Gəncə şəhər sakini Ceyhun Allahverdiyev deyir ki, yeganə övladı olan İbrahim Allahverdiyev dövlətimizin ərazi bütövlüyü və suverenliyi uğrunda xidməti vəzifəsini yerinə yetirərkən dünyasını dəyişib. "DİA-AZ" xəbər verir ki, buna görə, şəhidlik statusu ilə bağlı Azərbaycan Respublikasının bütün Ali qurumlarına dəfələrlə muraciətlər etsə də, biganəliklərlə qarşılaşılaşıb.
Şikayətçi deyir ki, yeganə övladının acısını çəkmək yerinə qapı-qapı gəzib, övladının haqqı olan şəhidlik statusunu almaq üçün müraciətlər edir, lakin heç bir nəticəsi yoxdur.
Çarəsiz qalan ata aidiyyatı qurumlara və prezidentə müraciət edərək Azərbaycan respublikasının qanunlarına uyğun olaraq övladı İbrahim Allahverdiyevə şəhidlik statusunun verilməsini tələb edir.