Putinin nümayəndəsindən Azərbaycana qarşı təxribat .....                     Mülayim şərq küləyi əsəcək .....                     Qəbələnin başçısının guya BUNDAN XƏBƏRİ YOXDUR? .....                     Ukraynanın taleyi ABŞ-nin masasındadır .....                     Gələcəkdə bu dəhlizdən Azərbaycandan Türkiyəyə qaz xətti çəkilsə... .....                     Dövlət Xidmətinin 8,4 milyon manat vergi borcu var .....                     Bu gün Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə .....                     Tofiq Cəfərli vəzifəsindən azad edildi .....                     Rusiyadakı dairələr ölkəmizi süni “mərmi” böhtanı ilə “vurmaq istəyirlər” .....                     "Olmayan məhsulları necə sata bilirsiniz, axı..." .....                     “Bu pulu vermək bizi yandırır” .....                     "İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycana qarşı təhdidi ilk deyil..." .....                     "Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb .....                     AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişib .....                     Rusiya Prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib .....                     "Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq" .....                     Nuranə Babayeva şöbə müdiri təyin olundu .....                     Paşinyandan Ter-Petrosyana məsləhət: .....                     Baş nazir millətinə reallıqları çatdırır .....                     Füzuli Rayon Mərkəzi Xəstəxanası artezian quyu qazdırır .....                     “7-dən 77-yə hər kəs anlayır ki, Rusiyadan ancaq fəlakət, qan, ölüm gələr” .....                     ASCO-nun Müşahidə Şurasının tərkibi dəyişib .....                     Xalq artisti yatağa düşdü .....                     “Bakı Yoltexnikatəmir” ASC-nin səhmdarları toplanır .....                     “Əli Kərimli bu gerçəyi anlamırsa, yaxud anlamaq istəmirsə... .....                     7 ildir müqavilə bağlayıb, 5 ildir pulunu ödəyib, amma evinə sahib ola bilmir... .....                     Ekologiya Nazirliyindən biganəlik: Ağaclar quruyur... BİZƏ NƏ? .....                     Əvvəlcə pulsuz xidmət göstərirdilər, amma indi... .....                     Overçuk Paşinyana "Tramp yolu" ilə bağlı hansı xəbərdarlığı etdi?.. .....                     Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi .....                     "Ramiz Mehdiyevin kadrları bu gün Azərbaycanda “at oynadır”lar" .....                     "İranı hədə-qorxu gəlmək üzrə "dünya çempionu" saymaq olar" .....                     ƏMƏK MÜBAHİSƏLƏRİ: məhkəməsiz olmazmı? .....                     Milli Onkologiya Mərkəzinin tenderi BAŞ TUTMADI .....                     İlham Əliyev Türkmənistana .....                     Şəkidə polis meşəlik ərazidə çətənə kolları və 8 kiloqram marixuana aşkarlayıb .....                     ABŞ belə asanlıqla Ukraynadakı savaşdan İMTİNA ETMƏZ... .....                     "AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan..." .....                     Şəki sakini məhkəmə icraçılarından GİLEYLƏNİR .....                     İlham Əliyev Kəlbəcərdə Rusiyaya hansı mesajları verdi? .....                 

Bir ayağının üstündə 40 yalan danışıb... - Nazir ittiham olunur
Tarix: 20-05-2016, 08:27 | Çap et
Bir ayağının üstündə 40 yalan danışıb...
Bir neçə gün öncə, yəni 06 may 2016-cı il tarixdə Prezident İlham Əliyev Azərbaycanın mədəniyyət xadimlərinə, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncamı diqqətinizə çatdırırıq:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Abasəliyev Ağa Cəbrayıl Ağasaleh oğlu
Cəfərova Bəsti Əli qızı
Əhmədov Cəfər Namiq Kamal oğlu
Haşımova Şahnaz Həsən qızı
Qarayev Yasin Mikayıl oğlu
Məhərrəmov Məbud Əliəsgər oğlu
Muradova Təranə Hüseyn qızı
Salmanlı Ağaxan Əli oğlu
Yusupova Şükufə Mühəddin qızı.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
01 yanvar 2015-ci il tarixdən qadınların təqaüdə çıxmaları üçün yaş həddi 60 yaş müəyyən edildiyini nəzərə alaraq, Gəncə Şəhər Filarmoniyasının ali təhsili olmayan direktoru Şahnaz Haşımovanın yaşının 59 olması, onun adını qabaqcıl mədəniyyət işçisi kimi Prezident təqaüdçiləri siyahısınasalıb. Bu dəfə də mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, ölkə başçısını aldatmağa çürət edib. Bu dəfə sözünü ona görə istifadə edirik ki, çünki, o, ötən il də Gəncədə Qəmbər Hüseynli adına musiqi kollecinin direktoru Gülçin Mirzəyevaya da, təhsil sahəsində çalışmasına baxmayaraq “əməkdar mədəniyyət işçisi ” fəxri adının verilməsi, yenə də mədəniyyət nazirliyi tərəfindən təqdim olunmuşdu. Xatırladaq ki, G.Mirzəyeva fəaliyyət göstərdiyi illər ərzində bir gündə olsa belə, mədəniyyət sahəsində çalışmayıb. Ölkə başçısının sərəncamlarına məsuliyyətsiz yanaşan mədəniyyət nazirliyinin, görəsən gəncəli xanımlara bu cür canfəşanlıq göstərməsi nədən irəli gəlir? Əgər atılan addımlar Gəncə şəhərinə göstərilən diqqətdən irəli gəlirsə, o halda mədəniyyət sahəsində çalışan və yaşı altmışı keçənlər də nəzərə alınardı. Görünür özlərini ən kasıb nazirlik adlandıran Mədəniyyət və Turizm Nazirliyi, kimin hansı potensiala malik olmasını və ya da turizm sektoru hesabına maliyyələşməsini hələlik dəqiqləşdirə bilmir. (Bu daha aktual məsələdir. Bu haqda da növbəti sayımızda bəhs edəcəyik)
Ali təhsili olmayan və uzun illər ərzində Gəncə Filarmoniyasına direktorluq edən (yiyələnən desək lap yerinə düşər) Şahnaz Haşımova, bu gün gah özünü Elmar Vəliyevin qohumu kimi təqdim edir, gah da “daydayı”sının Mədəniyyət və Turizm Nazirliyində əsas fiqurlardan biri hesab olunan Ədalət Vəliyev olduğunu açıq deməkdən də çəkinmir. Hər il maaş kartları dəyişən ərəfədə isə, tabel tutub yay məzuniyyət günlərinin hesabına həddi-hüdudu bilinməyən maliyə maxinasiyası etməkdən çəkinməyən, ali təhsili olmayan Şahnaz Haşımovaya, Azərbaycan Respublikası qanunvericiliyindən kənara çıxaraq yaşının 60-a çatmasına ilyarım qalmış təqaüd verilməsi təklifi, bu dəfə Mədəniyyət və Turizm Nazirliyinin mövcud qanunvericiliyimizə etinasızlığından başqa bir şey deyil. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, belə bir addımını atanda ya Azərbaycan qanunvericiliyə əhəmiyyət verməyib, ya da ki, bu kimi məsələlərlə nazir müavini Ədalət Vəliyev məşğul olub? Hər iki halda nəticə onu isbat edir ki, ölkə başçısı adı çəkilən qurumun səlahiyyətliləri tərəfindən aldadılıb. Şahnaz Haşımova ilə bağlı onu da qeyd edək ki, o, onu təbrik edənlərə “gələn il də Prezident təqaüdünü həyat yoldaşım Eldar üçün alacağam” deməkdən də çəkinmir.
Bir faktı da qeyd etmək yerinə düşər ki, mövcud qanunvericiliyimizə zidd olmasına baxmayaraq, filarmoniya direktorunun bütün ailə üzvləri elə adı çəkilən filarmoniyada stat cədvəli üzrə vəzifə daşıyırlar. Haşımova bütün yaxın çevrəsini işə götürməklə, sanki “ailə ansamblı” yaradıb. Həmin şəxslər işə gəlməsələr də, heç bir söz-söhbət olmadan maaşlarını ala bilirlər. Müharibə gedən bir ölkədə görünür hərə bir yolla büdcəni talayır ki, Haşımova da həmin şəxslərdən heç də geridə qalmır.
Ş.Haşımova mötəbər titul hesab olunan “Prezident təqüdü”nü kimlərin köməkliyi ilə necə alıbsa, həmin titul ona sanki bazar iqtisadiyyatını xatırladır. Əgər əvvəllər, yəni sovet dönəmində hansısa alimə, incəsənət sahibinə belə bir titul vermək lazım gəlirdisə, onun üçün uzun illər gəlib keçməli idi. Görünür Şahnaz Haşımovanın və Gülçin Mirzəyevanın nazirlik tərəfindən irəli sürülmüş təqdimatında, onun bacısının rolu böyük olub.
Qəmbər Hüseynli adına Gəncə musiqi kollecinin direktoru Gülçin Mirzəyevanın bacısı, hal-hazırda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar Siyasət Məsələləri Şöbəsinin müdiri Fatma xanım Abdullazadənin köməkçisi vəzifəsində çalışır. Onu da qeyd etmək yerinə düşər ki, Gəncə Filarmoniyasında olduğu kimi, elə musiqi kolleci də düz 30-40 ildir ki, ailə podratı əsasında idarə olunur. Belə ki, hələ sovet dönəmindən Gülçin Mirzəyevaya qədər Gəncə Musiqi Kollecinin direktoru onun qayınatası mərhum Vahid müəllim olmuş, sonradan o, daşıdığı vəzifəsini varisi olaraq gəlini Gülçin Mirzəyevaya həvalə etmişdir.
Şahnaz Haşımovanın bacısı isə, özünün vikipediyada qeyd etdiyi kimi, müğənni Aybəniz Haşımovanın böyük bacısıdır. Səhnəyə də ondan əvvəl qədəm qoyub. O, hətta Prezident təqaüdü almaq üçün, vikipediyada öz tərcümüyi-halını saxtalaşdırmaqdan belə çəkinməyib. Belə ki, orada yazılıb ki, “Ş.Haşımova şəhərin ictimai-siyasi həyatında fəal iştirak etməklə bərabər, Gəncə Dövlət Filarmoniyasının “Göy-Göl” Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestrinin konsertlərinə bədii rəhbərlik və təşkilatçılıq da edir.
Əslində o, orta ixtisas təhsillidir. Yəni, ali təhsili olmadığına baxmayaraq, hələ də filarmoniyaya direktorluq edir, vikipediyada özü haqqında yazdığı kimi, bu gün bədii rəhbər deyil. Bütün dünyanın istifadə etdiyi internet istifadəçilərinin istinad göstərdikləri vikipediyada, bu cür yalnış məlumatlar yazmaq nəyə lazımdır?
P.S. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda bildirilir ki, Mədəniyyət və Turizm Nazirliyi ən kasıb nazirlik hesab olunsa da, qazanc əldə etməyin yolunu titul sövdələşdirməsində tapıblar. Ancaq hansı şəkildə olursa olsun, bir kimsə tutduğu vəzifəsindən asılı olmayaraq yanlışdığa yol verdikdə düşünməlidir ki, o bu yalnışlığı edərkən, xalqının inamını heçə endirmiş olur. Vətəndaş məmurdan özbaşınalıq, qanunlara etinasızlıq, sayqısızlıq görəndə o, ilk növbədə onu aldadan, bilərəkdən səhvə yol verən məmurdan deyil, Prezidentindən inciyir.
Mehriban Əzizqızı, “Gündəm Xəbər”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putinin nümayəndəsindən Azərbaycana qarşı təxribat - NƏ BAŞ VERİR?
Bu gün, 12:31
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21
Qəbələnin başçısının guya BUNDAN XƏBƏRİ YOXDUR? - NARAZILIQ VAR...
Bu gün, 12:20
Ukraynanın taleyi ABŞ-nin masasındadır - ŞƏRH
Bu gün, 12:15
Gələcəkdə bu dəhlizdən Azərbaycandan Türkiyəyə qaz xətti çəkilsə... - İranın qaz ixracatı zərəri böyük olar...
Bu gün, 12:10
Dövlət Xidmətinin 8,4 milyon manat vergi borcu var - DETALLAR
Bu gün, 12:01
Bu gün Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək
Bu gün, 11:57
Tofiq Cəfərli vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:54
Rusiyadakı dairələr ölkəmizi süni “mərmi” böhtanı ilə “vurmaq istəyirlər” - AMMA...
Bu gün, 11:37
"Olmayan məhsulları necə sata bilirsiniz, axı..." - NARAZILIQ VAR...
Bu gün, 11:34
“Bu pulu vermək bizi yandırır” - Şərurlu İsfəndiyar
Bu gün, 11:18
"İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycana qarşı təhdidi ilk deyil..." - SON DA OLMAYACAQ...
Bu gün, 11:15
"Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb
Bu gün, 11:11
AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişib
Bu gün, 11:09
Rusiya Prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
Bu gün, 11:06
"Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq" - GƏLİŞMƏ
Bu gün, 11:01
Nuranə Babayeva şöbə müdiri təyin olundu - BUNDAN SONRA...
Bu gün, 10:54
Paşinyandan Ter-Petrosyana məsləhət: - sakitləş və dinc həyatdan zövq al
Bu gün, 10:52
Baş nazir millətinə reallıqları çatdırır - ONA GÖRƏ DƏ...
Bu gün, 10:50
Füzuli Rayon Mərkəzi Xəstəxanası artezian quyu qazdırır
Bu gün, 10:49
“7-dən 77-yə hər kəs anlayır ki, Rusiyadan ancaq fəlakət, qan, ölüm gələr” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:45
ASCO-nun Müşahidə Şurasının tərkibi dəyişib
Bu gün, 10:39
Xalq artisti yatağa düşdü
Bu gün, 10:31
“Bakı Yoltexnikatəmir” ASC-nin səhmdarları toplanır
Bu gün, 10:27
“Əli Kərimli bu gerçəyi anlamırsa, yaxud anlamaq istəmirsə... demək, onun islahı qeyri-mümkündür”
Bu gün, 10:17
7 ildir müqavilə bağlayıb, 5 ildir pulunu ödəyib, amma evinə sahib ola bilmir... - NARAZILIQ VAR...
Bu gün, 10:12
Ekologiya Nazirliyindən biganəlik: Ağaclar quruyur... BİZƏ NƏ? - VİDEOFAKT
Bu gün, 10:02
Əvvəlcə pulsuz xidmət göstərirdilər, amma indi... - BU NƏDİ BELƏ?
Bu gün, 09:55
Overçuk Paşinyana "Tramp yolu" ilə bağlı hansı xəbərdarlığı etdi?.. - “Hraparak”
Bu gün, 09:41
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 09:39
"Ramiz Mehdiyevin kadrları bu gün Azərbaycanda “at oynadır”lar" - İTTİHAM VAR...
Bu gün, 09:29
"İranı hədə-qorxu gəlmək üzrə "dünya çempionu" saymaq olar" - HƏ, VALLAH...
Bu gün, 09:19
ƏMƏK MÜBAHİSƏLƏRİ: məhkəməsiz olmazmı? - Ekspert danışır...
Bu gün, 09:17
Milli Onkologiya Mərkəzinin tenderi BAŞ TUTMADI - TƏFƏRRÜAT
Bu gün, 09:12
İlham Əliyev Türkmənistana GEDİB
Bu gün, 09:06
Şəkidə polis meşəlik ərazidə çətənə kolları və 8 kiloqram marixuana aşkarlayıb - FOTO
Bu gün, 09:02
ABŞ belə asanlıqla Ukraynadakı savaşdan İMTİNA ETMƏZ... - Ümumiyyətlə, imtina etməz...
Bu gün, 08:59
"AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan..." - DİLÇİ-ALİMDƏN İLGİNC ETİRAZ
Bu gün, 08:52
Şəki sakini məhkəmə icraçılarından GİLEYLƏNİR - "Artıq 9 ay müddət keçməsinə baxmayaraq..."
Bu gün, 08:45
İlham Əliyev Kəlbəcərdə Rusiyaya hansı mesajları verdi? - İLGİNC
Bu gün, 08:37
Dövlətdən dəstək aldı... BAŞINA OYUN GƏLDİ... - MÜRACİƏT
Bu gün, 08:31
Toylara gətirilən bahalı müğənnilər kimə lazımdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:31
İrəvanda hökumət kilsə ilə həlledici savaşa çıxır... - Görünəni odur ki...
Bu gün, 07:30
Azərbaycanla Ermənistan arasında sülhü kim istəmir? - GƏLİŞMƏ
Bu gün, 07:26
İranın mövqeyinin bir adı var: DÜŞMƏNÇİLİK... - FAKT BUDUR!
Bu gün, 07:25
Bu qida məhsulları BAHALAŞACAQ... - GÖZLƏNTİ
Bu gün, 07:22
Xaricdə təhsil alan azərbaycanlı tələbələr Elm və Təhsil Nazirliyindən cavab gözləyir - “Biz qorxurduq ki...”
Bu gün, 07:06
Vüqar Əsgərov gömrük sistemini qarışdırır - İTTİHAM VAR...
Bu gün, 07:04
Bülletendə olanların pulu aylardır ödənilmir - “sistemdə problem var” bəhanəsi ilə xəstələrə dərd verilir
Bu gün, 06:59
Əbülfəz Elçibəyin vəfatından 25 il ötür - ANIM
Bu gün, 06:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru