“Səsimi nə vaxt eşidəcəklər, mən öləndən sonra?” - GİLEY
Tarix: 27-07-2018, 09:49 | Çap et
Cavadov Faiq Məmməd oğlu. Redaksiyamızdan mədəd uman bu şikayətçi deyir ki, 1993-cü ildə Ağdərə uğrunda döyüşlərdə iştirak edib. Amma bugünədək Qarabağ əlili olması haqda sənəd ala bilmir: “93-cü ildə Ağdərə rayonunda gedən döyüşlərdə iştirak eləmişəm. Bir neçə dəfə xəsarət almışam. Amma döyüşlərin birində bədənimin üç yerindən yaralandım. Qolumdan, ayağımdan, başımdan xəsarət aldım. Məni Bərdə rayon xəstəxanasına çatdıranda huşsuz vəziyyətdə idim. Elə bilirdim gözüm çıxıb. Ondan sonra bədənimdə izləri və fəsadları qaldı. Hazırda şəkər xəstəsiyəm, infakt keçirmişəm, böyrəklərimin ikisi də sıradan çıxıb. Üstəlik məhkəmə mənim müharibə əlili olduğumu da təsdiqləyib. Amma Mərkəzi Sosial Tibbi Ekspert Komissiyası bunu qəbul eləmir. Bəs, nə vaxt qəbul edəcək? Mən öləndən sonra?”
Qeyd edək ki, müsahibimiz uzun illər Bərdə rayonunda polis kimi çalışıb. Müharibə zamanı da cəbhəyə polis əməkdaşı kimi qatılıb. Bu səbəbdən də nazirliyin xüsusi həkim komissiyası onun “Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma” alması haqda rəsmi qərar çıxarıb. Amma buna rəğmən qərar hələ də öz həllini tapmayıb: “2003-cü ildə məni ümumi əlilliklə bağlı pensiyaya çıxarıblar. Halbuki mən Qarabağ əlili olmalıyam. Axı bunu haqq eləyirəm. Niyə haqqımı danırlar? Bu haqda Daxili İşlər Nazirliyinin rəsmi sənədi var. Bu sənədi internet vasitəsilə Mərkəzi Tibb Sosial Ekspertiza Komissiyasına göndərmişəm. Amma oranın rəhbəri İlqar Qasımov müraciətimə əhəmiyyət vermir.
“Məmur laqeydliyi Qarabağ savaşını bizə unutdurur…”
Mən orda ona görə güllə qabağında dayanmışdım ki, bu gün mənə belə etinasız, biganə münasibət göstərsinlər? Bütün günü efirlərdə “Qarabağı belə alacağıq” deyirlər. Onlara demək istəyirəm, Qarabağda canını fəda edən insanları görməzdən gəlirlərsə, onların əlilliyini qəbul eləmirlərsə, hansı savaşdan danışırlar? Əvvəlcə içimizdəki, həkim komissiyasındakı laqeyd adamlarla mübarizə aparmaq lazımdır, sonra başqalarıyla”.
Şikayətçi bildirir ki, məsələ ilə bağlı Mərkəzi Tibb Sosial Ekspertiza Komissiyasının rəhbəri İlqar Qasımovla şəxsən görüşüb: “Onunla görüşmək üçün çox cəhd elədim. Dəfələrlə səhər saat 9-dan gedib qapısında gözləmişəm, amma işə gəlməyib. Yalnız bir dəfə görüşə bildim. Onda da dedi ki, mənlik heç nə yoxdur. Dedi sənədləri email ünvana göndər. Göndərdim. Yenə də heç bir nəticəsi olmadı. Mənə cavab yazdı ki, “müalicəyə ehtiyacı var”. Əlbəttə var. Qoy, məni sağaltsın, mən əlilliyimi ona bağışlayıram…
…Anlamıram, onun həmin sənədləri oxumağa savadı çatmır, yoxsa məni ələ salır? Necə ola bilər ki, Daxili İşlər Nazirliyinin polkovniki Samir Quliyevin imzaladığı sənədi heçə saysın? Məhkəmənin qərarına heçə saysın? Hansı ölkədə məhkəmənin qərarını belə münasibət bəsləyirlər?”
“Təqaüdüm ancaq yavan çörəyimə çatır…”
“278 manat təqaüd alıram” deyən müsahibimiz aldığı məbləğin ehtiyaclarının bir qismini belə ödəmədiyini bildirir: “O təqaüd ancaq mənim yavan çörəyimə yetir. Mən dünən Sosial Təminat Nazirliyinə getmişdim. Xahiş elədim ki, məni Sahil Babayevlə görüşdürsünlər. Amma məni qəbul eləmədilər. Dedilər get, ay yarımdan sonra çağırarıq. Onlar anlamır ki, ayağım çürüyür. Yüksək şəkər, xəstə ürək, yaramayan böyrəklə mən gündə Bakıya necə gəlim? Axı məni niyə incidirlər? Dərdimi kimə deyim, heç biri dinləmək istəmir. Bu məsələdə haqlı olduğumu sübut etmək üçün təkcə məhkəmə prosesim 3 ay çəkdi. Bütün sənədləri topladım. Poliklinikada bütün kartalara baxdıqdan sonra, nəhayət, mənim savaşda yaralandığım haqda qərar çıxarıldı. İndi də bu komissiya mənim ömrümü yeyir”.
“Tüpürüm belə yaşamağa!”
Müsahibimiz söhbət əsnasında şəraitsiz evindən və xəstə övladından da danışdı: “Uçuq-yıxıq bir evim var. Orda da rəhmətə gedən qardaşımın iki balası, bacımin ailəsi bir də mənim ailəm birgə yaşayırıq. Üç ailə bir evə sığınmışıq. İki qız övladımdan biri də əlildir. O, mən müharibədə olanda həyat yoldaşım ona boyluydu. Stress və həyəcandan uşaq xəstə doğuldu. Mənim məmurlar kimi evim, bağım, villalarım yoxdur. Aldığım heç özümə yetmir. Xəstə uşağın dava-dərmanını nə ilə alım? Xəcalətimdən onun üzünə baxa bilmirəm. O qədər cana doymuşam ki, o gün dama çıxıb özümü 5-ci mərtəbədən atmaq istəyirdim. Həkimlər nevrapotoloq çağırdılar, iynə vurub güclə özümə gətirdilər. Tüpürüm belə yaşamağa. Bu həyat deyil ki… Sağlam olsam, gedib mən də çörəyimi qazanaram. Heç kimə də möhtac olmaram. Ayağım çürüyüb gedir. Ayağımı amputasiya eləmək istəyirdilər, qoymadım. Niyə belə oldu? Çünki komissiyanın laqeydliyinə, insafsızlığına əsəbiləşdim, stress keçirdim. Şəkərim 520-yə qalxdı. İki gün reanimasiyada huşsuz vəziyyətdə qaldım. İndi indi özümə gəlirəm. Hemodializ şöbəsinə məni qadınlar arabada aparıb gətirirlər. Xəcalətimdən yerə girirəm. Axı niyə məni, bir ailə başçısını, üstəlik vətən üçün savaşan bir adamı bu dərəcədə aciz vəziyyətə salırlar? Hurriyyet.org
P.S. Şikayətçinin söylədikləri ilə bağlı Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Xidməti ilə əlazə cəhdimiz alınmadı.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nikolun fikirləri Qarabağı Azərbaycan ərazisi kimi tanımasının göstəricisidir - ŞƏRH
Bu gün, 19:00 |
|
|
|
• Mərkəzi Nəbatat Bağı auditor seçdi - QALİB, MƏBLƏĞ
Bu gün, 18:58 |
|
|
|
• Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsi yad edilib
Bu gün, 18:22 |
|
|
|
• Maya Sandu çətin seçimlər qarşısındadır - GƏLİŞMƏ
Bu gün, 18:15 |
|
|
|
• “Anam məni ikinci dəfə dünyaya gətirdi” demişdi... - VİDEO
Bu gün, 18:10 |
|
|
|
• FTX azərbaycanlı cinayətkar dəstəni tutdu - TƏFƏRRÜAT
Bu gün, 17:06 |
|
|
|
• Suriya üçün “Ukraynadan taxıl” proqramını yaradacağıq - Zelenski
Bu gün, 17:00 |
|
|
|
• ABŞ-nin MASKü-ƏMBƏRİ... - NƏ BAŞ VERİR?
Bu gün, 16:57 |
|
|
|
• Gənc aktyorun vəfatı XƏBƏRİ təsdiqləndi
Bu gün, 16:55 |
|
|
|
• Agentliyin sədr müavinini döyən müharibə iştirakçısına BU CƏZA VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Vəfat xəbəri yayılan aktyor Azər Baxşəliyev komadadır - AÇIQLAMA
Bu gün, 16:48 |
|
|
|
• Aktyor Azər Baxşəliyev vəfat edib
Bu gün, 16:15 |
|
|
|
• Nostradamus Ukraynada müharibənin 2025-ci ildə bitəcəyini proqnozlaşdırıb
Bu gün, 14:02 |
|
|
|
• İş adamı sabiq deputat Elnur Allahverdiyevə qarşı - DETALLAR
Bu gün, 14:00 |
|
|
|
• "İndiyə qədər də ana-ata həsrətindəyəm"
Bu gün, 13:58 |
|
|
|
• ABŞ Hələbdə hərbi baza tikir?
Bu gün, 13:00 |
|
|
|
• Rusiyanın daha bir səhvi - AÇIQLAMA
Bu gün, 12:57 |
|
|
|
• Emin Milli Azərbaycana qayıtdi, Şuşadan paylaşım etdi - FOTO
Bu gün, 12:53 |
|
|
|
• Astroloji hadisələrin 2025-ci ildə bürclərə TƏSİRİ
Bu gün, 12:49 |
|
|
|
• Baş ideoloq Putini təcili Kiyevi almağa çağırdı
Bu gün, 12:42 |
|
|
|
• Kimin yolkası daha hündür olub? – MDB ölkələrinin siyahısı
Bu gün, 12:31 |
|
|
|
• Las Veqasda partlayan "Tesla Cybertruck": - hədəf Tramp və Maskdır, yoxsa...
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada Bəşər Əsədə qarşı sui-qəsdə CƏHD EDİLİB - KİV
Bu gün, 12:25 |
|
|
|
• Tarif Şurası QAZIN, İŞIĞIN, SUYUN QİYMƏTİNİ QALDIRDI - TƏFƏRRÜAT
Bu gün, 12:19 |
|
|
|
• Dörd dərmanın qiyməti aşağı salınıb, 46-sının qiymətinin yuxarı həddində dəyişiklik edilib - Tarif Şurası
Bu gün, 12:14 |
|
|
|
• İrəvandan Tehrana uçan təyyarə Təbrizdə məcburi eniş etdi - "Azad İran"
Bu gün, 12:00 |
|
|
|
• "RM Medicare Klinika" MMC 8 min manat cərimə oluna bilər
Bu gün, 11:51 |
|
|
|
• İlan 2025-ci ildə BU BÜRCLƏRƏ milyonlar QAZANDIRACAQ
Bu gün, 11:46 |
|
|
|
• Rusofobiya nədən şiddətlənir? – Kreml səbəbə baxmır, nəticəni pisləyir
Bu gün, 11:42 |
|
|
|
• TƏFTİŞ BAŞLADI: `Xidmətdən gəlib bizi də dindirdilər...` - 200 min manat məbləğində cərimə və...
Bu gün, 11:22 |
|
|
|
• "Qərb dövlətləri Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil" - deputat
Bu gün, 11:16 |
|
|
|
• Milli Qəhrəman Polad Həşimovun xatirəsi yad edilib - FOTO
Bu gün, 11:14 |
|
|
|
• Dəyişməyən xislət: Əyalət mollasının dediklərinə təəccübləndikmi? - Düşmənin BUYNUZU OLMUR...
Bu gün, 11:13 |
|
|
|
• “Bakelektromaşın”ın əmlakı səhmdarları arasında bölünəcək
Bu gün, 11:11 |
|
|
|
• Formula 1 Azərbaycan Qran-prisinin vaxtı məlum oldu
Bu gün, 11:09 |
|
|
|
• Bu gün Natiq Qasımovun doğum günüdür - UNUTMARIQ!!!
Bu gün, 10:59 |
|
|
|
• Partlayan "Tesla Cybertruck"ın sürücüsü GÖRÜN KİM İMİŞ - ŞOK DETALLAR
Bu gün, 10:58 |
|
|
|
• Azərbaycanda nazir müavininin pozuntuları üzə çıxdı - Pullarını əllərindən alırmış
Bu gün, 10:56 |
|
|
|
• Azərbaycan qazı MÜHÜM FAKTORA ÇEVRİLİR... - NƏ BAŞ VERİR?
Bu gün, 10:52 |
|
|
|
• İlqar Mikayıloğlu soyunub qarın içinə girdi - VİDEO
Bu gün, 10:49 |
|
|
|
• İnsanların lazımi pensiya kapitalını yığa bilməsi üçün hansı dəyişikliklərə EHTİYAC var? - AKTUAL
Bu gün, 10:47 |
|
|
|
• Demokratlar millətimizi iflasa uğratdılar, ABŞ xaos içindədir - Tramp
Bu gün, 10:44 |
|
|
|
• Yaxın Şərqdəki gərginlik bölgəmizi təhdid edir - NƏ ETMƏLİ?
Bu gün, 10:23 |
|
|
|
• Arıxlıda toqquşma NECƏ BAŞ VERDİ? - TƏFƏRRÜAT
Bu gün, 10:20 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb
Bu gün, 10:18 |
|
|
|
• Səhiyyə sisteminin SÜNİ MAYASI... - ETİRAZ VAR...
Bu gün, 10:15 |
|
|
|
• Norilsk hava limanında təyyarə uçuş zolağından kənara çıxıb - "İnterfaks"
Bu gün, 10:07 |
|
|
|
• Keçmiş MDB məkanında bu sahədə birinciyik... - CƏDVƏL
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycandan qaz almaq istəyən Ermənistanın son istəyi: Əsas hədəf açıqlandı - GƏLİŞMƏ
Bu gün, 09:57 |
|
|
|
• "Təyyarəmizin yanlışlıqla vurulması ehtimalı olduqca aşağıdır" - FAKT BUDUR!
Bu gün, 09:52 |
|
|
|
|