DİA.AZ: - "Deməli, instagramda yaranan yeni növ dələduzluqdan danışmaq isdərdim sizlərə. Və bizim kimi neçə nəfər aldadılıb..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Xosrov Əsgərzadə adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Bu dırnaq kursu bütün hamıya vakansiya təklif edir yüksək maaşla ( Vakansiyalar isə İnstruktor və İnstruktor köməkçisidir. ) və işə başlamaq üçün mütləq kursu bitirmək lazımdır ki, o proqramla dərs keçəsən. Kurs isə ödənişlidir ( 250₼ ). Bizə tapşırıldı ki, orada heçkəsə iş üçün gəldiyimizi deməyin. Əsas məsələdə bundan sonra başlayır. Sən demə bütün ora gələnlərə iş vədi verilir, və hələdə vakansiya davam edir. Sizlərdən xahiş edirəm ki, bu cür yerlərə inanmayın. Əgər sizə kurs qarşılıqında iş təklif olunursa, bu barədə çox - çox fikirləşin. Mən isə bilmirəm hara şikayət edim. Əgər qrupda bunlardan şikayəti olan başqa birisi varsa yazsın kütləvi şikayət edək. Mən şikayətimi edəcəm. Vatsapp yazışmalarıda var məndə..."
İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...