Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası .....                     Belə getsə, həkim olmaq ancaq zənginlərin imtiyazına çevriləcək .....                     Ukrayna bitdi: Rusiya Cənubi Qafqaza belə qayıdacaq .....                     Pezeşkianın İrəvan səfəri öncəsi İrandan mühüm mesaj .....                     Tramp Putinlə razılığa gəlsə, ona Nobel Sülh Mükafatını təqdim edəcəyəm .....                     "Ermənistan vaxtilə bu dövlətlərin təsir dairəsində olub" .....                     Rəqsanə İsmayılovanın vəkili DANIŞDI .....                     AzTV Rəqsanə ilə bağlı süjet hazırladı .....                     Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... .....                     İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... .....                     Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir .....                     Tramp bu ittifaqı dağıda biləcəkmi? .....                     Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu .....                     Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib .....                     DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib .....                     Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin .....                     Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU .....                     Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... .....                     Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb .....                     Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi .....                     AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib .....                     Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib .....                     Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək .....                     “CDC Klinik”də işçilərin hüququ POZULUR .....                     İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? .....                     Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... .....                     Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? .....                     "Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" .....                     Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: .....                     Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: .....                     Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! .....                     Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... .....                     “Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” .....                     Bakıya xalasıgilə gələn qız itkin düşdü .....                     Putinin adamının müəmmalı İran səfəri .....                     Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ .....                     “Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” .....                     Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? .....                     Başçını ittiham edən qohumu barədə qərar verildi .....                     “Azərbaycanlı ana kimi düşməni bağışlamıram” .....                 

Bakı meri ola biləsəkmi? - Hələlik kiməsə tam etimad yoxdur...
Tarix: 19-07-2018, 10:59 | Çap et
Bakı meri ola biləsəkmi?
Məlum olduğu kimi, bu ilin aprel ayından Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı vəzifəsi boşdur. Çünki ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Hacıbala Abutalıbov baş nazirin müavini təyin olunduğundan, prezidentin digər sərəncamı ilə o, paytaxt meri vəzifəsindən azad olundu. Bu təyinata qədər Bakı şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini elə Hacıbala müəllimin “sağ əli” olmuş, birinci müavini Fidumə Hüseynova icra edirdi.

Xəbər verildiyi kimi, artıq ölkə başçısının sərəncamı ilə icra strukturlarında uzunmüddətli təcrübəsi olan, Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin etdi. Eyni zamanda BŞİH-nin rəhbəri vəzifəsi boş olduğundan, E.Əzizov həm də şəhər merinin səlahiyyətlərini icra edəcək.

Söz yox ki, qəfildən Eldar Əzizovun paytaxt merinin birinci müavini təyin edilməsi və ona başçının səlahiyyətlərinin verilməsi, paytaxt meri postuna iddialı olan şəxslər tərəfindən birmənalı qarşılanmadı. Çünki bu şəxslər yaxşı bilirlər ki, Eldar Əzizov təcrübəli, yüksək təşkilatçılıq, idarəetmə bacarığı olan və savadlı kadrdır. O, əvvəllər Nizami rayonunun, daha sonra Gəncə və Sumqayıt şəhərlərinin icra başçısı vəzifəsində çalışıb. Sonuncu vəzifəyə qədər isə Eldar Əzizov Səbail rayonunun icra başçısı postunda çalışıb.

Bu təyinata rəğmən, hakimiyyət daxilində paytaxt meri olmaq uğrunda mübarizə daha da gərginləşıb. Bu da səbəbsiz deyil. Axı, bu posta əsas iddiaçılardan biri, respublikanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşı, “topdağıtmaz” klana arxalanaraq özünü real namizəd sayan Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev artıq, belə demək olarsa, sıradan çıxarılıb. İcra başçısına edilən sui-qəsddən sonra onun nəinki Bakı meri olmaq arzusu çin olmadı, hətta əməlləri ilə adı və soyadının üstündən qara xətt çəkdi.

Son məlumatlara görə, E.Vəliyevdən sonra bu vəzifəyə iddiaçılardan biri “Ağ şəhər” lahiyəsinin və “Bakondl” şirkətinin baş direktoru Ruslan Sadıxovdur. Xəbər verdyimiz kimi, Ruslan Sadıxov Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Rövşən Sadıxovun qardaşıdır. Rövşən Sadıxov isə keçmiş nazir Eldar Mahmudovun qudasıdır. 2005-20Q6-cı illərdə İsmayıllı rayonunun icra başçısı vəzifəsində çalışıb.

Ruslan Sadıxovun paytaxt meri postuna iddiaçı olmasında qardaşı Rövşən Sadıxovun və təmsil olunduqları hakimiyyətdaxili qrupun dəstəyinin böyük olduğu söylənilir. Sadıxovlar əslən ermənilərin işğalı altında olan Laçın rayonundandırlar.

Qeyd olunur ki, hal-hazırda Bakı şəhər İcra Hakimiyyəti başçısı postunu tutmağa iddialılardan biri də elə həmin qurumda çalışan, geniş səlahiyyət sahibi olan, çoxşaxəli fəaliyyəti ilə seçilən Nərminə İsaqovadır. Əslən Qubadlı rayonundan olan Nərminə İsaqovanın hakimiyyət dairələrinə daha yaxın olduğu bildirilir.

Xatırladaq ki, şəhər meri postuna iddialı olan Nərminə xanımın qardaşı Mahir İsaqov Qubadlı rayonun icra başçısı vəzifəsində çalışır. Həm də İsaqovların ölkədə güclü bizneslə məşğul olan daha imkanlı şərikləri var...

Məlum məsələdir ki, Azərbaycanda Bakı meri postunun 4 ay boş qalmasının bir çox səbəbləri var. Bizə məlum olan və olmayan səbəbləri haqda danışmazdan öncə bildirək ki, bu barədə rəyini öyrəndiyimiz təcrübəli ekspertlır bir qədər fərqli fikirdədir.

Belə ki, uzun müddət dövlət vəzifələrində işləmiş, hal-hazırda ali pedaqoji fəaliyyətlə məşğul olan Şahin Həsənovun bu barədə fikirləri maraqlı və daha çox aktualdır: “Əlbəttə ki, paytaxt meri postunun 4 ay boş qalması mənim də maraq dairəmdədir. Şübhəsiz ki, bu posta kimisə təyin etməsi ölkə başçısının səlahiyyətinə aid olan məsələdir. Lakin uzun müddət şəhər meri vəzifəsinə real namizədin tapılmaması da gülüncdür. Söz yox ki, hal-hazırda həmin vəzlfə çox məsuliyyətlidir və bu posta təyin olunası şəxs isə daha səriştəli, savadlı vəzifə məsulliyyətini önəmli sayan və bu vəzifənin vicdanla öhdəsindən gələn bir məmur olmalıdır.

Aydın məsələdir ki, Azərbaycanda əksər zamanlar belə vəziflər boş qalanda yuxarı dairələrdə coxlu narahatlıqlar yaranır və canlanmalar əmələ gəlir. Müxtəlif klanlar yuxarı dairələrə yol taparaq, belə vəzifələrə özlərinin namizədlərin təqdim edir və onların təynatı üçün dəridən-qabıqdan çıxırlar. Ancaq bir çox dünya ölkələrində mükəmməl, sivil qaydalar mövcuddur. Məlumunuz olsun ki, bir cox xarici ölkələrdə olduğum zaman, şəhər merinin xalq tərəfindən seçildiyinin şahidi oldum. Onların təcrübəsinə görə, xalqın seçdiyi həmin məmur paytaxt sakinləri qarşısında hesabat verir və xalqı fəaliyyət proqramı ilə tanış edir.

Bizdə isə əksinədir. Yəni şəhər meri təyin olunanda xalqın seçimi və yaxud rəyi nəzərə alınmır. İcra başçısı ölkə başçısı tərəfindən təyin olunur. Əlbəttə, uzun müddət boş qalan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postunu tutmaq üçün qızğın savaş gedir. Hökümət dairələrində iddiaçıların bu vəzifəyə təyin olunması üçün müxtəlif yollar axtaranlar da olmamış deyil. Qənaətimə görə, ölkə başçısınının bu sahədə böyük təcrübəsi olan Eldar Əzizovun paytaxt merinin birinci müavin təyin etməsi və hələlik şəhər merinin səlahiyyətlərini ona həvalə etməsi heç də təsadüf deyil. Fikrimcə, ola bilər ki, İlham Əliyev bir müddət sonra elə Eldar Əzizovun özünü paytaxtın merini təyin etdi. Çünkü, hələlik prezidentin bu vəzifəni etbar edəcəyi məmur yoxdur, hərənin bir qüsuru var. Unutmayaq ki, Eldar müəllim Elmar Vəliyev, ona oxşar xalqı bezdirən və incidən bir çox icra başçılarından fərqli olaraq, xalqın arasında daha çox sərbəst hərəkət edən, xalqın dərdinə şərik olan və daima dövlətçiliyə qulluq edən məmurdur”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası - NƏ BAŞ VERİR?
Bu gün, 10:34
Belə getsə, həkim olmaq ancaq zənginlərin imtiyazına çevriləcək - ETİRAZ
Bu gün, 10:32
Ukrayna bitdi: Rusiya Cənubi Qafqaza belə qayıdacaq – Arkovdan SENSASİYA
Bu gün, 10:28
Pezeşkianın İrəvan səfəri öncəsi İrandan mühüm mesaj - KİV
Bu gün, 10:24
Tramp Putinlə razılığa gəlsə, ona Nobel Sülh Mükafatını təqdim edəcəyəm - Klinton
Bu gün, 02:53
"Ermənistan vaxtilə bu dövlətlərin təsir dairəsində olub" - ONA GÖRƏ DƏ...
Bu gün, 02:51
Rəqsanə İsmayılovanın vəkili DANIŞDI - "Əhvalı əladır"
Bu gün, 02:49
AzTV Rəqsanə ilə bağlı süjet hazırladı - VİDEO
Bu gün, 02:45
Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... - ŞƏRH
Dünən, 13:17
İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... - “Qarabağın ermənilərdə qalması üçün heç nə etmədik”
Dünən, 13:12
Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir
Dünən, 13:03
Tramp bu ittifaqı dağıda biləcəkmi? - İNCƏLƏMƏ
Dünən, 13:00
Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu - KİV
Dünən, 12:41
Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib - SİYAHI
Dünən, 12:38
DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib - SƏRƏNCAM
Dünən, 12:37
Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Dünən, 12:26
Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU - VİDEO
Dünən, 12:17
Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... - BU NƏDİ BELƏ?
Dünən, 12:13
Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb
Dünən, 12:00
Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi - TƏFƏRRÜAT
Dünən, 11:57
AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib
Dünən, 11:53
Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib - VİDEO
Dünən, 11:51
Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək
Dünən, 11:48
“CDC Klinik”də işçilərin hüququ POZULUR - NARAZILIQ VAR
Dünən, 11:43
İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? - AKTUAL
Dünən, 11:33
Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 11:29
Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 11:25
"Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" - Qulamhüseyn Əlibəyli
Dünən, 11:23
Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: - “Bunu edib getdi”
Dünən, 11:17
Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: - Azərbaycana qarşı bu taktikanı seçib
Dünən, 11:14
Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! - FÜRSƏTDİR...
Dünən, 11:08
Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... - TƏFƏRRÜAT
Dünən, 11:03
“Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” - PROBLEM
Dünən, 10:56
Bakıya xalasıgilə gələn qız itkin düşdü - FOTO
Dünən, 10:43
Putinin adamının müəmmalı İran səfəri - Bakıya qarşı oyun?
Dünən, 10:36
Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ - MÜRACİƏT
Dünən, 10:01
“Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” - “Həkimə pul verirlər ki, məni o ifritəyə bənzət”
Dünən, 09:59
Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? - AKTUAL
Dünən, 09:47
Başçını ittiham edən qohumu barədə qərar verildi - TƏFƏRRÜAT
Dünən, 09:33
“Azərbaycanlı ana kimi düşməni bağışlamıram” - Xalq artisti
Dünən, 09:30
Barışıq tələskənliyi... - NƏ BAŞ VERİR?
Dünən, 09:27
Ayvazyanın GERİ ZƏKASI...
Dünən, 09:19
Su həmişə təmizlik mənbəyi deyil... - NƏ ETMƏLİ?
Dünən, 09:13
“Rusiya Güney Qafqaza girəcək...” - Sensasion iddia
Dünən, 09:02
Paşinyan “ev tapşırığı”nın icrasına başladı - Əliyevin o tələbi...
Dünən, 08:48
Trampın uduzmadığı, Putininsə qalib gəldiyi ALYASKA GÖRÜŞÜ... - GƏLİŞMƏ
Dünən, 08:39
Dövlət Departamentinin hesabatı: faktlar, düşüncələr, proqnozlar - İNCƏLƏMƏ
Dünən, 07:09
Tramp-Putin görüşü nəyi sübut etdi? - FƏRİD ŞAHBAZLI YAZIR
Dünən, 07:04
Bələdiyyənin vergi borcuna görə bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyuldu - İLGİNC
Dünən, 06:59
Təhsil nazirliyi milyonluq TENDERİ kimə həvalə etdi? - TƏFƏRRÜAT
Dünən, 06:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru