Sahil Babayev gözdən əlilə necə zülüm edir... - GİLEY
Tarix: 6-07-2019, 09:00 | Çap et
 “Dövlət mənə pay torpağı verib deyə, aldığımız ünvanlı sosial yardımı kəsiblər. Gözdən əlil olduğum üçün də həmin torpağı əkib-becərə, aidiyyatı üzrə istifadə edə bilmirəm. Belə çıxır ki, azyaşlı övladımla birgə acından ölməyə məhkum edilmişik. Çünki başqa gəlir mənbəyimiz yoxdur”.
Ucarın Qazyan kəndinin sakini Rafiq Qədirov belə deyir. O, birinci qrup gözdən əlildir. Evlidir, bir övladı var. Əmək qabiliyyəti olmadığından illərdir dövlətdən ünvanlı sosial yardım almaqla, dolanırmış. Bir neçə ildir ki, aldığı yardım kəsilib. Səbəb kimi də adına pay torpağının olduğu göstərilib.
R.Qədirov deyir ki, yardımın bərpa edilməsi üçün ona torpağı qohumlarının adına keçirməyi və ya bağışlamağı məsləhət görürlər. Ancaq bunun üçün tələb olunan dövlət rüsumu çoxdur, imkanı çatmır:
“Deyirlər, “get torpağa kupça al”. Bu da edir 270 manat. Sonra da adımdan çıxarıb başqasının adına keçirməmi tövsiyə edirlər. Bunun da rüsumu 170 manatdır. Hamısı birlikdə 440 manat. Mən bu qədər pulu haradan alım? Hələ bunun yolpulu, əlavə xərcləri var”.
R.Qədirov deyir ki, onun 440 manatı olsaydı, ünvanlı sosial yardıma ehtiyacı olmazdı:
“Mənim bu qədər pulum varsa, neyləyirəm sosial yardımı? 150 manat alırdım. 4 nəfər idik. Övladımın biri rəhmətə getdi deyə, yardımın 20 manatını kəsdilər. Qaldı 130 manatı. Sonradan onu da kəsdilər ki, guya pay toprağım var, əkib-becərib, dolanım. Mənim də gözlərim görmür. Əmək qabiliyyətli biri deyiləm. Ona görə çətindir, təsərrüfat işi mənlik deyil”.
R.Qədirov problemi ilə bağlı ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət edib. Deyir, nazirlikdən ona gözdən əlil olduğu üçün yardımın bərpa edilə biləcəyini söyləyiblər, amma faydası olmayıb. Yerli qurumlar şikayətinə baxmayıblar:
“Əvvəla, mən pay torpağından istifadə edə bilmirəm. İkincisi də, yeni qanuna görə pay torpağının yardım almağa heç bir aidiyyatı yoxdur. Mənim yardımımı niyə kəsiblər, bilmirəm. Hara da müraciət edirik, ya deyirlər, “bizlik deyil”, ya da içindən çıxa bilmədiyim yol göstərirlər. Belə də şey olar?”
R.Qədirov deyir ki, nə torpağa “kupça” almaq, nə də onu başqasının adına keçirmək üçün göstərilən xidmətlərin heç biri pulsuz deyil. Onun gücü çatmayacaq məbləğdir - 440 manatdır:
“Mən axırıncı dəfə nə vaxt 400 manatı bir yerdə əlimdə tutduğumu xatırlamıram. Bilirsiz, dərd bir-iki deyil. Gec ailə qurmuşam. Övladım kiçikdir, məktəblidir. İnanın əynini-başını, kitab-dəftərini çatdıra bilmirik. Uşağın yanında da üzüqarayıq. Dəfələrlə Ucara getmişəm. Axırıncı dəfə icra hakimiyyətinə getdim. Dedim, uşağımı məktəbə göndərə bilmirəm, geyimi yoxdur. Sonradan uşağa paltar göndərmişdilər. Biz uşağa 50-60 manat verib pal-paltar ala bilmirik. Deyirlər 440 manat ver torpaq işini həll et”.
R.Qədirov deyir ki, illərdir yardımını kəsiblər. Heç maraqlanmayıblar da ki, onlar necə dolanır, nə yeyib, nə içirlər:
“Özü də, mən bilirəm, 440 manatla canımızı qurtaran deyilik. İdarə qapılarında sürünəcəyik. Get-gələ də nə qədər xərcimiz çıxacaq. Üstəlik, gözüm görmür, heç yerə tək gedə bilmirəm. Yoldaşımla getməli olacağam. Getmək üçün də taksi tutmalıyıq. Bu torpaq işini həll etmək bizə 500 manata başa gələcək. Onu da hardan alırıq axı? Borc almağa bir insanımız da yoxdur. Hamının vəziyyəti ağırdır. İndiki zəmanədə heç kimə ağız açmalı deyil”.
R.Qədirov deyir, kənd yeri elədir ki, gərək əkib-becərəsən, mal-heyvan saxlayasan. Buna da onun vəziyyəti əl vermir. Bir tövləsi var, o da sınıq-salxaqdır. Bir-iki heyvanı var, ona da çətinliklə baxır, yeri yoxdur:
“İnanın kənd yeridir, ancaq dolana bilmirik. Çətindir. Mənim əlilliyim var, necə əkim-becərim. Kənddə başqa cür də mümkün deyil axı”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vardan Oskanyan beynəlxalq qurumlara ölkə hökumətindən şikayət etdi
Bu gün, 00:24 |
|
|
|
• İran, Rusiya, Ermənistan üçbucağı çat verib - FAKT BUDUR!
Bu gün, 00:22 |
|
|
|
• "Bu insanların varlığı və sayı cəmiyyət üçün təhlükəlidir" - ÇAĞIRIŞ
Bu gün, 00:18 |
|
|
|
• Putin Trampa bu “güzəşt”i təklif edəcək – Moskvanın hiyləgər planı açıqlandı
Bu gün, 00:16 |
|
|
|
• ABŞ avqustun 8-dən sonra Rusiyaya qarşı yeni addımlar atacaq - “Financial Times”
Bu gün, 00:13 |
|
|
|
• “İranın Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək” – Tehran rəsmisinin gülməli açıqlaması
Dünən, 19:03 |
|
|
|
• Pezeşkian Əli Laricanini Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi təyin edib
Dünən, 19:00 |
|
|
|
• Gözdən əlil şəxsin şikayəti təmin olunmadı - MƏHKƏMƏ
Dünən, 18:05 |
|
|
|
• “A-Qroup Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:03 |
|
|
|
• İştirakçı azlığı 150 nəfəri təlimsiz qoydu - LƏĞV OLUNMUŞ TENDER, DETALLAR
Dünən, 18:01 |
|
|
|
• Ərdoğan Bəxtiyar Ersaya general-polkovnik rütbəsi verib - QƏRAR
Dünən, 17:55 |
|
|
|
• Ekspertdən nazirə sərt sözlər: “Medal gətirən liseyin direktoru yoxdur” - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:50 |
|
|
|
• AÇIQ DÜŞMƏNÇİLİK: Şahin Şıxlinski təkadamlıq kameraya salındı – Rusiyada Azərbaycan diasporasına qarşı təzyiqlər artır
Dünən, 17:44 |
|
|
|
• Rusiyanın Cənubi Qafqazda yanlışları: proseslər hara aparır? - AKTUAL
Dünən, 17:42 |
|
|
|
• 4 yaşlı körpəyə tamah salan 64 yaşlı ŞƏRƏFSİZƏ hansı CƏZA VEİLƏCƏK?
Dünən, 17:38 |
|
|
|
• Aqil Abbas “Qarabağ”ın oyununa proqnoz verdi: - “Qurban kəsəcəyəm”
Dünən, 17:30 |
|
|
|
• Bakı və Ankara koordinasiyanı gücləndirir - İNCƏLƏMƏ
Dünən, 17:26 |
|
|
|
• “Turkcell” Ukraynadakı biznesini 539 milyon dollara fransız milyarderə satıb
Dünən, 17:05 |
|
|
|
• Tehranın Azərbaycana qarşı davam edən hikkəsi: Növbədə Vilayəti və İran XİN-dir - ARAŞDIRMA
Dünən, 16:57 |
|
|
|
• Yoldan bank kartı tapdı: - "28 Mall"da xərclədiyi üçün cəzalandırıldı
Dünən, 16:14 |
|
|
|
• “Milyonların həyatına son qoyan adam...” – Qızı Putini tənqid edib
Dünən, 16:12 |
|
|
|
• Deputatın oğlu yeni şirkət yaratdı
Dünən, 16:10 |
|
|
|
• Məhur aparıcıdan şok ETİRAF - “Qadın cərrahın yanına getmərəm”
Dünən, 16:09 |
|
|
|
• Türkiyə Ordusunun Baş qərargah rəisi dəyişib
Dünən, 16:06 |
|
|
|
• Prezident “Polis haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib
Dünən, 16:05 |
|
|
|
• Şahdağ Turizm Mərkəzi “SOCAR Petroleum”dan 150 minlik dizel yanacağı alır
Dünən, 15:57 |
|
|
|
• Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəli şəxslərin MƏHKƏMƏSİ BAŞLAYIR
Dünən, 15:53 |
|
|
|
• “Əkrəm Əylisli məndən inciyib, əgər barışmaq istəyirsə…” - Anar
Dünən, 15:43 |
|
|
|
• Ağ Evdə gözlənilən görüşlə bağlı yeni xəbər: Zəngəzurla bağlı da qərar veriləcək - TƏFƏRRÜAT
Dünən, 15:40 |
|
|
|
• “Xalq Həyat”da təyinat olub
Dünən, 15:37 |
|
|
|
• İran səfirliyi Azərbaycanın iranlı məhkumlara yaratdığı münasib şəraiti müsbət dəyərləndirir
Dünən, 15:30 |
|
|
|
• İcbari Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar - Yazdıqlarımız rəsmən təsdiqləndi
Dünən, 15:28 |
|
|
|
• “Sülh müqaviləsi 2 liderin ağrılı səylərinin nəticəsidir, Trampın bu işdə heç bir rolu yoxdur”
Dünən, 15:21 |
|
|
|
• “Balakhanı Operating Company”yə SİMVOLİK CƏZA... - Cəmi-cümlətanı...
Dünən, 15:14 |
|
|
|
• Məktəblərdə fransız dili ləğv olunur? - Müəllimlərin narazılığına CAVAB
Dünən, 15:06 |
|
|
|
• Rusiyanın dronlarında Hindistana məxsus komponentlər aşkarlanıb - Zelenskinin Ofisi
Dünən, 14:59 |
|
|
|
• Ermənistanda QALMAQAL: Qalstanyan 3 milyon TƏLƏB EDİR - "datalex.am"
Dünən, 14:57 |
|
|
|
• Zaur Mikayılovdan rekord: 8 aya 21 milyonluq 41 tender - BU NƏDİ BELƏ?
Dünən, 14:50 |
|
|
|
• Paşinyan konstitusiya ilə bağlı gizli qrup yaradıb
Dünən, 13:08 |
|
|
|
• Aynur Abdullayeva VTB (Azərbaycan) ASC-nin Daxili Audit Xidmətinin direktoru təyin edilib
Dünən, 13:02 |
|
|
|
• Dövlət qurumu ekspert xidməti aldı, qaliblər sırasında - BORCLU ŞİRKƏT DƏ VAR
Dünən, 13:01 |
|
|
|
• 20-yə yaxın aptekdə nöqsanlar aşkarlanıb - RƏSMİ
Dünən, 12:59 |
|
|
|
• 11 yaşlı qıza qarşı əxlaqsızlıq edən ilahiyyatçı barədə qərar verildi - TƏFƏRRÜAT
Dünən, 12:56 |
|
|
|
• Bu gündən yanacaqdoldurma stansiyalarında “Aİ-95” yanacağının satışı tam bərpa olunur - SOCAR
Dünən, 12:51 |
|
|
|
• Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Dünən, 12:47 |
|
|
|
• "Heç bir işlə təmin edilmədim" - Nazirlik də ALDATDI?
Dünən, 12:46 |
|
|
|
• Rusiya vətəndaşı Azərbaycanda şirkət yaratdı
Dünən, 12:40 |
|
|
|
• Bakı və İrəvanın Vaşinqton görüşü reallaşarsa... - ŞƏRH
Dünən, 12:38 |
|
|
|
• "Kişi müəllimlərin sayı artsa, tərbiyə də güclənər" –Sabiq təhsil nazirindən deputata CAVAB
Dünən, 12:34 |
|
|
|
• Akif Əlizadənin rəhbərlik etdiyi institut mikroskopa 1 milyon manata yaxın pul vermək istəyir
Dünən, 12:31 |
|
|
|
|