yanaşı, İranı, Suriyanı, habelə Çini belə Avrasiya Birliyində görmə niyyəti prioritet təşkil edir. Bu plan baş tutacaq, ya tutmayacaq… Hələlik bəlli deyil. Bəlli olanı isə odur ki, Azərbaycanın qonşuluğunda bir dünya nəhəngi var. Və biz bu nəhəngdən bu günə qədər yetərincə zərbələr yeişik. Ona görə də, ehtiyatlı olmaq zorundayıq. Azərbaycanın donkixotlara yox, bu gün ağıllı şəkildə qərar verməyi bacaran liderlərə ehtiyacı var. Və rəsmi Bakı da bu gün məhz donkixotluqdan kənar siyasəti ilə sırf DÖVLƏT MARAQLARINA söykəndiyini nümayiş etdirməkdədir…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlı xanım Londonda turizm şirkəti yaratdı - DETALLAR
Bu gün, 15:12
Ermənistan müxalifətində parçalanma: 2026-cı il seçkiləri taleyüklü olacaq - Görünəni odur ki...
Bu gün, 15:10
“Qarabağ” oyunu öncəsi bilet QALMAQALI - Minlərlə azarkeşi biletsiz qoyan dələduzlar İŞ BAŞINDA
Bu gün, 15:07
“Dəhlizdən yalnız Azərbaycan və Türkiyə qazanacaq” - İran saytı
Bu gün, 14:48
Nazirlikdən 1,6 milyonluq müəmmalı tender - BU NƏDİ BELƏ?
Bu gün, 14:42
Sülh müqaviləsi imzalanmaya bilər: Paşinyan Bakı ilə sazişdən yayınır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:37
Taksi sürücüsü işləyən falçı Mətləbin işi: "Anasını ölümdən xilas etdim, qardaşı arvadını isə..." - TƏFƏRRÜAT
Bu gün, 14:31
Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - SİYAHI
Bu gün, 14:17
Kreml Azərbaycan və Rusiya prezidentlərinin Çində mümkün görüşünü şərh etməyib - "İnterfaks"
Bu gün, 14:13
İşğaldan azad olunmuş ərazilərdə 50 mindən çox insan məskunlaşdırılıb və bu proses davam edir - MƏQALƏ
Bu gün, 13:49
Gömrük Komitəsinin xanım əməkdaşına söz atan 63 yaşlı kişi həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:35
"Fədək Market"in kassirindən ƏDV dələduzluğu - Məhkum edildi
Bu gün, 13:34
“Bu bazarı çoxdan sökmək lazım idi” – Vahid Əhmədov FHN-i ittiham etdi
Bu gün, 13:31
“Dahi şəxsin məzarını açmaq dini qaydalara ziddir” - Açıqlama
Bu gün, 13:23
Azərbaycanla ABŞ arasında Vaşinqtonda imzalanan sənəd əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır - Səfirlik
Bu gün, 13:18
Məşhur vəkil avtoqəzaya düşüb - qəza nəticəsində...
Bu gün, 13:03
RabitəBank keşbekləri “qayçı”ladı: faizlər endirildi, limitlər qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 13:01
Bakı ilə razılaşdılar: - Zəngəzur dəhlizinə onlar da qoşulurlar
Bu gün, 13:00
Azərbaycanda ilk: DTX müsadirə etdi, taleyi necə olacaq? - GƏLİŞMƏ
Bu gün, 12:58
Məhz qalib Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif edərək sülh sazişinin layihəsini təqdim edib - İsrafil Kərimovun yazısı...
Bu gün, 12:48
Qarabağ qazisindən nazir Anar Əliyevə MÜRACİƏT - "Bizi dövlətdən soyutmayın..."
Bu gün, 12:46
“Daşnaksütyun” Köçəryanla yollarını ayırdı - “İravunk”
Bu gün, 12:30
Dövlət qurumunun 390 minlik tenderinin - LƏĞV SƏBƏBİ AÇIQLANDI
Bu gün, 12:27
Xocəsəndə qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEO
Bu gün, 12:24
Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalana bilər - AKTUAL
Bu gün, 12:17
39 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:16
Kəmaləddin Heydərov polkovnikə yeni vəzifə verdi - ƏMR
Bu gün, 12:14
Mirzoyan qırğız həmkarını Vaşinqton görüşü barədə məlumatlandırıb - KİV
Bu gün, 12:00
Ən qocaman universiteti ən böyük “bazara” çevirən rektor – Elçin Babayevin həbsinə çağırış
Bu gün, 11:58
Bərdədə məktəb direktoru işçilərin maaşını yeyir - İTTİHAM VAR...
Bu gün, 11:55
Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edəcək - AÇIQLAMA
Bu gün, 11:52
Kəlbəcər yaylaqlarına giriş niyə qadağan edilib? - HƏRBÇİLƏRDƏN NARAZILIQ VAR
Bu gün, 11:49
Pərvinin paylaşımı OLAY YARATDI: “Bu qızı alan yoxdur?” - FOTO
Bu gün, 11:43
Cəlilabadın icra başçısı bordürləri 50 min manata dəyişmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:38
Ermənistanda cəmi iki nəfər sülh istəyir: - Referendumun nəticələrini gözləməliyik...
Bu gün, 11:34
İranın məqsədi regional prosesləri bloklamaqdır - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 11:30
Qəlp çıxan `QIZIL ZƏMANƏT`... - NARAZILIQ VAR...
Bu gün, 11:25
"Əminəm ki, məhsulumu ya itiriblər ya da mənimsəyiblər..." - GİLEY
Bu gün, 11:18
Şərur sakini şər-böhtanla ÜZ-ÜZƏ... - NARAZILIQ VAR...
Bu gün, 11:13
"Bakıxanov Trikotaj" ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 11:07
Nazirlik mərhum nazirə məxsus olduğu deyilən şirkətlə 3,7 milyonluq müqavilə bağladı - DETALLAR
Bu gün, 11:02
Mehdiyevin həyat yoldaşı məhkəmədə niyə uduzdu? - İLGİNC
Bu gün, 10:59
Azərbaycan Suriyaya qazın həcmini artıra bilər
Bu gün, 10:56
Bu ərazidə sosial evlər tikiləcək, 36 milyonluq layihə başlayır - TENDER
Bu gün, 10:40
Araz Abdullayev evləndi
Bu gün, 10:34
Qarabağda göründü, üç ölkəyə göndərildi – Dünya bundan danışır
Bu gün, 09:23
SOCAR-ın sabiq maliyyə direktoru rus-hind neftayırma şirkətinə rəhbər təyin olunub - BUNDAN SONRA...
Bu gün, 08:58
“Tramp dəhlizi” üçün təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:55
Azərbaycanda bu şirkətə baş direktor seçiləcək - TOPLANTI
Bu gün, 08:45
Valideyn övladını məktəbə yola salmaq üçün minimum 200–230 manat xərcləməlidir
Bu gün, 08:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru