Vardan Oskanyan beynəlxalq qurumlara ölkə hökumətindən şikayət etdi .....                     İran, Rusiya, Ermənistan üçbucağı çat verib .....                     "Bu insanların varlığı və sayı cəmiyyət üçün təhlükəlidir" .....                     Putin Trampa bu “güzəşt”i təklif edəcək .....                     ABŞ avqustun 8-dən sonra Rusiyaya qarşı yeni addımlar atacaq .....                     “İranın Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək” .....                     Pezeşkian Əli Laricanini Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi təyin edib .....                     Gözdən əlil şəxsin şikayəti təmin olunmadı .....                     “A-Qroup Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub .....                     İştirakçı azlığı 150 nəfəri təlimsiz qoydu .....                     Ərdoğan Bəxtiyar Ersaya general-polkovnik rütbəsi verib .....                     Ekspertdən nazirə sərt sözlər: “Medal gətirən liseyin direktoru yoxdur” .....                     AÇIQ DÜŞMƏNÇİLİK: Şahin Şıxlinski təkadamlıq kameraya salındı .....                     Rusiyanın Cənubi Qafqazda yanlışları: proseslər hara aparır? .....                     4 yaşlı körpəyə tamah salan 64 yaşlı ŞƏRƏFSİZƏ .....                     Aqil Abbas “Qarabağ”ın oyununa proqnoz verdi: .....                     Bakı və Ankara koordinasiyanı gücləndirir .....                     “Turkcell” Ukraynadakı biznesini 539 milyon dollara fransız milyarderə satıb .....                     Tehranın Azərbaycana qarşı davam edən hikkəsi: Növbədə Vilayəti və İran XİN-dir .....                     Yoldan bank kartı tapdı: .....                     “Milyonların həyatına son qoyan adam...” .....                     Deputatın oğlu yeni şirkət yaratdı .....                     Məhur aparıcıdan şok ETİRAF .....                     Türkiyə Ordusunun Baş qərargah rəisi dəyişib .....                     Prezident “Polis haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib .....                     Şahdağ Turizm Mərkəzi “SOCAR Petroleum”dan 150 minlik dizel yanacağı alır .....                     Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəli şəxslərin .....                     “Əkrəm Əylisli məndən inciyib, əgər barışmaq istəyirsə…” .....                     Ağ Evdə gözlənilən görüşlə bağlı yeni xəbər: Zəngəzurla bağlı da qərar veriləcək .....                     “Xalq Həyat”da təyinat olub .....                     İran səfirliyi Azərbaycanın iranlı məhkumlara yaratdığı münasib şəraiti müsbət dəyərləndirir .....                     İcbari Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar .....                     “Sülh müqaviləsi 2 liderin ağrılı səylərinin nəticəsidir, .....                     “Balakhanı Operating Company”yə SİMVOLİK CƏZA... .....                     Məktəblərdə fransız dili ləğv olunur? .....                     Rusiyanın dronlarında Hindistana məxsus komponentlər aşkarlanıb .....                     Ermənistanda QALMAQAL: Qalstanyan 3 milyon TƏLƏB EDİR .....                     Zaur Mikayılovdan rekord: 8 aya 21 milyonluq 41 tender .....                     Paşinyan konstitusiya ilə bağlı gizli qrup yaradıb .....                     Aynur Abdullayeva VTB (Azərbaycan) ASC-nin Daxili Audit Xidmətinin .....                 

Eldar Mahmudovun “kompromat sandığı” yenidən gündəmdə - GƏLİŞMƏ
Tarix: 13-07-2019, 08:40 | Çap et
Eldar Mahmudovun “kompromat sandığı” yenidən gündəmdə
“MTN çetesi”nin ifşasının 4-cü ili yaxınlaşır. 2015-ci il oktyabrın 17-də prezidentin sərəncamı ilə Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldı, onun komandasının 20-dən çox üzvü həbsə alındılar. Eldar Mahmudovun və dəstəsinin MTN-də (ləğv edilib) hansı cinayətlər törətdiyi məhkəmə yolu ilə sübuta yetirilib.

Yada salaq ki, artıq ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərinin vəzifədən azad edilməsindən və bu qurumun yüksək vəzifəli şəxslərinin həbsindən dərhal sonra proses digər nazirliklərə də keçdi. Bəlli oldu ki, MTN-dəki cinayətkar şəbəkə digər nazirlikləri də qanunsuz işlərə cəlb edib. Sahibkarların soyulması, qanunsuz dinləmələrlə bağlı cinayət işi üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində, Vergilər Nazirliyində də əməliyyatlar həyata keçirildi. MTN çetesi ifşa olunandan sonra məlum olmuşdu ki, Mahmudovun dəstəsi nazirliklərə öz adamlarını yerləşdirib, onlarla “qarşılıqlı informasiya mübadiləsi” edərək sahibkarları əvvəl həbs edib, sonra isə külli miqdarda pul alaraq azadlığa buraxıblar.

Eldar Mahmudovun özünü ayaqda tutmaq üçün bu gün də eyni üsuallardan istifadə etməsi haqda xəbərlər yayılır. Bu günə qədər təkzib olunmayan məlumatlara görə E.Mahmudov işdən çıxarılandan az sonra tam şəkildə sərbəst hərəkət izni alıb. O, daha ölkə sərhədləri çərçivəsində dustaq deyil. Hərəkət sərbəstliyi sabiq nazirə ölkədən sərbəst çıxıb geri qayıtmağa imkan verir. Gələn məlumatda deyilir ki, Eldar Mahmudov ötən yay tətilini əsasən ölkədən kənarda keçirib. Onun bir müddət Londonda istirahət etməsi haqda da iddialar var. Bu, E.Mahmudovun adamlarının reabilitasiyası haqda xəbərlərlə eyni vaxta təsadüf edir. Eldar Mahmudovun və ona yaxın kadrların yenidən üzə çıxmaları maraq doğurur. Yada salaq ki, sabiq nazirin ən yaxın adamlarının bəziləri hələ də axtarışdadır. Onlardan biri “Akula Akif” ləqəbli Akif Mustafayev, digəri isə Ayaz Elxan oğlu Kərimovdur. Hər iki şəxs 4 ilə yaxındır ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarılsa da, hələ də ələ keçməyiblər. Eldar Mahmudovun özünün həbs ediləcəyi də artıq inandırıcı deyil.

Sabiq nazirin əlindəki kompromatlardan istifadə edərək özünü və ətrafını qoruya bilməsi, materiallarının çox hissəsinin xaricə transfer etməyi bacarması haqda bilgilərə münasibət bildirən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı deyir ki, Eldar Mahmudov məsələsi son dərəcə ibrətamiz, çox maraqlı, son illər ölkə həyatında baş verən ən qəribə olaydır: “Bu adamın illərdir ki, həbs edilməsi mümkün olmur. Düzdür, 3-4 dəfə çağırıb dindiriblər, Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən çıxarkən fotolarını yayıblar, amma bütün bunlar Eldar Mahmudovun hələ də güclü fiqur olaraq qaldığını təsdiq etməkdən başqa bir işə yaramayıb”.

Ə.Zeynallı hesab edir ki, Eldar Mahmudovu qoruyan nələrsə və ya kimlərsə var. Bu faktorlar isə o qədər güclüdür ki, Eldar Mahmudov rahatca əlini-qolunu sallaya-sallaya gəzir: “Onun rəhbər vəzifədə olduğu dövrdə onlarla insan həbs olunub, onlarla insanların həyatları qaraldılıb. Günahsız insanlar həbsxanalarda yatıblar. Eldar Mahmudova bütün bunlardan sonra dəyib-dolaşan yoxdur, arxayın şəkildə gəzir. Əlində böyük maliyyə resursları olan, geniş əlaqələri və ailəsi xaricdə olan biri çox rahatlıqla ölkədən istədikləri kompromatları, xəbərləri çıxara, ötürə bilərlər. Niyə də bunu etməsinlər ki?”

Əvəz Zeynallı deyir ki, bu gün Eldar Mahmudovun qulluğunda onlarla adam var: “Maddi imkanları kifayət qədər yetərlidir, ailəsi xaricdədir. Oğlunun xaricdə geniş əlaqələri var, biznesi də davam edir. Yəni Eldar Mahmudovun istədiyi işi görmək kimi imkanları var. O, istənilən kompomat materialları xaricə çıxarmaq iqtidarındadır. Özü haqda gələn məlumatlardan da belə aydın olur ki, Eldar Mahmudov çox rahatdır, xeyrə, şərə, yemək-içmək məclislərinə qatılır”.

Əvəz Zeynallı deyir ki, tarixdə ilk dəfədir ki, bir xəfiyyə qurumu bütövlükdə mütəşəkkil cinayətkar dəstə kimi fəaliyyət göstərib, komandasının həbs olunan üzvlərini belə azadlığa çıxarmağa bacarıb: “Mahmudovun vaxtında Milli Təhlükəsizlik Nazirliyi o dərəcədə cinayətə bulaşmışdı ki, qurumun ümumiyyətlə ləğvinə qərar verildi, həmin o mütəşəkkil cinayətkar dəstəni təməlindən dağıtmaq istədi. Həmin o mütəşəkkil dəstənin də başçısı general-polkovnik Eldar Mahmudov idi. O nə qədər azadlıqda olacaqsa, istədiyi kimi hərəkətlər edəcək, xaricə məlumat da ötürəcək, həbsə alınan adamlarını da həmin komprmateriallardan istifadə etməklə azadlığa buraxdıra biləcək. Yaxınlarda Akif Çovdarovun da azadlığa çıxacağı gözlənilir. O da artıq nüfuz etməyə başlayıb. Özü haqda mediaya xəbərlər ötürür. 1 il ötməz ki, Eldar Mahmudovun komanda üzvlərinin hər biri azadlıqda olar və xarici filmlərdə olduğu kimi bandit dəstələri yaradıb fəaliyyətə başlayarlar. Əllərindəki imkanlar bunu deməyə əsas verir”.

Əvəz Zeynallı Eldar Mahmudovun ölkədən çıxardığı komprmaterialları xaricdə kimlərə ötürə biləcəyi haqda bunları deyib: “Qudası Zamirə Hacıyeva illər öncə, Hacı Məmmədovun girovluğundan sonra İngiltərəyə köçüb. Orada illərlə yaşayıb. Ümumiyyətlə isə bunların uşaqları Azərbaycan təhsili belə almayıblar. Orada uşaq böyüdüblər, oxudublar, evləndiriblər. Düzdür, hazırda Zamirə Hacıyevanın başı qaldadır. Onu məhkəməyə çəkiblər, hərəkət məhdudiyyəti tətbiq olunub. Amma bu gün Eldar Mahmudovun Zamirə Hacıyeva kimi xaricdə onlarla inandığı, etibar etdiyi adamlar var. Yəni onun xaricdə ”zamirələri" çoxdur və hansına istəsə ona komprmaterial ötürə bilər. Buna kifayət qədər imkanları da var. İstədiyi zaman da həmin materialların hərəkətliliyini təmin edər".

Ə.Zeynallı ehtimal edir ki, Eldar Mahmudovu qoruyan əlində olan kompramat bankıdır: “Eldar Mahmudov vəzifədə olanda da, işdən çıxarıldığı ötən 4 il ərzində də ölkədən istədiyi qədər material çıxara bilərdi. Bütün bunların nəticəsidir ki, o, ayaqda qala bilib”.

Yada salaq ki, hazırda Eldar Mahmudovun qudası, Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyev də maliyyə xəyanətinə görə həbsdədir. Onu 15 milyard dolları ölkədən çıxarmaqda ittiham edib qandallamışdılar. C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edildi. Onun həyat yoldaşı Zamirə Hacıyevanın 10 il ərzində Londondakı bahalı mağazalarda 21 milyon dollardan artıq pul xərcləməsindən dolayı da araşdırmalar davam edir.

Ləğv olunmuş MTN-in həbsə alınan yüksək vəzifəli şəxslərinin bir qismi barəsində ittihamedici hökmlər çıxarılıb cəza təyin olunsa da, artıq azadlıqdadırlar. Eldar Mahmudovun MTN-ə rəhbərlik etdiyi 11 il ərzində dövlətin maraqları, necə deyərlər, ayaqlar altına atılıb. Bu gün Eldar Mahmudovun azadlıqda qalması həm də əlaltılarının vəziyyətini yaxşılaşdırır. O baxımdan ki, bütün ipucları ona yönəlir, onu isə tutmurlar.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vardan Oskanyan beynəlxalq qurumlara ölkə hökumətindən şikayət etdi
Bu gün, 00:24
İran, Rusiya, Ermənistan üçbucağı çat verib - FAKT BUDUR!
Bu gün, 00:22
"Bu insanların varlığı və sayı cəmiyyət üçün təhlükəlidir" - ÇAĞIRIŞ
Bu gün, 00:18
Putin Trampa bu “güzəşt”i təklif edəcək – Moskvanın hiyləgər planı açıqlandı
Bu gün, 00:16
ABŞ avqustun 8-dən sonra Rusiyaya qarşı yeni addımlar atacaq - “Financial Times”
Bu gün, 00:13
“İranın Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək” – Tehran rəsmisinin gülməli açıqlaması
Dünən, 19:03
Pezeşkian Əli Laricanini Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi təyin edib
Dünən, 19:00
Gözdən əlil şəxsin şikayəti təmin olunmadı - MƏHKƏMƏ
Dünən, 18:05
“A-Qroup Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:03
İştirakçı azlığı 150 nəfəri təlimsiz qoydu - LƏĞV OLUNMUŞ TENDER, DETALLAR
Dünən, 18:01
Ərdoğan Bəxtiyar Ersaya general-polkovnik rütbəsi verib - QƏRAR
Dünən, 17:55
Ekspertdən nazirə sərt sözlər: “Medal gətirən liseyin direktoru yoxdur” - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:50
AÇIQ DÜŞMƏNÇİLİK: Şahin Şıxlinski təkadamlıq kameraya salındı – Rusiyada Azərbaycan diasporasına qarşı təzyiqlər artır
Dünən, 17:44
Rusiyanın Cənubi Qafqazda yanlışları: proseslər hara aparır? - AKTUAL
Dünən, 17:42
4 yaşlı körpəyə tamah salan 64 yaşlı ŞƏRƏFSİZƏ hansı CƏZA VEİLƏCƏK?
Dünən, 17:38
Aqil Abbas “Qarabağ”ın oyununa proqnoz verdi: - “Qurban kəsəcəyəm”
Dünən, 17:30
Bakı və Ankara koordinasiyanı gücləndirir - İNCƏLƏMƏ
Dünən, 17:26
“Turkcell” Ukraynadakı biznesini 539 milyon dollara fransız milyarderə satıb
Dünən, 17:05
Tehranın Azərbaycana qarşı davam edən hikkəsi: Növbədə Vilayəti və İran XİN-dir - ARAŞDIRMA
Dünən, 16:57
Yoldan bank kartı tapdı: - "28 Mall"da xərclədiyi üçün cəzalandırıldı
Dünən, 16:14
“Milyonların həyatına son qoyan adam...” – Qızı Putini tənqid edib
Dünən, 16:12
Deputatın oğlu yeni şirkət yaratdı
Dünən, 16:10
Məhur aparıcıdan şok ETİRAF - “Qadın cərrahın yanına getmərəm”
Dünən, 16:09
Türkiyə Ordusunun Baş qərargah rəisi dəyişib
Dünən, 16:06
Prezident “Polis haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib
Dünən, 16:05
Şahdağ Turizm Mərkəzi “SOCAR Petroleum”dan 150 minlik dizel yanacağı alır
Dünən, 15:57
Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəli şəxslərin MƏHKƏMƏSİ BAŞLAYIR
Dünən, 15:53
“Əkrəm Əylisli məndən inciyib, əgər barışmaq istəyirsə…” - Anar
Dünən, 15:43
Ağ Evdə gözlənilən görüşlə bağlı yeni xəbər: Zəngəzurla bağlı da qərar veriləcək - TƏFƏRRÜAT
Dünən, 15:40
“Xalq Həyat”da təyinat olub
Dünən, 15:37
İran səfirliyi Azərbaycanın iranlı məhkumlara yaratdığı münasib şəraiti müsbət dəyərləndirir
Dünən, 15:30
İcbari Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar - Yazdıqlarımız rəsmən təsdiqləndi
Dünən, 15:28
“Sülh müqaviləsi 2 liderin ağrılı səylərinin nəticəsidir, Trampın bu işdə heç bir rolu yoxdur”
Dünən, 15:21
“Balakhanı Operating Company”yə SİMVOLİK CƏZA... - Cəmi-cümlətanı...
Dünən, 15:14
Məktəblərdə fransız dili ləğv olunur? - Müəllimlərin narazılığına CAVAB
Dünən, 15:06
Rusiyanın dronlarında Hindistana məxsus komponentlər aşkarlanıb - Zelenskinin Ofisi
Dünən, 14:59
Ermənistanda QALMAQAL: Qalstanyan 3 milyon TƏLƏB EDİR - "datalex.am"
Dünən, 14:57
Zaur Mikayılovdan rekord: 8 aya 21 milyonluq 41 tender - BU NƏDİ BELƏ?
Dünən, 14:50
Paşinyan konstitusiya ilə bağlı gizli qrup yaradıb
Dünən, 13:08
Aynur Abdullayeva VTB (Azərbaycan) ASC-nin Daxili Audit Xidmətinin direktoru təyin edilib
Dünən, 13:02
Dövlət qurumu ekspert xidməti aldı, qaliblər sırasında - BORCLU ŞİRKƏT DƏ VAR
Dünən, 13:01
20-yə yaxın aptekdə nöqsanlar aşkarlanıb - RƏSMİ
Dünən, 12:59
11 yaşlı qıza qarşı əxlaqsızlıq edən ilahiyyatçı barədə qərar verildi - TƏFƏRRÜAT
Dünən, 12:56
Bu gündən yanacaqdoldurma stansiyalarında “Aİ-95” yanacağının satışı tam bərpa olunur - SOCAR
Dünən, 12:51
Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Dünən, 12:47
"Heç bir işlə təmin edilmədim" - Nazirlik də ALDATDI?
Dünən, 12:46
Rusiya vətəndaşı Azərbaycanda şirkət yaratdı
Dünən, 12:40
Bakı və İrəvanın Vaşinqton görüşü reallaşarsa... - ŞƏRH
Dünən, 12:38
"Kişi müəllimlərin sayı artsa, tərbiyə də güclənər" –Sabiq təhsil nazirindən deputata CAVAB
Dünən, 12:34
Akif Əlizadənin rəhbərlik etdiyi institut mikroskopa 1 milyon manata yaxın pul vermək istəyir
Dünən, 12:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru