Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Tarix: 18-11-2024, 09:32 |
Çap et
Naxçıvanda sosial durum olduqca acınacaqlıdır. Bu barədə "DİA-AZ"a Naxçıvandan olan oxucular yazır. Onların sözlərindən belə aydın olur ki, Fuad Nəcəflinin MR-da təyinatından sonra on minlərlə iş yeri bağlanıb ki, bu da birbaşa olaraq Naxçıvan sakinlərinin dolanışığına mənfi təsir göstərməkdədir.
Müraciətdə deyilir: "Tək dolanışıq yerimiz Türkiyədir. Əksəriyyət ora iş dalınca gedib. Bir az iş tapıb işləyirlər... müəyyyən qzanc edirlər, sonra qayıdırlar Naxçıvana. Burda da həmin pulu xərcləyirlər... sonra borc edib, yenidən qayıdırlar Türkiyəyə... bu dəfə də həm borcu qaytarmağa, həm də sonrakı dolanışığı təmin etməyə çalışırlar... Yəni naxçıvanlının günü belədir...
Vasif Talıbovun dövründə də bu camaatın güzəranı yox idi... indi də... Amma indi daha pisdir. Vasif Talıbov gedəndən sonra elə bil camaatın tərbiyəsini də pozmağa çalışırlar... Yəni təkcə iş yerlərini bağlamayıblar...
Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."