"Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq" .....                     Nuranə Babayeva şöbə müdiri təyin olundu .....                     Paşinyandan Ter-Petrosyana məsləhət: .....                     Baş nazir millətinə reallıqları çatdırır .....                     Füzuli Rayon Mərkəzi Xəstəxanası artezian quyu qazdırır .....                     “7-dən 77-yə hər kəs anlayır ki, Rusiyadan ancaq fəlakət, qan, ölüm gələr” .....                     ASCO-nun Müşahidə Şurasının tərkibi dəyişib .....                     Xalq artisti yatağa düşdü .....                     “Bakı Yoltexnikatəmir” ASC-nin səhmdarları toplanır .....                     “Əli Kərimli bu gerçəyi anlamırsa, yaxud anlamaq istəmirsə... .....                     7 ildir müqavilə bağlayıb, 5 ildir pulunu ödəyib, amma evinə sahib ola bilmir... .....                     Ekologiya Nazirliyindən biganəlik: Ağaclar quruyur... BİZƏ NƏ? .....                     Əvvəlcə pulsuz xidmət göstərirdilər, amma indi... .....                     Overçuk Paşinyana "Tramp yolu" ilə bağlı hansı xəbərdarlığı etdi?.. .....                     Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi .....                     "Ramiz Mehdiyevin kadrları bu gün Azərbaycanda “at oynadır”lar" .....                     "İranı hədə-qorxu gəlmək üzrə "dünya çempionu" saymaq olar" .....                     ƏMƏK MÜBAHİSƏLƏRİ: məhkəməsiz olmazmı? .....                     Milli Onkologiya Mərkəzinin tenderi BAŞ TUTMADI .....                     İlham Əliyev Türkmənistana .....                     Şəkidə polis meşəlik ərazidə çətənə kolları və 8 kiloqram marixuana aşkarlayıb .....                     ABŞ belə asanlıqla Ukraynadakı savaşdan İMTİNA ETMƏZ... .....                     "AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan..." .....                     Şəki sakini məhkəmə icraçılarından GİLEYLƏNİR .....                     İlham Əliyev Kəlbəcərdə Rusiyaya hansı mesajları verdi? .....                     Dövlətdən dəstək aldı... BAŞINA OYUN GƏLDİ... .....                     Toylara gətirilən bahalı müğənnilər kimə lazımdır? .....                     İrəvanda hökumət kilsə ilə həlledici savaşa çıxır... .....                     Azərbaycanla Ermənistan arasında sülhü kim istəmir? .....                     İranın mövqeyinin bir adı var: DÜŞMƏNÇİLİK... .....                     Bu qida məhsulları BAHALAŞACAQ... .....                     Xaricdə təhsil alan azərbaycanlı tələbələr Elm və Təhsil Nazirliyindən cavab gözləyir .....                     Vüqar Əsgərov gömrük sistemini qarışdırır .....                     Bülletendə olanların pulu aylardır ödənilmir .....                     Əbülfəz Elçibəyin vəfatından 25 il ötür .....                     Rusiya sürətlə Azərbaycanın düşməninə çevrilir .....                     Gələcəyin sahibləri .....                     İmtahan, yoxsa tələ? .....                     Kərki geri qaytarılarsa, İran daha sərt ritorika ilə çıxış edəcək .....                     "Həmin məhsullar heç kimə satılmayıb, rahat ola bilərsiniz..." .....                 

“Nazir deyir ki, 50 min manat pul versə, onu və oğlunu bağışlayacam” - Keçmiş nazirin cinayət əməlləri haqda sensasion faktlar
Tarix: 6-07-2016, 09:19 | Çap et
“Nazir deyir ki, 50 min manat pul versə, onu və oğlunu bağışlayacam”
Bəlli olduğu kimi, Naxçıvan Hərbi Məhkəməsində Naxçıvan Muxtar Respublikasının (MR) həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib.
“Hürriyyət”in oxucularına artıq məlumdur ki, V.Ələsgərov Naxçıvan MR-in milli təhlükəsizlik naziri vəzifəsində çalışdığı 15 il ərzində çoxsaylı cinayətlərə yol verib. Belə ki, ötən saylarımızda Naxçıvan MR Babək rayonunun Qahab kənd sakini, II qrup əlil, müharibə veteranı, təqaüddə olan müəllim Əliyev Novruz Səfər oğlunun və Naxçıvan şəhərində anadan olan, hazırda şəhərin Təbriz küçəsi ev 1, mənzil 55-də yaşayan, 10 il Ağdamda döyüş bölgəsində kəşfiyyatçı kimi fəaliyyət göstərən və bir çox əməliyyatlarda iştirak edən Ağasiyev Nizami Rəsul oğlunun redaksiyamıza müracəti ilə oxucularımızı tanış etmişdik. Qeyd etmişdik ki, Naxçıvan MR-in keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov şikayətçilər Novruz Əliyev və Nizami Ağasiyevi həbs etdirərək, onlara dəhşətli işgəncələr verdirib.
Bu arada isə “Hürriyyət”in əməkdaşı özəl mənbələrdən Vəli Ələsgərovun maliyyə maxinasiyaları ilə bağlı şok faktlar əldə edib. Məlumata əsasən, Naxçıvan MR Maliyyə Nazirliyinin apardığı yoxlama zamanı V.Ələsgərovun törətdiyi cinayət əməlini təsdiq edən çoxsaylı sübutlar aşkara çıxarılıb. Hansı ki, təqsirləndirilən şəxs Vəli Ələsgərov tərfindən külli miqdarda dövlət əmlakının mənimsənilməsi faktı istintaq müddətində dindirilən şahidlərin ifadələri və digər sənədlərlə də tam sübut edilib.
(Əvvəli ötən sayımızda)

MTN rəisinin qəzəbinə gələn sahibkar

Keçmiş nazirin cinayət əmllərinin qurbanlarından biri də fərdi sahibkar Muxtarov Tağı Mübariz oğludur. O, 2007-ci il tarixdən Naxçıvan şəhəri Atatürk küçəsi 8 ünvanında yerləşən “Gold Computers” adlı mağaza işlədib. Həmin mağazada müxtəlif markalı mobil telefon, kompüter və onların aksessuarlarının satışı ilə məşğul olub. Qeyd edək ki, T.Muxtarov hazırda həmin obyekti işlətmir, Heydər Əliyev prospekti 26 ünvanında “Alo Naxçıvan” adlı mağazada işləyir və yenə də mobil telefon, kompüter və onların aksessuarlarının satışı ilə məşğul olur.
Mənbə deyir ki, o, 2014-cü il tarixdə “Gold Computers” mağazasını işlədərkən Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin iki nəfər əməkdaşı mağazaya gəlib. Onlardan birini əvvəllər müştərisi olduğu üçün tanıyıb, digərini isə tanımayıb. MTN əməkdaşları ona “rəisimiz Elnur Quliyev deyir ki, mağazada olan telefonları və Tağını götürüb MTN-ə yanıma gətirin” – deyiblər. T.Muxtarov onlardan bunun səbəbini soruşduqda, heç bir cavab verməyiblər və “gedək orda öyrənərsən” deyiblər.

“Sən qaçaqmalçılıqla məşğul olursan...”

MTN əməkdaşları 3200 manat dəyərində 9 ədəd müxtəlif markalı mobil telefonu və bir ədəd də 1200 manat dəyərində “Toshiba İ-7” markalı kompüteri götürərək, onunla birlikdə MTN-ə - Elnur Quliyevin yanına gediblər. Tağı Muxtarovun dediyinə görə, Elnur Quliyevi də əvvəldən tanıyıb. Belə ki, bu hadisədən bir müddət öncə onun restoranlarına ratsiya sistemi qoşub.
Elnur Quliyev ona “sən qaçaqmalçılıqla məşğul olursan, bu telefonları qaçaq yolla gətirmisən” deyib. O, rəisə satdığı telefonların və digər malların heç birini özü gedib gətirmədiyini, onları Naxçıvanda Faiq adlı şəxsdən aldığını bildirib. Hətta onu da deyib ki, deyilən tarixdə ölkədən kənara çıxmadığını təsdiq etmək üçün pasportuna da baxa bilərlər.
Bundan sonra Elnur Quliyev mobil telefonları və kompüteri götürüb otaqdan çıxıb. O, 15-20 dəqiqə sonra geri qayıtsa da, mobil telefonları və komputeri özü ilə geri gətirməyib. Daha sonra onun izahatını alan E.Quliyev “bir də belə işlərlə məşğul olma” deyərək, T.Muxtarovu MTN-dən evə buraxıb.
Sahibkar bu hadisədən bir müddət sonra Elnur Quliyevə zəng edərək, telefonlarını və komputerini nə üçün qaytarmadıqlarını soruşub. O isə, həmin telefonların və kompüterin MTN tərəfindən müsadirə edildiyini vurğulayıb.
Məlumat üçün bildirək ki, MTN-nin qanunsuz olaraq müsadirə etdiyi telefon markaları bunlardan ibarət olub - 2 ədəd hər biri 420 manat dəyərində “Samsung”, 3 ədəd hər biri 300 manat dəyərində “Nokia”, 2 ədəd hər biri 450 manat dəyərində “Sony Xperiya” və 2 ədəd hər biri 280 manat dəyərində “Black Berri”.

Vəli Ələsgərov zərgəri nə üçün həbs etdirib?

Vəli Ələsgərovun MTN-ə rəhbərlik etdiyi dövrdə nazirin qanunsuz əməllərinin qurbanı olanlardan biri də Niftiyev Azər Həsən oğludur. Onun sözlərinə görə, 2006-cı ildə Naxçıvan MR MTN-nin bir nəfər əməkdaşı işlədiyi Atatürk prospektində yerləşən zərgərlik sexinə gələrək, onu özü ilə MTN-ə getməyə dəvət edib. Onlar birlikdə Vəli Ələsgərovun xidməti otağına gediblər. Orada Vəli Əlsəgərov ona “sən işlədiyin sexdə saxta üzük düzəltməklə məşğul olmusan” deyib. A.Niftiyev nazirdən nə zaman belə bir fəaliyyətlə məşğul olduğunu soruşub. Nazir Vəli Ələsgərov ona bir ədəd kişi üzüyü göstərib. Zərgər həmin üzüyə baxaraq, həqiqətən də öz əl işi olduğunu görüb və bunun nəyinin saxta olduğunu soruşub. Nazir üzüyün üzərinə həkk olunmuş oraq və çəkici əks etdirən möhürü göstərib, bu probanı vurmağın qəti qadağan olduğunu deyib.
Bundan sonra Azər Niftiyevi axşama kimi MTN-də saxlayıblar. Axşam onu MTN-ə dəvət edən qurumun əməkdaşı onun izahatını aldıb və birlikdə mağazaya gəliblər. MTN əməkdaşı orada olan nə qədər qızıl sifarişləri olubsa, hamısını yığıb özü ilə aparıb. Lakin istər mağzada axtarış aparılan zaman, istərsə də oradakı əşyaları apardıqda ona heç bir sənəd təqdim etməyib. Çıxanda isə ona “heç yerə getmə, otur evində, səni çağıracağam” deyib.

Nazir 18 min manat rüşvət istəyib...

Azər Niftiyevin sözlərinə görə, bu hadisənin səhərisi günü onu təkrar MTN-ə çağırıblar. Orada bir gün əvvəl qızılları özü ilə gətirən MTN əməkdaşının xidməti otağına gedib. MTN əməkdaşı ona bildirib ki, nazir Vəli Ələsgərovun göstərişi əsasında 18 min manat pul verməlidir. Qurumun rəsmisi əlavə edib ki, “Vəli Ələsgərov deyir ki, 18 ildir işləyir, çox istəmirəm, hər ilinə min manat versin”. Sonra isə ona hədə-qorxu gələrək, “pulu verməsən, səni həbs edəcəyik” deyib.
Bu görüşdən sonra zərgər A.Niftiyev ondan tələb edilən 18 min manat pulu Mərkəzi Poçtun yanında sözügedən MTN əməkdaşına verməyə məcbur olub.
Həmin vəsaiti ödədikdən bir gün sonra onu təkrar MTN-ə çağırıblar və qurumun tanımadığı əməkdaşı tərəfindən qızıllar ona qaytarılıb. Lakin həmin qızıllardan 3 dənə əl işi – bir təkqaş brilyant sırğa, 1 ədəd nişan, 1 ədəd də “fantaziya” üzüyü kəsir gəlib. Bu haqda MTN əməkdaşına bildirsə də, onda olan əşyaların bunlardan ibarət olduğu bildirilib. Odur ki, dediyinə görə, zərgər həmin qızıllara görə sahiblərinə toplam 1600 manat pul ödəmək məcburiyyətində qalıb.

“Səni, oğlunun qızla görüşməsi ilə bağlı çəkilmiş kassetə görə çağırmışıq...”

Yaxınları deyir ki, bu hadisədən sonra Azər Niftiyev ürəktutmasından xəstələnərək yatağa düşüb. Hadisənin üzərindən bir neçə il keçdikdən sonra - 2013-cü ildə Türkiyə Cümhuriyyətindən müalicədən qayıtdığı günün səhərisi tanımadığı 2 nəfər şəxs işlətdiyi mağazaya gələrək, ona “bizimlə MTN-nin Babək rayon şöbəsinə gedəcəksən”, deyiblər.
Səbəbini soruşanda isə, “bilmirik, gedək orda səbəbi aydına olar” deyə cavab veriblər. Bundan sonra onlar MTN-nin Babək rayon şöbəsinə gediblər. Bu zaman şöbədə ona bildirilib ki, oğlu azyaşlı qızla cinsi əlaqədə olduğu üçün çağırılıb. “Səni, oğlunun qızla görüşməsi ilə bağlı çəkilmiş kassetə görə çağırmışıq, oğlunu həbs edəcəyik” deyiblər. Sonra isə ona oğlunun azyaşlı qızla cinsi əlaqədə olması barədə videoçəkiliş göstərilib. A.Niftiyev bu çəkilişə baxdıqda oğlunun həqiqətən də ona məxsus mağazada qızla əlaqədə olduğunu görüb.

“Nazir deyir ki, 50 min manat pul versə, onu və oğlunu bağışlayacaq”

Bundan sonra MTN-nin Babək rayon şöbəsində ona “nazir Vəli Əlsəgərov deyir ki, 50 min manat pul versə, onu və oğlunu bağışlayacam, yox əgər verməsə cinayət işi başlayıb oğlunu tutacağam” deyilib. A.Niftiyev isə xərçəng xəstəsi olduğunu, müalicə üçün onsuz da çoxlu pula ehtiyacı olduğunu bildirib. Şöbədə bu haqda nazir Vəli Ələsgərova məlumat veriləcəyi və pulu nazirin istədiyi bildirilib.
Bu görüşdən qaytıqdan dərhal sonra A.Niftiyev maklerlərə təcili pul lazım oldğunu, 3 gün içərisində kim gələrsə mağazanı 50 min manata satacağını deyib. Bundan sonra mağazanı 50 min manata “Cahan”da işləyən, adını xatırlamadığı bir nəfərə satdığını deyir.
Bundan sonra MTN-nin Babək rayon şöbəsinin məsul şəxsinə zəng edən A.Niftiyev onunla Naxşıvan şəhərindəki Olimpiya İdman Kompleksinin arxasında görüşərək, pulu ona verib. Maraqlıdır ki, bu zaman həmin şəxs pulun 10 min manatını qaytarıb və “Vəli Ələsgərov deyir ki, getsin bu pulla müalicə olunsun” deyib.

(Ardı var)
Hurriyyet.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq" - GƏLİŞMƏ
Bu gün, 11:01
Nuranə Babayeva şöbə müdiri təyin olundu - BUNDAN SONRA...
Bu gün, 10:54
Paşinyandan Ter-Petrosyana məsləhət: - sakitləş və dinc həyatdan zövq al
Bu gün, 10:52
Baş nazir millətinə reallıqları çatdırır - ONA GÖRƏ DƏ...
Bu gün, 10:50
Füzuli Rayon Mərkəzi Xəstəxanası artezian quyu qazdırır
Bu gün, 10:49
“7-dən 77-yə hər kəs anlayır ki, Rusiyadan ancaq fəlakət, qan, ölüm gələr” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:45
ASCO-nun Müşahidə Şurasının tərkibi dəyişib
Bu gün, 10:39
Xalq artisti yatağa düşdü
Bu gün, 10:31
“Bakı Yoltexnikatəmir” ASC-nin səhmdarları toplanır
Bu gün, 10:27
“Əli Kərimli bu gerçəyi anlamırsa, yaxud anlamaq istəmirsə... demək, onun islahı qeyri-mümkündür”
Bu gün, 10:17
7 ildir müqavilə bağlayıb, 5 ildir pulunu ödəyib, amma evinə sahib ola bilmir... - NARAZILIQ VAR...
Bu gün, 10:12
Ekologiya Nazirliyindən biganəlik: Ağaclar quruyur... BİZƏ NƏ? - VİDEOFAKT
Bu gün, 10:02
Əvvəlcə pulsuz xidmət göstərirdilər, amma indi... - BU NƏDİ BELƏ?
Bu gün, 09:55
Overçuk Paşinyana "Tramp yolu" ilə bağlı hansı xəbərdarlığı etdi?.. - “Hraparak”
Bu gün, 09:41
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 09:39
"Ramiz Mehdiyevin kadrları bu gün Azərbaycanda “at oynadır”lar" - İTTİHAM VAR...
Bu gün, 09:29
"İranı hədə-qorxu gəlmək üzrə "dünya çempionu" saymaq olar" - HƏ, VALLAH...
Bu gün, 09:19
ƏMƏK MÜBAHİSƏLƏRİ: məhkəməsiz olmazmı? - Ekspert danışır...
Bu gün, 09:17
Milli Onkologiya Mərkəzinin tenderi BAŞ TUTMADI - TƏFƏRRÜAT
Bu gün, 09:12
İlham Əliyev Türkmənistana GEDİB
Bu gün, 09:06
Şəkidə polis meşəlik ərazidə çətənə kolları və 8 kiloqram marixuana aşkarlayıb - FOTO
Bu gün, 09:02
ABŞ belə asanlıqla Ukraynadakı savaşdan İMTİNA ETMƏZ... - Ümumiyyətlə, imtina etməz...
Bu gün, 08:59
"AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan..." - DİLÇİ-ALİMDƏN İLGİNC ETİRAZ
Bu gün, 08:52
Şəki sakini məhkəmə icraçılarından GİLEYLƏNİR - "Artıq 9 ay müddət keçməsinə baxmayaraq..."
Bu gün, 08:45
İlham Əliyev Kəlbəcərdə Rusiyaya hansı mesajları verdi? - İLGİNC
Bu gün, 08:37
Dövlətdən dəstək aldı... BAŞINA OYUN GƏLDİ... - MÜRACİƏT
Bu gün, 08:31
Toylara gətirilən bahalı müğənnilər kimə lazımdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:31
İrəvanda hökumət kilsə ilə həlledici savaşa çıxır... - Görünəni odur ki...
Bu gün, 07:30
Azərbaycanla Ermənistan arasında sülhü kim istəmir? - GƏLİŞMƏ
Bu gün, 07:26
İranın mövqeyinin bir adı var: DÜŞMƏNÇİLİK... - FAKT BUDUR!
Bu gün, 07:25
Bu qida məhsulları BAHALAŞACAQ... - GÖZLƏNTİ
Bu gün, 07:22
Xaricdə təhsil alan azərbaycanlı tələbələr Elm və Təhsil Nazirliyindən cavab gözləyir - “Biz qorxurduq ki...”
Bu gün, 07:06
Vüqar Əsgərov gömrük sistemini qarışdırır - İTTİHAM VAR...
Bu gün, 07:04
Bülletendə olanların pulu aylardır ödənilmir - “sistemdə problem var” bəhanəsi ilə xəstələrə dərd verilir
Bu gün, 06:59
Əbülfəz Elçibəyin vəfatından 25 il ötür - ANIM
Bu gün, 06:52
Rusiya sürətlə Azərbaycanın düşməninə çevrilir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:46
Gələcəyin sahibləri - Eltən Törəçi yazır...
Bu gün, 06:44
İmtahan, yoxsa tələ? - AKTUAL
Bu gün, 06:40
Kərki geri qaytarılarsa, İran daha sərt ritorika ilə çıxış edəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:38
"Həmin məhsullar heç kimə satılmayıb, rahat ola bilərsiniz..." - FOTO
Bu gün, 06:35
Rusiya imtina etdi, Azərbaycan üçün şans yarandı – Həmin şəxslər ölkəmizə gələrsə…
Bu gün, 06:31
ABŞ müttəfiqlərinə Ukrayna danışıqları ilə bağlı kəşfiyyat məlumatlarını açıqlamağı qadağan edib - CBS telekanalı
Bu gün, 06:26
Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili - Qərar veriləcək
Dünən, 18:02
Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür – 314 min manata
Dünən, 17:49
Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini - BU ŞİRKƏTƏ TAPŞIRDI
Dünən, 17:47
GİN-dən “zerkalnı” tender: - 88 888 manat
Dünən, 17:45
Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir - TƏFƏRRÜAT
Dünən, 17:42
YUXU KİMİ HƏYAT... - və yaxud... QARDAŞ LAYLASI...
Dünən, 17:32
"Görün, nə qədər qadın bloger va..,"
Dünən, 17:14
“Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı - TENDERLƏR LƏĞV EDİLDİ
Dünən, 17:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru