Eldar Mahmudovun həbsdəki “qulağı” azadlığa çıxmaq istəyir - GƏLİŞMƏ
Tarix: 27-11-2018, 08:53 | Çap et
 Sabiq milli təhülkəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitə İstehsalat Birliyinin (BTRİB) sabiq - həbsdəki baş direktoru Beytulla Hüseynov azadlığa çıxmaq istəyir. Belə ki, noyabrın 28-də onun kasasiya şikayətinə baxılacaq. O, 1 il əvvəl barəsində Bakı Apelyasiya Məhkəməsinin çıxardığı qərardan kasasiya şikayəti verib. İstəyi də budur ki, yuxarı instansiya məhkəməsi onun cəzasını minimuma endirsin və şərti cəza ilə əvəzləməklə azad etsin. Eldar Mahmudovun “qulağı” kimi tanınan B.Hüseynov məhz sabiq nazirin təkidi ilə 2005-ci ildə BTRİB-in baş direktoru vəzifəsinə təyinat alıb və 10 il müddətində həmin vəzifəni daşıyıb.
2015-ci ildə MTN-də gerçəkləşdirilən “təmizləmə” əməliyyatı qısa müddət sonra Rabitə Nazirliyinə də sıçradı. Belə aydın oldu ki, “MTN işi”ndən “Rabitə işi”nə əsas körpü elə Beytulla Hüseynovun qanunsuz əməlləri olub. Xüsusən Eldar Mahmudovun maraqları çərçivəsində Beytulla Hüseynovun kabinetindən yüksək ranqlı məmurlar dinlənilirmiş...
Beytulla Hüseynova görə BTRİB baş direktoru vəzifəsindən çıxarılan keçmiş ATS müdiri Nəriman Salmanov məhkəmədəki ifadəsində bildirib ki, vəzifədə olduğu dövrdə otağında təxminən 34 ədəd telefon xəttindən yararlanıb. Beytulla Hüseynov istintaqa ifadəsində deyib ki, o otaqdakı 34 xətt əvvəlki rəhbərliyin dövründən qalıb. Salmanov isə onun yalan danışdığını söyləyib: “Həmin telefon xətlərini sonradan Beytulla Hüseynov çəkdirib”.
Beytulla Hüseynov uzun illər BTRİB-ə rəhbərlik edib və həmin dövrdə Eldar Mahmudovun bandasının qanunsuz dinləmələri həyata keçirmələrini mümkün edən avadanlıqların müxtəlif rabitə-telekommunikasiya qovşaqlarında quraşdılmasına yardımçı olub, lazımi texniki dəstək verib.
Qanunsuz fəaliyyətə görə 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Beytulla Hüseynov barəsində ittihamedici hökm çıxardı.
13 il azadlıqdan məhrum edilən Beytulla Hüseynovun dövlətə 21 milyon 379 min manat ziyan vurduğu da hökmdə əksini tapmışdı. Ötən ilin noyabrında Bakı Apelyasiya Məhkəməsinin hakimi Qədim Babayev Beytulla Hüseynovun cəzasını mümkün olan qədər, yəni 7 il 6 aya endirdi. Hökumətə xəyanət etmiş, ölkə rəhbərliyini, Eldar Mahmudovun bandasının maraqlı çərçivəsində məmurları, hər kəsi dinləmiş birinə qarşı hakimin mərhəməti anlaşılmaz olaraq qalır. Hazırda Beytulla Hüseynovun işi Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin icraatındadır və Eldar Mahmudovun qohumu azadlığa çıxmaq istəyir. İstiqlal.az saytı bu mövzuya aid maraqlı bir yazı paylaşıb. Sayt yazır ki, MTN tərəfindən saxta və qurama ittihamlarla həbs edilən günahsız vətəndaşlara hökmləri məhz Eldar Mahmudova yaxın olmuş hakimlər verib. Hələ 2004-cü ildə Eldar Mahmudov vəzifəyə təyinat alandan sonra nəzərə çarpan, onun vəzifəsində möhkəmlənməsində müstəsna əhəmiyyət kəsb edən bir əməliyyat baş tutdu. 2005-ci ildə Hacı Məmmədov və onun bandasına qarşı əməliyyat keçirildi.
Həmin əməliyyatdan sonra cərəyan edənlər isə göstərdi ki, Eldar Mahmudovun məqsədi “Qara Kəmər” əməliyyatı üzərindən özünün qara niyyətlərinə çatmaqdır. Hacı Məmmədovun işi o dövrdə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə adlanan instansiyaya göndərildi. İşə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxıldı. Həmin dövrdə hakimin Eldar Mahmudovla şəxsi münasibətləri olması haqda xəbərlər dolaşırdı. Məhkəmənin gedişatı, Hacı Məmmədovun işi üzrə verilən hökm də Eldar Mahmudovun maraqlarından kənara çıxmadı. Məsələn, Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin rəisi Zakir Nəsirova qarşı ittihamların məhkəmədə söz yığınından başqa bir şey olmadığı isbat olundu. Buna rəğmən hakim Əli Seyfəliyev ittiham aktına əsaslanıb Zakir Nəsirova ömürlük həbs cəzası oxudu. Ötən il əfv sərəncamı ilə azadlığa çıxan Zakir Nəsirovu Eldar Mahmudovun bandası həbs etməzdən əvvəl 3 dəfə MTN-ə çağırmışdılar. Hər dəfə də ona təklif olunmuşdu ki, rəhbərliyinə qarşı hazırlanan ifadələrə imza atsın, gedib işini davam etdirsin. Zakir Nəsirov sonuncu dəfə belə təklifi rədd edərkən ona Eldar Mahmudovun adından “sən öl, ömürlük həbsə göndərəcəyik” demişdilər. Hakim Əli Seyfəliyevin hökmü həmin hədənin nə dərəcədə real olduğunu da ortaya qoymuşdu. 2006-cı ildə verilən hökmdən 1 il sonra Əli Seyfəliyev artıq Ali Məhkəmənin hakimi idi. Bu gün də Əli Seyfəliyev həmin vəzifədədir və nə qədər qəribə olsa da, Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovun işi də məhz bu hakimin icraatındadır. “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Tural Rəhimli bizi başdan aldadıb" - İTTİHAM VAR...
Bu gün, 12:16 |
|
|
|
• Tramp Putinlə görüşündə ərazi məsələsini qaldırmaq niyyətində deyil - KİV
Bu gün, 12:07 |
|
|
|
• QHT-lərə Dövlət Dəstəyi Agentliyi satınalmaların təşkilində nə qədər qanunsuzluqlara yol verir - İLGİNC FAKTLAR
Bu gün, 12:03 |
|
|
|
• Köçəryan və Sərkisyandan sonra sələfi də Paşinyanın hədəfində
Bu gün, 11:57 |
|
|
|
• Yazmamaq olmur: Həşəmətli TƏBİB-in press-relizləri barədə - RİSALƏ
Bu gün, 11:54 |
|
|
|
• “Meqa Sığorta” və “Meqa Həyat Sığorta”nın rəhbərliyinə təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 11:50 |
|
|
|
• İranın Zəngəzur dəhlizi narahatlığı tam absurddur - ÇÜNKİ...
Bu gün, 11:48 |
|
|
|
• Ukraynaya göndərilən humanitar yardımı bu şirkət təmin edir - TƏFƏRRÜAT
Bu gün, 11:43 |
|
|
|
• Ermənistada yeni Konstitusiya hazırlamaq üçün İCLASLAR KEÇİRİLƏCƏK
Bu gün, 11:38 |
|
|
|
• Salyanda keçmiş arvadını öldürmək istəyən şəxsə hökm oxundu
Bu gün, 11:36 |
|
|
|
• Tramp-Putin görüşünə Zelenski niyə çağrılmadı? – 3 səbəb
Bu gün, 11:05 |
|
|
|
• Papoyan Vaşinqton razılaşması barədə: - Ermənistan şok olacaq
Bu gün, 11:03 |
|
|
|
• Minsk qrupunun ləğvi üzrə məsləhətləşmələr başlayacaq - ATƏT
Bu gün, 11:02 |
|
|
|
• Azərbaycan Qiymətləndiricilər Palatası HƏDDİNİ AŞIR... - İTTİHAM VAR...
Bu gün, 11:00 |
|
|
|
• "Ümid edirəm ki, burdakıların əli Bakıya çatmayacaq" - NARAZILIQ VAR...
Bu gün, 10:58 |
|
|
|
• Dostu Kəramət Şükürovun ölüm səbəbindən danışdı: - Nadir hallarda içirdi, amma...
Bu gün, 10:54 |
|
|
|
• Ermənistana göndəriləcək səfirimiz kim olmalıdır? - Ermənişünas-alim açıqladı
Bu gün, 10:52 |
|
|
|
• Rusiya Ukraynada raket istehsalı zavodlarını vurub
Bu gün, 10:42 |
|
|
|
• Zəngəzur dəhlizinə nəzarət edəcək ölkə - Bakıya ən sərfəlisi
Bu gün, 10:36 |
|
|
|
• "Azərsu"ya rəhmət oxudan "ADSEA"... - Suyu damcı-damcı verir, bəs dövlət büdcəsini hara xərcləyir?
Bu gün, 10:28 |
|
|
|
• Aliment borcuna görə həbslərin sayı getdikcə artır: - Çoban alimentin növbəti "qurban"ı oldu
Bu gün, 10:24 |
|
|
|
• Səlim Müslümovla “otkad”la işləyən avtoş sanatoriya müdiri özünə yeni “day-day” tapıb - İLGİNC FAKTLAR...
Bu gün, 10:19 |
|
|
|
• “Qarabağ” Çempionlar Liqasından neçə milyon QAZANIB?
Bu gün, 10:12 |
|
|
|
• Paşinyanın hansı sözü Trampı utandırııb?.. - VİDEO
Bu gün, 10:04 |
|
|
|
• Naxçıvanda “problem axtarırsan” sözünə görə gənc oğlanı bıçaqlayan şəxsə 6 il HƏBS CƏZASI
Bu gün, 10:02 |
|
|
|
• Ölümündən qabaq Səhiyyə Nazirliyini ittiham etmişdi - FOTO
Bu gün, 09:59 |
|
|
|
• Tural Gəncəliyev Müşahidə Şurasının tərkibindən çıxarılıb? - AÇIQLAMA
Bu gün, 09:55 |
|
|
|
• Vaşinqtonda imzalanmış sənədlərin həyata keçirilməsi İran və Rusiyaya fayda gətirəcək - Paşinyan
Bu gün, 09:48 |
|
|
|
• Qurban Məmmədovun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 09:45 |
|
|
|
• İranı qarışdıran Azərbaycan xəritəsi – Pezeşkianın adamı ortaya çıxardı
Bu gün, 09:43 |
|
|
|
• Bu türk ölkəsi miqrantları geri çağırır: sıra Azərbaycanda? - Ölkəmizdə əmək bazarında təlatüm gözlənilir
Bu gün, 09:40 |
|
|
|
• Əliyevin Vaşinqtondakı qələbəsini etiraf etdilər: Zəngəzuru aldı - “Joqovurd”
Bu gün, 09:37 |
|
|
|
• Rusiyada azərbaycanlını öldürüb Bakıya qaçdı, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 09:34 |
|
|
|
• SOCAR-ın mənşəyi məlum olmayan daxili qərarları... - MƏQSƏD NƏDİR, CƏNABLAR?
Bu gün, 09:31 |
|
|
|
• Rusiya sərhədçiləri Zəngəzurda qalmayacaq - ŞƏRH
Bu gün, 09:21 |
|
|
|
• “Bizə qarşı hər hücuma "güzgü prinsipi" ilə cavab verəcəyik" - Tofiq Zülfüqarov NET DANIŞDI
Bu gün, 09:19 |
|
|
|
• "Alyans Biznes" MMC-nin vergi borcu 90 min manata yaxınlaşır - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Ərdoğana “Ermənistanla sərhədi aç” tələbi - Bakıdan reaksiya
Bu gün, 09:14 |
|
|
|
• Şəkidə “Kiş Adası”nda müştəriləri QUŞ YERİNƏ qoyub... QAZ KİMİ YOLURLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:08 |
|
|
|
• Burda müştərini hər addımda aldadırlar... - GİLEY
Bu gün, 09:03 |
|
|
|
• Tramp Putinlə Alyaskada nə danışacaq? - AÇIQLAMA
Bu gün, 08:53 |
|
|
|
• İranın Ermənistanı cəzalandırmaq planı - İlginc ssenari
Bu gün, 08:45 |
|
|
|
• Cavanşir Yusifov plana düşən Bakıdan BELƏ PUL QAZANIR... - Samir Şərifovun himayəsi altında...
Bu gün, 08:43 |
|
|
|
• Moskvadan Bakıya növbəti terror hədəsi - NƏ BAŞ VERİR?
Bu gün, 08:18 |
|
|
|
• Ermənilərin Azərbaycandan inanılmaz tələbi – “Bunu necə etmək olar axı?”
Bu gün, 06:19 |
|
|
|
• Tramp Kiyevə NATO xaricində təhlükəsizlik zəmanəti verməyə hazırdır - KİV
Bu gün, 06:17 |
|
|
|
• Əmrullayevin iflası: HƏM DƏ İFŞASI... - AXI NİYƏ?..
Bu gün, 05:23 |
|
|
|
• 201 nömrəli məktəbin müəllimləri direktora qarşı BİRLƏŞDİ - Prezidentə və Əmrullayevə ŞOK MÜRACİƏT
Bu gün, 05:19 |
|
|
|
• "Hansı əsaslarla təsviri incəsənət müəlliminə texnologiya dərsi veriləcək?" - Elşən Qafarov SUAL EDİR
Bu gün, 04:59 |
|
|
|
• Nəcməddin Sadıqov XAİNDİR: Söhbət niyə İNDİ AÇILDI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:57 |
|
|
|
|