Nikolun fikirləri Qarabağı Azərbaycan ərazisi kimi tanımasının göstəricisidir .....                     Mərkəzi Nəbatat Bağı auditor seçdi .....                     Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsi yad edilib .....                     Maya Sandu çətin seçimlər qarşısındadır .....                     “Anam məni ikinci dəfə dünyaya gətirdi” demişdi... .....                     FTX azərbaycanlı cinayətkar dəstəni tutdu .....                     Suriya üçün “Ukraynadan taxıl” proqramını yaradacağıq .....                     ABŞ-nin MASKü-ƏMBƏRİ... .....                     Gənc aktyorun vəfatı XƏBƏRİ təsdiqləndi .....                     Agentliyin sədr müavinini döyən müharibə iştirakçısına BU CƏZA VERİLDİ .....                     Vəfat xəbəri yayılan aktyor Azər Baxşəliyev komadadır .....                     Aktyor Azər Baxşəliyev vəfat edib .....                     Nostradamus Ukraynada müharibənin .....                     İş adamı sabiq deputat Elnur Allahverdiyevə qarşı .....                     "İndiyə qədər də ana-ata həsrətindəyəm" .....                     ABŞ Hələbdə hərbi baza tikir? .....                     Rusiyanın daha bir səhvi .....                     Emin Milli Azərbaycana qayıtdi, Şuşadan paylaşım etdi .....                     Astroloji hadisələrin 2025-ci ildə .....                     Baş ideoloq Putini təcili Kiyevi almağa çağırdı .....                     Kimin yolkası daha hündür olub? .....                     Las Veqasda partlayan "Tesla Cybertruck": .....                     Rusiyada Bəşər Əsədə qarşı sui-qəsdə CƏHD EDİLİB .....                     Tarif Şurası QAZIN, İŞIĞIN, SUYUN QİYMƏTİNİ QALDIRDI .....                     Dörd dərmanın qiyməti aşağı salınıb, 46-sının qiymətinin yuxarı həddində dəyişiklik edilib .....                     İrəvandan Tehrana uçan təyyarə Təbrizdə məcburi eniş etdi .....                     "RM Medicare Klinika" MMC 8 min manat cərimə oluna bilər .....                     İlan 2025-ci ildə BU BÜRCLƏRƏ .....                     Rusofobiya nədən şiddətlənir? .....                     TƏFTİŞ BAŞLADI: `Xidmətdən gəlib bizi də dindirdilər...` .....                     "Qərb dövlətləri Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil" .....                     Milli Qəhrəman Polad Həşimovun xatirəsi yad edilib .....                     Dəyişməyən xislət: Əyalət mollasının dediklərinə təəccübləndikmi? .....                     “Bakelektromaşın”ın əmlakı səhmdarları arasında bölünəcək .....                     Formula 1 Azərbaycan Qran-prisinin vaxtı məlum oldu .....                     Bu gün Natiq Qasımovun doğum günüdür .....                     Partlayan "Tesla Cybertruck"ın sürücüsü GÖRÜN KİM İMİŞ .....                     Azərbaycanda nazir müavininin pozuntuları üzə çıxdı .....                     Azərbaycan qazı MÜHÜM FAKTORA ÇEVRİLİR... .....                     İlqar Mikayıloğlu soyunub qarın içinə girdi .....                 

Qotur düşmüş Dəri-Zöhrəvi Dispanseri... - İDDİA
Tarix: 17-07-2018, 10:13 | Çap et
Qotur düşmüş Dəri-Zöhrəvi Dispanseri...
Rüşvət, qanunsuzluq, köhnə labaratoriya, saxta arayış, uçuq-sökük otaqlar, etinasız münasibət, kələkbaz baş həkim, bir sözlə hər cür özbaşınalıq… Söhbət insanların az qala dərisini boğazından çıxardacaq olan, Respublika Dəri-Zöhrəvi Dispanserdən gedir. Səhiyyə sahəsində baş verən qanunsuzluq heç bir qurumdan müşahidə edilmir. İnsanların həyatı məhz bu sahəyə bağlıdır. Ancaq sərgilənən münasibət insanı dəhşətə gətirir. Elə Dəri-Zöhrəvi Dispanserdə digər problemli səhiyyə müəssisələrindən heç də geri qalmır.
Korrupsiya yuvası
Ölkə başçısı, prezident İlham Əliyev dəfələrlə müşavirə keçirib, xalqın narazılığını həll etməyə dair göstərişlər versə də, bəzi qurumlar bunu qulaqardına vurur. Prezidentin xalqın rifahı üçün atdığı addımları, vəzifə sahibləri darmadağın edirlər. Məmurlar dövlətə məxsus xidməti vəzifələri, əmək haqqı formasında ayrılan dövlət vəsaitlərini, digər səlahiyyət və imtiyazları öz şəxsi rəyləri əsasında seçdikləri vətəndaşlara təqdim edərək, problemlərə yol açırlar. Bir çox elmi, elmi-tədris və müalicə-profilaktik müəssisələrə rəhbərlik səriştəsiz, tez harınlayan, pul görəndə başı fırlanan, lazım olan tələblərə cavab verməyən kadrlara həvalə olunur. Eynən Şahnaz Baxşəliyeva kimi… Şahnaz Baxşəliyeva Səhiyyə Nazirliyinin Səhiyyə Xidmətinin Təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb. 2008-ci ildən Respublika Dəri-Zöhrəvi Dispanserinin baş həkimi vəzifəsinə təyin edilib. Baxşəliyevanın bu vəzifəyə necə təyin edilməsi faktını növbəti yazımızda dərc edəcəyik. İndi isə insanların həyatı ilə necə “çilingağac” oynamasını diqqətə çatdıracağıq. Ancaq bunu qeyd edək ki, bu vəzifəyə nüfuzlu himayədarlarının köməyi ilə təyin edilib. Elə görünən budur ki, talançılığının səbəbi güvəndiyi himayədarlarıdır. Hər kəsə bəllidir ki, səhiyyə nazirinin əmrinə əsasən dövlət müəssisələri 12 ildir, xəstələrə pulsuz xidmət göstərir. Çünki bu müəssisələr dövlət hesabına maliyələşir. Lakin görünən budur ki, Baxşəliyevanın gözü doymur. Baş həkim sanki işçilərinə “xəstələri soyun” əmri verib. Xəstələr burada sözün əsil mənasında “dərisi soyulur”! Pul verməyənlər isə həkimlər tərəfindən rədd edilir. “Məcburi müayinə, dispanserin yeni “yem”ləri” Məlumdur ki, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçməsi haqqında qanun var. Belə ki, nikaha daxil olmaq istəyən şəxslərin hər biri talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçməlidirlər. Qaydaya uyğun olaraq, tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisəsində pulsuz həyata keçirilməlidir. Qanunda dövlət müəssisələrinin qeyd edilməsinə baxmayaraq, özəl tibb mərkəzlərindən bəzilərində də nikahdan öncə tibbi müayinə aparıla bilər. Lakin dövlət müəssisələrində pulsuz olan bu xidmət özəl klinikalarda ödənişsiz deyil. Bu məlumat Səhiyyə Nazirliyi tərəfindən yayılıb. Dəfələrlə vurğulanıb ki, bu müayinələr dövlət xəstəxanalarında pulsuzdur. Nəzərə alsaq ki, siflis, qotur, digər dərizöhrəvi xəstəliklər məhz sözügedən Dispanserdə həyata keçirilir, onda görərik ki, burada qanun pozuntusu kifayət qədərdir.
Gənc ailənin təməlinə çevrilən rüşvət
Respublika Dəri-Zöhrəvi Dispanserində müayinədən keçən cütlüklər bildirir ki, onlardan, yoxlanılan hər xəstəlik üçün pul tələb edilir: “Nikah üçün dispanserdən verilən arayış vacibdir. Müayinələr vaxtı pul vermədik. Buna görə bizə arayışı vermirdilər. Toya az qaldığı üçün məcbur qalıb pul verdik ki, arayışı götürə bilək. Toy araya düşdüyü üçün nazirliyə şikayət etməyə fürsət olmadı. Pul verməyəndə deyirlər ki, özəl klinikaya getsəydiniz bir analiz üçün 70 manat ödəyəcəkdiniz, bizə 20 manat verməyə pulunuz yoxdur? Rüşvət istəyən onlardır, utanan biz…” “Nazirin əmri, baş həkimin kələyi” İyun ayından qüvvəyə minən icbari müayinə, Respublika Dəri-Zöhrəvi Dispanserin necə çirkli oyunlar həyata keçirdiyini göstərir. Əldə etdiyimiz məlumata görə, Dispanserin həkimləri cütlüklərdə aşkarlanan xəstəliyi ört-basdır eləmək üçün yüksək məbləğ tələb edirlər. Müayinə toy ərəfəsində həyata keçirildiyi üçün, nə oğlan, nə qız pis vəziyyətə düşmək istəmir. Çünki onlarda aşkarlanan xəstəlik çox ciddi olar və nəticədə nəzərdə tutulan nikah ləğv oluna bilər. Həkimlərlə bu cür sövdələşməyə adətən toyu olacaq qızın ailələri müdaxilə edir. Fikirləşirlər ki, qızda aşkarlanan siflis onları biabır edə bilər. Buna görə də, sağlam olduqları ilə bağlı arayış almaq üçün yüksək məbləğ ödəyirlər. Bu kələkbazlığı həyata keçirən həkimlərdir, qol çəkən isə baş həkim Şahnaz Baxşəliyeva.
Qanunları pozan baş həkim
Şahnaz Baxşəliyevanın baş həkim təyin olunmasından sonra sözügedən dispanserdə vəziyyət son dərəcə acınacaqlı hal alıb. İlk növbədə dəri-zöhrəvi xəstələrinin müalicəsi zamanı onlara verilən dərmanların keyfiyyətsiz olması səbəbindən Respublika Dəri Zöhrəvi Dispanserə müraciət edən şəxslər arzuolunmaz durumla üzləşməli olurlar. Bu müəssisədə xəstələrin qeydiyyata alınması halları da, aldığımız məlumatlar arasındadır. Dispanserə gələn xəstələr əksər hallarda birbaşa konkret həkimlərin qəbuluna yönəlirlər. Müalicə haqqının ödənişi də nəğd şəkildə, yerində həyata keçirilir. Sonradan isə, vəsaitlər yenə də nağd şəkildə yığılaraq müəssisənin rəhbərinə təqdim olunur. Qeyd edək ki, Oqtay Şirəliyev 2008-ci ildə Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmətin ləğvinə dair əmr imzalayıb. Həmin əmrdə göstərilib ki, 2008-ci il fevral ayının 1-dən etibarən Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmət ləğv edilir. Həmçinin qeyd olunub ki, səhiyyəyə ayrılan büdcə vəsaitinin ilbəil artırılması, tibb müəssisələrinin maddi–texniki bazasının möhkəmləndirilməsi, idarəetmənin mütərəqqi formalarının tətbiq edilməsi və təsərrüfat mexanizminin təkmilləşdirilməsindən irəli gələn əmrin icrasına dair göstərişlər artıq Səhiyyə Nazirliyinin bütün strukturlarına verilib. Ancaq görünən budur ki, baş həkimin tamahı bütün qanunları üstələyir.
Videofakt: hər analizin qiyməti 19 manat
Sonda cumhuriyyet.az olaraq bu tibb ocağında çəkilmiş videonu nəzərə çatdırırıq. Rusdilli həkimin danışığndan aydın olur ki, hər bir analiz üçün 19 manat tələb olunur. İndi nazir Oqtay Şirəliyev öz daxili əmrini pozan baş həkimə qarşı hansı tədbirləri görəcək? Bunu yaxın zamanda görəcəyik. Mətbuatda yazılanlara görə, Ş.Baxşəliyeva qəbul olunmuş yaş senzinə görə, dispanserə rəhbərlik edə bilməz. Lakin Səhiyyə Nazirliyindəki himayədarları sayəsində baş həkim indiyədək öz postunda qalmağı bacarıb.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nikolun fikirləri Qarabağı Azərbaycan ərazisi kimi tanımasının göstəricisidir - ŞƏRH
Bu gün, 19:00
Mərkəzi Nəbatat Bağı auditor seçdi - QALİB, MƏBLƏĞ
Bu gün, 18:58
Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsi yad edilib
Bu gün, 18:22
Maya Sandu çətin seçimlər qarşısındadır - GƏLİŞMƏ
Bu gün, 18:15
“Anam məni ikinci dəfə dünyaya gətirdi” demişdi... - VİDEO
Bu gün, 18:10
FTX azərbaycanlı cinayətkar dəstəni tutdu - TƏFƏRRÜAT
Bu gün, 17:06
Suriya üçün “Ukraynadan taxıl” proqramını yaradacağıq - Zelenski
Bu gün, 17:00
ABŞ-nin MASKü-ƏMBƏRİ... - NƏ BAŞ VERİR?
Bu gün, 16:57
Gənc aktyorun vəfatı XƏBƏRİ təsdiqləndi
Bu gün, 16:55
Agentliyin sədr müavinini döyən müharibə iştirakçısına BU CƏZA VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 16:52
Vəfat xəbəri yayılan aktyor Azər Baxşəliyev komadadır - AÇIQLAMA
Bu gün, 16:48
Aktyor Azər Baxşəliyev vəfat edib
Bu gün, 16:15
Nostradamus Ukraynada müharibənin 2025-ci ildə bitəcəyini proqnozlaşdırıb
Bu gün, 14:02
İş adamı sabiq deputat Elnur Allahverdiyevə qarşı - DETALLAR
Bu gün, 14:00
"İndiyə qədər də ana-ata həsrətindəyəm"
Bu gün, 13:58
ABŞ Hələbdə hərbi baza tikir?
Bu gün, 13:00
Rusiyanın daha bir səhvi - AÇIQLAMA
Bu gün, 12:57
Emin Milli Azərbaycana qayıtdi, Şuşadan paylaşım etdi - FOTO
Bu gün, 12:53
Astroloji hadisələrin 2025-ci ildə bürclərə TƏSİRİ
Bu gün, 12:49
Baş ideoloq Putini təcili Kiyevi almağa çağırdı
Bu gün, 12:42
Kimin yolkası daha hündür olub? – MDB ölkələrinin siyahısı
Bu gün, 12:31
Las Veqasda partlayan "Tesla Cybertruck": - hədəf Tramp və Maskdır, yoxsa...
Bu gün, 12:28
Rusiyada Bəşər Əsədə qarşı sui-qəsdə CƏHD EDİLİB - KİV
Bu gün, 12:25
Tarif Şurası QAZIN, İŞIĞIN, SUYUN QİYMƏTİNİ QALDIRDI - TƏFƏRRÜAT
Bu gün, 12:19
Dörd dərmanın qiyməti aşağı salınıb, 46-sının qiymətinin yuxarı həddində dəyişiklik edilib - Tarif Şurası
Bu gün, 12:14
İrəvandan Tehrana uçan təyyarə Təbrizdə məcburi eniş etdi - "Azad İran"
Bu gün, 12:00
"RM Medicare Klinika" MMC 8 min manat cərimə oluna bilər
Bu gün, 11:51
İlan 2025-ci ildə BU BÜRCLƏRƏ milyonlar QAZANDIRACAQ
Bu gün, 11:46
Rusofobiya nədən şiddətlənir? – Kreml səbəbə baxmır, nəticəni pisləyir
Bu gün, 11:42
TƏFTİŞ BAŞLADI: `Xidmətdən gəlib bizi də dindirdilər...` - 200 min manat məbləğində cərimə və...
Bu gün, 11:22
"Qərb dövlətləri Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil" - deputat
Bu gün, 11:16
Milli Qəhrəman Polad Həşimovun xatirəsi yad edilib - FOTO
Bu gün, 11:14
Dəyişməyən xislət: Əyalət mollasının dediklərinə təəccübləndikmi? - Düşmənin BUYNUZU OLMUR...
Bu gün, 11:13
“Bakelektromaşın”ın əmlakı səhmdarları arasında bölünəcək
Bu gün, 11:11
Formula 1 Azərbaycan Qran-prisinin vaxtı məlum oldu
Bu gün, 11:09
Bu gün Natiq Qasımovun doğum günüdür - UNUTMARIQ!!!
Bu gün, 10:59
Partlayan "Tesla Cybertruck"ın sürücüsü GÖRÜN KİM İMİŞ - ŞOK DETALLAR
Bu gün, 10:58
Azərbaycanda nazir müavininin pozuntuları üzə çıxdı - Pullarını əllərindən alırmış
Bu gün, 10:56
Azərbaycan qazı MÜHÜM FAKTORA ÇEVRİLİR... - NƏ BAŞ VERİR?
Bu gün, 10:52
İlqar Mikayıloğlu soyunub qarın içinə girdi - VİDEO
Bu gün, 10:49
İnsanların lazımi pensiya kapitalını yığa bilməsi üçün hansı dəyişikliklərə EHTİYAC var? - AKTUAL
Bu gün, 10:47
Demokratlar millətimizi iflasa uğratdılar, ABŞ xaos içindədir - Tramp
Bu gün, 10:44
Yaxın Şərqdəki gərginlik bölgəmizi təhdid edir - NƏ ETMƏLİ?
Bu gün, 10:23
Arıxlıda toqquşma NECƏ BAŞ VERDİ? - TƏFƏRRÜAT
Bu gün, 10:20
Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb
Bu gün, 10:18
Səhiyyə sisteminin SÜNİ MAYASI... - ETİRAZ VAR...
Bu gün, 10:15
Norilsk hava limanında təyyarə uçuş zolağından kənara çıxıb - "İnterfaks"
Bu gün, 10:07
Keçmiş MDB məkanında bu sahədə birinciyik... - CƏDVƏL
Bu gün, 10:04
Azərbaycandan qaz almaq istəyən Ermənistanın son istəyi: Əsas hədəf açıqlandı - GƏLİŞMƏ
Bu gün, 09:57
"Təyyarəmizin yanlışlıqla vurulması ehtimalı olduqca aşağıdır" - FAKT BUDUR!
Bu gün, 09:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru