"Hər birinizin fikri mənim üçün çox önəmli oldu" .....                     İşdən çıxarılan müavin direktoru məhkəməyə verdi .....                     Borcu olan şəxslər ölkədən çıxa bilməyəcəklər .....                     Azərbaycana təkcə bu ölkə səs verib .....                     Yeni təhlükə: BUĞDA BÖHRANI... .....                     Devalvasiyanın qarşısını belə almaq olar .....                     “Rabitə Tikinti” ASC-də yeni sədr və üzvlər seçiləcək .....                     Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb .....                     Tikinti mafiyaları ilə ORTAQDIR .....                     Ermənistanda silaha olan həvəs... .....                     "Narkomaniya bəladır və hədəf də bizim uşaqlar, yeniyetmələr, gənclərdir" .....                     Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra .....                     "Cəmiyyətdə bir çox sahələrdə savadsızlıq həddindən artıq çoxdur" .....                     Nazirlik BUNDAN İMTİNA ETMƏLİDİR .....                     Rusiyada sovet əsgərlərinin abidəsini təhqir edən azərbaycanlı saxlanıldı .....                     Əliyevin qatıldığı toplantıda İLK yaşandı .....                     “Avraam Razılaşmaları” Qafqaza gəlir: böyük siyahıda Azərbaycan da var .....                     Turizm Agentliyi nə etmək istəyir? .....                     Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR .....                     İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? .....                     Qənirə Paşayevanın büstü hazırlandı .....                     Nazirin dostu olan məmur ƏRKÖYÜNLÜK EDİR .....                     Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı .....                     “Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...” .....                     İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya .....                     Bakı və Brüssel arasında balans bərpa olundu .....                     ADSEA 8 milyonu hara xərclədi? .....                     Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin? .....                     "Artıq Ermənistan tərəfi faktiki olaraq Azərbaycanın gücünü qəbullanıb..." .....                     "Adam heç bilmir ki, necə baş verdi..." .....                     İsrail və Suriya nümayəndələri Bakıda görüşüb .....                     İmtahanda nə baş verib? .....                     Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi .....                     Prezident İlham Əliyevin Zirvə görüşü: .....                     Ermənilər daha bir mahnımızı oğurladı .....                     Elçin Quliyev generalı işdən çıxardı .....                     Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib .....                     Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Rusiya ilə bundan sonra .....                     Bakı bunu tələb edir .....                 

İki rayonumuz üçün bir təhlükə mənbəyi... - Sakinlər qorxurlar ki...
Tarix: 23-07-2018, 09:44 | Çap et
İki rayonumuz üçün bir təhlükə mənbəyi...
Tərtər çayının yatağındakı mövcud duruma diqqət yetirəndə, ilk olaraq ağıla gələn Bərdə və bərdəlilər üçün yarana biləcək təhlükədir. Çay yatağında istirahət üçün bulvar və parkların yaradılması, məktəb, uşaq bağçası, 10 mərtəbəli yaşayış binası, digər şirkət və ticarət obyektlərinin tikilməsi bu təhlükəni daha da artırır.

Tərtər çayı mənbəyini işğal altında olan Kəlbəcərimizin buz bulaqlı yaylaqlarından götürür. 1970-ci illərdə çayın qarşısı Ağdərə rayonu ərazisində bəndlənərək SES yaradılıb. Müharibənin başlandığı dönəmdən bu günə qədər su anbarında təmir-bərpa işləri də aparılmayıb. Bu barədə ekoloqlarımız da həmişə narahatçılıqlarını ifadə ediblər.

Mütəxəssislərin fikrincə, Sərsəng su anbarının dağılması böyük bir ərazini humanitar fəlakətlə üz-üzə qoya bilər. Bərdə və Tərtər də daxil olmaqla bir sıra rayonlarımız üçün qəzanın nəticələri faciə demək olar.

Bu, kifayət qədər ciddi təhlükədir. Buna baxmayaraq, göz qabağında olan fəlakəti görən yoxdur. Tərtər çayının yatağında əvvəllər sahil bərkitmə işləri aparılsa da, bu gün həmin bəndlərin içi qalın meşəliklərə çevrilib. Bu halın özü də baş verə biləcək daşqın vəziyyətində ağacların maneəyə çevrilməsi, şəhərin su altında qalması ehtimalını yaradır. Ən azından, çay yatağını təmizləməklə selin rahat ötüb keçməsi üçün yol açmaq olar. Fəlakətin nəticələrini minimuma endirmək üçün xüsusi plan belə, hazır olmalıdır.

Yaşlı nəslin nümayəndələrinin fikrincə, güclü sel hər an gələ bilər. Dəfələrlə çay daşqını ailə faciələrinə səbəb olub. Çayda çimən, ya da sahilində oynayan uşaqlar qurbana çevriliblər.

Sputnik Azərbaycan-a danışan şəhər sakini Rafiq Hüseynov 1985-ci ildə baş verən dəhşətli hadisəni xatırlayır: "Hadisə gözlənilmədən baş verdi. Günəşli hava idi. Qəflətən gələn sel yataqda nə vardısa, ağuşuna alıb apardı. Fazil adlı kişinin uşağı da həmin vaxt selin qurbanına çevrildi. Çay sakitləşəndən sonra nə qədər axtarıldısa da, faydası olmadı. Uşaq yoxa çıxdı".

Başqa bir şəhər sakini Vüsal Məmmədov da 94-95-ci illərdə belə bir hadisə olduğunu qeyd edir. Bildirir ki, uzaq qohumu olan bir ailənin iki uşağını sel aparıb. Qız uşağını xilas eləmək mümkün olsa da, oğlanı tapmaq mümkün olmayıb.

Bu gün Tərtər çayının suyu az gəldiyi üçün heç kimin ağlına pis hadisə gəlmir. Sanki, burada sel təhlükəsindən sığortalanıblar. Çayın yatağında 10 mərtəbəli yaşayış, 1000 yerlik məktəb binası, uşaq bağçası, şadlıq sarayları, restoranlar, ticarət və biznes obyektlərinin inşası həyata keçirilib. Bulvar və parklar yaradılıb. Ərazidə indi də tikinti işləri davam etdirilir.

Nəzərə alsaq ki, Tərtər çayı üzərində qurulan Sərsəng su anbarı erməni işğalı altındadır, deməli, təhlükə hər an var. Leysan yağışların düşdüyü vaxtda bir bəhanə yetər ki, ermənilər "anbarda suyun səviyyəsi qalxıb" — deməklə bəndin qapılarından birini qaldırsınlar. Yarana biləcək fəlakətin miqyasını təsəvvür eləmək çətin deyil.

Azərbaycanlı mütəxəssislər də zaman-zaman Sərsəng su anbarının drenaj mühafizə sisteminin, qoruyucu avadanlıqlarının eroziyaya məruz qaldığını bildiriblər. Qeyd ediblər ki, Sərsəng su anbarında yaranmış qəzalı vəziyyətə görə Tərtər və Bərdə rayonları su basma təhlükəsi qarşısındadır.

Sərsəng su anbarındakı təhlükəli vəziyyətlə bağlı AŞPA-nın da qətnaməsi var. Bu qətnamədə Ermənistan Silahlı Qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsi tələb olunur. Deməli, Tərtər çayında baş verə biləcək təbii fəlakət təhlükəsi AŞPA kimi beynəlxalq qurumu belə, narahat edir. Çay yatağında mövcud durum isə bizim bu narahatçılığa əhəmiyyət vermədiyimizi göstərir.

Ümid edək ki, səlahiyyətli şəxslər baş verə biləcək hadisə barədə istənilən ehtimala diqqətlə yanaşacaq, milli təhlükəsizliyimiz naminə zəruri addımlar atacaqlar.













 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Hər birinizin fikri mənim üçün çox önəmli oldu"
Dünən, 20:01
İşdən çıxarılan müavin direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 19:56
Borcu olan şəxslər ölkədən çıxa bilməyəcəklər - DİQQƏT
Dünən, 10:51
Azərbaycana təkcə bu ölkə səs verib - BİABIRÇI NƏTİCƏ
Dünən, 10:34
Yeni təhlükə: BUĞDA BÖHRANI... - ARAŞDIRMA
Dünən, 09:43
Devalvasiyanın qarşısını belə almaq olar - İqtisadçı görün, nə təklif edir
Dünən, 09:39
“Rabitə Tikinti” ASC-də yeni sədr və üzvlər seçiləcək
Dünən, 08:44
Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb - AKTUAL
Dünən, 08:06
Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
Dünən, 08:00
Ermənistanda silaha olan həvəs... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:43
"Narkomaniya bəladır və hədəf də bizim uşaqlar, yeniyetmələr, gənclərdir" - ÇAĞIRIŞ
Dünən, 07:40
Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra - TƏFƏRRÜAT
Dünən, 07:38
"Cəmiyyətdə bir çox sahələrdə savadsızlıq həddindən artıq çoxdur" - partiya sədri
Dünən, 07:31
Nazirlik BUNDAN İMTİNA ETMƏLİDİR - YOXSA...
Dünən, 07:28
Rusiyada sovet əsgərlərinin abidəsini təhqir edən azərbaycanlı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 07:24
Əliyevin qatıldığı toplantıda İLK yaşandı – Moskvada alınmamışdı, lakin…
Dünən, 07:20
“Avraam Razılaşmaları” Qafqaza gəlir: böyük siyahıda Azərbaycan da var - GƏLİŞMƏ
Dünən, 01:14
Turizm Agentliyi nə etmək istəyir? - TƏFƏRRÜAT
Dünən, 01:09
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
Dünən, 01:06
İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - AKTUAL
Dünən, 00:57
Qənirə Paşayevanın büstü hazırlandı - FOTOLAR
Dünən, 00:48
Nazirin dostu olan məmur ƏRKÖYÜNLÜK EDİR - Deyir ki, toxunulmazdır...
Dünən, 00:45
Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı - Siyasi xaosun dibi
Dünən, 00:38
“Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...” - Hacı İsmayılov
Dünən, 00:27
İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya - “Dilimizi korlayan "parazit sözlər"i...”
Dünən, 00:24
Bakı və Brüssel arasında balans bərpa olundu -ŞƏRH
Dünən, 00:21
ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
Dünən, 00:17
Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin? - HƏQİQƏTƏN DƏ...
Dünən, 00:10
"Artıq Ermənistan tərəfi faktiki olaraq Azərbaycanın gücünü qəbullanıb..." - FAKT BUDUR!
Dünən, 00:06
"Adam heç bilmir ki, necə baş verdi..." - VİDEO
Dünən, 00:02
İsrail və Suriya nümayəndələri Bakıda görüşüb - CNN
17-05-2025, 23:58
İmtahanda nə baş verib? - Şagirdlər ağlayaraq çıxdı
17-05-2025, 23:55
Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi - FOTO
17-05-2025, 23:51
Prezident İlham Əliyevin Zirvə görüşü: - Avropa liderləri Azərbaycanın yeni siyasi reallıqlarını qəbul edir
17-05-2025, 18:03
Ermənilər daha bir mahnımızı oğurladı - Xalq artistindən reaksiya (VİDEO)
17-05-2025, 17:47
Elçin Quliyev generalı işdən çıxardı
17-05-2025, 17:44
Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib - FOTO
17-05-2025, 17:40
Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ – Qəzalı ev niyə təmir olunmur?
17-05-2025, 12:37
Rusiya ilə bundan sonra NƏ OLACAQ?
17-05-2025, 12:28
Bakı bunu tələb edir – Putin Paşinyana ona görə qəzəbləndi
17-05-2025, 12:18
“Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ - DETALLAR
17-05-2025, 12:10
“Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” - Ağsaqqal deputat
17-05-2025, 12:08
Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı - Narazı qaldı
17-05-2025, 12:04
Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI - TƏFƏRRÜAT
17-05-2025, 11:33
Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb - FOTO
17-05-2025, 11:26
Qriqoryan Tehranda Əraqçı ilə görüşüb – Ermənistan-İran xəttində yeni mesajlar
17-05-2025, 11:24
İstanbulda nəticəsiz görüş və ya “biz ancaq ABŞ-la danışa bilərik”
17-05-2025, 11:21
“Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar” - Tramp
17-05-2025, 11:13
Putin Trampla görüşənədək məsələni həll etməlidir: İki yoldan biri ilə - ŞƏRH
17-05-2025, 11:03
"O çörək sənə zəhər olsun"
17-05-2025, 10:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru