Ermənistanda respondentlərin 12%-i Paşinyana səs verməyə hazırdır .....                     Bakı Moskvaya yenə “yox” dedi .....                     Paşinyan Trampın Ermənistanı Albaniya ilə səhv salmasından narahat deyil .....                     Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya DAVASI .....                     10 GÜNDÜR ÖLÜB, YAXINLARININ XƏBƏRİ YOXDUR .....                     Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? .....                     Kişi geyimində evdən 45 min manat oğurlayan qadın saxlanılıb .....                     Amal Qrup MMC-nin özbaşnalığı…. .....                     Paşinyan yolların açılmasından danışdı .....                     Müdafiə naziri Çin Xalq Respublikasına işgüzar səfər edib .....                     Mollayevi cəzalandıran olacaqmı? .....                     ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" .....                     Sabiq qərargah rəisi vəfat etdi .....                     Hadrutda binalarının təmirinə 4.6 milyon manat xərclənəcək .....                     İrəvanda təşviş: .....                     “Qala Həyat”ın rəhbərliyinə təyinat olub .....                     Dövlət qurumu veb sayt yaratmaq üçün yetərli şirkət tapmadı .....                     Gecə 3-də maşınını “ştrafnoy”dan qaçırmaq istədi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsidir .....                     Bu gün “Şərurlu İsfəndiyar”ın məhkəməsidir .....                     Məhkəməyə versə də... FAİZ YÜKÜ DURMADAN ARTIR... .....                     Həkim səhvlərindən ölüm faktlarına görə məsuliyyətə cəlb edilən tibb işçiləri var .....                     “Almet Baku” kiçilib .....                     "Cənab Eşqi Bağırov, siz bilirsiniz, odun peçinə uzbe qoşsaq, printer işləyər?" .....                     İsrailin 5 dollarlıq yeni silahı .....                     "Harda yazılıb ki, xanəndə botoks etdirməz və ya dırnaq qoydurmaz?" .....                     Rəqəmsal qiyamət: apokalipsis ilə reallıq arasında .....                     “Sülh müqaviləsi 2026-ya qalmayacaq...” .....                     Rusiyada Nəsimi Məmmədovu niyə həbs etmək istəyirlər? .....                     3 100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”nun MİLYONLUQ gəlirləri .....                     Sərhədlər yalnız sülh sazişindən sonra açıla bilər .....                     Cənubi Qafqazda sülh prosesi: strateji nəticələr və yeni regional sistem .....                     `Paşa Sığorta` şəhid ailəsini bir il süründürsə də... .....                     Dələduzluq edən qadınla bağlı qərar açıqlandı .....                     Dolların məzənnəsi ilə bağlı son qərar MANATA NƏ VƏD EDİ? .....                     Naxçıvanlı taksi sürücüləri Türkiyənin yol polisindən şikayətçidir .....                     Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu .....                     Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi .....                     Lənkəranda 39 milyon manata kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib .....                     Rusiyada Azərbaycan məhsullarına “stop”: .....                 

İnam Kərimov da bacarmadı... - "Aqrar ölkə" statusumuz təhlükədə
Tarix: 30-03-2020, 09:50 | Çap et
İnam Kərimov da bacarmadı...
Son illərdə Azərbaycanda kənd təsərrüfatı sahəsində bir sıra müsbət addımlar atılır. Aqrar texnikanın dövlət güzəşti ilə istehsalçılara çatdırılması, dövlətin aqrar istehsalçılara ayırdığı subsidiyaların verilməsi mexanizmində edilən dəyişikliklər bu baxımdan mühüm yenilik kimi qiymətləndirilə bilər.

Xüsusilə bu ilin yanvarından subsidiyaların elektron sistem vasitəsilə təyin olunması, hər hansı təmas olmadan istehsalçıların kartına köçürülməsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən geniş təbliğ olunur. Yerli icra orqanlarının subsidiyalara əl qoymasının qarşısını almaq baxımından bu mexanizm təsirli vasitə olsa da, bir sıra istiqamətdə aqrar istehsalçılara problemlər yaratmağa başlayıb. Rayonlarda bir sıra xırda fermerlər kartlarını alsalar da, onu aktivləşdirə bilmirlər. “Kapitalbank”ın yerli şöbələri aktivləşmə üçün Kənd Təsərrüfatı Nazirliyinin elektron sistemindən göstəriş olmadığını deyirlər. Fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə müraciət etmələri məsləhət görülür. Lakin həmin sistemdə yaradılmış elektron kabinetlərdə belə müraciətlər üçün yaradılan bölmə normal işləmir. Yaxud bir sıra fermerlər əkinlərini çoxdan bəyan etsələr də, hələ də kartlarını alıb subsidiyanı əldə edə bilmirlər.
Daha bir böyük problem bələdiyyə torpaqlarını icarəyə götürüb taxıl əkən fermerlərlə bağlı yaranıb. Belə ki, EKTİS-lə subsidiya almaq üçün torpağa çıxarış tələb olunur. Bunu həmin əkinçilər təqdim edə bilmirlər. Çünki bələdiyyə ilə bağlanan müqavilə uzunmüddətli olmalıdır ki, ona çıxarış almaq mümkün olsun. Bu halda isə icarədarlar böyük məbləğdə əlavə xərc çəkməlidilər.
Onu da qeyd edək ki, fermerlər əkinə görə aldıqları subsidiyanın hamısını kartdan çıxarıb nağd xərcləyə bilməyəcəklər. Onlar subsidiya məbləğinin 25 faizindən nağdlaşdıraraq, 75 faizindən isə bununla bağlı qaydalarda müəyyənləşdirilən formada istehsalın təşkili məqsədilə qeyri-nağd qaydada istifadə edə biləcəklər. Amma yerlərdən aldığımız məlumata görə, rayonlarda gübrə, biohumus və digər təsərrüfat üçün lazım olan məhsul və vasitələri kart vasitəsilə almaq imkanı çox məhduddur. Buna görə də fermerlər bu sahədə müəyyən tədbirlərin həyata keçirilməsini istəyirlər.
Maraqlıdır ki, bir müddət əvvəl bəzi TV və elektron mətbuatda müxtəlif rayonlardan EKTİS-in fəaliyyəti ilə bağlı fermerlərin narazılıqlarını əks etdirən materiallar yer almışdı. Lakin bir həftə keçməmiş yazıların, süjetlərin hamısı silindi. Belə görünür ki, nədə olmasa da, KTN əməkdaşları narazılıqların ictimailəşməsinin qarşısının alınmasında çox aktiv işləyirlər.
EKTİS yaradılanda qarşıya qoyulan əsas məqsədlərdən biri dövlət subsidiyalaşmasında şəffaflığın yaradılması olub. Subsidiyaların istehsalçılara çatması baxımından bu şəffaflığın xeyli təmin olunduğunu söyləməklə yanaşı, qeyd edək ki, əkin sahələrinin reyestrinin şəffaflaşması baxımından buna nail olunmayıb. Belə ki, yeni subsidiyalaşma mexanizminin tətbiqinə başlanarkən bildirildi ki, elektron sistemə bəyan edilən əkin sahələrinin düzgün olub-olmadığı müxtəlif yollarla monitorinq olunacaq, səhv məlumatlara görə cəzalar tətbiq olunacaq. Payızlıq əkinlər və çoxillik əkmələrin bəyan olunması prosesi artıq başa çatıb. Lakin hələ də aparılan monitorinqlərin nəticələri ilə bağlı nazirlikdən hər hansı açıqlama verilməyib. Halbuki subsidiyalaşmanın əvvəlki mexanizminin mühüm çatışmayan tərəfi kimi əkin sahələrinin süni şişirdilməsi qeyd olunurdu. Yerlərdə xüsusilə yerli icra hakimiyyətlərinin əkin sahələrini olduğundan çox yazmaqda maraqlı olduqları hamıya məlumdur. İndiki halda yeni sistemin effektivliyinin qiymətləndirilməsi üçün aparılan monitorinqlərin nəticələri məlum olmalıdır. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin 2019-cu ilə dair fəaliyyət istiqamətləri üzrə hesabatından aydın olur ki, 2019-cu ildə ölkədə 636.2 min hektar sahədə payızlıq buğda əkilib. Bu, 2018-ci ildə əkilmiş 667.9 min hektardan 4.8 faiz az deməkdir. Maraqlıdır, bu azalma monitorinqlər zamanı üzə çıxan şişirtmələrin qarşısının alınması nəticəsindəmi yaranıb? Buğda kimi strateji məhsulun əkin sahəsinin belə azalmasının başqa izahını təsəvvür etmək mümkün deyil.
Nazirliyin hesabatında diqqətimizi çəkən başqa bir məsələ istehsal olunan məhsulun keyfiyyət göstəriciləri ilə bağlı hər hansı məlumatın olmamasıdır. Məsələn, istehsal olunan buğdanın hansı hissəsi əla növ, hansı hissəsi birinci, hansı hissəsi ikinci növ olub? Yaxud sahəsi azalsa da, rekord həcmdə yığılmış pambığın keyfiyyət göstəriciləri necə dəyişib? Bildirilir ki, pambıq istehsalında məhsuldarlıq yüksəlib. Bu halda keyfiyyətin də adekvat olaraq yüksəlməsi lazım. Lakin KTN-in hesabatında keyfiyyət dəyişmələri barədə hər hansı məlumat əldə etmək, təəssüf ki, mümkün deyil.
Aqrar Tədarük və Təchizat ASC-nin Bakı şəhərində təşkil etdiyi “Kənddən şəhərə” yarmarkaları barədə hesabatda statistik məlumatlar yer alıb. Amma bu yarmarkaların təşkilindən əldə olunan gəlir, onların fəaliyyəti nəticəsində satışa çıxarılan məhsulların qiymətində nə qədər endirimə nail olunduğu bilinmir. Halbuki bu yarmarkaların fəaliyyətinin qiymətləndirilməsi üçün bu müvafiq analizlər aparılaraq ictimaiyyətə, dövlətə açıqlanmalıdır.
Hesabatda nazirliyin maliyyə fəaliyyətinə dair hər hansı məlumat da əksini tapmayıb. Halbuki mühüm bir sahədə tənzimləyici funksiyasını yerinə yetirən nazirliyin və onun strukturlarının illik maliyyə fəaliyyətinə dair məlumatın açıqlanması gözləniləndir: aqrar texnikanın, damazlıq heyvanların, gübrələrin güzəştli satışı, əkinə və məhsula görə subsidiyanın verilməsi mexanizmlərində şəffaflıq yaratmaq istəyən tənzimləyici ilk növbədə öz fəaliyyətində də şəffaflıq tələblərinə cavab verməlidir.

AFN-in İqtisadiyyat şöbəsi










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda respondentlərin 12%-i Paşinyana səs verməyə hazırdır - KİV
Bu gün, 13:39
Bakı Moskvaya yenə “yox” dedi - bu məsələdə...
Bu gün, 13:25
Paşinyan Trampın Ermənistanı Albaniya ilə səhv salmasından narahat deyil - "Sputnik Armenia"
Bu gün, 13:22
Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya DAVASI – Dövlət hansı qərarı VERƏCƏK?
Bu gün, 13:13
10 GÜNDÜR ÖLÜB, YAXINLARININ XƏBƏRİ YOXDUR – Rusiyada rəhmətə gedən azərbaycanlının ailə üzvləri axtarılır
Bu gün, 13:09
Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? – Vüqar Qurbanova sual olunur
Bu gün, 13:03
Kişi geyimində evdən 45 min manat oğurlayan qadın saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:00
Amal Qrup MMC-nin özbaşnalığı…. - Təhçizatçılar Qubadlıda gördükləri işin ödənişini almaq üçün rəsmi qurumlardan imdad diləyirlər….
Bu gün, 12:58
Paşinyan yolların açılmasından danışdı
Bu gün, 12:47
Müdafiə naziri Çin Xalq Respublikasına işgüzar səfər edib
Bu gün, 12:44
Mollayevi cəzalandıran olacaqmı? - NARAZILIQ VAR...
Bu gün, 12:42
ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - BU NƏDİ BELƏ?
Bu gün, 12:34
Sabiq qərargah rəisi vəfat etdi
Bu gün, 12:31
Hadrutda binalarının təmirinə 4.6 milyon manat xərclənəcək
Bu gün, 12:29
İrəvanda təşviş: - bu sahələr Azərbaycanın nəzarətinə keçəcək
Bu gün, 12:24
“Qala Həyat”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:22
Dövlət qurumu veb sayt yaratmaq üçün yetərli şirkət tapmadı - TENDER LƏĞV OLUNDU
Bu gün, 12:20
Gecə 3-də maşınını “ştrafnoy”dan qaçırmaq istədi - Həbs olundu
Bu gün, 12:16
Bu gün Oleq Bakinskinin məhkəməsidir - bəraət istəyir
Bu gün, 12:11
Bu gün “Şərurlu İsfəndiyar”ın məhkəməsidir - həbs oluna bilər
Bu gün, 12:10
Məhkəməyə versə də... FAİZ YÜKÜ DURMADAN ARTIR... - BU NƏDİ BELƏ?
Bu gün, 12:02
Həkim səhvlərindən ölüm faktlarına görə məsuliyyətə cəlb edilən tibb işçiləri var - Baş Prokurorluq
Bu gün, 11:51
“Almet Baku” kiçilib - HESABAT
Bu gün, 11:49
"Cənab Eşqi Bağırov, siz bilirsiniz, odun peçinə uzbe qoşsaq, printer işləyər?" - ETİRAZ VAR!
Bu gün, 11:41
İsrailin 5 dollarlıq yeni silahı - “Dəmir günbəz”i geridə qoydu
Bu gün, 11:37
"Harda yazılıb ki, xanəndə botoks etdirməz və ya dırnaq qoydurmaz?" - Xalq artisti
Bu gün, 11:31
Rəqəmsal qiyamət: apokalipsis ilə reallıq arasında - AKTUAL
Bu gün, 11:28
“Sülh müqaviləsi 2026-ya qalmayacaq...” - sensasion gəlişmə
Bu gün, 11:16
Rusiyada Nəsimi Məmmədovu niyə həbs etmək istəyirlər? - Üç dəfə bəraət alıb
Bu gün, 11:13
3 100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”nun MİLYONLUQ gəlirləri - ARAŞDIRMA
Bu gün, 11:08
Sərhədlər yalnız sülh sazişindən sonra açıla bilər - ŞƏRH
Bu gün, 11:06
Cənubi Qafqazda sülh prosesi: strateji nəticələr və yeni regional sistem - İNCƏLƏMƏ
Bu gün, 11:03
`Paşa Sığorta` şəhid ailəsini bir il süründürsə də... - AXI NİYƏ?
Bu gün, 11:00
Dələduzluq edən qadınla bağlı qərar açıqlandı
Bu gün, 10:52
Dolların məzənnəsi ilə bağlı son qərar MANATA NƏ VƏD EDİ? - AKTUAL
Bu gün, 10:49
Naxçıvanlı taksi sürücüləri Türkiyənin yol polisindən şikayətçidir - "Yoxsa, onlarla ailə çörəksiz qalacaqdı..."
Bu gün, 10:37
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq
Bu gün, 10:33
Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi - MƏQALƏ
Bu gün, 10:30
Lənkəranda 39 milyon manata kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib - DETALLAR
Bu gün, 10:26
Rusiyada Azərbaycan məhsullarına “stop”: - 220 kq yük məhv edildi
Bu gün, 10:23
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub - TƏFƏRRÜAT
Bu gün, 10:17
Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Ağdama gedir
Bu gün, 10:15
Anri “Qarabağ”a niyə inanırdı? - Səbəb heyrətamizdir
Bu gün, 10:14
Eldar Mahmudovu hər gün lənətləyir, Pərviz Həşimlidən üzrxahlıq diləyir – Elçin Quliyevin zindan gündəliyi
Bu gün, 10:05
"Çox cılız bir adam gəlib, çox möhtəşəm, əzəmətli bir rol oynaya bilməz"
Bu gün, 09:54
Vətən müharibəsi iştirakçısını bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 09:52
Bu ölkə Qarabağ ermənilərinə 14 milyon ayırdı
Bu gün, 09:44
Astarada icra hakimiyyətinin çətiri altında YAŞIL TERROR - İş araşdırılır, amma...
Bu gün, 09:36
“Araz Supermarket”də təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:22
Məmurlar deputatlara cavab vermir, vətəndaşlar neyləsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru