Azərbaycana gələn turistlərin sayı azalıb: NİYƏ? .....                     Paşinyan əsl erməni kimi ona təzyiq edən hər tərəfə "hə" deyir .....                     Aldığınız ətin rənginə, qoxusuna fikir verin .....                     "Danimarkaya dron hücumlarının arxasında nə dayanır?" .....                     Eldar Quliyev Berdiməhəmmədovun saxta ordenlə təltif edilməsindən danışdı .....                     Slutski yenidən LDPR-in sədri seçilib .....                     Cəbrayılda yeni park salınır, .....                     Toronto Azərbaycan Evinin iş prinsipi və ənənəvi “paxlava” diasporu .....                     Nazirliyin yarım milyondan çox pul xərclədiyi sərginin rəsmi saytı niyə işləmir? .....                     Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib .....                     "A-Qroup Sığorta Şirkəti"nin ödənişləri azalıb .....                     Azərbaycanda yeni tədris üsulu peyda olub .....                     Qazidən saxta təltiflərə reaksiya .....                     Əxlaqsızlığı təbliğ edən tiktoker yenidən həbs olundu .....                     Ermənistan parlamenti qondarma “erməni soyqırımını” inkarın kriminalizasiyası ilə bağlı .....                     Ukrayna ərazisinin bir hissəsini itirsə də... .....                     Nazir Qərərgah rəisini ehtiyata buraxdı .....                     Aqil Abbasdan Çingiz Abdullayevə CAVAB .....                     "Bizim əmək son 5 ildə dəyişilməyib..." .....                     "Əliyevi və məni təbrik etməlisiz" .....                     Elvin Silvanın haqqına girib? .....                     Elm və Təhsil Nazirliyində yarpaq tökümü .....                     Elm və Təhsil Nazirliyində iki istefa və YENİ TƏYİNATLAR .....                     “İmişlidəki ‘Peşəfest’də hörmətsizlik gördüm” .....                     Bakıda xanım sahibkarın BMW-sindən oğurluq .....                     “AQTA məhsullarda çirklənməni müəyyən etsə də, gizlədir” .....                     Xocavənddə 1 fərdi yaşayış evinin təmirinə 59 minə yaxın vəsait xərclənəcək .....                     Şimal-şərq küləyi əsəcək .....                     Zəngəzur və Araz layihəsi əsl inqilab olacaq .....                     İcra Hakimiyyəti 40 min manata xarici ölkələrin bayraqlarını alır .....                     Macarıstan Azərbaycana görə bunu qadağan etdi .....                     “FINCA Azərbaycan”da yeni təyinat .....                     Xocavənd şəhərində evlərin təmirinə 3 milyon manat ayrıldı .....                     "MİDA" 2 milyon vergi borcu olan şirkətə 4 milyonluq .....                     İxtisar bəhanəsi ilə OYUNBAZLIQ... .....                     Elarizin kürəkəninin 12 il həbsi tələb edildi .....                     Polad Bülbüloğlu və Çingiz Abdullayev bizi Kremlə satdılar .....                     Bəşər Əsədi Moskvada zəhərləyiblər .....                     Rayonlarda evlərin qiyməti niyə Bakıya yaxınlaşır? .....                     Gürcüstanda erməni həbs olundu .....                 

Uçotdan silinmiş peyvəndlərdən Sərdar Hacıyevin qazancı nə olub, Cəfər Məhərrəmovun nə… - İLGİNC İDDİALAR...
Tarix: 29-09-2025, 10:27 | Çap et

Məlum olduğu kimi Hesablama Palatası 2025-ci il üzrə İş Planına müvafiq olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində və tabeli qurumlarda dövlət vəsaitlərindən və digər dövlət əmlakından istifadə olunmasına dair uyğunluq auditi aparıb. Kənar dövlət maliyyə nəzarəti tədbiri ilə 01.01.2023-cü il tarixindən 01.01.2025-ci il tarixinə qədər olan müddət əhatə olunub.

Hesablama Palatasının sentyabrın 26-da yaydığı məlumatlarda bildirilir ki, “heyvanların xüsusi təhlükəli xəstəliklərin əleyhinə peyvəndlənməsinə ümumilikdə 39 milyon 4,4 min manat məbləğində vəsaitin xərclənməsi müqabilində sənədləşmələrdə heyvanların sayının artıq göstərilməsi, heyvanlara vurulmalı olan peyvəndlərin müvafiq ay üzrə gündəlik sayının fasiləsiz (ardıcıl günlər) olaraq yüksək (200 və daha çox civarında) intervallarda qeyd edilməsi, təsərrüfat sahiblərinin imzalarının olmaması kimi hallar fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan şəxslərlə (baytarlarla) bağlanmış müqavilələrin şərtlərində sifarişçinin müqaviləyə dərhal xitam verilməsi üçün əsasları kimi müəyyənləşdirilməyib, peyvəndlənən heyvanların identikləşdirilmə rekvizitləri üzrə hesabatlılığına dair icbari şərtlər də təsbit edilməyib.”

Hesablama Palatasının yaydığı bu məlumatlar ətrafında apardığımız araşdırma zamanı məlum oldu ki, Aqrar Xidmətlər Agentliyinin heyvanlar arasında Çiçək, Nodulyar Dermatit, Qarayara və Bruselyoz xəstəliklərinə qarşı peyvənd vasitələrinin (vaksinlərin) satın alınması üzrə açıq tender prosedurunda iştirak etmək istəyən təchizatçılara dövlət satınalmalarının portalında 28.07.2023-cü il tarixli elan vermişdir. Elanda bildirilir ki, çiçək xəstəliyi əleyhinə peyvənd vasitəsi-5.775.000 doza; qarayara xəstəliyi əleyhinə peyvənd vasitəsi- 4.960.000 doza; nodulyar dermatit xəstəliyi əleyhinə peyvənd vasitəsi- 1.860.000 doza; xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı peyvənd vasitəsi (REV-1) – 1.732.000 doza; iribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı peyvənd vasitəsi (S-19) – 645.000 doza vaksin alınmalıdır.

Qeyd edək ki, heyvanlar arasında Çiçək, Nodulyar Dermatit, Qarayara və Bruselyoz xəstəliklərinə qarşı peyvənd vasitələrinin (vaksinlərin) satın alınması üzrə keçirilmiş sözügedən tenderdə Aqrar Xidmətlər Agentliyi 27.11.2023-cü ildə “Forester” LLC (VÖEN:415106389) ilə 2.190.569 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi “Forester” LLC ilə 5.176.670 manat dəyərində bir müqavilə də 14.09.2022-ci ildə xırdabuynuzlu heyvanların dabaq xəstəliyinə qarşı vaksinlərin satın alınması üzrə bağlayıb.

Agentliyin iki il ərzində 7 milyon manatdan çox dəyəri olan iki müqavilə bağladığı şirkətin barəsində açıq mənbələrdə heç bir məlumat yoxdu. Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Forester” LLC kimi kommersiya qurumunun müəyyən edilmədiyi göstərilir.

Heyvanlar arasında Quduzluq, Leptospiroz, donuzların Taunu, atların Rinopnevmoniya və qrip xəstəliklərinə qarşı peyvənd vasitələrinin (vaksinlərin) satın alınması üzrə 700.538 manat məbləğində satınalma müqaviləsi 22.09.2023-cü ildə “ECOMEDİ” Qapalı Səhmdar Cəmiyyəti (VÖEN:1505088721) ilə bağlanılıb.

Hesablama Palatasının yaydığı məlumatda daha sonra qeyd edilir ki, “alınmış müvafiq partiya peyvəndlərin anbara 2023-cü ilin dekabr ayının 28-də, 29-da və 2024-cü ilin yanvar ayının 7-də mədaxil edildiyi halda 2024-cü il üçün heyvanlar arasında epizootiya əleyhinə diaqnostik və profilaktik Tədbirlər Planının icra reqlamenti funksional fəaliyyətin düzgün təşkil edilməməsi səbəbindən gecikdirilərək istifadə edilməsinə yol verilib, o cümlədən istifadə müddətinin bitməsinə 1-2 ay qalmış ümumilikdə 2 795 230 dozanın respublikanın 64 rayonuna çatdırılması sənədləşdirilib. Bu da həmin peyvəndlərin intizamlı qaydada iribuynuzlu heyvanlara vurulduqda belə tələb olunan müddətli immunitetin formalaşmasında, nəticə etibarı ilə dövlət vəsaitlərinin səmərəli istifadəsində ciddi risklərin mövcudluğundan xəbər verib. Tədbirlər Planı ilə nəzərdə tutulan və həmin plana sonradan müvafiq qaydada razılaşdırılmaqla əlavələr edilən xırdabuynuzlu heyvanların sayına müvafiq istifadə edilməsi sənədləşdirilib 2023-cü il üçün dabaq xəstəliyinə qarşı peyvəndlərin sayından əlavə (zəruri ilkin sənədlərlə təsdiqlənmədən təkrar peyvəndləmənin mümkünlüyü adı ilə) 64 545 doza miqdarında peyvəndlər də uçotdan silinib ki, bu da əlavə (HSBXM-nin regional strukturları üzrə ilin sonuna peyvəndlərin qalığı və itki norması nəzərə alınmaqla) xərclərə yol verildiyini deməyə əsas verib.”

Qeyd edək ki, dövlət tərəfindən heyvanlar arasında xəstəliklərə qarşı peyvəndlərin alınmasına milyonlarla manat dövlət vəsaitinin ayrılmasına baxmayaraq bu günlərdə biz verilən məlumatlara görə Gədəbəy, Şəmkir, Tovuz, Qazax, Daşkəsən rayanloranıda iribuynuzlu heyvanlar arasında kütləvi şəkildə dabaq xəstəliyi yayılıb və hələ də qarşısı alnmayıb. Sakinlərin verdiyi məlumata görə bu Aqrar Xidmətlər Agentliyinin regional idarələri tərəfindən heyvanlara petvənd olunmasından bir iki ay sonra baş verib. Bu isə onu deməyə əsas verir ki, Hesablama Palatasının da qeyd etdiyi kimi, istifadə müddətinin bitməsinə 1-2 ay qalmış peyvəndlərin intizamlı qaydada iribuynuzlu heyvanlara vurulduqda belə tələb olunan müddətli immunitet formalaşmamışdır. Yəni vurulan peyvəndlərin ya vaxtı keçmişdir, ya da keyfiyyətini itirmişdir.

Xatırladaq ki, AXA Prezident İlham Əliyevin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 yanvar 2019-cu il tarixli fərmanı ilə aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması, səmərəliliyinin artırılması, həmin xidmətlərin daha az resurs sərf etməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi, vətəndaş məmnunluğunun artırılması məqsədi ilə KTN yanında Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında yaradılıb.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyevdir.O, nazir Məcnun Məmmədovun əmri ilə 02.10.2023- cü ildə sözügedən vəzifəyə təyin edilib. Sərdar Hacıyev daha əvvəl “PAŞA Holdinq” MMC-yə məxsus “Yalama Aqropark” MMC-nin İdarə Heyətinin sədri olub. Sərdar Hacıyevin təyinatına qədər quruma Mirzə Əliyev rəhbərlik edib. Mirzə Əliyev vəzifəsindən 10 yanvar 2023-cü ildə azad edilib. Sərdar Hacıyevin təyinatına qədər quruma sədr müavini Cəfər Məhərrəmov rəhbərlik edib. Hesablama Palatasının Agentlikdə 01.01.2023-cü il tarixindən 01.01.2025-ci il tarixinə qədər apardığı dövlət vəsaitlərindən və digər dövlət əmlakından istifadə olunmasına dair uyğunluq auditi zamanı quruma əvvəl Cəfər Məhərrəmov müavin olaraq,sonra isə Sərdar Hacıyev rəhbərlik ediblər. Aşkar olunan bu qədər ciddi nöqsanlara baxmayaraq nazir Məcnun Məmmədov tərəfindən təyin edilmiş hər iki şəxs hələ də vəzifələrinin başındadırlar.

Aktualinfo.org











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana gələn turistlərin sayı azalıb: NİYƏ? - AKTUAL
Bu gün, 06:25
Paşinyan əsl erməni kimi ona təzyiq edən hər tərəfə "hə" deyir - FAKT BUDUR!
Bu gün, 06:22
Aldığınız ətin rənginə, qoxusuna fikir verin – Dabaq xəstəliyi TƏHLÜKƏSİ
Dünən, 17:01
"Danimarkaya dron hücumlarının arxasında nə dayanır?" - "The Wall Street Journal"
Dünən, 17:00
Eldar Quliyev Berdiməhəmmədovun saxta ordenlə təltif edilməsindən danışdı - “Tədbirə səfirlə birgə getmişdik, “Dədə Qorqud”la nə işimiz var?!”
Dünən, 16:58
Slutski yenidən LDPR-in sədri seçilib
Dünən, 16:40
Cəbrayılda yeni park salınır, layihə işləri 835 min manata başa gələcək
Dünən, 16:35
Toronto Azərbaycan Evinin iş prinsipi və ənənəvi “paxlava” diasporu - QALMAQAL
Dünən, 16:33
Nazirliyin yarım milyondan çox pul xərclədiyi sərginin rəsmi saytı niyə işləmir?
Dünən, 16:26
Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib
Dünən, 16:26
"A-Qroup Sığorta Şirkəti"nin ödənişləri azalıb
Dünən, 15:35
Azərbaycanda yeni tədris üsulu peyda olub - Şagird və müəllimlər çətin durumda
Dünən, 15:32
Qazidən saxta təltiflərə reaksiya - "Nə etik, nə də hüquqi əsasları var"
Dünən, 15:29
Əxlaqsızlığı təbliğ edən tiktoker yenidən həbs olundu
Dünən, 15:26
Ermənistan parlamenti qondarma “erməni soyqırımını” inkarın kriminalizasiyası ilə bağlı qanun layihəsini rədd etdi
Dünən, 15:24
Ukrayna ərazisinin bir hissəsini itirsə də... - ŞƏRH
Dünən, 15:21
Nazir Qərərgah rəisini ehtiyata buraxdı - ƏMR
Dünən, 15:19
Aqil Abbasdan Çingiz Abdullayevə CAVAB – “Üç min yazıçı haradadır, pambıq yığırıq?!”
Dünən, 15:03
"Bizim əmək son 5 ildə dəyişilməyib..." - NARAZILIQ VAR...
Dünən, 14:57
"Əliyevi və məni təbrik etməlisiz" - Makronla zarafat etdi, Trampa sataşdı
Dünən, 13:07
Elvin Silvanın haqqına girib? - Bir-birimizin gözünün içinə baxırdıq...
Dünən, 12:59
Elm və Təhsil Nazirliyində yarpaq tökümü - “İnanmıram Elnur Nəsibov və Ceyhun Kərəmov könüllü vəzifədən getsin”
Dünən, 12:54
Elm və Təhsil Nazirliyində iki istefa və YENİ TƏYİNATLAR - ADLAR...
Dünən, 12:49
“İmişlidəki ‘Peşəfest’də hörmətsizlik gördüm” - Deputat gileyləndi
Dünən, 12:46
Bakıda xanım sahibkarın BMW-sindən oğurluq - Külli miqdarda pul və qızıllar....
Dünən, 12:43
“AQTA məhsullarda çirklənməni müəyyən etsə də, gizlədir” – Təhlükəli çaylarla bağlı QALMAQALLI AÇIQLAMA
Dünən, 12:40
Xocavənddə 1 fərdi yaşayış evinin təmirinə 59 minə yaxın vəsait xərclənəcək - İşləri görəcək şirkətin 1.8 milyon borcu var
Dünən, 12:36
Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:30
Zəngəzur və Araz layihəsi əsl inqilab olacaq -ŞƏRH
Dünən, 12:18
İcra Hakimiyyəti 40 min manata xarici ölkələrin bayraqlarını alır - TƏFƏRRÜAT
Dünən, 12:15
Macarıstan Azərbaycana görə bunu qadağan etdi
Dünən, 12:13
“FINCA Azərbaycan”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 12:04
Xocavənd şəhərində evlərin təmirinə 3 milyon manat ayrıldı
Dünən, 12:01
"MİDA" 2 milyon vergi borcu olan şirkətə 4 milyonluq - SİFARİŞ VERDİ
Dünən, 11:57
İxtisar bəhanəsi ilə OYUNBAZLIQ... - Qarabağ Qazisi NARAZILIQ EDİR...
Dünən, 11:55
Elarizin kürəkəninin 12 il həbsi tələb edildi - MƏHKƏMƏ
Dünən, 11:45
Polad Bülbüloğlu və Çingiz Abdullayev bizi Kremlə satdılar – Azərbaycanı hədəfə alan Rusiyanın yanında yer alanlar
Dünən, 11:44
Bəşər Əsədi Moskvada zəhərləyiblər - KİV
Dünən, 11:40
Rayonlarda evlərin qiyməti niyə Bakıya yaxınlaşır? - AKTUAL
Dünən, 11:24
Gürcüstanda erməni həbs olundu
Dünən, 11:23
“Zəngəzur dəhlizi adı dəyişməz, Paşinyanın blefləri keçməz” - ŞƏRH
Dünən, 11:03
Ermənistan bu türk ölkəsi ilə vizanı ləğv etdi
Dünən, 11:01
İranla Azərbaycan arasında dərman və tütün qaçaqmalçılığına şərait yaradan vəzifəli şəxslər həbs olunub
Dünən, 10:59
Seçki günü təxribatlar planlaşdırılır - Gürcüstan DTX
Dünən, 10:58
Amerikanın Qəzza planı: İsrailin xoşbəxt və narazı olduğu məqamlar - GƏLİŞMƏ
Dünən, 10:52
“Aztimont” ASC “qara siyahı”ya salındı - Şirkət 1 il tenderlərə qatıla bilməyəcək
Dünən, 10:50
“Qarabağ” keçmiş SSRİ ölkələrinin ən güclü klubudur – UEFA açıqladı
Dünən, 10:47
"İctimai TV"nin tenderləri niyə baş tutmadı? - Satınalmalar yarımçıq qaldı
Dünən, 10:44
Babəkin bu kəndində ÜFUNƏTDƏN YAŞAMAQ OLMUR... - NARAZILIQ VAR...
Dünən, 10:38
AZERCEL-in daha bir oğurluğu: Ərazi bütünlüyümüzü təhdid etməsi bir yana... - "Balakəni nə zamandan Gürcüstan ərazisi hesab edirsiniz?"
Dünən, 10:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru