Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? .....                     "Belə arvadı ər çırpmasın, nə etsin?" .....                     Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur .....                     Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? .....                     “FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... .....                     Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu .....                     "Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?" .....                     Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb .....                     Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq .....                     Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... .....                     Zakir Qaralov uzun müddət sonra göründü .....                     Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... .....                     “Məğlub edilməmiş Rusiya” İMİCİ .....                     Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu .....                     Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı .....                     Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub .....                     Paşinyan xalqdan legitimlik dəstəyi istəyir .....                     Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir .....                     Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı .....                     Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı .....                     Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb .....                     “Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” .....                     Bu qürurun başlanğıcı tarixi Zəfərdir .....                     20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür .....                     Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi .....                     Putinin masasındakı “gizli qovluq”da nələr var? .....                     Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb .....                     Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı .....                     Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... .....                     Sülhün qarşısında OHANYAN SƏDDİ .....                     Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb .....                     Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi .....                     Azərbaycanda logistika şirkəti bağlanır .....                     Cəlilabadda ağacyeyənlər peyda olub .....                     Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... .....                     Sülh müqaviləsi tezləşir .....                     Qardaş olub İngilistan... Azərbaycan... .....                     Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb .....                     Barışığa Qarabağdan atılan güllələr .....                 

"Bu yerdə heç it də yaşamaz" - Məmurların vətəndaşlara rəva bildiyi YAŞAYIŞ
Tarix: 30-10-2021, 09:42 | Çap et
"Bu yerdə heç it də yaşamaz"
Bəzən pis gündə yaşayışı itlərlə müqayisə edirik. Pis evə “it damı”, pis evdə yaşayana “it də burada yaşamaz” deyirik.

Əslində söhbət açacağım yerə, evə, yaşayışa məmurlar da “itli” müqayisə aparıblar. Söhbətin tən ortasından başlayaq. Bakı şəhəri Xətai rayonu, Sadıqcan küçəsi Göz xəstəxanası kimi tikilib, daha sonra yarımçıq qalan, qaçqın və məcburi köçkünlərin yaşadığı yerdə söhbət açacağıq. Daha dəqiq ordakı bir ailədən, onların yaşayışından…

İki il öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev sözü gedən və aşağıda sözü gedəcək ailənin yaşadığı yerə gəlib, baxışdan sonra belə bir ifadə işlədib: “Burada it də yaşamaz”. Məsələ ondadır ki, bu söhbətin üstündən iki il keçib və ailə hələ də orada yaşayıb. Ailə böyüklərindən biri Tağıyeva Sevda Heydər qızının dili ilə desək, “Biz itdən də betərik”.

İnsan hər yerə, hər şəraitə uyğunlaşan, adaptasiya olan bir varlıqdır. Qarabağda imarəti olub çadırda yaşayanları gördük, dəmir vaqonlarda məskunlaşanları gördük. Ümumiyyətlə, qaçqın və məcburi köçkünlərin yaşayışı ilə bağlı nələri görmədik ki?!

Sözdə Göz xəstəxanası olan yerdəyik. Girişdə divarda bizi belə bir yazı qarşılayır – “QARABAĞ BİZİMDİR”.

Həmin küçə Bakının ən görməli yerlərindən biridir. Göz xəstəxanası ilə üzbəüz yeni bir park da salınır. Ətrafda çoxlu sayda hündürmərtəbəli binalar var. Həmin binalarla bu binanı sonradan çəkilən bir hasar ayırır.

Bəzi müqayisəli fotolar olur: ağ-qara, gözəl – çirkin. Bax burada elədir. Divarın solu təmiz, səliqəli, bahalı maşınlar, deyib-gülən uşaqlar, çilçıraq. Sağı isə üfunət, çirkab, mənən qocalmış uşaqlar, ağcaqanad, milçək, siçovul, daşan kanalizasiya. Qısası təsəvvürünüzdə nə qədər pis şeylər varsa hamısı…

Divarın üzərindən baxıram, bir addımla həyat, yaşayış necə dəyişərmişвЂ¦ Görürəm, hiss edirəm…

Tağıyevlər ailəsi 2004-2005-ci ildən burda yaşayırlar. Yaşayış yerləri 3 kiçik otaqdan ibarətdir. Otaqlar türməni xatırladır. Əslində türmə də belə deyil. Çünki türmələrin ən azı havalandırması olur, kiçik olsa da dəmir barmaqlıqlardan günəş içəri düşə bilir. Bu otaqların isə heç birinin havaya çıxışı yoxdur. Otaqların yalnız kanalizasiya trubalarına çıxışı var. Otaqlar tikiləndən bu günə qədər bir dəfə də hava görməyib. Günəş işığına həsrətdir. Otaqlardan gələn iyi bir anlıq düşünün. İnsan hara düşdüyünü anlaya bilmir. Burada insan necə yaşaya bilər deyə çoxlu sayda suallar verir. O an anladım ki, Rövşən Rzayev niyə, “Burada it də yaşamaz”, – deyib.

Tağıyev Ramin Kərim oğlu orada yaşayan ailələrdən birinin başçısıdır. Raminin uşaqlığı, gəncliyi burada keçib. İndi də həmin bu otaqda uşaqları böyüyür. Təbii ki, uşaqlar hamısı xəstədir. Ramin Tağıyevin sözlərinə görə, həkimlər uşaqların xəstəliyinin havasızlıq və oksigensizlikdən qaynaqlandığını deyib. Üç balaca otaqda uşaqlı-böyüklü 12 nəfər yaşayır.

Ailə mənzil şəraitlərinin yaxşılaşdırılması üçün dəfələrlə “Qaçqınkom”a müraciət edib. Məsələ ondadır ki, hər dəfə onlar sözün əsl mənasında və qısası yola veriliblər.

İki il öncə Rövşən Rzayev ərazidə olanda ailəyə söz verib ki, onları nəzarətə götürüb və qısa zamanda yeni evlə təmin edəcəklər. O sözdən sonra bir neçə şəhərciyə qaçqın və məcburi köçkünlər yerləşdirilib, ancaq hələ söz söz olaraq qalır.

Ramin Tağıyev bildirir ki, uşaqları dərs oxuya bilmirlər:

“Otaqlar kiçikdir, ancaq yatmaq olur. Bundan əlavə səs-küy uşaqların oxuması mane olur. Uşaqların oxuya bilməməsini çox yaxşı anlayıram. İmkan da yoxdur ki, kirayə ev tutub çıxaq”.

Maddi gücü, işi olan biri düşünürəm ki, heç vaxt nə özü burada yaşamaz, nə də uşaqlarının burada yaşamasına razı olar.

Ailə Laçın rayonundan məcburi köçkün düşüb. Dağdan, təmiz havadan gəlib düşüb yarımtikili olan bir binanın zirzəmisinə.

Sevda Tağıyeva Laçın rayonundan çıxdıqları anı xatırlayır:

“Ermənilərin kəndə girməsinə az qalmışdı. Qaçdıq. Qaçan zaman yıxıldım, başım əzildi. Bura gələnə qədər bir neçə yer dəyişdik. Axırda gəlib çıxdıq bura. Bax bu gördüyün yerdən bir qız köçürüb, iki gəlin gətirmişəm. Nəvələrimin gününü görürsən, hamısı xəstədir. Hamısının da səbəbi bu havasızlıqdır. Laçında bulaq suyu içirdik, burada isə su gələndə sevinirik. Laçında dağ havası udurduq, burada evə hava girmir. Üç otaq var, üçü də pəncərəsiz. Hamımız burada xəstəlik tapdıq. Həkimə getmədən də bilirik ki, oksigen çatışmazlığı səbəbindən xəstəlik tapmışıq”.

Ailə daimi yaşamaq üçün ev deyil, müvəqqəti, Laçına qayıdacaqları günə qədər yaşamaq üçün ev istəyir. Ancaq “Qaçqınkom” ailəni nədənsə nəzərə almır.

Ailə böyükləri ilə otaqların önündə söhbət edərkən uşaqlardan biri böyrümdən dürtüb dedi, əmi o səsi eşitdin? Dedim, eşitdim. Bax o kanalizasiyanın səsidir. Bax, bax bura ilə gedir. Uşaq xəritədə qitələri, materikləri, dənizləri, boğazları, körfəzləri göstərən yaşında kanalizasiya xəritəsi çəkir…

Ailənin hətta dövlətə belə bir təklifi də var: İcazə versinlər gedək Laçına, borc-xərc edib modul tipli ev alıb, orada yaşayaq. Sevda Tağıyeva deyir ki, onsuz da burada yaşamırlar. Heç olmasa, Laçında qalan ömürlərini təmiz hava alar, gün işığ düşən evləri olar. İl olub 2021-ci il, Qarabağ işğaldan azad edilib, qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün şəhərciklər salınıb.

Azərbaycan insanının arzusuna baxın.

Binanın ətrafını gəzirəm. Bina 3 tərəfdən kanalizasiya suları ilə mühasirəyə alınıb. Ramin Tağıyev deyir ki, bu hələ suyun çəkilmiş vaxtıdır. Qışda bura gələ bilməzsiniz, çünki binanın bir tərəfi kanalizasiya gölü olur.

Ərazidən çıxdıqda yenə eyni divardakı eyni yazı ilə qarşılaşıram: QARABAĞ BİZİMDİR. Qarabağı almağa gücü çatan dövlət, məmurunun dili ilə desək, “it yaşamaz” yerdə vətəndaş yaşadır…













 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? - TƏFƏRRÜAT
Bu gün, 13:06
"Belə arvadı ər çırpmasın, nə etsin?" - Fatimənin əri haqqında iddia
Bu gün, 13:03
Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur - Lukaşenko
Bu gün, 13:01
Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? - Azərbaycandakı Kreml KÖLGƏSİ
Bu gün, 12:44
“FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... - FOTO
Bu gün, 12:41
Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu
Bu gün, 12:31
"Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?"
Bu gün, 12:25
Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb - RƏQƏMLƏR
Bu gün, 12:07
Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
Bu gün, 11:58
Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... - TƏFƏRRÜAT
Bu gün, 11:52
Zakir Qaralov uzun müddət sonra göründü - FOTOLAR
Bu gün, 11:50
Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... - GİLEY
Bu gün, 11:39
“Məğlub edilməmiş Rusiya” İMİCİ - “Zapad” təlimlərinin strateji MAHİYYƏTİ
Bu gün, 11:22
Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu
Bu gün, 11:20
Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR
Bu gün, 11:07
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub - ƏMR
Bu gün, 11:06
Paşinyan xalqdan legitimlik dəstəyi istəyir - ŞƏRH
Bu gün, 11:03
Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir - DETALLAR
Bu gün, 11:00
Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı
Bu gün, 10:52
Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı İDDİA QALDIRIB
Bu gün, 10:36
Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 10:28
Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
Bu gün, 10:26
“Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” - Siyasətçidən gözlənilməz açıqlama...
Bu gün, 10:22
Bu qürurun başlanğıcı tarixi Zəfərdir - MƏQALƏ
Bu gün, 10:17
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - İsrafil Kərimovun yazısı
Bu gün, 10:15
Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar
Bu gün, 09:57
Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb
Bu gün, 09:55
Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı - “İravunk” qəzeti
Bu gün, 09:54
Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... - BU NƏDİ BELƏ?
Bu gün, 09:41
Sülhün qarşısında OHANYAN SƏDDİ - təsirli ola bilərmi?
Bu gün, 09:29
Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb - CƏDVƏL
Bu gün, 09:24
Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 09:22
Azərbaycanda logistika şirkəti bağlanır
Bu gün, 09:20
Cəlilabadda ağacyeyənlər peyda olub - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:17
Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11
Sülh müqaviləsi tezləşir - seçkilər referendumla eyni vaxtda olacaq?
Bu gün, 09:06
Qardaş olub İngilistan... Azərbaycan... - NƏ BAŞ VERİR?
Bu gün, 09:05
Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb - bu iş rus kəşfiyyatçısına həvalə edilibmiş...
Bu gün, 09:01
Barışığa Qarabağdan atılan güllələr - niyə məhz indi?
Bu gün, 08:59
Geosiyasətin cinayət yolu... - İNCƏLƏMƏ
Bu gün, 07:26
Paşinyana qarşı mübarizədə Papadan DƏSTƏK? - AKTUAL
Bu gün, 07:22
Razi Nurullayevin qohumları İmişlini BELƏ QARIŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 07:14
“Onu məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı...” - Direktor müavini haqqında hökm dəyişdi
Bu gün, 07:09
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq – Araz Paşayevin qərarı etiraz doğurdu
Bu gün, 07:06
'Şirvanşah'ın kadrları hədəfdə: HƏBS TƏDARÜKÜ... - GƏLİŞMƏ
Bu gün, 07:03
“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü - FOTO
Bu gün, 06:50
Türkiyə-Ermənistan sərhədi açılır? - AKTUAL
Bu gün, 06:42
Jurnalist "Qarabağ"in məğlubiyyətini proqnozlaşdırdı - "Nəinki qələbəyə, heç heç-heçəyə belə ümid etmirəm"
Bu gün, 06:40
"Müəllimlikdən anlayışı olmayan Təhsil İnstitutuna rəhbərlik edir" - Ekspertdən ETİRAZ
Bu gün, 06:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru